Məhkəmə qərarları › İş №2-1(112)-662/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-662/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-662/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 1-ci qrup gözdən əlilliyi nəzərə alınmaqla əmək pensiyası stajının düzgün hesablanaraq ona yaşa görə pensiya ayrılması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əvəz edilməsini və iddiaçıya xx.xx.2020-ci il tarixdən 1-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla cavabdehə ərizə ilə müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdehin imtinasında ona bildirilmişdir ki, ümumi iş stajı 11 il olmaqla (əmək kitabçasında qeyd olunmuş "xxxx" kiçik müəssisəsinin və "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab olunmur) qanunla nəzərdə tutulmuş müddətdən (16 il) az olduğuna görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Lakin iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Maştağa SRK-da əmtəəşünas, sonra xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək "xxxx" kiçik müəssisəsində baş mühasib vəzifələrində çalışdığı müddət nəzərə alınmamış, həmin müəssisə hal-hazırda Əmlak Komitəsi tərəfindən yol genişləndirilməsi səbəbilə ləğv edildiyindən sənədləri itmiş və arxivi mövcud deyil. Sənədlərin itməsi əsas kimi göstərilsə də, bu iddiaçının günahı deyil. Nəticədə 7 il 8 ay stajı əsassız yerə itirilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” (gözdən əlil) olmaqla müddətsiz İ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra iddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununa müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) müvafiq şərtə uyğun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçıya münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 63 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 48 il (əmək qabiliyyətli yaş dövrü), 2. 48 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 192 ay, 3. 192 ay: 12ay= 16 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçıya əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 16 ildir. İş materiallarına əlavə edilən iddiaçıya məxsus ******* №li əmək kitabçasından göründüyü kimi iddiaçının qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 25 il 09 av 15 gündür. İddiaçının sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: 1. İddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1977xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1986-xx.xx.1991, xx.xx.1991-xx.xx.1994-cü illər ərzində işlədiyi dövrlər. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 15 il 03 ay 08 gündür. İddiaçının sosial sığorta stajı ilə bağlı isin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: 1. İddiaçının xx.xx.1994-xx.xx.1998-ci (04 il 02 ay 15 gün) illər ərzində “X2”ndə işlədiyi dövr;

2. İddiaçının xx.xx.1998-xx.xx.2005-ci (06 il 03 ay 22 gün) illər ərzində "xxxx" MMC-də işlədiyi dövr. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 10 il 06 ay 07 gündür. İşin mübahisələndirilən halları ilə bağlı ilk növbədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 yanvar 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda “X2” və "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından iddiaçının sözügedən müəssisələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Pensiya hüququnun yaranıbyaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu xx.xx.2020-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. İddiaçıya münasibətdə TSEK-in xx.xx.2020-ci il tarixli Qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Qeyd edilənlərlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2011-ci il tarixdə Bakı Nərimanov RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu muayinayə dair məlumatdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən 1-ci dərəcəli müddətsiz əlilldir. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********610900 saylı məktubundan görünür ki, İdarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmiş, "xxxx" MMC (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********27000 saylı məktubundan görünür ki, idarədə olan reyestrə əsasən "xxxx" Kiçik Müəssisəsi xx.xx.1995-ci il tarixdə 24193 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. - İqtisadiyyat Nazirliyi yanında X1 Bakı şəhəri X3 üzrə Baş idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hüquqi şəxs "xxxx" Kiçik Müəssisəsinin ********* saylı 9 rəqəmli VÖEN-lə xx.xx.2000-ci il tarixdə qeydiyyata alınması və ********** saylı 10 rəqəmli VÖEN-lə xx.xx.2004-cü il tarixdə yenidən qeydiyyatdan keçməsi barədə məlumat müəyyən edilmişdir. - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR-in Sənayə Tikinti Nazirliyinin İnformasiya-Hesablayıcı Mərkəzində operator, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsi İşlər idarəsində mühasib, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Mərkəzi Univermaqda, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixə qədər quş xəstəliklərin xüsusi laboratoriyasında mühasib, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-ci il tarixədək 35 saylı mağazada əmtəəşünas, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində baş mühasib, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də mühasib,xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində mühasib vəzifələrində işləmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Müvafiq olaraq iddiaçıya münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir:

1. 63 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 48 il (əmək qabiliyyətli yaş dövrü),

2. 48 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 192 ay,

3. 192 ay: 12ay= 16 il. Buna görə də iddiaçının əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 16 ildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı mübahisə iddiaçıya aid əmək kitabçasında qeyd olunmuş xx.xx.1994 xx.xx.1998-ci (04 il 02 ay 15 gün) illər ərzində “X2”ndə və xx.xx.1998 - xx.xx.2005-ci (06 il 03 ay 22 gün) illər ərzində "xxxx" MMC-də işlədiyi illərin sığorta stajına daxil edilərək iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunmasından cavabdehin imtinası ilə bağlıdır. Belə ki, iş materiallarında sənədlərə əsasən iddiaçının tələb olunan 16 ildən artıq iş stajı toplanır. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan SSR-in Sənayə Tikinti Nazirliyinin İnformasiya-Hesablayıcı Mərkəzdə operator (1 il 03 ay 02 gün), xx.xx.1977 -ci il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsi İşlər idarəsində mühasib (2 il 06 ay 06 gün), xx.xx.1980 – ci il tarixdən xx.xx.1980-ci il tarixədək Mərkəzi Univermaqda (02 ay 08 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Mərkəzi Univermaqa operator (10 ay 08 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Mərkəzi Univermaq nəzdində (1 il 27 gün), xx.xx.1986-ci il tarixdən xx.xx.1991-ci il tarixədək quş xəstəliklərin xüsusi laboratoriyasında mühasib (4 il 07 ay 22 gün) xx.xx.1991-ci il tarixdən xx.xx.1994-ci il tarixədək 35 saylı mağazada əmtəəşünas (3 il 01 ay 29 gün) xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “X2”ndə təchizat şöbəsinə anbardar (04 il 02 ay 16 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də mühasib (06 il 03 ay 23 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativində mühasib vəzifələrində (09 ay 14 gün), ümumilikdə 25 il 05 gün işləmişdir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsini istisna edən hallar da müəyyən edilməmişdir. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə əsaslanaraq qeyd olunmalıdır ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “X2”ndə, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunduğundan, onun həmin illər üzrə əmək fəaliyyətinin təkrarən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)- 45/2021 nömrəli qərarları). Əmək kitabçasının mötəbərliyi ilə bağlı nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normanın tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyi təqdirdə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin nəzərə almaq lazımdır ki, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməlidir. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən məhkəməyə əmək kitabçasının mötəbərliyi ilə bağlı onda olan şübhələrin əsaslı və ya həqiqətə uyğun olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, müvafiq araşdırma aparmadan, iddiaçıya pensiya təyinindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Odur ki, iddiaçının əmək kitabçasının mötəbər sayılmaması üçün əsaslar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə tərəfindən öz vəzifəsinin icrası ilə əlaqədar həmin müəssisələrin dövlət qeydiyyatına alınıb-alınmamasını yoxlamaq məqsədilə müvafiq sorğular verilmişdir. Həmin sorğuların cavabları ilə "xxxx" Kiçik Müəssisəsinin və "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması öz təsdqini tapmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********610900 saylı məktubu ilə "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alındıgı, xx.xx.2021-ci il tarixli **********27000 saylı məktubu ilə "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 24193 nömrə ilə dövlət qeydiyyatına alındıgı bildirilmişdir. Bunları nəzərə alaraq, həmin müəssisələrin dövlət qeydiyyatına alındığı vaxta qədər iddiaçının işlədiyi müddət (3 il 04 ay 19 gün) nəzərə alınmasa belə iddiaçı tələb olunan 16 ildən stajı toplanmış olur (25 il 05 gün – 3 il 04 ay 19 gün = 21 il 07 ay 16 gün). Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın təyin olunmasından yaxud yenidən hesablanmasından imtina barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İş üzrə materiallara əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin arayışından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən İ dərəcəli müddətsiz əlillik təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, istinad edilən qanunvericilik normaları və iş üzrə müəyyən olunmuş hallar baxımından, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri mövcuddur. Belə ki, iddiaçı tələb olunan sığorta stajına malikdir və iddiaçıya xx.xx.2020-ci il tarixdən İ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Beləliklə, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən 1-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən 1-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar