Məhkəmə qərarları › İş №2-1(112)-6627/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6627/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6627/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı “iddiaçının şəhid ailəsi hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, övladı X1 Vətən müharibəsi zamanı döyüşən ordunun tərkibində döyüş tapşırığını yerinə yetirərkən yıxılaraq ağır xəsarətin sonrakı qalıqları nəticəsində vəfat etməsini nəzərə alaraq o, və anası X4 şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında ilk cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi ilə əvəz edilərək iddia tələbi “iddiaçının övladı mərhum X8 Vətən Müharibəsi zamanı döyüşən ordunun tərkinbində döyüş tapşırığını yerinə yetirərkən yıxılaraq aldığı ağır xəsarətin sonrakı qalıqları nəticəsində vəfat etməsini nəzərə alaraq atası İddiaçı şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X10 2020-ci ilin sentyabr ayında başlamış vətən müharibəsinin iştirakçısı olmuşdur. Həmin döyüşlərdə şücaət göstərmiş və şərəflə xidmət etmişdir. Mərhum övladı 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, düşmən təxribatının qarşısını alarkən “Sağ aşıq sümüyünün boyunun qapalı, yerdəyişmiş sınığı” diaqnozlu xəsarətlər almışdır və 06 oktyabr 2021-ci il tarixdə ordudan təxris olmuşdur. Onun xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinkasının hərbi-həkim komissiyasının 01 aprel 2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamə ilə xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı qeyd olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan sonra övladı dəfələrlə müalicə və müayinə olunmuşdur. Həmin xəstəliyin digər fəsadları ortaya çıxmışdır. Məhz Müdafiə Nazirliyinin xətti ilə müalicə alması üçün Türkiyə Respublikasına göndərilmiş, 18 sentyabr 2022-ci il tarixdə müalicə aldığı Türkiyə Respublikasının Memorial Xəstəxanasında vəfat etmişdir. Onun ölümünün səbəbi kimi “başqa rubrikalarda təsnif olunmayan şok” göstərilmişdir. Hesab edir ki, bu düzgün qeyd deyildir. X11 zamanı döyüşən N saylı hərbi hissədə döyüşən ordunun tərkibində şücaət göstərərək, döyüş tapşırığını yerinə yetirərəkən xəsarət almışdır. Hazırkı ölüm səbəbi isə həmin xəsarətlərin verdiyi sonrakı qalıq əlamətlərinin nəticəsində yaranmışdır. Oğlu hərbi xidmətə yollananda tibbi müayinədən keçmiş, sağlam olduğu üçün hərbi xidmətə yollanmışdır. Vətənin müdafiəsi zamanı aldığı xəsarətin fəsadlarından vəfat etmişdir. Eyni zamanda onda müəyyən olunmuş digər xəsttəlik də məhz onun keçirdiyi həyəcandan, stresdən əmələ gəlmişdir. Eyni zamanda digər fəsadı isə ayağında olan açıq yaradır ki, bunun da nəticəsində onun bədəninə mikrib keçərək xəstəliyi yaradan amillərdəndir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Oradan da oğlunun ölüm səbəbini düzgün göstərməmişlər. Oğlu təxris olunduğundan sonra vəfat etdiyindən və bunula bağlı müvafiq arayışın və şəhidlik statusunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verməli olduğundan həmin Xidmətə müraciət etmiş, müraciətindən imtina edilmişdir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

6. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir.

7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq olunan sübutlar

9. AZ-İİ seriyalı 298686 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməni surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu fakt xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır (başqa rubrikalarda təsnif olunmayan şok).

10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/4611 nömrəli məktubunda X10, ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə leykoz xəstəliyindən vəfat etdiyi qeyd olunmuş, lakin Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu xəsarətlə vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqənin olmadığı bildirilmiş və ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından, ona şəhid adının verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Müraciətinizə əlavə olunan sənədlərdən aşağıdakı xüsusatlar müəyyən edilmişdir: mərhum övladınız E.İddiaçı 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, düşmən təxribatının qarşısını alarkən “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı” diaqnozlu xəsarətlər almış və 66 oktyabr 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışında onun əlilliyinin səbəbi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar göstərilsə də, əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olmuş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının 01 aprel 2022-ci il tarixli 3983 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” ilə mərhum E.İddiaçı “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyisası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” diaqnozlu xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmanın olması, lakin vəfat etməsinə səbəb olan “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” diaqnozun hərbi xidmət dövründə alınmış ümumi xəstəliyin olması müəyyən edilmişdir; - Türkiyə Respublikasının İstanbul şəhərində “Memorial” Xəstəxanasında müalicədə olarkən 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, mərhum övladınız E.İddiaçı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması sənədlərlə öz təsdiqini tapmadığından, ona şəhid adının verilməsi halhazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir.

12. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, diaqnoz “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sıniq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş, bayır topuğunun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası”. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Hər iki gözün sadə miotik astiqmatizmi, EM və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” “Ümumi Xəstəlikdir” səbəb əlaqəsi ilə “Təsdiq olunur”.

13. Silahlı Qüvvələrinin Baş X6 Bölməsinin çıxarış epikrizində diaqnoz sağ aşıq sümüyünün bonunun qapalı, yerdəyişmiş sınığı qeyd edilmişdir.

14. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli 7084 saylı arayışından görünür ki, sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, metal vintlərlə fiksasiyası (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir.

15. Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X5 haqqında arayışda qeyd edilmişdir: “Əlillik qrupu - 2.1 Birinci dərəcə əlillik => 2.1.7. inkurabel onkoloji xəstəlıklər (C00-C97). Diaqnoz - Mədənin kiçik əyriliyinin dəqiqləşdirilməmiş hissəsinin, Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəziyə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə Mədənin sarkoması T4N2M1 İV mərhələ Gx Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Limfa düyünlərinə MTS/Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə, 7+3 sxemi üzrə 2 kurs PKT-dən sonrakı vəziyyət. Kəskin mieloblast leykemiya [KML], Kəskin miyeloid leykoz, M5 Massiv ekstramedulyar zədələnmə ilə. Əilliyin müddəti – müddətsiz. Əlilliyin təyin edilmə tarixi – xx.xx.2022.”

16. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir: “Diaqnoz – “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla”. Xəstəlikdir, hərbi xidmət dövrün də alınmışdır.; Diaqnoz - “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası”. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, xx.xx.2002-ci təvəllüdlü mərhum əsgər X10, xx.xx.2020ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. X1 xəstəliyin müəyyən edilməsi ilə bağlı müraciətinə asasən Xidmətin Xətai rayon idarəsi rəsinin xx.xx.2022-ci il tarixli 438 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xx.xx.2022-ci il tarixdə “Xəstəliklər cədvəli”nin 8a, 9a, 65c maddəsinin İİ qrafasına və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. X10 xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün xx.xx.2022-ci il tarixdən hərbi qeydiyyatdan çıxarılmışdır.

18. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında suallar qoyulmuşdur.

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X14 T 380/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur: “1. E.İddiaçı adma tərtib edilmiş sənədlərə əsasən o, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü, düşmən təxribatının qarşısını alarkən sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı kimi xəsarəti amış, xx.xx.2020-ci ildə SQ BKH-na köçürülmüş, xx.xx.2020-ci ildə sınığın açıq repozisiyası cərrahi əməliyyatı aparılmış, qəlpələr vintinə fıksasiya olunmuşdur. 2022-ci ildə E.İddiaçı mədənin kiçik əyriliyində sarkoma, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz, kəskin mieloblast leykoz, massiv ekstramedulyar zədələnmə ilə müşahidə edilmiş, xəstə Rusiya Federasiyası, Türkiyə Respublikasına müayinə və müalicəyə göndərilmiş, xx.xx.2022-ci ildə xəstə vəfat etmişdir. Vətəndaş E.İddiaçı xx.xx.2020-ci ildə aldığı xəsarətlərlə onun xx.xx.2022-cı ildə ölümünə səbəb olmuş xəstəlik - mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəz və limfa düyünlərinə çoxsaylı metastazlarla — səbəbli əlaqəsi yoxdur.” IV. Məhkəmənin mövqeyi

20. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunu:

1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

22. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlara əsasən, iddiaçının oğlu mərhum X10 Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər alsa belə, ölüm səbəbi “mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” olmuşdur.

23. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə təyin edilmiş məhkəmə tibbi ekspertizası nəticəsində verilən ekspert rəyində iddiaçının xx.xx.2020-ci ildə aldığı xəsarətlər ilə onun xx.xx.2022-cı ildə ölümünə səbəb olmuş xəstəlik (mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəz və limfa düyünlərinə çoxsaylı metastazlarla) ilə səbəbli əlaqəsi olmaması öz əksini tapmışdır.

24. Göründüyü kimi, iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar