Məhkəmə qərarları › İş №2-1(112)-6614/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6614/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6614/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı Bakı şəhəri İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X5) “sərəncamların ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddianın təmin edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli və 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanındakı Nərimanov rayon MKTB-nin balansında olan 408.82 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 8457 saylı icarə müqaviləsinə əsasən Nərimanov Bələdiyyəsinin icarəsinə verilmiş və 2021-ci ilin dekabr ayı da daxil olmaqla icarə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı pilot layihə çərçivəsində həmin binanın sökülərək yeni binanın inşası barədə qərarına əsasən balanssaxlayıcı Nərimanov Rayon MKTB-nin razılığı ilə icraçı şirkət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Nərimanov Bələdiyyəsi arasında 03 may 2021-ci il tarixli, 306 saylı müqavilə bağlanılmış və Nərimanov Bələdiyyəsi sonuncu olaraq iyun ayında icarəsində olan sahəni boşaltmış və həmin ayda, yəni 2021-ci ilin iyun ayında bin "xxxx" MMC tərəfindən sökülmüşdür. 2022-ci ilin əvvəllərində "xxxx" MMC tərəfindən Bələdiyyəyə ünvanlanmış pretenziyada qeyd olunanlardan məlum olmuşdur ki, X5 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2021-ci il tarixli 1306 saylı icarə müqaviləsi bağlanılmış, təxminən 15 gün sonra isə xx.xx.2021-ci il tarixli, 289 saylı alqısatqı müqaviləsi bağlanaraq çıxarış verilmişdir. Bundan sonra, iddiaçı X3 "xxxx" MMC-yə və Nərimanov Rayon Bələdiyyəsinə qarşı, 305 saylı, 03 may 2021-ci il tarixli "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsi və həmin qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən X4 hər ay 5000 manat məbləğində kompensasiyanın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə gedişi zamanı təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 145 saylı, xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamlar əsas götürülməklə İddiaçı bununla bağlı verdiyi qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. İnzibati orqanın sonuncu baxış zamanı məhkəməyə təqdim etdiyi kserosurət olan sənədin sərəncamlar (daxili sərəncam) əsassızdır və Qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, sərəncamlar 2021-ci ilin sentyabr ayında verilməsinə baxmayaraq, bu günədək icarəçiyə yazılı və şifahi məlumat verilməmişdir ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu əsaslara görə də Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə gedişi zamanı təqdim etdiyi xx.xx.2021-ci il tarixli 145 saylı, xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamları ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələr ilə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat həmçinin məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə yönələn mülki məhkəmə icraatı üzrə ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən və qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdeh xx.xx.2021-ci il tarixli, 145 saylı inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş inzibati icraat açmamış, inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun icraatda iştirakını təmin etməmiş, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər barədə iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizələrini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçını həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraatın materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. İnzibati aktın qəbul edilməsi prosesində vacib məqamlarından biri də aktın qəbul edilməsi ilə bağlı “məlumat vermə” məsələsidir. Maraqlı şəxslərə inzibati aktın qəbul edilməsi haqqında məlumatın verilməsi qaydası Qanunun 62-ci maddəsi ilə tənzimlənir. Məlumat verilmə təkcə inzibati orqanın vəzifəsi deyil, inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı üçün də ilkin şərtdir. Bu xüsusiyyətinə görə məlumat verilmə inzibati icraatın mərkəz institutudur. Yalnız inzibati aktın qəbul edilməsi haqqında məlumatın maraqlı şəxslərə verilməsi anında inzibati akt hüquqi təsirə malik olur, bu vaxta kimi akt sadəcə olaraq inzibati orqanın daxili tədbiri kimi qəbul edilir. Hüquqi qüvvəni müəyyən etmək xüsusiyyətindən başqa, məlumatın verilməsi şikayət və iddia müddətlərinin axımının başlanması anını da müəyyən edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 8457 nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 408.8 kv.m qeyriyaşayış sahəsi sonuncunun icarəsinə verilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə baxış keçirilərkən iddiaçı tərəfindən müqavilə predmeti olan əmlakdan uzun müddət ərzində istifadə olunmadığı müəyyən edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Qeyd olunan səbəbdən Xidmətin xx.xx.2021-ci il tarixli, 145 nömrəli sərəncamı ilə tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. Daha sonra ünvan 3 ünvanında yerləşən 1409.2 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, 150 nömrəli sərəncam qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 1306 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X3 icarəsinə verilmişdir. Daha sonra X3 müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 oktyabr 2021-ci il tarixli, 158 nömrəli sərəncamı ilə qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Xidmət ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 289 nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyri-yaşayış sahəsi Natiq Əliməmmədov tərəfindən özəlləşdirilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilən sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahə üzərində hər hansı hüququ mövcud olmamışdır. Məhkəməyə təqdim olunmuş hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı Nərimanov Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında istifadəsində olan, mübahisə predmeti olan qeyriyaşayış sahəsini aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 306 nömrəli müqavilə əsasında sökülmək üçün "xxxx" MMC-yə təhvil vermiş və iyun ayında qeyd olunan qeyriyaşayış sahəsini boşaltmışdır. İddiaçı Nərimanov Bələdiyyəsi tərəfindən qeyd olunan müqavilənin bağlanması barədə Xidmətə hər hansı məlumat verilməmiş və Xidmət tərəfindən müqavilənin bağlanmasına razılıq verilməmişdir. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 696.4.2-ci maddəsinə əsasən əgər kirayəyə verənə müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləmədən hüquq münasibətlərini ləğv etmək hüququ verən hər hansı əsas varsa kirayəçi kirayə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Göründüyü kimi, icarəçi Nərimanov Bələdiyyəsinin qeyd olunan hərəkətləri nəticəsində Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsinin və qanunvericiliyin tələbləri pozulduğundan Xidmətin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 145 nömrəli sərəncamı ilə tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. Beləliklə, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 8457 nömrəli icarə müqaviləsinin şərtləri məhz icarəçinin təqsirli hərəkətləri nəticəsində pozulduğundan, Xidmət tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 145 nömrəli sərəncam qanunvericiliyə uyğun olmuş, bu zaman iddiaçının hər hansı hüquqları pozulmamışdır. Mülki Məcəllənin 692.2.1-ci maddəsinə əsasən kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. Belə olan halda iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında hər hansı icarə müqaviləsinin mövcud olmaması və mübahisə predmeti olan əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı hüququnun mövcud olmaması iddiaçının mübahisə predmeti olan qeyriyaşayış sahəsi üzərində hər hansı hüququnun mövcudluğunu istisna edir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 306 nömrəli müqavilə üzrə tərəf olmadığından, Xidmət həmin müqavilə üzrə hər hansı öhdəlik və məsuliyyət daşıya bilməz. Həmçinin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 306 nömrəli müqavilə əsasında mübahisə predmeti olan dövlət əmlakı üzərində hər hansı hüququn qeydiyyata alınması mümkün olmadığından, həmin müqavilə iddiaçının hər hansı subyektiv hüququnun yaranmasına səbəb ola bilməz. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 15.1-ci maddəsinə və “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi səlahiyyəti dövlət əmlakının sərəncamçısı — Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı Nərimanov Bələdiyyəsinin mübahisə predmeti olan əmlak üzərində sərəncam vermə səlahiyyətinə məxsus olan Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan "xxxx" MMC ilə bağladığı müqavilə əmlak üzərində hər hansı hüquq, həmçinin arzu olunan hər hansı hüquqi nəticə yaratmadığından, özlüyündə etibarsız əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarının ikinci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Qeyd olunan qərarın yeddinci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 9.2.3-cü maddəsinə əsasən bələdiyyə orqanları dövlət əmlakının özəlləşdirilməsi zamanı alıcı kimi çıxış edə bilməzlər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun on üçüncü maddəsinin ikinci hissəsinə əsasən icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Göründüyü kimi, iddiaçı Nərimanov Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış icarə müqaviləsi əsasında yalnız mübahisə predmeti olan sahədən əvəzli qaydada istifadə etmək hüququna malik olmuşdur və qanuna əsasən iddiaçının həmin sahəni özəlləşdirməklə mülkiyyətinə keçirməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda, mübahisə predmeti olan əmlakın artıq mövcud olmaması həmin sahə ilə bağlı hər hansı münasibətlərin davam etdirilməsini istisna etdiyindən, hazırkı iddia hər hansı əhəmiyyət kəsb edə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçı Nərimanov Bələdiyyəsi mübahisəli əmlak üzərində mülkiyyət hüququna sahib ola bilməyəcəyindən, onun müvafiq icra hakimiyyəti orqanlarının qərarlarına uyğun olaraq mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü-tikinti işlərinin aparılmasını həyata keçirən "xxxx" MMC ilə həmin sahəyə dair hər hansı müqavilə bağlamaq səlahiyyəti ola bilməzdi. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan əmlakla hər hansı bağlılığı olmadığından, onu hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyil. Eyni zamanda, iddiaçı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı Nərimanov Bələdiyyəsi cavabdehlər Əmlak Məsələləri Dövlət Xidmətinə və Natiq Əliməmmədova qarşı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və alqı-satqısına dair cavabdehlər arasında bağlanmış qeyd olunan müqavilələrin etibarsız hesab edilməsi və mübahisəli qeyri-yaşayış sahəsinə dair Natiq Əliməmmədova verilmiş mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(005)-1007/2022 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan işə baxılması zamanı Xidmətin nümayəndəsi tərəfindən məhkəməyə müvafiq ərizə təqdim olunaraq, eyni zamanda izahat verilərək hazırda mübahisələndirilən sərəncamlar əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair Nərimanov Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edildiyi və həmin sahənin Natiq Əliməmmədovun icarəsinə verildiyi, daha sonra sonuncu tərəfindən əmlakın özəlləşdirildiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı uzun müddət ərzində mübahisə predmeti olan qeyriyaşayış sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırda mübahisələndirilən sərəncamların qəbul edilməsindən və əmlakın özəlləşdirilməsindən məlumatlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 09 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlaka dair qəbul edilmiş sərəncamların ləğv edilməsini xahiş etsə də, həmin sərəncamların qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddianın rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əsasən siyahısı bu sərəncama əlavədə göstərilən daşınmaz dövlət əmlakı obyektlərinə dair bağlanılmış icarə müqavilələri ləğv edilmişdir. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi: bu sərəncamın 1-ci bəndində göstərilən qeyri-yaşayış sahələrindən səmərəli istifadə edilməsi və dövlət büdcəsinə əlavə vəsaitin daxil olması məqsədi ilə həmin qeyri-yaşayış sahələri barədə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi ilə birlikdə ləğv edilmiş icarə müqavilələri üzrə icarə haqqı borclarının ödənilməsinə nəzarəti təmin etmişdir. Hüquq şöbəsi ilə birlikdə ləğv edilmiş icarə müqavilələri üzrə yaranmış icarə haqq borclarını ödəməyən icarəçilər barədə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu sərəncamın surətinin aidiyyət üzrə çatdırılmasını təmin etmişdir. Sərəncamın icrasına nəzarət rəis müavini E.Yusubova həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əlavədən (icarə müqaviləsi ləğv olunan daşınmaz dövlət əmlakı obyektlərinin siyahısının ikinci sırasından) görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 408,8 kv.m icarə obyektinə dair bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamına əsasən dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən daşınmaz dövlət əmlakı obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi: mövcud qanunvericiliyə əsasən 10 (on) gün müddətində bu sərəncamın 1-ci bəndində göstərilən icarə obyektlərinin texniki göstəricilərinə uyğun olaraq icarə müqavilələrinin bağlanılmasını və qeydiyyatının aparılmasını təmin etmişdir. Hüquq şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələrini nüsxələrinin icarəçilərə və balanssaxlayıcılarına çatdırılmasını təmin etmişdir. Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələri üzrə icarə haqlarının dövlət büdcəsinə ödənilməsinin müntəzəm nəzarəti təmin edilmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu sərəncamın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Sərəncamın icrasına nəzarət rəis müavini E.Yusubova həvalə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Nərimanov Rayon X1, "xxxx" MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia təmin edilərək ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyriyaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə dair "xxxx" MMC ilə X5 arasında yeni müqavilənin bağlanılması və qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən Natiq Əliməmmədova aylıq 5.000 manat məbləğində kompensasiya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8382/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1007/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-3799/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamının və həmin sərəncama əlavənin (icarə müqaviləsi ləğv olunan daşınmaz dövlət əmlakı obyektlərinin siyahısının) təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 1306 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 (registr № ***-*******5-004) ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X3 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 289 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə (Forma № 4M) əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m qeyri-yaşayış sahəsi X2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 271 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 (registr № ***-*******5-002) ünvanında yerləşən, ümumi sahəsi 408,8 kv.m təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədi ilə Bakı şəhəri İddiaçı müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 306 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İddiaçı öz istifadəsində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 440 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi və həmin qeyri-yaşayış sahəsinə dair bütün hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin qeyriyaşayış sahəsinin əvəzində nəzərdə tutulmuş başqa ünvanda icarəsinə veriləcək yerdə fəaliyyət göstərməyi bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada qəbul etməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, üçüncü şəxs iştirak etməmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sözügedən qeyriyaşayış sahəsi icarə müqaviləsinin ləğv edildiyi vaxtdan bir neçə ay əvvəl sökülmüşdür, yerində inşa edilmiş çoxmərtəbəli bina hələ istifadəyə təhvil verilməmiş olduğundan uzun müddət binadan istifadə etməmişlər. İcarəyə verilmiş qeyri-yaşayış sahəsinin sökülməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa izahat verərək əlavə olaraq bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi icarə müqaviləsinin ləğv edildiyi zaman mövcud olmamış, sökülmüş və məhv edilmişdir, yerində inşa edilmiş çoxmərtəbəli binada isə iddiaçı fəaliyyət göstərməmişdir. İcarəyə verilmiş qeyri-yaşayış sahəsinin sökülməsi barədə iddiaçı tərəfindən cavabdehə məlumat verilməmiş, iddiaçı səlahiyyəti olmadan həmin qeyri-yaşayış sahəsinin sökülməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X8 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mümkünlük şərtlərinin qiymətləndirilməsi ilə əlaqədar məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında olan icarə müqaviləsi (İcarə müqaviləsinin müddəti: xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək) ləğv edilərkən icarə predmeti olmuş daşınmaz əmlak mövcud olmamışdır. Bu işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, icarə müqaviləsinin ləğv edildiyi zaman müqavilə predmetinin (qeyri-yaşayış sahəsinin) artıq mövcud olmamasını və mübahisəsiz olaraq həmin qeyri-yaşayış sahəsinin iddia qaldırılan zaman da mövcud olmamasını nəzərə alaraq həmin müqavilənin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın ləğviinə dair iddianın uğurlu olması ilə iddiaçıya münasibətdə onun çatmaq istədiyi məqsədə nail olmaq mümkün deyil. Məhkəmə iddia tələbinin cavabdehin 145 saylı xx.xx.2021-ci il tarixli sərəncamıın ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, həmin sərəncamı inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilmiş kimi qiymətləndirmək düzgün olmazdı. Belə ki, sözügedən sərəncam tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilməsini nəzərdə tutur. Belə olan halda məhkəmə hesab edir ki, həmin sərəncamı inzibati akt hesab etmək olmaz. Məhkəmə hesab edir ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddia tələbinin cavabdeh tərəfindən qəbul edilmiş 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamın ləğv edilməsi ilə bağlı tələbinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən sərəncam qəbul edilərkən tərəflər arasında olan icarə müqaviləsi qüvvədə olmamışdır. Həmçinin sözügedən qeyri-yaşayış sahəsi məhv edilmiş və iddiaçının istifadəsində olmamışdır. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddia tələbinin sözügedən hissəsi ilə bağlı iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq “sərəncamların iddiaçıya aid hissədə mübahisələndirilməsi” kimi dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istisna etmir. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar