Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6631/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, ağır xəstəliyə düçar olub və hərəkətləri məhdudlaşıb. Diaqnoz: Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindromu. Skoliozun digər formaları, döş və bel fəqərələri nahiyyəsində hərəkətlərin məhdudlaşması. Qeyd edilən diaqnozla bağlı 11 saylı TSEK tərəfindən xx.xx.2014-cü ildə ona İİ qrup əlillik dərəcəsi təyin edilib. xx.xx.2016-cı il tarixdə yenidən müayinədən keçib və ona yenidən beş il müddətinə İİ dərəcə əlillik təyin edilib. Bu müddət ərzində dəfələrlə həm ambulator, həm də stasionar müalicə alıb, lakin müalicənin nəticəsi olmayıb. 2021-ci il tarixdə yenidən forma 88 verilib və müaiyənədən keçmək üçün penitensiar xidmətin müalicə müəssisəsinə göndərilib. TSEK tərəfindən yenidən müayinədən keçirilib. TSEK tərəfindən ona əlillik dərəcəsi təyin edilməsindən sənədlərin çatışmazlığı ilə bağlı imtina edilmişdir. Bununla bağlı yenidən Travmotologiya və Ortopediya İnstitutunda müayinədən keçib və 2021-ci ilin dekabr ayında yenidən müayinədən keçmək üçün TSEK-ə göndəriş alıb. TSEK yenidən heç bir əsas olmadan ona əlillik dərəcəsi təyin edilməsindən imtina etdi. Həmin imtina tibbi sənədlərin çatışmazlığı ilə əsaslandırılmışdır, halbuki təqdim edilən tibbi sənədlərində hər hansı çatışmazlıq mövcud deyil.
3. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunan etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Döş fəqərələrinin osteoxondrozu.Sağa doğru S vari əyilməsi.Skolioz.Sağ tərəfli kökcük ağrı sindromu ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar -> M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, döş fəqərələrinin sağa doğru S vari əyilməsi skalioz.Skoliozun digər formaları, sağ tərəfli kökcük ağrıları sindiromu.döş və bel fəqərələri nahiyyəsində hərəkətin məhdudlaşması ilə; Meyar: 2 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9,J35-J37.1 J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X3: Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: 41.8 Skoliozun digər formaları, onurğanın İİİ dərəcəli skaliozu (S vari əyilmə döş fəqərələrinin sola 26 dərəcə burulması Ağırlaşma M41.8 Skoliozun digər formaları, onurğa və tənəffüs əzələlərinin məhdudluğu kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda müayinəsi məsləhət görüldü” səbəbi ilə imtina verilmişdir. Bakı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M41 - Skolioz => M41.8 - Skoliozun digər formal...; Diaqnozun mətni: Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skalioz.Ağırlaşma R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu, döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması. Yanaşı xəstəliklər B18.2 Virus mənşəli xroniki C hepatiti, subklinik forma, xroniki xolesistit remissiya fazası, üzvi mənşəli emosional labil pozuntu. OU sadə hipermetropik astiqmatizm presbiopiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilikin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əliliiyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
4. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirik.
5. İddiaçı tərəfindən təqdim edilən ərizə əsasında iddia tələbinin əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iştirak edən cavabdehin nümayəndəsi iddianın dəyişdirilməsinə etiraz etmədən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
10. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixə xeyrinə inzibati akt qəbul edilməsini tələb etdiyindən qaldırdığı iddia məcburetmə növündə iddiaya uyğundur. İddiaçı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, qiymətləndirmənin nəticəsinin iddiaçıya təqdim edildiyi (bildirildiyi) tarix və iddiaçıya hüquqi müdafiə vasitələri izah edildiyi müəyyən edilmir.
11. Hazırki iddia məcburetməyə dair iddiadır. Məhkəmə həmin əlilliyin növbəti müddətə təyin edilməsindən imtinanı inzibati aktın qəbulundan imtina kimi qiymətləndirir.
12. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
13. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
15. Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçıya ilk dəfə əlillik xx.xx.2014-cü il tarixdə təyin edilmişdir, sonuncu dəfə əlillik vəziyyətinə Bakı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyinindən imtina edilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən: 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9)
17. Məhkəmə qeyd edir ki, Bakı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli 449003AABMV göndərişinə (forma 88) əsasən müəyyən edilir ki: - göndəriş verən müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır; Xəstəliyin başlanma tarixi xx.xx.2010-cu il; -status localis qrafasına əsasən, məhkumdur cəza çəkir, həbsxanadadır, 2010-cu ildən xəstədir, 2010-cu ildən həbs edildiyi üçün məhkum olması ilə əlaqədar yalnız ƏN PX müalicə müəssisəsində mövcud patologiya ilə əlaqədar dəfələrlə stasionar müalicə almışdır, baş, boyun, kürək nahiyyəsində kəskin ağrı şikayətini bildirir, tez yorulma sağ əldə keyimə, ayaq üstə duran zaman döş qəfəsində ağrıların artması, baş gicəllənməsindən şikayət edir, huşu aydın, suallara adekvat cavab verir, vətər refleksləri adidir D=S. Onurğaya baxış zamanı S-varı deformasiya qeyd edilir. Onurğa hərəkətləri önə və yana doğru məhdudlaşmışdır. Onurğayanı əzələlər palpasiyada ağrılıdır. xx.xx.2021-ci il tarixli ETTOİ-********** (Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu) saylı tibbi rəyə, müayinələrə əsasən müayinələrə əsasən sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skoliozu (28 dərəcə) kəskin ağrı sindromu diaqnozu müəyyən edilmişdir; - travmotoloq-ortoped tərəfindən müayinənin nəticəsinə əsasən (xx.xx.2021-ci il tarixdə), M41.8. Skoliozun digər formaları ETTOİ-********** (Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu) saylı tibbi rəyə, müayinələrə əsasən müayinələrə əsasən sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skoliozu (28 dərəcə) kəskin ağrı sindromu diaqnozu müəyyən edilmişdir; - keçirilmiş diaqnostik müayinə nəticələrinə (rentgenoskopiya) əsasən (xx.xx.2021-ci il tarixdə) döş fəqərələrinin sağa doğru 28 dərəcə skoliozu, bel fəqərələrinin sola doğru 16 dərəcə əyilməsi izlənmişdir.
18. Bakı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli 449003AABMV göndərişinə (forma 88) əsasən müəyyən edilir ki: Əsas diqanoz: M41.8. Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skolioz Ağırlaşması: R52.0 Kəskin ağrı, döş qəfəsində sağ yuxarı ətraflarda ağrı sindromu; döş qəfəsi hərəkətlərinin kəskin məhdudlaşması. Yanakı xəstəliklər: Virus mənşəli xroniki C hepatiti; subklinik forma. Xroniki xoletistit remissiya fazası. Üzvi mənşəli emosional labil pozunti. OU sadə hipermetropik astiqmatizm presbiopiya.
19. Məhkəmə qeyd edir ki, təqdim edilən forma 88-ə əsasən qeyd edilən xəstəlik anadangəlmədir və həmin diaqnoz üzrə iddiaçıya xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.12-ci bəndində üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) xəstəlikləri müəyyən edilmişdir. XBT 10-a əsasən həmin xəstəliklərə Deformasiya edən dorsopatiyalar (M40-M43) xəstəliklərindən M40 Kifoz və lordoz M41 Skolioz aid edilmişdir. Odur ki, bənddəki başlıq “üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu” ümumi olaraq göstərilmiş, həmin bənd M40-M41.9 kodu altında təsnifləşdirilən bütün xəstəlikləri əhatə edir. Həmin bəndin təsiri altına düşən xəstəliklərin XBT 10-a əsasən açıqlaması aşağıdakı kimidir: M40 Kifoz və lordoz [lokalizasiya koduna görə yuxarı bax] Çıxarılıb: kifoskolioz (M41.–) kifoz və lordoz: • anadangəlmə (Q76.4) • tibbi proseduralardan sonra(M96.–) M40.0 Duruş kifozu Çıxarılıb: onurğanın osteoxondrozu (M42.–) M40.1 Digər ikincili kifozlar M40.2 Digər və dəqiqləşdirilməmiş kifozlar M40.3 Düz bel sindromu M40.4 Digər lordozlar Lordoz: • qazanılmış • postural M40.5 Dəqiqləşdirilməmiş lordoz M41 Skolioz [lokalizasiya koduna görə yuxarı bax] Daxil edilib: kifoskolioz Çıxarılıb: anadangəlmə skolioz: • ƏGO (Q67.5) • sümüklərin inkişaf qüsuru nəticəsində (Q76.3) • duruş(postural) (Q67.5) ürəyin kifoskoliotik xəstəliyi (İ27.1) tibbi proseduralardan sonra (M96.–) M41.0 İnfantil idiopatik skolioz M41.1 Gənclik idiopatik skoliozu Yeniyetmələrdə skolioz M41.2 Digər idiopatik skoliozlar M41.3 Torakogen skolioz M41.4 Sinir-əzələ skoliozu Serebral iflic, Fridrix ataksiyası, poliomielit və digər sinirəzələ pozğunluqları nəticəsində ikincili skolioz M41.5 Digər ikincili skoliozlar M41.8 Skoliozun digər formaları M41.9 Dəqiqləşdirilməmiş skolioz
21. Bakı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2022-ci il tarixli 449003AABMV göndərişində XBT 10-a əsasən göstərilmiş “M41.8. Skoliozun digər formaları, sağ tərəfli döş tipli anadangəlmə İİİ dərəcə skolioz” diaqnozu (xəstəliyin ağırlaşması) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5.12-ci bəndinə uyğundur və üçüncü dərəcə əlillik təyin edir. Həmin xəstəlik Forma 88 arayışına əsasən diaqnostik müayinələrlə (travmotoloq-ortoped tərəfindən xx.xx.2021-ci il tarixdə obyektiv müayinənin nəticəsi və xx.xx.2021-ci il tarixdə rentgenskopiya əsasən) təsdiq olunmuşdur. Buna baxmayaraq, iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdə əlilliyinin növbəti müddətə təyin olunmasından imtina olunmuşdur ki, bu da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
22. Cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş diaqnozun həqiqiliyini mübahisələndirmədən həmin diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyin edilməsindən imtina etmişdir. Halbuki qeyd edilən qərara əsasən həmin diaqnoz (M41.8) İİİ dərəcə əlillik təyin etməklə münasib diaqnostik müayinə metodu ilə (rentgenoskopiya) təsdiq olunmuşdur.
23. Cavabdeh inzibati orqanın iddiaçıya təyin edilmiş diaqnozun həqiqiliyini mübahisələndirmədən həmin diaqnozun əlillik əlaməti təyin etməməsini bildirdiyindən hazırki iş üzrə xüsusi bilik tələb olunmur, bu səbəbdən cavabdeh qurumun məhkəmətibb ekspertizasının təyin edilməsi haqqında vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir.
24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qiymətləndirmə aparıldığı xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı əlillik vəziyyətinin qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva