Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6636/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti işə cəlb edilməklə müharibə əlilinə əvəzsiz olaraq torpaq sahəsinin ayrılması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti işə cəlb edilməklə cavabdehin üzərinə müharibə əlili olmasını nəzərə alaraq ona ev tikmək məqsədilə 6 sot torpaq sahəsinin ayrılması və həmin torpağın onun mülkiyyətinə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15.10.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə (Zəngilan rayonunda) iştirak etmiş və nəticədə yaralanaraq ikinci qrup əlil olmuşdur. O vaxtdan bu günə qədər səhhəti ilə əlaqədar heç bir yerdə işləmir. Ailəlidir. 3 övladı var. Həyat yoldaşı X3 ikinci qrup, qız övladı X4 isə üçüncü qrup əlildir. 5 nəfərlik xəstə ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında 22 kv.m-lik, 2 otaqdan ibarət şəraitsiz mənzildə yaşayırlar. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2000-ci ildən bugünə qədər dəfələrlə müxtəlif orqanlara, o cümlədən cavabdeh orqana müraciət etsələr də, müraciəti cavabsız qalıb. Belə ki, ilkin olaraq Bakı şəhər İcra Hakimiyyətinə ev tikmək məqsədilə torpaq ayrılması üçün müraciət etmişlər. Bakı şəhər İcra Hakimiyyətindən ona ünvanlanmış 26.02.2021-ci il tarixli, C-8/3- 113/3 saylı məktubda qeyd edilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvercilikdə nəzərdə tutulmuş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Bundan sonra eyni tələb ilə Nərimanov rayon Bələdiyyəsinə müraciət etmişlər. Cavabdeh orqan müraciətlərinə 10 mart 2021-ci il tarixli, 03/058 saylı imtina məktub ilə cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, müraciətinə cavab olaraq bildirilmişdir ki, Nərimanov Bələdiyyəsinin torpaq fondu yoxdur. Xahiş edilər, aidiyyəti qurumlara müraciət etsinlər. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanlara ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilməlidir. 3-cü şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, “Torpaq islahatları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin tələblərinə əsasən, 2001-ci il yanvar ayının 1-dən fərdi ev tikintisi üçün torpaq sahələri müvafiq Bələdiyyələrin ehtiyyat fondundan müəyyən edilmiş normalara uyğun olaraq satılır. “Bələdiyyələrlə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklilər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası 23.10.2007-ci il tarixli, 466-İİİ QD №-li Qanununun 9.1-ci bəndinə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekespertiza və Reabilitasiya Xidməti 2 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 03.04.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 07.10.2005-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03/102 nömrəli, 27 aprel 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, Nərimanov Bələdiyyəsinin torpaq fondu yoxdur, xahiş edilir, aidiyyəti qurumlara müraciət edilsin. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış 26.02.2021-ci il tarixli, C-8/3-113/3 nömrəli məktubdan görünür ki, iddiaçının fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar, Azərabycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı və Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş elektron ərizəsinə tərəflərindən baxılaraq bildirilmişdir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyytinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Eyni zamanda qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 241 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyeestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamənin təsdiq edilmiş barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında “Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması” Qaydalarına uyğun olaraq Bakı şəhərinin inzibati ərazisində mövcud bələdiyyələrə ayrılması nzərdə tutulan torpaq sahələrinin xəritələrinin hazırlanması istiqamətində aparılan tədbirlər yekunlaşdıqdan sonra mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə mürarciət etməsi məqsədəuyğundur. İşdə olan cavabdeh tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə ünvanlanmış 03/145 nömrəli, 07.06.2021-ci il tarixli məktubdan görünür ki, Nərimanov Bələdiyyəsinə ünvanlanmış 09/C-570/4 nömrəli, 04.05.2021-ci il tarixli məktuba cavab olaraq bildirirlər ki, Bakı şəhəri, X6 küçəsi 123, mənzil 7 ünvanda yaşayan 2-ci dərəcəli Qarabağ əlili, İddiaçı 05 mart 2021-ci ildə fərdi yaşayış evinin tikintisi üçün müraciət etmişdir. 04.01.2019-cu il tarixdə rəsmi qaydada məlumat verilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyələrin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahələri bir dəfə əvəzi ödənilmədən verilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi barədə” Azərbaycan Respublikası Qanununuun icrasının təmin edilməsi haqqında” Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyə xəritələrinin hazırlanması” Qaydalarına uyğun olaraq Nərimanov rayonunun inzibati ərazisində bələdiyyəyə ayrılması nəzərdə tutulan torpaq sahələrinin xəritələrinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanması istiqamətində tədbirlər yekunlaşdıqdan sonra mövcud qanunvericiliyə uyğun olaraq müraciət etməsi xahiş olunmuşdur. Eyni zamanda ona güzəştli şərtlərlə mənzillə təmin edilməsi üçün Nərimanov rayon İcra Hakimiyyətində, yaxud Dövlət Sosial Müdafiə Fondunda növbəyə durması tövsiyyə olunmuşdur. 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlili Cabbarov X1 Bələdiyyəsi tərəfidən ona verilən cavabdan narazılıq edərək ittihamlar irəli sürür. Bildikləri kimi, pilot layihələr əsasında Nərimanov rayonunun ərazisində 1920-ci ilin əvvəllərində tikilmiş bir və iki mərtəbəli vətəndaşların mülkiyyətində olan mənzillər sökülərək yenidən yeni binalar tikilir. Həmin tikilmiş mənzillər isə yenidən vətəndaşların mülkiyyətinə verilir. Ziya Bünyadov prospekti, Keşlə qəsəbəsində bələdiyyəsinin sərəncamında fərdi yaşayış evinin tikintisi üçün boş torpaq sahəsi var. Həmin əraziələr Dövlət Sənaye zonası olduğu üçün bələdiyyənin sərəncamına, yaxud da mülkiyyətinə verilə bilməz. Onu da, nəzərə çatdırmışlar ki, bugünə kimi Nərimanov Bələdiyyəsi tərəfindən heç bir torpaq sahəsi alğısatqı olunmayıb. İddiaçının iddia tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə Bakı şəhəri Cavabdeh ərazisi hüdudları daxilində müharibə əlili kimi onun mülkiyyətinə əvəzsiz torpaq sahəsi ayrılması öhdəliynin cavabdehə həvalə edilməsini tələb edir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, iş üzrə cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi barədə məktubda, bələdiyyənin torpaq fondunun olmamasına istinad edilsə də, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması barədə o halda qərar qəbul edilə bilər ki, həmin torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınsın. Lakin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 30.12.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır:
1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı 01.01.2017-ci il tarixindən rəy verilməsi dayandırıldığından, konkret halda, cavabdeh Nərimanov Bələdiyyəsi, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə Nərimanov Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsini onun mülkiyyətinə vermək səlahiyyətinə malik deyil. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva