Məhkəmə qərarları › İş №2-1(112)-6608/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6608/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6608/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə baglı Müdafiə Nazirliyinin və digər aidiyyəti orqanlarının mənəgöndərdiyi imtina cavablarının qanunusuz hesab edilməsi və qanunla əsaslandırılmış cavablarının verilməsi vəzifələrinin üzərinə qoyulması barəsində” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinəqarşı “qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə baglı Müdafiə Nazirliyinin və digər aidiyyəti orqanlarının mənə göndərdiyi imtina cavablarının qanunusuz hesab edilməsi və qanunla əsaslandırılmış cavablarının verilməsi vəzifələrinin üzərinə qoyulması barəsində” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvədə olan məhkəmə qətnaməsinin indiyə qədər icra olunmamasının səbəbləri barəsində əsaslandırılmış cavabın verilməsi vəzifəsinin cavabdeh kimi Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar verilməsini, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə üçüncü şəxslər olan Məhkəmə-Hüquq Şurasının və İnsan Hüquqları üzə Müvəkkilin (Ombudsmanin) üzərinə vəzifə səlahiyyətləri daxilində işlərin görülməsi vəzifəsinin üzərilərinə qoyulmasının təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İşin hallarını, mübahisənin vəziyyətini və iddianın mümkünlüyünü müzakirə etmək üçün xx.xx.2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddia ərizəsində göstərilmişdir ki, N saylı hərbi hissənin komandanlığı 1992-ci ilin dekabr ayında iddiaçının Dövlət Təltifi ilə mükafatlandırılmağı barəsində Müdafiə Nazirliyinə “Təqdimat” göndərmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq olunur ki, iddiaçı dəfələrlə Müdafiə Nazirliyinə müraciət edərək, N saylı hərbi hissənin komandanlığı tərəfindən barəsində Müdafiə Nazirliyinə göndərilən təqdimatın aqibətinə aydınlıq gətirilməsini xahiş etsə də, bu barədə heç bir araşdırma aparılmayaraq ona bildirilmişdir ki, “Sizin təltif edilməyiniz barəsində Müdafiə Nazirliyinə təqdimat daxil olmamışdır”. Qanunun tələblərinə əsasən Müdafiə Nazirliyinin rəhbərliyi məhkəmə tərəfindən müyyənləşdirilmiş təqdimatın verilməsi faktını tanımalıdır. Bundan sonra da müraciətlərinə ən azından “barəndə təqdimat daxil olmamışdır” cavabını verməməlidir. Çünki, belə bir şəraitdə, belə bir cavabın verilməsi dövlət adından verilən məhkəmə aktına hörmətsizlik deməkdir. Müdafiə Nazirliyinin rəhbərliyi isə məhkəmə qaydasında tanınan hüquqlarını 3 ildən çoxdur ki, tanımır və qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etmir. İddiaçı qeyd etmişdir ki, Müdafiə Nazirliyinin iki aidiyyəti orqanları tərəfindən göndərilən cavabdan da aydın olur ki, bu barədə nəinki heç bir inzibati araşdırma aparılmamış, hətta onun şikayət ərizələrini belə oxuyan olmamışdır. Belə ki, oxusaydılar görərdilər ki, onun tələbi hərbi hissədən göndərilən təqdimata əsasən yox, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən təltif olunmağıdır. Lakin buna baxmayaraq yuxarıda göstərdiyi kimi, ona göndərilən cavablarda məhkəmə qətnaməsinin adı belə çəkilməmişdir. Məhkəmənin hazırlıq icraatı üzrə keçirilmiş iclasında cavabdehin xx.xx.2020-ci il tarixli iddiaya etiraz və iş üzrə icraata xitam verilməsi məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, eyni mübahisə ilə baglı iddiaçının iddia tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1123/2019 saylı qərarı ilə mümkün sayılmamışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin N saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin əvəzinə Nazirliyin özünün göstərilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)- 1561/2018 saylı qərarı (hakim Rüstəm Kərimli) ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının sabiq hərbi qulluqçu kimi təltif olunması məsələsi cavabdehin mülahizəsindən, yəni qiymətləndirməsindən asılı olan haldır və belə təltifin verilməsinə həmin qurumun məcbur edilməsi yolverilən hal olmadığından, sonuncunun imtinası qanunazidd hal kimi qiymətləndirilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-2672/2018 saylı qərarı ilə (sədrlik edən hakim Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.İddianın mümkünlüyü məsələsinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(102)-1123/2019 saylı qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, hərbi qulluqçiların təltif edilməsi barədə təqdimatların verilməsi səlahiyyəti məhdud şəxslərin dairəsinə aid edilmişdir. Həmin şəxslərin təqdimatı hərbi hissənin rəislərinin rəyi ilə daha sonra digər rəylərin alınması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarına, Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinə göndərilməlidir. Müsbət rəylər verildiyi halda, növbəti mərhələdə həmin sənədlər xüsusi yaradılmış təltif komissiyasına baxılmaq üçün təqdim edilir. Komissiya tərəfindən müsbət rəy qəbul olunduqda, qərar qəbul edilmək üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə edilir. Orden və medallar ilə təltif olunması barədə sonuncu mərhələ olaraq Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallarla bağlı isə nazirin əmr layihəsi hazırlanır. Beləliklə də, qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Həmin qərarda cavabdeh inzibati orqanın iddiaçıya cavab məktubuna qiymət verilərək göstərilmişdir ki, iddiaçının təltif edilməsindən imtina edilməsi barədə bildirməmiş, onun təltif edilməsi barədə təqdimatın, yuxarı qərargahlarda müsbət baxılmış rəylərin olmaması əsası ilə komissiyada məsələyə baxılmadığını göstərmişdir. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin (hərbi hissədən göndərilən təqdimata əsasən yox, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən təltif olunmaq) əldə edilməsinə yönəldilmiş, bununla baglı isə mövcud mübahisəyə (təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) məhkəmə müstəvisində artıq bir dəfə iddianın mümkünlüyü ilə baglı hüquqi qiymət verildiyindən (o, cümlədən inzibati orqanın iddiaçıya cavab məktubuna), hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2019-cu il tarixli 2-1(102)-1123/2019 saylı qanuni qüvvəyə minmiş qərarı da yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar