Məhkəmə qərarları › İş №2-1(112)-6608/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6608/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6608/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı aktın etibarsız sayılması və tutulmuş məbləğlərin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Sosial ödənişlərin təyinatı üzrə Mərkəz filialının üzərinə əmək pensiyasını bərpa etmək tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyasının bərpa edilməsi məsələsinə baxılaraq ərizəsi təmin edilməmişdir. Yaşa görə əmək pensiyasının bərpa edilməsinə dair onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb. Bununla bağlı müraciətinə ƏƏSMN tabeliyində DSMF sosial ödənişlərin təyinat üzrə Mərkəz filialı tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmiş və məhkəməyə müraciət etmək hüququ nəzərinə çatdırılmışdır. Həmin cavaba istinadən qeyd olunur ki, xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Hesab edir ki, ƏƏSMN tabeliyində DSMF sosial ödənişlərin təyinat üzrə Mərkəz filialının xx.xx.2005-xx.xx.2022-ci ilədək dövlət qulluğunda çalışdığı müddətlərin siğorta stajına daxil edilməməsini əsassız və qanunsuz hesab edir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, sizə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixində qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xidməti yoxlama nəticəsində məlum olmuşdur ki, onun dövlət qulluğu stajı əmək kitabçası əsasında deyil, şahid ifadələri üzrə protokol əsasında müəyyən edilmiş və müvafiq protokolda şahidlərin ifadələri dəyişdirilmişdir. Belə ki, o, Ermənistan SSR Sisiyan rayonunun Dəstəkçi (adı tam dəqiq deyil) qəsəbəsinin X3 makinaçı vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 01,09.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş vəzifələrin uyğunlaşdırma siyahısında qəsəbə nümayəndəliyi qeyd edilmədiyindən onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ ləğv edilmişdir. Nəticədə, xx.xx.2005-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək yaşa görə əmək pensiyası üzrə artıqödəmə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, pensiya işinizdə olan əmək fəaliyyətiniz haqqında tərtib edilmiş şahid ifadələri üzrə 118 nömrəli protokolda şahidlərin ifadələri dəyişdirilərək düzəlişlər edildiyindən, sizin qanunla tələb olunan 25 il sığorta stajınız olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunanlara əsasən ona xx.xx.2022-ci il tarixindən (vergi uçotunuzun dondurulduğu tarixdən) xx.xx.2027-ci il tarixinədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2005-ci il tarixdə qüvvədə olan tələblərinə əsasər həmin tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Fondun Daxili nəzarət departamentinin xidməti məruzəsinə əsasən bildirilir ki, iddiaçının dövlət qulluğu stajı əmək kitabçası əsasında deyil, “şahid ifadələri üzrə protokol” əsasında müəyyən edilmişdir. Müvafiq protokolda şahidlərin ifadələri dəyişdirilərək, qəsəbə nümayəndəliyində işləməsi qeyd edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Ermənistan SSR Sisiyan rayonunun qəsəbəsini X3 makinaçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş vəzifələrin uyğunlaşdırma siyahısına uyğun olaraq ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli **********3 saylı qərarı ilə İddiaçı təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə iddiaçının yaşa görə əmək pensiyasının məbləğində 26.639,40 manat artıqvermə müəyyən edilmişdir. Belə ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən nzioati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin əıizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanmışdır. Bu faktı Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir və hesab edilir ki, inzibati orqanın qərarı qanunidir. Eyni zamanda qeyd edilir ki, "Əmək pensiyaları haqqında” Azərbaycaı Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya tə ninatına imkan vermədikdi isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaGİunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun ərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunin 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən əxslər də daxil olmaqlaı yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Вiİdirilir ki, İddiaçı pensiya işində olan əmək fəaliyyəti haqqına tərtib edilmiş şahid ifadələri üzrə 118 nömrəli protokolda şahidlərin ifadələri dəyişdirilərək düzəlişlər edildiyindən, qanunla taləb olunan 25 il sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasinin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Son olaraq qeyd edilmişdir ki, Qanunun 22-1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2006ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığı üçün avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır.

5. Məhkəmə tərəfindən iddiaçının pensiya işi tələb edilmişdir.

6. Pensiya işində cavabdeh tərəfindən qeyd edilənlərdən əlavə müəyyən edilir ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarına əsasən 162436 nömrəli pensiya işi üzrə İddiaçı əmək pensiyasının təyinatı üçün əsas verən şahid ifadələri üzrə protokolda qaralama və pozuntulara yol verildiyinə görə ərizə təmin edilmir. xx.xx.2005xx.xx.2022-ci ildə 26639,40 manat artıq alma müəyyən edilir. Pensiya ödənişi dayandırılır, müavinəyə yönəldilir.

7. Məhkəmə İPM-nin 13-cü maddəsini (məhkəmənin yardım etmək vəzifəsi) rəhbər tutaraq iddiaçıya iddia tələbini dəqiqləşdirməyi təklif etmişdir. İddia tələbi (iddiaçının ərizəsi əsasında) “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı 26.639,40 manat artıq almanın müavinətə yönəldilməsi hissəsində ləğv edilərək müavinətdən tutmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi və həmin tarixdən etibarən müavinətdən tutulmuş məbləğin geri qaytarılması kimi dəyişdirmişdir.

8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəyişdirilməsinə etiraz etmədən iddiaya yazılı etirazın məzmununa və yuxarıda qeyd edilən xidməti məktubun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdir ki, sosial müavinətdən tutmaya dair hərəkətlər cavabdeh qurum tərəfindən həyata keçirilmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İPM-dən: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 36.1.müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır.

10. İddia tələbi hərəkətlərin qanunsuz sayılması hissəsində müəyyən etmə və ya tanınma növündə iddia, qərarın ləğvi hissəsində mübahisələndirmə növündə iddiadır. İddiaçı qərarın qismən ləğvi və ləğv edilən hissədə nəticələrinin aradan qaldırılması tələb edilir. Həmin qərarın iddiaçıya təqdim olunması və ya qərar haqqında iddiaçıya məlumat verildiyi müəyyən olunmur.

11. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

12. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçıya xx.xx.2005-ci il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, araşdırma zamanı onun dövlət qulluğu stajı olmadığı müəyyənləşdirildiyindən əmək pensiyası müvafiq qərarla dayandırılmış, artıq ödənilmiş müəyyən edilən məbləğ onun müavinətinə yönəldilərək müavinətindən tutma həyata keçirilmişdir.

13. İddiaçı hazırda ona vaxtilə dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının dayandırılmasının qanunsuz hesab edilməsini və ya əmək pensiyasının bərpa edilməsini tələb etmir. Mübahisə onun razılığı və xəbəri olmadan yaşa görə müavinətdən tutulmanın həyata keçirilməsi, qərarın həmin hissədə ləğv edilərək nəticələrinin aradan qaldırılması ilə bağlıdır.

14. “Sosial müavinətlər haqqında” Qanundan: 1.0.1.sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

15. “Əmək pensiyaları haqqında” Qanundan: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.

16. Məhkəmə hesab edir ki, həmin Qanunun 12-ci maddəsində “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsindən fərqli olaraq inzibati orqanın artıq ödənilmiş müavinətin tutulması haqqında qərarın qəbul edilməsinin və tutmaya dair hərəkətlərin həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Qərardadından:

26. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır.

27. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi.

18. Vətəndaşın razılığı olduğu təqdirdə sosial müavinətdən tutmaya dair hərəkətlərə analogiya qaydasında “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsinin tətbiqi məsələsinə qiymət vərərkən məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” “Əmək pensiyası haqqında” Konstitusiya Qanununun 1.0.10-maddəsinə əsasən, qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

19. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri vətəndaşın hüquqlarının məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi ilə bağlı olduğundan qeyd edilən halda (sosial müavinətdən tutma ilə bağlı qərarın qəbul edilməsi) qanunun analogiyasından istifadə qanuni hesab edilə bilməz.

20. Lakin istənilən halda, sosial müavinətdən tutmanın aparılmasına dair iddiaçının razılığının olduğu müəyyən edilmir.

21. İnzibati icraat haqqında Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

22. Odur ki, sosial müavinətdən tutmaya dair hərəkət qanunsuz sayılmalı, bununla bağlı qəbul edilmiş inzibati akt ləğv edilməli və onun icrasının nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

23. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə sosial müavinətindən tutulmaya dair cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı 26.639,40 manat artıq almanın müavinətə yönəldilməsi hissəsində ləğv edilsin və həmin tarixdən etibarən müavinətdən tutulmuş məbləğ geri qaytarılsın. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar