Məhkəmə qərarları › İş №2-1(112)-6614/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6614/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6614/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadə, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinincavabdehlər Cavabdeh1 MTK və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X7 3-cü şəxs qismində göstərməklə “aktların etibarsız hesab edilməsi və vurulmuş zərərlərin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə iddiaçının ərizəsinə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi cavabdehlər Cavabdeh1 MTK və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X7 3-cü şəxs qismində göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi RİH-nin hərəkətləri qanunsuz hesab edilməli, xx.xx.2017-ci il tarixli, 174 saylı sərəncamı və 05/17 saylı, 2017-ci il tarixli “Ayrıc Aktı”nın qəbul edilməsi və Cavabdeh1 MTK-nın həmin inzibati akt əsasında gördüyü işlərlə müşayiət olunan hərəkətlərinin qanunusuz hesab edilməsi. Binəqədi RİH-nin xx.xx.2017-ci il tarixli, 174 saylı sərəncamı və 05/17 saylı, 2017-ci il tarixli “Ayrıc Aktı” ləğv olunaraq, mübahisəli ünvan 1 ünvanında yerləşən ərizədə torpaq ayırma tədbirlərinin qanunla müəyyən edilmiş qaydada Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə razılaşdırılması vəzifələrinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 13 və 48-ci (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçılara “hüquqi yardım” məktubu göndərərək, iddiaçılar X8, X3, X4, X1, X5 tərəfindən və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmadığı, hazırki iddia tələbi ilə bağlı inzibati orqana müraciətin olmaması və məhkəmə iclasında iddia tələbinin mümkünlük məsələsinə baxılacağı bildirmişdir. İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X6 xx.xx.2020-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin hazırda tərəflər arasında danışıqlar getdiyindən geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsi təmin edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsində hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinincavabdehlər Cavabdeh1 MTK və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X7 3-cü şəxs qismində göstərməklə “aktların etibarsız hesab edilməsi və vurulmuş zərərlərin aradan qaldırılması”na dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X2iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinincavabdehlər Cavabdeh1 MTK və Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı X7 3-cü şəxs qismində göstərməklə “aktların etibarsız hesab edilməsi və vurulmuş zərərlərin aradan qaldırılması”na dair iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar