Məhkəmə qərarları › İş №2-1(112)-6607/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6607/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6607/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı - keçmiş X12 ilə 04 yanvar 1972-ci ildə ölmüş,1940-cı il təvəllüdlü atası-X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli,17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702/650 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 366 saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan X2 məxus olması barədə arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonrada iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “İddiaçı - keçmiş X12 ilə 04 yanvar 1972-ci ildə ölmüş,1940-cı il təvəllüdlü atası-X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli,17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702/650 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 may 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 19 may 2025-ci il tarixli Qərardadına əsasən X14 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəһəri İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçmiş X12 ilə 04 yanvar 1972-ci ildə ölmüş, 1940-cı il təvəllüdlü - X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli, 17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702 saylı bağ torpaq sahəsi X9 uzunmüddətli icarəyə verilmişdir və həmin torpaq sahəsi 54 ildən artıq müddətdə ailəsinin istifadəsində olmaqla hər hansı bir 3-cü şəxs tərəfindən həmin torpaq sahəsinə iddia və tələb yoxdur və olmamışdır. Mərhum atası- X3 miras qalmış - Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 10 saylı Notarat Ofisinin 18 dekabr 2024-cü il tarixli, 997 N-li Vərəsə olmağı barədə arayışını və keçmiş X12 ilə X13 arasında bağlanılmış 10 fevral 1970- ci il tarixli, 17609 nömrəli Müqaviləni əlavə etməklə 16 may 2023-cü il tarixli və 19 dekabr 2024-cü il tarixli müraciətlərinə - 30 may 2023-cü il tarixli, 3-21-3-30/2D-0064-8/2023-**********34 nömrəli və 06 yanvar 2025-ci il tarixli, 321-3-30/2D-0150-8/2024-**********72 nömrəli cavab məktubları ilə 2500 kvadrat metr 702 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın verilməsi və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmiş və imtinada aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda keçmiş X12 ilə X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli, 17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702 saylı bağ torpaq sahəsi icarəyə verilmişdir. Qovluqda mövcud olan cizgidə bağ sahəsinin nömrəsi 702/650 kimi qeyd edilmişdir və bu səbəbdən ərizənin icrası mümükün olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin sərhədləri şərti olmaqla ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən “702” nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin adına qeydiyyat aparılmışdır. Eyni zamanda, İdarənin arxiv əsaslarında qeyd edilmiş müqavilənin müddətinin uzadılması və ya yeni müqavilənin bağlanılması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 2500 kv.m qeyd edilsə də, faktiki 2457 kv.m təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən bağ ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Оdur ki, məhkəmə işə cavabdeh və üçüncü şəxsin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Bağ sahəsiinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün” 17609 nömrəli 10 fevral 1970-ci il tarixli müqavilədən görünür ki, bir tərəfdən Bakı şəhər ZDS-nin etibarnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Trest” adlandırılacaq Bakı şəhər İcra Komitəsinin X12, digər tərəfdən Bakı şəhər İcraiyyə Komitəsinin 1969-cü il 14 nömrəli protokolu (sıra nömrəsi 67) əsasında hərəkət edən, gələcəkdə “İcarədar” adlandırılacaq X13 şəxsində aşağıdakılara əsasən həmin müqavilə bağlanır. Trest Ləhiş qəsəbəsində 0,25 ha bağı bina və köməkçi tikililərlə birlikdə bağ sahəsini bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventarizasiya vərəqəsinə müvafiq olaraq icarəyə verdi, “icarəçi” isə təhvil aldı. AZ-İİ 260131 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X15 04 yanvar 1972-ci ildə ölmüşdür. Ədliyyə Nazirliyi 10 saylı Notariat Ofisinin Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 18 dekabr 2024-cü il tarixli 997 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud xasiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında “04” yanvar 1972-ci ildə ölmüş, 1910-cu il təvəllüdlü atası – X5 adına vərəsəlik işi açılmışdır və İddiaçı vərəsə kimi tanınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-D-0064-8/2023 **********37 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 702 saylı bağ sahəsinin icarəyə verilməsi haqqındaa keçmiş X12 ilə X20 (sənəddə olduğu kimi) arasında bağlanılmış xx.xx.1970-ci il tarixli 17609 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Arxiv qovluğunda mövcud olan 1971-ci il tarixdə tərtib edilmiş cizgidə bağ sahəsinin nömrəsi 702/650 kimi qeyd edilmişdir. Lakin mərhum X6 adına 650 saylı bağ sahəsinə dair müqavilə arxiv qovluğunda aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.25 ha, faktiki 0.2457 ha, bağ sahəsinin sərhədləri şimal-qərb tərəfdən qonşu çəpərlərlə ayrılmışdır, digər 3 tərəf isə şərtidir.Təqdim edilmiş icarə müqaviləsində bağın nömrəsi 702 göstərilmişdir, lakin arxiv cizgisinə əsasən bağın yeni nömrəsi 702/650 qeyd edilmişdir. Tikili yoxdur. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən 25 aprel 2025-ci il tarixli 3-21-3- 30/2-16402/2025 nömrəli məktub ilə, 17609 saylı müqavilə əsasında X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 haolan 702 saylı bağ sahəsinə dair arxiv qovluğunda olan mövcud olan sənədlərin təsdiq edilmiş surətləri, müayinə aktı (koordinatlar) və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 702 nömrəli bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlər: Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və istismarı Birliyinin Ləhiş ərazisindəki 702 nömrəli bağın istifadəyə verilməsi haqqında 17809 nömrəli 13 dekabr 2005-ci il tarixli müqaviləyə əsasən, bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən, gələcəkdə “Birlik” adlandırılacaq X1 və İstismarı Biirliyi, direktor Allahverdiyev şəxsində, digər tərəfdən Bakı şəhər İcra Hakiimiyyətinin xx.xx.2005-ci il tarixli 28 saylı protokolu əsasında hərəkət edən, gələcəkdə “İstifadəçi” adlandırılacaq X16 şəxsində bu müqavilə bağlanılır. Birlik Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 ha torpaq sahəsi olan 702 nömrəli bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə istifadəçiyə verir və istifadəçi həmin bağı istifadəsinə götürür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1108/2016 saylı 20 aprel 2016-cı il tarixli Qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 702 saylı bağ sahəsinə dair plan-ölçünün tərtib edilərək, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçı X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, ünvan ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən 3-21-3-30/2-25946/2025 saylı 23 iyun 2025-ci il tarixli məktubu əsasında 17609 saylı müqavilə əsasındaa X5 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha olan 702(650) saylı bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X10 Bakı şəhər İcraiyyə Komitəsinin Bağçılıq təsərrüfatı tresti tərəfindən 702/650 saylı bağ sahəsi verilib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-D-0150-8/2024 **********72 nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, 702 saylı 0.25 ha bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X12 ilə X11 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli 17609 nömrəli müqavilə arxiv qovluğunda mövcuddur. Qovluqda mövcud olan cizgidə bağ sahəsinin nömrəsi 702/650 kimi qeyd edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə qeyd edir ki, vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Həmin Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;

Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlədir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi konkret və aydındır, yəni iddiaçının hüquqi marağı keçmiş X12 ilə 1940-cı il təvəllüdlü 04 yanvar 1972-ci ildə ölmüş atası-X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli,17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702/650 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina və etiraz iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 1.4-cü bəndinə əsasən, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərar daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Göründüyü kimi, mübahisəli bağ sahəsi iddiaçının atası-X5 uzun müddətli istifadəsinə verilmiş və buna əsas - X12 ilə bağlanılmış 10 fevral 1970-ci il tarixli,17609 nömrəli müqavilədə göstərilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 1969-cu il tarixli 14 nömrəli qərarı (protokolu) olmuşdur.Həmin müqavilə cavabdehin arxivində saxlanılır və hal-hazırda qüvvəsini saxlamışdır. Belə ki, müqaviləyə xitam verilməsi, torpağın geri qytarılması barədə məlumat mövcud deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi (bağın) üzərində hüququn qeydə alınması üçün nəzərdə tutulmuş sənəd müvafiq “Siyahı”nın 1.4-cü bəndində göstərilən tələblərə cavab verir. Cavabdehin mübahisənin yaranmasına əsas olan imtina məktubunun və iddiaya dair etirazın əsasını təşkil edən hal kimi qeyd etdiyi “702 saylı torpaq sahəsinin digər fiziki şəxsin adına dövlət qeydiyyatına alınması” ilə bağlı məhkəmə tərəfindən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, X8 adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi 702 saylı, iddiaçının hüquqi marağının yarandığı torpaq sahəsi isə 702/650 saylı torpaq sahəsidir. Bu hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və arxivində saxlanılan sənədlər ilə təsdiq edilir. Odur ki, qeyd edilən bağ sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Bu və yuxarıda göstərilən digər hallar iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək; Qanunvericiliyin sadalanan bu müddəalarına əsasən, əgər həqiqətən də iddiaçının iddiasında göstərilən bağ sahəsi ilə bağlı hər hansı bir uyğunsuzluq var idisə (halbuki cavabdeh buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir) dövlət torpaq kadastrının tərtibi və aparılması, torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək və s.bu kimi vəzifələr cavabdehin özünün vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə qeyd edir ki, dövlət orqanlarının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir. Cavabdehin arxivində iddiaçının hüququ marağının təmin edilməsinə əsas olan sübutlar olduğu halda, müraciətə imtina edilməsi, vətəndaşların dövlət orqanına olan etimadının pozulmasına yönəlik hərəkətdir və hazırki mübahisə üzrə məhkəmə presedenti mövcud olduğu halda cavabdehin inzibati praktikaya uyğun hərəkət etməyə borclu olmalı olduğu halda, onun inzibati praktikanı nəzərə almaması, hazırki iş üzrə iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu hal, dövlət orqanının nüfuzuna ləkə gətirməsi və cəmiyyətdə sosial ədalətin və rifahın pozulması ilə nəticələnir. Odur ki, imtina məktubunda göstərilən əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinin tələblərinə ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilmiş halların mövcud olması isə hal-hazırda işə baxılan zaman müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etssdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı - keçmiş X12 ilə 04 yanvar 1972-ci ildə ölmüş,1940-cı il təvəllüdlü atası-X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli,17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702/650 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı - keçmiş X12 ilə 04 yanvar 1972-ci ildə ölmüş,1940-cı il təvəllüdlü atası-X13 arasında bağlanılmış 10 fevral 1970-ci il tarixli,17609 nömrəli Müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2500 kvadrat metr 702/650 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüquqlarının X9 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar