Məhkəmə qərarları › İş №2-1(112)-6608/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6608/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6608/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "Lidersement” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iş üzrə iddiaçının “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Lidersement” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli 2(008)-3985/2017 nömrəli qətnaməsi üzrə icra sənədinin icrasını təmin etməyən cavabdeh X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onun barəsində xüsusi qərardad çıxarılması, qətnamə üzrə icra sənədinin icrasının təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra Məhkəmə 21.05.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etmiş, iddianın mümkünlüyü ilə bağlı iclas 24 iyun 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı 14 iyun 2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir (ərizə iddiaçının direktoru tərəfindən imzalanmışdır). Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM) 1.2ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in yuxarıda qeyd olunan normalarına uyğun olaraq baxılmalıdır. Göstərilənlərə əsasən, habelə iddiaçının müraciətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "Lidersement” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə qarşı “icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "Lidersement” Məhdud Məsuliyyətli Cəmiyyətinin “iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması” barədə ərizəsi təmin edilsin. İddiaçı "Lidersement” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “icra sənədinin icrasının təmin edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar