Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6618/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbədənkənar mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən onun mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi mənzillə növbədən kənar təmin olunmasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 il sovet ordusunda və 1992-1994cü ilərdə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hal-hazırda 3-cü qrup müddətsiz Qarabağ müharibə əlilidir. Binəqədi rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən xx.xx.2016-cı ildən mənzil növbəsindədir, lakin cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq bu günə kimi mənzillə təmin edilməmişdir. Ondan sonra növbədə olanların çoxu mənzillə təmin edilmişdir. Üçüncü qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir, ağır xəstədir, cavabdeh əsassız olaraq onun mənzillə təmin edilməsinə mane olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirzda bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES- də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahılarında iddiaçının 19 iyul 2016-cı il tarixindən mənzil növbəsinə dayandığı qeyd edilmiş və ikiotaqlı mənzillə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzil olmadığından İddiaçı mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə İddiaçı mənzillə təmin ediləcəkdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56-cı maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə. Eyni zamanda bildiririk ki, iddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü İİ14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 25-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşmür. Belə ki, Qaydaların tələblərinə görə İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə növbədənkənar qaydada mənzil verilir. İddiaçı İİİ qrup müddətsiz əlil olduğuna görə növbədənkənar qaydada mənzil ilə təmin olunması məsələsi aradan qalxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı tələbinin qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq, onun “mənzillə təmin olunmasına" dair iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Əlilliyə dair alt sistemdən çıxarışa əsasən İddiaçı xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Keçirilmiş qapalı kəllə-beyin travmasındn sonrakı ikitərəfli koxlear nevrit və cüzi astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağireşitmə” diaqnozu ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 97 nömrəli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhəri Binəqədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı, döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1994-cü ildə aldığı travma diaqnoz: «Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı ikitərəfli koxlear nevrit və cüzi astenizasiya təzahürləri. Postkontuzion neyrosensor ağıreşitmə, pıçıltı nitqi eşitməsi sağ qulaqda 1m, sol qulaqda qulaq seyvanının yanında» nə səbəbə ki, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasında müayinə və müalicə olunmuşdur (xəstəxananın verdiyi xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHP-nın 7.04.1994-cü il 4703 saylı, xx.xx.1994-cü il tarixli 6603 saylı və xx.xx.1994-cü il 7864 saylı arayışlar, Binəqədi RHK-nın xx.xx.2002-ci il tarixli 1 saylı arayış), «HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». MN MHP-nın HHK-nın 7.04.1994, 9.05.1994 və 1.06.1994-cü il tarixli, travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərarları ləğv edilir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 154 nömrəli Sərəncamı ilə vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlil olmasını nəzərə alaraq, onun mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərar alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/09-xx-xx/2101 nömrəli məktubu ilə göndərilmiş Binəqədi rayonunda mənzil növbəsində uçotda olan Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə dayanmış Qarabağ müharibəsi əlillərinin ümumi siyahısında 83-cü yerdə154 saylı xx.xx.2016-cı il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar İİİ qrup əlil İddiaçı adı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 02/09-xx-xx/1803 nömrəli məktubunda qeyd olunmuşdur ki, Kərimov X5 Rayon İcra Hakimiyyəti başçısının 154 saylı xx.xx.2016cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsindədir və o, hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi Binəqədi rayonu mənzil uçot siyahısında 83-cü sıradadır. Məlumat üçün bildiririk ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə xx.xx.2022-ci il tarixinə qədər ümumi və güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş vətəndaşların siyahısı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 155 saylı Sərəncamına əsasən təsdiqlənərək, elektron və kağız formada 01/09-11-32/336 saylı xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-15020/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 84-cü sıra nömrəsi ilə İddiaçı 19 iyul 2016-cı il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, 83-cü sırada X2 (şəxsiyyət vəsiqəsinin nömrəsi: AA0428275, FİN: 35SFMX4) adı göstərilmişdir. Eyni zamanda qeyd edirik ki, İddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılmış və onun ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər daxil olduqdan sonra sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-24359/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 84-cü sıra nömrəsi ilə İddiaçı 19 iyul 2016-cı il tarixində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Əlavə olaraq bildiririk ki, Nazirliyə təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 57-ci sıra nömrəli X8, 60-cı sıra nömrəli X14, 64-cü sıra nömrəli X9, 68-ci sıra nömrəli X7, 78-ci sıra nömrəli X10 Nazirlik tərəfindən mənzillə təmin olunmuşdur. Qeyd edirik ki, 84-cü sıra nömrəsindən sonra 105ci sıra nömrəli X11, 110-cü sıra nömrəli X4 üçotaqlı mənzillərlə təmin olunublar. Eyni zamanda qeyd edirik ki, İddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılmış və onun ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər daxil olduqdan sonra sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Nəzərinizə çatdırırıq ki, İddiaçı müvafiq sənədlərini 15 avqust 2022-ci il tarixində Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-28626/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respubikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çemobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 84-cü sıra nömrəsi ilə İddiaçı 19 iyul 2016-cı il tarixində 4 nəfər ailə tərkibi (özü, həyat yoldaşı, oğlu və qızı) ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Bildiririk ki, Nazirliyə təqdim olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 19 yanvar 2023-cü il tarixli 5-10/2-100/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında 57-ci sıra nömrəli X8 3 iyun 2022-ci il tarixində üçotaqlı, 60-cı sıra nömrəli X14 24 iyun 2022-ci il tarixində üçotaqlı, 64-cü sıra nömrəli X9 20 aprel 2023- cü il tarixində birotaqlı, 68-ci sıra nömrəli X7 4 may 2023-cü il tarixində üçotaqlı, 78-ci sıra nömrəli X10 24 noyabr 2022-ci il tarixində Nazirlik tərəfindən üçotaqlı mənzillərlə təmin olunmuşdurlar. Əlavə olaraq bildirik ki, 84-cü sıra nömrəsindən sonra 105-ci sıra nömrəli X11 7 sentyabr 2022-ci il tarixində, 110-cü sıra nömrəli X4 isə 28 noyabr 2022-ci il tarixində üçotaqlı mənzillərlə təmin olunublar. Qeyd edirik ki, İddiaçı mənzillə təmin olunması məqsədilə Agentliyə təqdim etdiyi sənədlərə baxılmış, onun ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) nəzərə alınmaqla və qızı - X1 evli olması səbəbindən ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından vətəndaşın mənzil təminatını həyata keçirmək mümkün olmamışdır. Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər daxil olduqdan sonra sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Eyni zamanda qeyd edirik ki, Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-3/2-K-5610/2/2023 nömrəli məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş növbəlilik siyahısında 19 iyul 2016-cı il tarixindən mənzil növbəsinə dayandığınız qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, təqdim etdiyiniz sənədlərə baxılmış və ikiotaqlı mənzillə təmin edilməyiniz nəzərdə tutulmuşdur. Lakin Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından mənzil təminatınızın həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra ikiotaqlı mənzillə təmin edilməyinizə növbəlilik qaydasında baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsasızdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlildir. İddiaçı 4 nəfər ailə tərkibində (özü, yoldaşı, oğlu və qızı) ilə birlikdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 154 saylı xx.xx.2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəliliyinə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış yeri üzrə xx.xx.2022-ci il tarixinə qədər ümumi və güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş vətəndaşların siyahısı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 155 saylı Sərəncamına əsasən təsdiqlənərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, həmin Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərinn Binəqədi rayonu üzrə mənzil uçot siyahısında iddiaçının adı 83-cü sırada göstərilmişdir. İddiaçının mənzil növbəlilyi sənədlərinə cavabdeh inzibati orqanda baxılmış və onun ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) nəzərə alınmaqla və qızı - X1 evli olması səbəbindən ikiotaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə ikiotaqlı mənzillər olmadığından iddiaçının mənzil təminatını həyata keçirməyin mümkün olmadığına istinad edir. İddiaçı üçüncü qrup əlil kimi uzun müddət mənzil növbəsində olduğu nəzərə alınmaqla onun növbədənkənar qaydada mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını hazırkı iddiada mübahisələndirir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olan məsələlərdəndir. 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlilliyi olan şəxs və şəhid ailəsi mənzillə təmin edilmiş, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında qeyd olunmuşdur ki:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi qərara alınmışdır. 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 nömrəli Sərəncamında əlilliyi müəyyən edilmiş şəxslər üçün 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlərin ayrılması nəzərdə tutulmuşdur. Lakin, sonradan Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı ilə nəzərdə tutulmuş bu müddət azaldılmış və əlilliyi müəyyən edilmiş şəxslərə 2021– 2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. Beləliklə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nöməli Sərəncamı xüsusi səbəblərlə əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. Hazırkı işdən müəyyən olunur ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2023cü il tarixdə təqdim etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil növbəliliyi siyahısında iddiaçı 84-cü sırada qeyd edilmiş, iddiaçının ailə üzvlərinin sayı nəzərə alınmaqla 2 otaqlı mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının adının olduğu növbəli siyahıda özündən əvvəl və sonra 1 neçə şəxs mənzillə təmin olunsalar da həmin şəxslər onların ailə üzvlərinin sayına müvafiq olaraq 1 və ya 3 otaqlı mənzillərlə təmin olunmuşlar. İddiaçının mənzil növbəliliyi siyahısında özündən sonra adı qeyd edilmiş hər hansı şəxsin 2 otaqlı mənzillə təmin olunması həyata keçirilməmişdir. Başqa sözlə, hazırkı halda təqdim edilmiş adlı siyahıya müvafiq olaraq iddiaçının mənzil növbəliyi sırası cavabdeh orqan tərəfindən pozulmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, qeyd edildiyi kimi müvafiq kateqoriyalı şəxslərin mənzillə təmin edilmələri 2021-2025-ci illər ərzində mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, hazırkı halda cavabdeh tərəfindən iddiaçının qeyd edilən müddətdə mənzillə təmin edilməyəcəyinə dair hər hansı sübut təqdim edilməmişdir. Əksinə, cavabdehin məhkəmə sorğularına, eləcə də iddiaçıya ünvanladığı cavablarında Nazirliyin balansına Bakı şəhəri üzrə ikiotaqlı mənzillər verildikdən sonra iddiaçının növbəlilik qaydasında ikiotaqlı mənzillə təmin edilməsi məsələsinə baxılacağına dair vədi də təqdim edilmişdir. Beləliklə, hazırkı məhkəmə araşdırması ilə ilkin olaraq iddiaçıya münasibətdə mənzil növbəlilik qaydasının cavabdeh orqan tərəfindən pozulduğu öz təsdiqini tapmamışdır. İddiaçının növbədənkənar qaydada mənzillə təmin edilməsinə gəlincə isə məhkəmə aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.2 əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. 32.3. Sosial xidmət müəssisələrində yaşayan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər yetkinlik yaşına çatdıqda, müvafiq icra hakimiyyəti orqanın rəyinə əsasən özlərinə xidmət edə və müstəqil yaşaya bilərlərsə növbədənkənar mənzil almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -48.1 sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -48.2 qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. -51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -56.2. Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 25-ci bəndində qeyd olunmuşdur ki, yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına. Göründüyü kimi Qüvvədə olan Mənzil Məcəlləsinin və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda sadalanan müddəalarına görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşın mənzillə təmin olunması iki qaydada həyata keçirilir: növbəli və növbədənkənar. Növbədənkənar qaydada mənzillə təmin olunmanın konkret əsasları isə yuxarıda sadalanan Mənzil Məcəlləsinin 56.2-ci maddəsi və “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 25-ci bəndində göstərilmişdir. Hazırkı iş üzrə iddiaçı 3-cü dərəcə müddətsiz əlil olmaqla qeyd olunan normalarda nəzərdə tutulan növbədənkənar qaydada mənzillə təmin olunacaq şəxslərin dairəsinə aid edilmir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbədənkənar mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova