Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6605/2022 24.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən 31 kv metr ölçüdə yaşayış sahəsinin sökülməsi nəticəsində cavadehdən iddiaçının xeyrinə 29.750 manat kompensasiyanın tutulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, ailəsilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, "Sovetski" adlanan ərazidə, Şahbazi küçəsi, ev 63-də yaşayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaşadığı ərazi Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün salın alınaraq sökülmüşdür. Yaşadığı evin sökülməsi ilə əlaqədar ona kompensasiya ödənilsə də, hansı sahəyə görə və hər kvadrat metr üçün hansı məbləğdə pul kompensasiyasının ödənilməsi ona məlum olmamışdır. Həmçinin, evlərin sökülməsi ilə əlaqədar birinci dəfə kompensasiya ödənildikdən sonra məlum olmuşdur ki, bu kompensasiya sökülən evlərin dəyərini tam əhatə etməmişdir. Bu səbəbdən həmin ərazidə yaşamış sakinlərə əlavə kompensasiya da ödənilmişdir. Lakin onun ailəsinə əlavə kompensasiyanın ödənilməsindən səbəbi göstərilmədən imtina edilmişdir. Bununla əlaqədar hesab edir ki, ailəyə faktiki məxsus olan yuxarıda göstərilən evin sökülməsi nəticəsində ədalətli, qanunla müəyyən edilmiş məbləğdə kompensasiya ödənilməmişdir. Bu barədə xx.xx.2021-ci il tarixdə cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə poçt vasitəsilə müraciət olunsa da, oradan heç bir cavab daxil olmamışdır. Halbuki, istifadəsində olan sökülmüş evin sahəsi 31 kv metr olduğu halda ona cəmi 40000 manat ödənilmişdir. Başqa sözlə, hər kv. metr üçün 1.290 manat ödənilmişdir. Bu isə orta bazar qiymətindən (2.250 manat hər kv metr üçün) xeyli azdır. Hesab edirik ki, bu hal Azərbaycan Respublikasi Konstitusiyası ilə müdafiə olunan vətəndaşın hüquq və azadlıqlarının pozulmasına dəlalət edir və Azərbaycan Respublikasi Qanunlarının kobud şəkildə pozulması ilə müşahidə olunur. Belə ki. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasinın Qanununun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Lakin bu günə qədər əlavə kompensasiya ödənilməmişdir. Əlavə kompensasiyanın miqdarına dair hesabat aşağıdakı qaydada aparılmalıdır: 31 kv.metr x 2.250 manat = 69.750 manat, bu sonuncu məbləğdən ödənilmiş 40.000 manat çıxıldıqda ödənilməli məbləğ 29.750 manat təşkil etməlidir. Başqa sözlə, cavabdeh tərəfindən əlavə olaraq sökülmüş evə görə 29.750 manat pul ödənilməlidir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 73,22 kv.m ölçüdə olan əmlak İddiaçı və X1 istifadələrində olmuşdur. Fərdi yaşayış evinə baxış keçirilmiş və həmin əmlakın faktiki yaşayış, köməkçi sahəsinə görə müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə, habelə köçmə ilə əlaqədar digər xərclər nəzərə alınaraq İddiaçı istifadəsində olan sahəyə görə 40000 manat, X1 istifadəsində olan sahəyə görə 65295 manat kompensasiya məbləğləri hesablanmışdır, 26 noyabr 2018-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə 40000 (qırx min) manata Yasamal Rayon İcra Hakimiyyətinin mülkiyyətinə vermişdir. 28 noyabr 2018-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən X2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə görə 65295 manata Yasamal Rayon İcra Hakimiyyətinin mülkiyyətinə vermişdir. Beliklə, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır.
4. Məhkəmənin hazırlıq icraatı üzrə əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
5. Cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
9. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
10. Bir tərəfdən İddiaçı (Birinci tərəf) və digər tərəfdən Yasamal Rayon İcra Hakimiyyəti (İkinci tərəf) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən: -Birinci tərəf uzun müddətdir istifadəsində olan xx.xx.2018-ci il tarixdə №662 ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 4 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış sahəsindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Yasamal Rayon İcra Hakimiyyətinin xeyrinə imtina edir. -Yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə №662 ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasında Birinci tərəfə məxsusdur; -Birinci tərəf İkinci tərəfdən 40000 (qırx min) manat məbləğində kompensasiya almaqla fərdi yaşayış sahəsini İkinci tərəfin xeyrinə imtina edir.
11. Bir tərəfdən X2 (Birinci tərəf) və digər tərəfdən Yasamal Rayon İcra Hakimiyyəti (İkinci tərəf) arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən: -Birinci tərəf uzun müddətdir istifadəsində olan xx.xx.2018-ci il tarixdə №684 ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 4 ünvanında yerləşən özünə məxsus olan sahəsi 36,1 kv.m. olan fərdi yaşayış sahəsindən dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə Yasamal Rayon İcra Hakimiyyətinin xeyrinə imtina edir. -Yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə №684 ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasında Birinci tərəfə məxsusdur; -Birinci tərəf İkinci tərəfdən 65295 (altmış beş min iki yüz döxsan beş) manat məbləğində kompensasiya almaqla fərdi yaşayış sahəsini İkinci tərəfin xeyrinə imtina edir.
12. Qiymətləndirmə cədvəlinə əsasən ünvan 4 ünvanında yerləşən mənzilin əsas sahəsi 16,1 kv.m. (hər kv.m. 1500 manat hesabı ilə 24150 manat), köməkçi sahə 38,67 kv.m. (hər kv.m. 1500 manat hesabı ilə 58005 manat), xidməti sahə 18,45 olmaqla (hər kv.m. 1200 manat hesabı ilə 22140 manat) əlavə iki aylıq kirayə haqqı da nəzərə alınmaqla (bir ayı 500 manat hesabı ilə) 73,22 kv.m. sahəyə görə ümumilikdə cəmi 105295 manat kompensasiya hesablanmış, iddiaçıya istifadəsində olan sahəyə görə 40000 manat, X1 istifadəsində olan sahəyə görə 65295 manat kompensasiya məbləğləri hesablanmışdır.
13. İddiaçı istifadəsində olan sahənin 31 kv.m. olduğunu bildirsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçının istifadəsində olan ünvan 4 ünvanında yerləşən mənzilə dair Yasamal Rayon İcra Hakimiyyətinin kompensasiya ödənilməsinə dair öhdəliyinə tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq icra nəticəsində xitam verilmişdir.
14. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
15. Odur ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
16. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq olmadığından, eləcə də cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçının məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva