Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6625/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı iddiaçıya məxsus avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi və s. məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı iddia qaldıraraq özünə məxsus “Mersedes S320 minik” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi, hərraca çıxarılaraq satılması və satışdan əldə olunan pul vəsaitinin İddiaçı aliment borcunun ödənilməsinə yönəldilməsi, məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, X3, X4 onun yanında saxlanılmasına və aliment tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(001)-1943/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5, icraata başlamaq haqqında qərar qəbul edərək, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin “İcra sənədləri üzrə icraata başlanılması” başlıqı altında olan 8.2-ci maddəsinin “İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.” tələblərə dair qanuna zidd hərəkət və hərəkətsizlik etmişdir. Bu faktı, “tələbin könüllü icrası” və “icraata başlamaq" haqqında sənədlər təstiq edir. Eləcə də icra məmuru “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin “İcra sənədləri üzrə icraata başlanılması” başlıqı altında olan 8.3-cü maddəsinin “İcraata başlamaq haqqında qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.” tələblərə dair hərəkətsizlik edərək xx.xx.2020-ci il tarixində icraata başlamaq haqqında qərarını xx.xx.2020-ci il tarixində poçt vastəsi ilə icra işi üzrə borclu İddiaçı göndərmişdir. İcra işi üzrə tələbkar X3 xx.xx.2020-ci il tarixində Kapital Bank ASC-nin 28 May filialında alimentin alınması ilə bağlı şəxsi hesab açmış, xx.xx.2020-ci il tarixində icra məmuru həmin hesabın rekvizitinin sürətini, ona təqdim etmişdir. xx.xx.2020-ci il tarixində həmin hesaba 200 manat məbləğində vəsait köçürmüşdür. “İcra haqqında Qanunun 43-cu maddəsinin “Məcburi icra tədbirləri” başlıqı altında olan 43.1.1-ci, 43.1.3-cü maddəsinə, 45-ci maddəsinin “Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası” başlıqı altında olan 45.1-ci, maddəsinə uyğun olaraq icra işi üzrə borclu kimi o, xx.xx.2020-ci il tarixində ərizə ilə, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 poçt vastəsi ilə müraciət edərək, özünə məxsus və Kürdəmir rayonu, Yenikənt sakini Kamran Ənvər oğlu tərəfindən saxlanılan 1992-ci il tarixində buraxılışı olan S-320 markalı **-CR-*** dövlət qeydiyyat nişanlı Mersedes avto nəqliyatın üzərinə həbs qoyaraq, hərrac yolu ilə satışa çıxardaraq aliment borcunun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsas olaraq Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ərizə xx.xx.2020-ci il tarixində daxil olmuşdur. İcra məmuru qanuna zidd hərəkət və hərəkətsizlik edərək, iş üzrə borclu kimi ona xx.xx.2020-ci il tarixində xəbərdarlıq göndərmişdir. Eləcə də icra məmuru qanuna zidd hərəkət edərək, iddiaçıya məxsus dörd avtomaşının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdimat vermişdir. xx.xx.2020-ci il tarixində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi təqdimatı qismən təmin etmiş, “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1943/2020 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə İddiaçı məxsus “Mersedes S320” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X12 həvalə edilsin” Qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-1943/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2010-cu il təvəllüdlü X8 anası X1 yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçındən hər ay 170 manat aliment X1 xeyrinə tutulması, İddiaçı dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Bəxtiyar İsmayılovun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanılmışdır. xx.xx.2020-ci il tarixdə Xəlilov X6 rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, “Koronovirus” (COVİD 19) pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar yetkinlik yaşına çatmayan X4 aliment borcunun ödənilməsinin onun imkanları xaricində olduğunu bildirmiş, bu səbəbdən də, ona məxsus Kürdəmir rayonu, Yenikənt sakini Kamran Ənvər oğlu tərəfindən saxlanan 1992-ci il tarixli buraxılışı olan S-320 markalı **-CR-*** dövlət qeydiyyat nişanlı Mersedes avto nəqliyyat üzərinə həbs qoyaraq, hərrac yolu ilə satışa çıxardaraq aliment borcunun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7 Rayon Məhkəməsinə borclunun əmlakının üzərinə həbs qoyulması haqqında təqdimatla müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8-(001)-400/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6337/2018saylı icra sənədinin icrasının təmin olunması məqsədilə İddiaçı məxsus “Mersedes S320” minik markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hazırda iddiaçı Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1943/2020 saylı xx xxxx 2020-cü il tarixli qətnaməsinin icrası ilə bağlı məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də X10 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə qarşı iddiaçıya məxsus avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsi və s. məcburi icra tədbirlərinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6625/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6625/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver