Məhkəmə qərarları › İş №2-1(112)-661/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-661/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-661/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin **********264700 nömrəli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə xx.xx.2023-cü il tarixli Əmri ilə xx.xx.2024-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilməsini nəzərə almışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən sonradan 2022-ci ilin hesabat dövrü üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edildiyini və həmin bəyannamə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral qaydada yoxlanılaraq müvafiq dövr üzrə yeni qərar qəbul edildiyini, bununla əlaqədar mübahisələndirilən qərarın qüvvəsini itirdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından hazırkı inzibati işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri X4 üzrə Baş İdarəsinin 13 noyabr 2023-cü il tarixli, **********264700 nömrəli qərarından görünür ki, 2022-ci ilin hesabat dövrü üzrə İddiaçı MMC-yə 1095,64 manat əlavə mənfəət vergisi hesablanmışdır. -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 iyun 2025-ci il tarixli, 3-21-2-3/2- 656684/2025 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə 2022-ci ilin hesabat dövrü üzrə 1095,64 manat əlavə mənfəət vergisi hesablanmışdır. -İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə 2022-ci ilin mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixə hesablanmış 1095,64 manat məbləğində borc azaldılmış, sonra eyni tarixdə müvafiq dövr üzrə (2022-ci il) 1095,64 manat əlavə mənfəət vergisi hesablanmışdır. xx.xx.2025-ci il tarixdə 2022-ci ilin mənfəət vergisi üzrə yenidən dəqiqlədirilmiş bəyannamə təqdim edilmişdir. Beləliklə müəyyən olunur ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 2022-ci ilin mənfəət vergisi üzrə 1095,64 manat əlavə vergi borcu hesablanmışdır. İddiaçı həmin qaərarı məhkəmə qaydasında mübahisələndirmiş və məhkəmə icraatı dövründə vergi orqanına həmin hesabat dövrü (2022-ci il) ilə bağlı dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Qeyd olunan dəqiqləşdirilmiş bəyannamə əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən kameral yoxlama aparılmış, nəticədə xx.xx.2025-ci il tarixli yeni qərarın qəbul edilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində əvvəlki (mübahisələndirilən) xx.xx.2023-cü il tarixli qərarla hesablanmış əlavə mənfəət verigisinin məbləği (1095,64 manat) azaldılmış, daha sonra isə sözügedən yeni qərarla hesablanmış həmin məbləğ yenidən iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Göründüyü kimi, iddaçının 2022-ci ilin mənfəət vergisi üzrə hesabat dövrü ilə bağlı dəqiqləşdirilmiş bəyannaməsi üzrə aparılmış kameral yoxlama nəticəsində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 iyun 2025-ci il tarixli, 3-21-2-3/2-656684/2025 nömrəli qərarı qəbul edilmişdir. Belə olan halda iddiaçının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsnin qərarını aidiyyəti üzrə mübahisələndirmək imkanı mövcuddur. “İnzibati icraat haqqında” qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-cü maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verə bilərlər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar