Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6623/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 15 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul edilməyi vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 ildən çox xidmət etmiş ehtiyata buraxılan hərbi qulluqçu kimi ailə üzvləri ilə birlikdə mənzil növbəsinə qəbul olunmaq üçün 02.04.2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin Cavabdeh Başçısının Y-6-068 №-li, 23.04.2021-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Bu zaman “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsinin nəzərdə tutulmadığı əsas gətirilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçularının, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli İcra Hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi qanunverici ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun mənzillə (yaşayış sahəsi ilə) və torpaq sahəsi ilə təmin olunması üçün 2 şərt müəyyən edir: 1-ci şərt - ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu ən azı 15 təqvim ili xidmət etmiş olsun, 2-ci şərt - ehtiyata və istefaya buraxılmış hərbi qulluqçu xidməti mənzildə yaşayan olsun və ya onun ümumiyyətlə yaşayış sahəsi olmasın. Həmçinin qanun ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçunun yaşayış sahəsi ilə (mənzillə) təmin olunmasını onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və ya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun hər hansı bir maddəsi ilə ehtiyata və ya istefaya buraxılması ilə şərtləndirməmişdir (məhdudlaşdırmamışdır). İddiaçı isə mənzillə təmin olunmaq üçün hər iki şərtə cavab verir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) maddəsinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, eyni zamanda iddia ərizəsində qeyd etdiyinə əsasən o, 15 ildən çox Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, layiqincə vətənə xidmət etmiş və 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmri ilə ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. O, ehtiyata buraxıldıqdan sonra yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və ailə üzvlərini Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsini məqsədəmüvafiq hesab etməmişdir. Hesab edilir ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli X7ruculuğu, İnzibati və Hərbi Qanunvericilik şöbəsinin Cavabdeh 215/g-10 nömrəli, 10 iyul 2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli Qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi məsələləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı Cavabdehnə qarşı mənzil növbəsinə götürülmə tələbi üzrə iddiasının rədd edilməsi barədə qərar çıxarılması xahiş edilir. İddiaçı 06.08.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi ərizəsində 15 ildən çox xidmət etmiş hərbi qulluqçu kimi onu və 3 azyaşlı uşağının mənzil növbəsinə qəbul eidlməsi vəzifəsinin cavbadeh Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25.08.2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı 29.10.2021-ci il tarixli məhkəmə iclaısnda iddia tələbini dəqiqləşdirərək onu 5 nəfər ailə üzvləri ilə (özü, həyat yoldaşı və 3 uşağı) birlikdə mənzil növbəsinə qəbul edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 29.07.1995-28.12.2019-cu illərdə müddətdən artıq hərbi xidmətdə olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respubliaksı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 14.06.2021-ci il tarixli, 1173 nömrəli məktubunda bildirilmişdir ki, 1977-ci il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant Tİddiaçı 29.07.1995-ci ildən 28.12.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 01022 saylı 28.12.2019-cu il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş 23.10.2009-cu il tarixli, AZ-İİ № 362888 saylı doğum haqqında şəhadətnamanin surətindən görünür ki, 10.08.2009-cu ildə Bakı şəhərində doğulmuş X3 atası İddiaçı, anası X4r. İş materiallarına əlavə edilmiş 20.11.2010-cu il tarixli, AZ-İİ № 556142 saylı doğum haqqında şəhadətnamanin surətindən görünür ki, 10.10.2010-cu ildə Bakı şəhərində ddoğulmuş X9 atası İddiaçı, anası X4r. İş materiallarına əlavə edilmiş 11.07.2016-cı il tarixli, AZ-İİ № 805957 saylı doğum haqqında şəhadətnamanin surətindən görünür ki, 29.06.2016-cı ildə Bakı şəhərində doğulmuş X10 atası İddiaçı, anası X4r. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Bələdiyyəsinin 09 iyun 2021-ci il tarixli, 994 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 09.06.2021-ci il tarixli, 2929 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan İddiaçı hərbi qulluq keçdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16.06.2021-ci il tarixli, **********67 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı adına Azərbaycan Respublikası üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 19 avqust 2021-ci il tarixli, BAB/d-338 nömrəli məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin arxivində və vergi ödəyicilərinin avtomatlaşdırılmış məlumat sistemində X5 bələdiyyə ərazisində torpaq sahəsinin ayrılıbayrılmaması barədə məlumat müəyyən edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən 27.07.2021-ci il tarixli arayışlardan görünür ki, X3, X10 və İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli, **********28 nömrəli məktubunda qeyd olunmuşdur ki, X2 adına ünvan 3 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. X2 adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Yasamal Bələdiyyəsinin 24 avqust 2021-ci il tarixli, 1316 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı və həyat yoldaşı X5 (FİN 101003J) Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 30.09.2021-ci il tarixli, BAB/Y-01 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir, ünvan 2 ünvanında qeydiyyatda olan vətəndaş X5 ondan ötəri ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza nəlumatlarında mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən 05.10.2021-ci il tarixli arayışından görünür ki, X2 adına daşınmaz əmlak aşkar edilməmişdir. - 14 dekabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 28.82 kv.m olan 2 otaqlı mənzil X13 tərəfindən X5 bağışlanmışdır. - 20 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.05 kv.m olan mənzil X11 tərəfindən X8 bağışlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 52.05 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyetsrində ********** nömrəsi ilə 21.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - 25.12.2015-ci il tarixli ünvan 3 ünvanında yerləşən mənzilin texniki pasportuna əsasən mənzil 2 otaqlı, ümumi sahəsi 52.05 kv.m, yaşayış sahəsi 28.82 kv.m-dir. - 20 may 2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən (kirayə müqaviləsindən) görünür ki, Mamedov Khaladdin tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 63, 84 saylı mənzil İddiaçı kirayəyə verilmişdir. Müqavilənin 3-cü maddəsinə əsasən kirayə müddəti 20.05.2024-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İddiaçı 4 nəfər ailə üzvləri ilə birlikdə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul olunması barədə Cavabdehnə ərizə ilə müraciət etmiş, Cavabdeh İddiaçı ünvanladığı 23.04.2021-ci il tarixli, Y-6-068 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respubliaksı Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə vətəndaşın yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Siz “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən ehtiyata buraxılmağınız səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzillə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmamışsınız. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sizin yaşayış sahəsinə ehtiyacı olan qimsində uçota alınmağınız mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi 23.04.2021-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini 16.05.2021-ci il tarixdə poçt xidmətinə təqdim etmiş, beləlikə, 30 günlük iddia müddətini ötürməmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qeyd edilən normanın tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu azı 15 təqvim ili xidmət etməli; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya yaşayış sahəsi olmamalıdır. İş materialları ilə iddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi tam sübut olunur. Belə ki, iddiaçının hərbi bileti, Səfərbərlik və Hərbi Xidmnətə Çaöırış üzrə Dövlət Xidmətinin Yasamal rayon Şöbəsinin sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçı 29.07.1995-ci ildən 28.12.2019-cu ilədək hərbi xidmətdə olmuş və Müdafiə Nazirinin 28.12.2019-cu il tarixli 01022 saylı əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndi ilə öz arzusu ilə ehtiyata buraxılmışdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. Cavabdehin həm imtinasının, həm də etirazının əsas dəlili ondan ibarətdir ki, Qanunun adıçəkilən 12-ci maddəsində öz arzusu ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi bu dəlil iddiaçının müraciətinin təminindən imtinaya əsas hesab edilə bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd edillən normaya görə “yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin yuxarıda istinad edilən 2-ci bəndinin 1-ci abzasının tələbindən də göründüyü kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş, xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. İddiaçının tələb hüququ da məhz “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci abzasının tələbindən irəli gəlir. Normaların məzmunundan göründüyü kimi cavabdehin istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-cı bəndi iddiaçının həmin maddənin 2-ci bəndi ilə nəzərdə tutulmuş hüquqlarına təsir etmir (Oxşar məhkəmə təcrübəsi bu istiqamətdə formalaşmışdır). Beləliklə, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilir. İddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmamasına gəlincə qeyd edilməlidir ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri arvadı X11 və 3 azyaşlı uşaqlarıdır. İddiaçı hərbi qulluq keçdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçının və onun ailə üzvlərinin adlarında hazırkı halda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak mövcud deyildir, eləcə də müvafiq bələdiyyə tərəfindən iddiaçı və ailə üzvlərinə torpaq sahəsi ayrılmamışdır. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: -53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Qeyd edilən normalardan görünür ki, özünə məxsus evini satmaq, bağışlamaq yolu ilə öz mənzil şəraitini süni surətdə pisləşdirmiş şəxslərin belə hərəkətlərinin məqsədi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək kimi qiymətləndirilməlidir. Bu hərəkətlərə yol verildiyi gündən müəyyən müddət keçənədək həmin şəxslər uçota götürülə bilməzlər. Müddətin bitməməsi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsasdır. İşin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının arvadı X5 14.12.2015-ci ildə X13 tərəfindən bağışlanmışdır. Sonradan 20.09.2021-ci il tarixli müqavilə əsasında X1 əmlakı X8 bağışlamışdır və 21.09.2021-ci il tarixdən sonuncunun mülkiyyətindədir. Məhkəmə hesab edir ki, X2 adına qeydiyyata alınmış əmlakın sonradan atası X8 bağışlanması belə Mənzil Məcəlləsinin 52-ci maddəsinin hazırkı iddiaya tətbiq edilməsinə əsas vermir. Belə ki, əvvəla iddiaçı sözügedən mənzildə arvadının atası və anasının yaşadıqlarını, mənzilin yaşayış sahəsi 28.2 kv.m olmaqla özlərinin 5 nəfər ailə üzvü kimi (özü, arvadı və 3 uşağı) həmin mənzildə yaşamaqlarının ümumiyyətlə mümkün olmadığını bildirmiş və sözügedən mənzildə yaşamadıqlarını sübut edəcək dəlil qismində 20.05.2019cu il tarixli Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 63, 84 saylı mənzili kirayə götürməsi barədə notarial qaydada təsdiq edilmiş mənzil kirayə müqaviləsini təqdim etmişdir. Təqdim olunmuş kirayə müqaviləsinin müddəti 20.05.2024-cü ilədəkdir. Məhkəmə qeyd edir ki, iddiaçının və ailə üzvlərinin sözügedən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 75, 50 saylı mənzildə yaşadıqları qəbul edilsə belə bu hal yenə də onun və ailə üzvlərinin yaşayış sahəsinə ehtiyacı olma vəziyyətlərini dəyişdirmir. Belə ki, Mənzil Məcəlləsinin: -49.4-cu maddəsinə görə yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -49.5-ci maddəsinə görə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. -50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. Uçot normasının maksimal ölçüsü yaşayış sahəsinin ayrılma norması kimi 16 kv.m-dən artıq ola bilməz. Deməli, uçot normasının maksimal həddi 16 kv.m kimi qəbul olunur. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 75, 50 saylı mənzilin texniki pasportuna əsasən mənzilin yaşayış sahəsi yaşayış otaqlarının cəmindən ibarət olub (2 otaq 16.59 kv.m+12.23 kv.m olmaqla) 28.82 kv.m, digər sahələrlə (dəhliz, mətbəx, san. qovşağı, şkaf, balkon) birlikdə isə ümumi sahə 52.05 kv.m təşkil edir. Sözügedən mənzildə hazırkı dövrdə təkcə iddiaçı, onun həyat yoldaşı X11, 3 azyaşlı uşağının yaşadıqları qəbul edildikdə cəmi 5 nəfər ailə üzvü edir ki, hazırda onların istifadəsində olan yaşayış sahəsinin ölçüsü tələb olunan normadan azdır. Belə ki, adambaşına 16 kv.m hesablandıqda 5 nəfər ailə üzvü üçün 80 kv.m (5x16 kv.m) edir ki, istər mənzilin yaşayış sahəsi, istərsə də ümumi sahəsi həmin ölçüyə uyğun deyil. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ın tələbləri götürüldükdə yenə də həmin tələblər ödənilmir. Belə ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edildiyi kimi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Belə ki, mənzilin 28.2 kv.m olan yaşayış sahəsi və yaxud 52,05 kv.m ümumi sahəsi mənzilin əvvəlki mülkiyyətçisi olmuş X2 ailə üzvləri sayılan ata və anası (X13 və X12) nəzərə alındıqda 7 nəfər ailə üzvü üçün minimal norma ödənilmir. 7 nəfər şəxs üçün minimal norma 56 kv.metr edir ki, bu da istifadə edilən mənzilin yaşayış (28.2 kv.m) və ümumi sahəsindən (52.05 kv.m) azdır. Məhkəmə hesab edir ki, iddiaçının hələ 20.05.2019-cu il tarixdə bağlanmış və 20.05.2024-cü ilədək qüvvədə olan mənzil kirayə müqaviləsini təqdim etməsi, eləcə də iddiaçının arvadı H.M.Yusifovanın vaxtilə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən mənzilin uçot normasının mənzildə yaşayan ailə üzvləri üçün tələb olunan normadan az olması onu deməyə əsas verir ki, iddiaçının uçota alınmaq üçün müraciətdən öncəki vəziyyəti və hazırkı vəziyyəti yaşayış sahəsinə ehtiyacı olması meyarına uyğundur. Başqa sözlə, qeyd edilən Mənzil Məcəlləsinin 52-ci maddəsinin tətbiqi üçün uçota alınmaq istəyən vətəndaşın mənzil şəraiti müraciətdən öncə uçota alınmasına mane olacaq dərəcədə qanunla nəzərdə tutulan minimal səviyyə və ondan yuxarı əliverişli vəziyyətdə olmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmağa xidmət edən müvafiq hərəkətlər etməklə (əmlakı satmaq, bağışlamaq və s.) şəxs öz əliverişli mənzil şəraitini pisləşdirmiş olsun. Qeyd olunanlar nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının mənzillə təmin olunma vəziyyəti onsuz da əliverişli olmamışdır ki, sonradan ailə üzvü olan H.M.Yusifovanın mülkiyyətində olan əmlakı bağışlaması iddiaçının mənzil vəziyyətini qəsdən pisləşdirdiyi hal kimi qəbul edilə bilsin. Beləliklə, iddiaçının vəziyyəti Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hərbi, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı və 3 uşağı) mənzil növbəsinə qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı və 3 uşağı) mənzil növbəsinə qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6623/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6623/2021
29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver