Məhkəmə qərarları › İş №2-1(112)-6609/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6609/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6609/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı “hərəkətlərin qanunsuz hesablanması və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) hazırlıq icraatında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “hərəkətlərin qanunsuz hesablanması və artıq ödənilmiş yol vergisinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən (xx.xx.2020) icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. xx xxxxxxx 2020-ci il tarixli məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iş üzrə əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirdi ki etibarnamə əsasında idarə etdiyi “X5” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirməklə müvəqqəti qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmiş, minik nəqliyyat vasitəsi gömrük orqanı tərəfindən düzgün olmayaraq yük nəqliyyat vasitəsi kimi rəsmiləşdirildiyindən ondan yük nəqliyyat vasitəsinə uyğun əsassız olaraq gömrük rüsumu alındığından cavabdehin hərəkətlərini mübahisələndirir. Odur ki, vəsatət verərəkişin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, İddiaçı etibarnamə əsasında idarə etdiyi “X5” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirməklə müvəqqəti qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmiş, həmin yük nəqliyyat vasitəsinin geri qaytarılması üçün 90 (doxsan) gün öhdəlik götürərək, bunun müqabilində ödənilməli olan 400 ABŞ dolları məbləğində yol vergisini ödəmişdir. Lakin iddiaçı həmin öhdəliyi göstərilən müddət ərzində yerinə yetirməmiş, xx.xx.2020-ci il tarixdə qeyd olunan nəqliyyat vasitəsi ilə ölkə ərazisini tərk etdiyi zaman, yük nəqliyyat vasitəsi 3 aydan çox, lakin 1 ildən artıq olmayan müddətdə ölkə ərazisində olduğu üçün ödənilməli olan yol vergisinin ümumi məbləği 1400 ABŞ dolları təşkil edilmiş, həmin məbləğin 400 ABŞ dolları məbləğində olan hissəsi həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi zamanı ödənildiyi nəzərə alınmış və əlavə olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 211.1.1.3-cü maddəsinə əsasən iddiaçıdan 1000 ABŞ dolları alınmışdır. İddiaçının iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı yönəldiyindən iddiaçının vəsatətinin təmin edilərək işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə iddia tələbinin mahiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılmasından ibarətdir. İşə əlavə edilmiş iddiaçının müraciətinə ünvanlanan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubdan da göründüyü kimi İddiaçı etibarnamə əsasında idarə etdiyi “X5” markalı, 2007-ci il buraxılışlı, E452KM799 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirməklə müvəqqəti qaydada Azərbaycan Respublikasının gömrük ərazisinə gətirmiş, minik nəqliyyat vasitəsi gömrük orqanı tərəfindən düzgün olmayaraq yük nəqliyyat vasitəsi kimi rəsmiləşdirildiyindən yük nəqliyyat vasitəsinə uyğun əsassız olaraq gömrük rüsumu alındığını və bununla da cavabdehin hərəkətlərini mübahisələndirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “X1rşı” iş üzrə xx xxxxxx 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının: 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddialara aid edilir. Ona görə də işin ərazi aidiyyəti həll edilərkən nəzərə alınmalıdır ki, mübahisənin bu xüsusatına İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməlidir. İPMin 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.3-1-ci maddələrində təsbit edilmiş müstəsna aidiyyət normaları hazırkı işlə əlaqədar deyil. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin hüquqi ünvanı Xaçmaz şəhəri, Aşıq Ələsgərli küçəsi, 3-dür. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Xaçmaz şəhərinin ərazisində yerləşdiyindən, İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə hazırkı inzibati işə həmin şəhərin aid olduğu inzibati məhkəmədə baxılmalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmələrin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi barədə” xx.xx.2019cu il tarixli 4 nömrəli qərarının 17.2-ci bəndinə əsasən Xaçmaz rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar