Məhkəmə qərarları › İş №2-1(112)-6622/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6622/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6622/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun faktiki olaraq İ qrup gözdən əlil kimi xx.xx.2014-cü il tarixdən mənzil növbəsində olduğunu nəzərə almaqla, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq mənzil növbəsinə götürülmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi İddiaçı Qobustan Rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2014-cü il tarixli 052 saylı Sərəncamına əsasən, İ qrup ümumi səbəbdən gözdən əlil kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, 02 aprel 2014-cü il tarixdən etibarən 3 nəfər ailə tərkibi (özü, oğlu, arvadı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq İ dərəcə gözdən əlil kimi mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qobustan Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 052 nömrəli sərəncamı ilə İddiaçı İ qrup gözdən əlil olması (iki övladının da gözdən əlil olması) nəzərə alınaraq, 3 (üç) nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Müəyyən səbəblərdən xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Buna görə də Qobustan Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 048 nömrəli sərəncamı ilə uçotdan çıxarılaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Cavabdehnə köçürülmüşdür. Lakin cavabdehin Qobustan Rayon İcra Hakimiyyətində 3 nəfər ailə tərkibində mənzil növbəsinə götürülməsi və mənzil uçotundan çıxarılması barədə Sərəncamlardan çıxarışlar göndərilsə də, mənzil uçotu qovluğu Cavabdehnə göndərilməmişdir. Bununla yanaşı Cavabdeh lazım olan sənədləri digər icra hakimiyyətindən istəməmiş və müvafiq araşdırma aparmadan iddiaçıya qeyri-müəyyən cavab ünvanlamışdır. Belə ki, əvvəlcə uçot qovluğunun Cavabdehnə göndərilmədiyini (dolayısı ilə müvafiq araşdırma aparılmadığını) bildirsə də, sonradan “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın naməlum bəndinə istinad edərək imtina vermişdir. İddiaçı qeyd etmişdir ki, o və ailəsi 2014-cü ildən mənzil növbəsindədir, Səbail rayonuna da 2023cü ildə pasport qeydiyyatına alınmışdır. Yəni 9 ildir ki, mənzil növbəsindədir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı Cavabdehndə qəbul olunan zaman şifahi surətdə müraciət edərək Qobustan rayonunda mənzil növbəsində olduğunu, lakin doqquz ildir ki, mənzillə təmin olunmadığını, Bakı şəhərində gözdən əlillərə mənzillərin tez verildiyini və bu səbəbdən də yaşayış yerini Bakı şəhərinə dəyişməsini bildirməklə Cavabdehndə mənzil növbəsinə alınmasını şifahi surətdə xahiş etmişdir. Vətəndaşın müraciəti ilə əlaqədar ona izah edilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”’nın 8-ci bəndinin tələbinə əsasən vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Eyni zamanda İddiaçı bildirilmişdir ki, onun mənzil növbəsi sənədləri Səbail RİH-ə daxil olmamışdır, daxil olduqdan sonra qaldırılmış məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Sonradan Cavabdehnə xx.xx.2023-cü il tarixdə daxil olmuş Qobustan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-60/2-75/2023 saylı məktubu ilə vətəndaş İddiaçı mənzil növbəsinə götürülmə və növbədən çıxarılma barədə sərəncamlarının surətləri istisna olmaqla, mənzil uçot qovluğu RİH-ə göndərilməmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən Qobustan Rayon İcra Hakimiyyətinə xx.xx.2023-cü il tarixli, 5-19/2-2/6- 822/2023 saylı məktub ünvanlanmışdır. Məktubun surəti isə vətəndaş İddiaçı göndərilmişdir. Vətəndaş İddiaçı Bakı şəhəri Cavabdehnə xx.xx.2023-cü il tarixli, 5-19/1- M-113-068/2023 saylı ərizə ilə müraciət edərək qeydiyyat ünvanını dəyişdiyi üçün mənzil növbəsinin Səbail rayonuna köçürüldüyünü bildirmişdir. Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-19/1-M- 113/2-068/2-1/1/2023 saylı təkrar ərizəsinə İddiaçı şəxsiyyətini təsdiq edən sənədi əlavə etmişdir. Cavabdeh qeyd edir ki, bu günədək də İddiaçı mənzil növbəsinə götürülməsi barədə mənzil növbəlilik qovluğu (vətəndaşın mənzil növbəsinə götürülməsi barədə ərizəsi, vətəndaşın yaşayış ünvanı, adlarına DƏDRX arayışları və sair) təqdim olunmamışdır. İddiaçı Səbail RİH tərəfindən verilmiş nümunə əsasında aidiyyəti hüquqi sənədləri hazırlayıb təqdim etməsi bildirilmişdir. Vətəndaşın təqdim etdiyi sənədlər araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı və həyat yoldaşı ünvan 6 ünvanına xx.xx.2023-cü il tarixdən, oğlu X3 isə 14 sentyabr 2017-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadırlar. İddiaçı M.Babayevin mənzil uçot qovluğu RİH-ə daxil olmamışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi tarixdən əvvəlki 5 il ərzində ailə üzvləri də daxil olmaqla, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin və eləcə də müvafiq bələdiyyənin arayışları olmadığından adlarına Azərbaycan Respublikası üzrə daşınmaz əmlakın(ların) mövcudluğuna dair daşınmaz əmlakların qeydiyyata alınıb-alınmaması, bağışlanması və alqı-satqısı barədə heç bir məlumat müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışlara əsasən M.Babayev və onun həyat yoldaşının ümumbirgə mülkiyyətində xüsusi mülkiyyət olaraq Qobustan rayonu, Çalov kəndində 4.60 ha, 4.21 ha və 1.6296 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud olduğu, lakin həyətyanı torpaq sahəsi ilə bağlı məlumat qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində qeyd etdiyi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla İddiaçı növbədə olduğu xx.xx.2014-cü il tarixdən (doqquz il) müddətində Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailə olaraq İ dərəcəli gözdən əlil kimi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsi ilə ilk növbədə təmin olunmalı olduğu halda, vətəndaşın özünün dediyi kimi rayonda evlə təmin olunmadığı üçün məcburiyyətdən yaşayış sahəsi olmadan qeydiyyat yerini Bakı şəhərinə dəyişib yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi məqsədilə yaşam şəraitini ağırlaşdıraraq Bakı şəhərində kirayədə yaşamalı olmuşdur. Qarabağ əlillərinin, şəhid ailələrinin, gözdən əlillərin illərlə yaşadıqları yurdlarını tərk edib Bakı şəhərinə köçmələrinə şərait yaradılmamalıdır. Bu şəxslər yaşayış yeri üzrə mənzil növbəsinə alınıblar və qanunvericiliklə də orada mənzillə təmin olunmalı idilər. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının mənzil növbəsinin köçürülməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Elektron məhkəmə iformasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdə Şamaxı rayonunun Çalov kəndində doğulmuşdur. Yaşayış yeri ünvan 6 ünvanıdır. -Elektron məhkəmə iformasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən görünür ki, X4 xx.xx.1978-ci il tarixdə Şamaxı rayonunun Çalov kəndində doğulmuşdur. Yaşayış yeri ünvan 6 ünvanıdır. -Elektron məhkəmə iformasiya sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən görünür ki, İddiaçılar Baba oğlu xx.xx.2000-ciı il tarixdə Qobustan rayonunun Çalov kəndində doğulmuşdur. Yaşayış yeri ünvan 8 ünvanıdır. -Qobustan rayon İHB-nın Cəyirli kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011ci il tarixli, AZ-İ№657877 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Osmanova (Mehdiyeva) Şairə Şiraz qızı arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır. -Qobustan Rayon İcra Hakimiyyəti başçısının “Çalov kənd sakini İddiaçı İ qrup gözdən əlil kimi mənzil növbəsinə götürülməsi haqqında” 02 aprel 2014-cü il tarixli 052 saylı Sərəncamından çıxarışdan görünür ki, İ qrup gözdən əlil İddiaçı müraciətlərini, onun iki övladının da gözdən əlil olduğunu nəzərə alaraq Qobustan rayon Çalov kənd sakini İddiaçı İ qrup ümumi səbdən gözdən əlil kimi 3 (üç) nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülməsi, sərəncamın icrasının mənzil komissiyasına tapşırılması qərara alınmışdır. -Qobustan Rayon İcra Hakimiyyəti başçısının “vətəndaş İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədlərinin köçürülməsi haqqında” 28 aprel 2023-cü il tarixli 048 №li sərəncamdan çıxarışdan görünür ki, İddiaçı ərizə ilə Qobustan Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Bu səbəbdən Qobustan Rayon İcra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını və uçot sənədlərinin baxılması üçün özünün qeydiyyat ünvanı üzrə göndərilməsini xahiş etmişdir. Qeyd olunanlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 54-cü 55.1-ci maddələrinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, “Azərbaycan ərazisində mənzil şəraitinin yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahəsinin bölüşdürməyin nümunəvi qaydalarının 20-ci hissəsinə və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 3.9.6-cı 6.8-ci bəndlərinə əsaslanaraq Vətəndaş İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinə köçürülməsi, vətəndaş Mehdiyev X2 Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması qərara alınmışdır. -Qobustan Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Cavabdehnə ünvanlanmış 01 may 2023-cü il tarixli məktubda bildirilmişdir ki, Mehdiyev X2 Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən 4 nəfər (özü, arvadı. 2 oğlu ) ailə tərkib ilə İ qrup gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı oian qismində uçota alınmışdır. Vətəndaş İddiaçı ərizə ilə Qobustan Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən ünvan 12 ünvanında qeydiyyata alınmışdır. Bu səbəbdən Qobustan Rayon İcra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını və uçot sənədlərinin baxılması üçün özünün qeydiyyat ünvanı üzrə göndərilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçot sənədləri aidiyyəti üzrə baxılması üçün Sizə təqdim edilir. -Cavabdeh başçısının Badamdar qəsəbə nümayəndəliyinin 18 mart 2024-cü il tarixli 32 nömrəli məktubuna əsasən İddiaçı hal-hazırda ünvan 13 ünvanında yaşayır. -144 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, 3 saylı XT MKTB-nin 144 saylı MKİS-nin xidməti ərazisində yerləşən Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Neftçilər döngəsi, ev 3, mənzil 21 ünvanında İddiaçı (xx.xx.1976-cı il təvəllüdlü, ev sahibinin qohumu) bu ünvanda qeydiyyatdadır və yaşayır. -Bakı şəhər İcra Hakimiyyəti Məzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 144 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı, X4, İddiaçılar Baba oğlu faktiki ünvan 13 ünvanında qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X4, İddiaçılar Baba oğlu ünvan 6 ünvanında qeydiyyatdadırlar. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən müddətsiz gözdən əlillik səbəbi ilə birinci dərəcəli əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş sonuncu müayinəyə dair məlumatlardan görünür ki, İddiaçılar Baba oğluna xx.xx.2018-ci il tarixdən müddətsiz gözdən əlillik səbəbi ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Qobustan rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2014-cü il tarixli 052 nömrəli sərəncamına əsasən İ qrup ümumi səbəbdən gözdən əlil kimi 3 nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülmüşdür. Sonradan iddiaçının yaşayış yerini dəyişməsi ilə əlaqədar müraciəti nəzərə alınaraq Qobustan rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2023-cü il tarixli 048 №li sərəncamı ilə Qobustan rayonu üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması və onun yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınması zamanı istinad edilmiş sənədlərinin Cavabdehnə göndərilməsi qərara alınmışdır. Lakin cavabdeh inzibati orqan iddiaçının son 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olmadığını əsas gətirərək iddiaçının xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -28.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» AR Qanununun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə, əlilliyi olan şəxslərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlilliyi olan şəxslərin reabilitasiya proqramlarının icrasına və əlilliyi olan şəxslərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. Göründüyü kimi, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməyərək formal əsaslarla müraciətin təmin edilməsindən imtina etmiş, sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 3 nəfərdən ibarət ailə tərkibi ilə birlikdə ünvan 15 ünvanında yerləşən 21 nömrəli mənzildə qeydiyyatda olmaqla faktiki yaşayır və bu məsələ nəzərə alınaraq Qobustan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddiaçı həmin rayon üzrə mənzil növbəsindən çıxarılması və yaşayış sahəsinə ehtiyacı olan qismində qeydiyyata alınması zamanı istinad edilmiş sənədlərin Cavabdehnə göndərilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. İddiaçının və onun ailəsinin mülkiyyətində torpaq sahəsi, mənzil, ev aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15 və 17-ci maddələrinin tələblərinə uyğun olmamış, iddiaçının qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə bildirir ki, yeni Mənzil Məcəlləsi vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına müraciəti əsasında həyata keçirildiyini bildirir və bunun üçün onların həmin ərazidə minimum yaşama həddini müəyyənləşdirmir. Cavabdeh qurum isə yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Məhkəmə cavabdehin digər imtina dəlillərini iddiaçının mənzil növbəsinə götürülməsindən imtina edilməsi üçün tutarlı əsas saymır və hesab edir ki, Qobustan RİH tərəfindən iddiaçının mənzil uçotu qovuğunun cavabdehə təqdim edilməməsi iddiaçının məsuliyyəti sferasına aid olmamaqla onun üçün məhdudlaşdırıcı nəticələr yaratmamalıdır. Bu hal iki inziabti orqan arasında həll edilməli olan məsələdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının Qobustan rayon İH-nin yuxarıda istinad olunan müvafiq sərəncamı əsasında İ qrup ümumi səbdən gözdən əlil kimi 3 (üç) nəfər ailə üzvü ilə birlikdə mənzil növbəsinə götürülməsi, lakin sonradan yaşayış yerinin dəyişməsi ilə əlaqədar mənzil uçot sənədlərinin köçürülməsi və bununla əlaqədar həmin ərazi üzrə uçotdan çıxarılması barədə sərəncam qəbul edilmişdir. Bu onu deməyə əsas verir ki, cavabdehin qeyd etdiyi hallar həmin vaxt araşdırılmış və müvafiq qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi “İnzibati icraat haqqında” Qanunun 15 və 17-ci maddələrinin tələblərinə uyğun olmamış, iddiaçının qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia təmin edilməli, İddiaçı Qobustan Rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2014-cü il tarixli 052 saylı Sərəncamına əsasən İ qrup ümumi səbəbdən gözdən əlil kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, 02 aprel 2014-cü il tarixdən etibarən 3 nəfər ailə tərkibi (özü, oğlu, arvadı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq İ dərəcə gözdən əlil kimi mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Qobustan Rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2014-cü il tarixli 052 saylı Sərəncamına əsasən, İ qrup ümumi səbəbdən gözdən əlil kimi mənzil növbəsinə götürülməsi nəzərə alınmaqla, 02 aprel 2014-cü il tarixdən etibarən 3 nəfər ailə tərkibi (özü, oğlu, arvadı) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınaraq İ dərəcə gözdən əlil kimi mənzil növbəsi siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar