Məhkəmə qərarları › İş №2-1(112)-6630/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6630/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6630/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 Xüsusi Şərtlərlə Təyinat X5 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşı tamam olan tarixdən, yəni 19 yanvar 2020-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü ildə anadan olmuşdur. 57 yaşı tamam olan tarixdə, yəni 19 yanvar 2020-ci ildə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması məqsədilə Filiala müraciət etmişdir. Cavabdeh özünün 18 fevral 2020-ci il tarixli, **********4 saylı məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, onun güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az olduğundan pensiya təyinatı mümkün deyildir. O, cavabdehin imtinasını əsassız hesab etmişdir. Belə ki, onun 01.06.2006-cı il tarixinə iş stajı 25 il 3 ay 20 gün olmuşdur. May 1981 - may 1983-cü ilə qədər Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ümümi iş stajı hal-hazırki tarixə qədər 41 ildir. 10.09.1995-ci illərdə "xxxx" ASC-də və Avtomatika sexində işləmişdir. Göstərilən iş yeri Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 2a. 3a. 4a yarımbölməsinə 18494 şifrəsi ilə güzəştli əmək pensiyası hüququna aiddir. Beləliklə onun 12 il 6 ay zərərli istehsalda iş stajı vardır. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. İddiaçı 04.02.2020-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 24 fevral 2015-ci il tarixli, 22 nömrəli güzəştli arayışında 10.09.1980-20.04.1981-ci il və 27.06.1983- 15.03.1995-ci il tarixləri arasındakı dövr ərzində "NÖC və Avtomatika sexinin Boruyayma, Yayma, Marten sexlərində" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №li siyahının 3-cü bölməsinin 2a, 3a, 4a yarımbölməsinin 18494 şifri üzrə işlədiyi qeyd edilmişdir. Lakin həmin arayışda iddiaçının qeyd olunan sexlərdə işlədiyi peşə və vəzifələrin adı göstərilməmişdir. Siyahıda qeyd olunan şifr-nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (harada ki, texnoloji prosesi aparan əsas fəhlələr 1 nömrəli Siyahı üzrə güzəştli pensiya hüququna malikdir) peşəsini nəzərdə tutur. Lakin iddiaçının Filiala təqdim etdiyi 10 sentyabr 1980-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında sözügedən müəssisədə həmin illər arasındakı dövr ərzində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.05.1981-ci ildən 29.05.1983-cü ilə qədər (2 il 0 ay 27 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 10.09.1980-cı ildən 20.04.1981-cı ilədək (7 ay 11 gün) Azərbaycan Boruprokat zavodunda elektrik çilingəri tələbəsi və 3-cü dərəcəli çilingər vəzifələrində işləmiş, 03.05.1981-ci ildən 29.05.1983-cü ilədək (2 il 0 ay 27 gün) Sovet ordusunda xidmət etmiş, 27.06.1983-cü ildən 15.03.1995-ci ilədək (11 il 8 ay 19 gün) Azərbaycan Boruprokat zavodunda elektrik çilingəri vəzifəsində işləmiş, 16.03.1995-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təhlükəsizlik idarəsində təlimatçı və atıcı vəzifəsində işləyir. - Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş 22 №-li, 24.02.2015-ci il tarixli arayışdan görünür ki, İddiaçı 10.09.1980-cı ildən 20.04.1981-ci ilə qədər, 27.06.1983-cü ildən 15.03.1995-ci il tarixədək NÖC və Avtomatika sexinin Boruyayma, Yayma və Marten sexlərində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təstiq edilmiş 2 №-li siyahının 3-cü bölməsinin 2A, 3A, 4A yarımbölməsinə aiddir. - Azərbaycan Boru Yayma Zavodunun 17.02.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı 01.01.1989-01.02.1995-ci ilə kimi əmək haqqı hesablanıb. - İdarə tərəfindən iddiaçının 04.02.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı 18.02.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı İddiaçı 01.01.2006-cı ilədək ümumi iş stajı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən çox, yəni 25 il 2 ay 13 gün olsa da güzəştli iş stajı 12 il 6 aydan az, yəni 12 il 4 ay olması (Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş arayışda qeyd edilən 10.09.1980-cı ildən 20.04.1981-cı ilədək, 27.06.1983-cü ildən 15.03.1995-ci ilədək işlədiyi müddətlər) müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaransa da tələb olunan güzəştli iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar