Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6628/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı İddiaçı, 3-cü şəxsin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhər Cavabdeh2nə və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 1978-ci il tarixində inşa edilmiş, 117,15 kv.m metr sahəsi olan qeyri-yaşayış sahəsi ilə əlaqədar Bakı şəhəri, Cavabdeh2 Başçısının “Tikinti obyektinin istismarına dair” 010 nömrəli, 21.12.2016-cı il tarixli İcazə qərarının, həmin qərar əsasında Bakı şəhəri, İcra Hakimiyyəti Memarlıq və şəhərsalma Baş İdarəsində razılaşdırılmış layihəsinin ləğv edilməsi, həmçinin mübahisəli əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş mülkiyyət hüququna dair 14.02.2019-cu il tarixli Çıxarışın və digər hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi və sözügedən əmlakla bağlı həmin şəxsin mülkiyyət hüququna dair qeydiyyat yazılarının pozulması öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Bakı İnzibati Məhkəməsinin 21.05.2021-ci il tarixli Qərardadı ilə iş üzrə X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuş, 26.08.2021-ci il tarixli 2-1(112)- 6628/2021 saylı Qərardadı ilə iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmənin hazırlıq iclası 16.12.2021-ci il tarixə təxirə salınmışdır. İddiaçı 23.11.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək, hazırki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxslərin nümayəndələri iddiaçının geri qaytarma ilə bağlı ərizəsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş materiallarına və iddiaçı tərəfindən təqdim edilmiş ərizəyə (iddia ərizəsinin qaytarılması barədə) baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəlləsində baxış icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə Mülki Prosessual Məcəllənin normalarına uyğun olaraq baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 80-ci və Mülki Prosessual Məcəllənin 170-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-6628/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6628/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver