Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6615/2024 27.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Əliyev X1 Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarında xidmət etmişdir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanununun 26.1-ci bəndinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar həmin Qanunun 26.2-ci bəndinə əsasən Fövqəladə hallar orqanları əməkdaşlarına geyim formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz verilir və həmin Qanunun 26.4-cü bəndinə əsasən Fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilməsi qeyd edilir. Lakin iddiaçıya nə geyim forması nə də pul kompensiyası verilməyib. İddiaçıya təqdim olunan əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün 35 nömrəli arayışda mənə veriləcək məbləğin 2280.19 (iki min iki yüz səksən manat 19 qəpik) göstərilsədə bu günədək pul vəsaitini ala bilməmişəm. Bununla bağlı Cavabdehnə məktub ünvanlasamda Nazirliyin Mülki Müdafiə Qoşünlarından xx.xx.2023-cü il tarixli, 3-8-22/2- 951/2023 nömrəli məktubla iddiaçıya pul vəsaitinin olmadığını gələcəkdə pul vəsaitinin ayrılacağı halda ödəniş olunacağını bildirmişlər. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 imtinanın əsaslı olduğunu bildərərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün tərtib olunmuş 35 №-li arayışdan görünür ki, MMQK-nın 17 fevral 2023-cü il tarixli 41 nömrəli əmrilə tərxis olunan polkovnik İddiaçı əşya əmlakı əvəzinə alınmalı pul kompensasiya məbləği 2.280,19 manat təşkil edir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üçün xərclər smetasında bu xərc maddəsi üzrə vəsait olmadığından həmin ödənişin hal-hazırda həyata keçirilməsi mümkün olmamışdır. Tələb olunan pul vəsaiti ayrıldığı zaman ödəniş təmin ediləcəkdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İlk növbədə qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun preambulasənda göstərilir ki, bu Qanun fövqəladə hallar orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini, həmin orqanlarda xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 1.2-ci maddəsinə görə fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Həmin Qanunun 2.2-ci maddəsinə görə fövqəladə hallar orqanlarında hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçməsi «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanunları, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri və digər normativ hüquqi aktlarla tənzimlənir. Həmin Qanunun 26.1-ci maddəsinə görə fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar. Həmin Qanunun 26.2-ci maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşlarına geyim formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz verilir. Həmin Qanunun 26.4-cü maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinin 5-ci hissəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. Göründüyü kimi, mövcud qanunvericilik normaları fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasınən verilməsini nəzərdə tutur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh 9921 saylı Hərbi hissəsinin “Əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün 4 nömrəli arayış”dan görünür ki, tərxis olunan polkovnik İddiaçı 34 adda əmlaka (furajka, pilotka, papaq, köynək, əlcək və s.) görə 2.280,19 manat pul vəsaiti hesablanmışdır. Arayış əşya xidməti rəisinin və maliyə xidməti rəisinin imzaları və hərbi hissənin möhürü ilə təsdiqlənmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cavabdeh özü də iddiaçının əşya əmlakı əvəzinə pul kompensasiyası almaq hüququnun olduğunu həmin arayışı verməklə təsdiq etmiş, lakin bu xərcin xərclər smetasında olmadığına istinad edərək kompensasiyanın ödənilməsindən imtina etmişdir. Halbuki, cavabdehin imtina əsası kimi göstərdiyi bu hal iddiaçının maraq sahəsini əhatə etmir. Yəni, faktiki olaraq cavabdehin xərclər smetasında “əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə xərclərin” nəzərdə tutulması iddiaçının bu kompensasiya almaq hüququndan məhrum edə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan (qurumun tabeliyindəki müvafiq hərbi hissə) tərəfindən iddiaçıya tərxis olunuş əməkdaş kimi verilməli əşya əmlakı əvəzinə pul kompensasiyanın məbləği əşyalar ayrı-ayrılıqda göstərilməklə ümumikdə 2.280,19 manat müəyyən edildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əşya əmlakı əvəzinə 2.280,19 manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6615/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6615/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver