Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6613/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyat nişanının verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ford Transit” yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı işləri ilə bağlı olaraq özünə xırda tutumlu yük avtomobili almaq istədiyindən münasib qiymətə avtomobil ala bilmək üçün 2024-cü ilin fevral ayında Gürcüstan Respublikasına getmişdi. Orada olan zaman internet saytlarında satışa çıxarılmış avtomobillərlə maraqlanmış, Bolnisi rayonunda satışda olan “Ford Transit” yük markalı avtomobili bəyənmiş, avtomobilin görünüşü və vəziyyəti onu qane etdiyi üçün almaq qərarına gəlmişdir. Odur ki, avtomobili satan Gürcüstan Respublikası vətəndaşı İrakli adlı şəxslə avtomobilin qiymətini razılaşdıqdan sonra “Ford Transit” yük markalı, üzərində GR-6172 Gürcüstan Respublikasında avtomobilə yenidən 053ACC tranzit nömrə nişanları verilmişdir. Avtomobil Azərbaycan Respublikasına gətirilib 08 fevral 2024-cü il tarixdə gömrük qeydiyyatından keçirilmişdir. Sonra BDYPİ-də avtomobilin texniki baxışı aparılmış və avtomobildə OU225TR24 dövlət tranzit nömrə nişanları verilmişdir. Həmin vaxtdan sonra avtomobil qeydiyyata almadan məhəllədə qalmışdır. Avtomobili adına qeydiyyat etdirmək üçün 20 sentyabr 2024-cü il tarixdə BDYPİ-nə müraciət etmişdir. Orada avtomobilin texniki baxışı keçirilən zamanı avtomobilin Niderland dövlətində axtarışda olması barədə məlumat qeydə alındığı bildirilib, avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobili Gürcüstan Respublikası vətəndaşından almışdır. Avtomobili alan zamanı da axtarışda olmasını bilməmişdir. Adına idxal edilmiş “Ford Transit” yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobil 20 sentyabr 2024-cü il tarixdə qeydiyyat hərəkətləri aparılması üçün BDYPİ-nə təqdim olunmuş və avtomobilin texniki baxışı aparılan zaman “İNTERPOL” xətti ilə Niderland Krallığı tərəfindən axtarışının elan olunması məlum olmuşdur. Bununla bağlı toplanmış materiallar araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və 23 sentyabr 2024cü il tarixdə araşdırma aparılması Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı polis polkovniki İlqar Şirinova həvalə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistika Tədqiqatlar İdarəsinin 27 sentyabr 2024-cü il tarixli 24/476 nömrəli tədqiqat haqqında arayışdan görünür ki, “Ford Transit” yük markalı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş WF0XXXTTFXAJ36279 hərf və rəqəmlərə xarakterikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 27 sentyabr 2024-cü il tarixli 3- 13-xx/xx-11465/2024 nömrəli məktubundan görünür ki, İNTERPOL-un Baş katibliyinin məlumatına əsasən, VİN: WF0XXXTTFXAJ36279 olan, 2VHZ22 dövlət qeydiyyat nişanlı “Ford Transit 260S VA” markalı nəqliyyat vasitəsi 12 sentyabr 2024-cü il tarixdə Niderland Krallığında oğurlanmış və eyni tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyyi İNTERPOLun Milli Mərkəzi Bürosunun 27 sentyabr 2024-cü il tarixli 3-13-25/2-11465/2024 nömrəli məktubundan görünür ki, İNTERPOL-un Baş katibliyinin məlumatına əsasən, VİN: WF0XXXTTFXAJ36279 olan, 2VHZ22 dövlət qeydiyyat nişanlı “Ford Transit 260s VA” markalı nəqliyyat vasitəsi 12 sentyabr 2024-cü il tarixdə Niderland Krallığından oğurlanmış və eyni tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Araşdırma zamanı avtomobilin oğurlanması qeyd edilən 12 sentyabr 2024-cü il tarixi ilə avtomobilin Azərbaycan Respublikası ərazisinə daxil olmaqla gömrük qeydiyyatından keçirildiyi 08 fevral 2024-cü il tarixləri arasında ziddiyyət olması müəyyən edilmişdir. Bu səbəbdən də fakt üzrə araşdırma aparılıb dəqiqləşdirilməsi məqsədi ilə zəruri sənədlərin surəti Niderland Krallığındakı həmkarlarına çatdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosuna göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 23 oktyabr 2024cü il tarixli 3-13-25/2-12608/2024 nömrəli məktubu əsasında VİN: WF0XXXTTFXAJ36279 olan “Ford Transit” markalı nəqliyyat vasitəsi barədə İnterpolun Milli Mərkəzi Bürosundan daxil olmuş məktubun surəti təqdim edilmişdir. Təqdim olunmuş məktubun məzmununda “Ford Transit 260S Van 115Dpf 4.36, VİN: WF0XXXTTFXAJ36279, 2-VH-22 Holland dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 11 sentyabr 2024-cü il saat 17:30-dan 12 sentyabr 2024-cü il saat 07:30-dək olan müddət ərzində Hollandiyada oğurlanması, oğurluqla bağlı olaraq heç bir iz tapılmadığı, həmçinin polis tərəfindən hesabatın araşdırılması, lakin avtomobilin, həmçinin cinayətkarın izinə düşə biləcək heç bir sübut tapılmadığı qeyd edilmişdir. Burdan da göründüyü kimi avtomobilin oğurlanması faktı ilə bağlı edilmiş müraciətdə ziddiyyətli məqam vardır. 08 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında gömrük qeydiyyatına alınaraq Azərbaycan Respublikası ərazisində olan “Ford Transit” yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon buraxılışh avtomobilin 11 sentyabr 2024-cü il saat 17:30-dan 12 sentyabr 2024-cü il saat 07:30-dək olan müddət ərzində Hollandiyada oğurlanması mümkün deyildir. Bu faktı Haaqa interpolunun verdiyi məlumatda göstərilən “Ford Transit 260S Van 115Dpf 4.36, VİN WF0XXXTTFXAJ36279 2— VHZ-22 Holland dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 11 sentyabr 2024-cü il saat 17:30-dan 12 sentyabr 2024-cü il saat 07:30-dək olan müddət ərzində Hollandiyada oğurlanması, oğurluqla bağlı olaraq heç bir iz tapılmadığı, həmçinin polis tərəfindən hesabatın araşdırılması, lakin avtomobilin həmçinin cinayətkarın izinə düşə biləcək heç bir sübut tapılmadığı barədə məlumatı da təsdiq edir. Odur ki, göstərilən halda “Ford Transit” yük markalı, hazırda üzərində OY225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışh avtomobilin Niderlan Krallığı tərəfindən axtarışa verilməsi ilə İddiaçı yani mənim vicdanlı alıcı hesab edilməklə əməlində “Ford Transit” yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobillə bağlı oğurluq və digər cinayətin tərkibi olmadığı müəyyən olunmuşdur.
3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “qeyd olunan "Ford Transit" markalı, ban nömrəsi: WF0XXXTTFXAJ36279 olan nəqliyyat vasitəsinin "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”
4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ilə qərara alınmışdır ki, İddiaçı «Ford Transit» yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobilin Niderland Krallığı ərazisindən oğurlanması fakt üzrə əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilsin. «Ford Transit» yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobil saxlanılmasının təmin olunması üçün İddiaçı təhvil verilsin. Mübahisəli məsələlər həll olunana qədər avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə İddiaçı xəbərdarlıq edilsin.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “«Ford Transit» yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları dan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WFOXXX TTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti sizə göndərilməklə izah olunur ki, qərardan narazı qaldığınız halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnuz vardır.”
6. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, VİN: WF0XXXTTFXAJ36279 olan, 2VHZ22 dövlət qeydiyyat nişanlı, “Ford TRANSİT 260S VA” markalı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Niderland Krallığında oğurlanmış və həmin tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.
7. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; 8.1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulmuş formada və qaydada verilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydalarının qeyd hissəsinə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir.
19. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
20. Hazırkı mübahisə nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina ilə bağlıdır. Belə ki, cavabdeh orqan avtomobilin oğurlanması səbəbindən qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, “Ford Transit” yük markalı, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli 2010-cu il buraxılışlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən OU225TR24 dövlət tranzit qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır.
22. Məhkəmə araşdırılması nəticəsində nəqliyyat vasitəsinin Niderland Krallığında oğurlanması və xx.xx.2024-cü il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınması müəyyən edilmişdir. Məhz bu səbəbdən cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuşdur.
23. Məhkəmə cavabehin həmin dəlililərini əsassız hesab edərək qeyd edir ki, həmin oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə “İnterpol”un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun 23 oktyabr 2024-cü il tarixli 3-13-25/2-12608/2024 nömrəli məktubunda «Ford Transit 260S Van 115Dpf 4.36, VİN WF0XXXTTFXAJ36279, 2-VHZ-22 Holland dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 11 sentyabr 2024-cü il saat 17:30-dan 12 sentyabr 2024-cü il saat 07:30-dək olan müddət ərzində Hollandiyada oğurlanması, oğurluqla bağlı olaraq heç bir iz tapılmadığı, həmçinin polis tərəfindən hesabatın araşdırılması, lakin avtomobilin, həmçinin cinayətkarın izinə düşə biləcək heç bir sübut tapılmadığı qeyd edilmişdir.
24. Göründüyü kimi avtomobilin oğurlanması faktı ilə bağlı edilmiş müraciətdə ziddiyətli məqam vardır. 08 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasında gömrük qeydiyyatına alınaraq Azərbaycan Respublikası ərazisində olan «Ford Transit» yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı avtomobilin 11 sentyabr 2024-cü il saat 17:30-dan 12 sentyabr 2024-cü il saat 07:30-dək olan müddət ərzində hollandiyada oğurlanması mümkün deyildir.
25. İşdə olan Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və Təhqiqat şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, sözügedən fakt üzrə İddiaçı əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş və nəqliyyat vasitəsi ona təhvil verilmişdir. Qeyd olunanlara əsasən İddiaçı nəqliyyat vasitəsini vicdanlı əldə edən hesab edilmişdir.
26. Digər tərəfdən qeyd edilməlidir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh bunları etməmiş, “İnterpol”-un məlum məktubuna istinad etməklə kifayətlənmiş, bu istiqamətdə hər hansı müvafiq tədbirlər görülməmiş, yəni “İnterpol”dan lazımi əlavə məlumatlar alınmamışdır.
27. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-ci maddəsinin tələbləri nəzərə alınmalı, cavabdeh “İnterpol”-dan belə bir məlumat aldığı zaman, “İnterpol”- la müvafiq yazışma aparmalı və sözügedən məsələnin təfsilatlarını öyrəndikdən sonra, inzibati icraat qaydasında tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməli idi.
28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. “Ford Transit” yük markalı, hazırda üzərində OU225TR24 tranzit dövlət qeydiyyat nişanları olan, vaqon tipli, AJ36279 mühərrik nömrəli, WF0XXXTTFXAJ36279 ban nömrəli, ağ rəngli 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva