Məhkəmə qərarları › İş №2-1(112)-664/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-664/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-664/2021 11.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X2 (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi, vəkil X3 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz filialına qarşı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1983-cü il ildək hal-hazırki dövrədək işləməsi barədə illərin nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə 57 yaşının tamam olması ilə bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdə 11 saylı əmrlə 2-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş və hərbi xidmətə çağırılmağı ilə bağlı xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 23 saylı Gəmi təmiri zavodunun gəmi gövdə təmirçisi kimi işləmişdir. xx.xx.1995ci il tarixdə nasos xidməti üzrə çilingər keçirilmiş və həmin işdə xx.xx.1997ci il tarixədək işləmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək istilik qazanxana operatoru işləmiş və xx.xx.1998-ci il tarixli , 71 nömrəli əmrlə nasos xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş və xx.xx.1998-ci il tarixdə Əmək Məcəlləsinin 38-ci maddəsinin b bəndinə əsasən işdən azad edilmişdir . xx.xx.1998-ci il tarixdə "Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavoduna 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə başqa işə götürülməsilə bağlı işdən azad edilmişdir .xx.xx.2006-cı il tarixdə ARDNŞ Sİİ MKXİ 10 saylı MKT-na 4-cii dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə Abşeron rayon MİH-nin 3 saylı evlər idarəsinə qaynaqçı işinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə müəssisənin ləğv edilməsi ilə bağlı işdən azad edilmişdir . xx.xx.2019-cu il tarixdə Bakı Qarnizonu MİHnin 7 nömrəli MİS-nə dam örtükçüsü işinə qəbul edilmiş və hal-hazırda işləyir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərarına əsasən "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci bölməsinin 6-cı bəndinə əsasən qazanxana, gəmi gövdəçilərii, gəmiqayırma və gəmi təmiri işləri göstərilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əməmk pensiyası almaq hüququna malikdir. İddiaçıya güzəştli şərtlərlə zərərli sahədə işləməsilə bağlı əmək pensiyası təyin edilməsi barədə cavabdeh tərəfə müraciəti nəticəsiz qalmışdır. Heç bir tədbir görülməmiş və verilmiş cavabda fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi barədə cavab verilmişdir. Cavabdeh tərəfin imtinası tamamilə əsassızdır. Qanunvericilikdən də görünür ki, iddiaçının 57 yaşının tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququm yaranmışdır. Təqdim edilən sənədlərin surətlərindən də görünür ki, onun iş stajı 25 ildən artıqdır. Uzun müddət elektrik qaynaqçısı kimi zərərli sahədə işləmişdir. O zərərli istehsalat sahəsində işləmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışında da onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarala təsdiq edilmiş " güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 11.6. bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olmağım qeyd edilmişdir. Cavabdeh tərəfin imtinası əsassızdır və heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. İddiaçıya zərərli sahədə işləməyimlə bağlı pensiya təyin edilməməsi hüquqlarımınm həyata keçirilməsinə maneçilik törədir, məhdudiyyətlər yaradır. Lakin cavabdeh tərəf bunu nəzərə almamış və iddiaçıya güzəştli şərtlə əmək pensiyasi təyin edilməsində maraqlı olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Belə ki, İddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixində, yəni xx.xx.2017-ci il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır". Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja nörə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni İddiaçıya münasibətdə yaş və staj tələbləri xx.xx.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1962-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. İşdə olan “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 93 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, “Xəzərdənizneftqaz” X1 Birliyinin xx.xx.1988-ci il tarixli 148 saylı əmrinə əsasən “Xəzərdənizneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. “Xəzərdənizneftqaz” X1 Birliyinin xx.xx.1991-ci il tarixli 299 saylı əmrinə əsasən “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftdonanma” idarəsinin 60 saylı əmrinə əsasən zavod “Xəzərdənizneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X8 Donanması Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə “xxxx“Qapalı Səhmdar Cəmiyyəti yaradılmış X8 Donanması idarəsinin Gəmi təmiri zavodu “Bibiheybət” Gəmi təmiri zavodu adlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 526 saylı arayışdan görünür ki, 1962-ci il təvəllüdlü X4 xx.xx.1983-cü il tarixdən 23 saylı Gəmi təmiri zavodunun 1-ci dərəcəli gəmi gövdə təmirçisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1983-cü ildən xx.xx.1995-ci il tarixədək 23 saylı Gəmi təmiri zavodunun gəmi gövdə təmirçisi vəzifəsində işləmişdir. xx.xx.1992-ci il tarixdən 23 saylı Gəmi təmiri zavodunun adı dəyişdirilərək Xəzər gəmi təmiri zavodu adlandırılmışdır. xx.xx.1995-ci il tarixli 294№-li əmrə əsasən nasos xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.1997-ci il tarixinədək işləmişdir. xx.xx.1997-ci il tarixində Xəzər Gəmi təmiri zavodunun adı dəyişdiirilərək N saylı hərbi hissə olmuşdur. xx.xx.1997-ci il tarixli 65№-li əmrə əsasən istilik qazanxana operatoru vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.1998-ci il tarixinədək işləmişdir. xx.xx.1998-ci il tarixli 71 №-li əmrə əsasən nasos xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş və həmin vəzifədə xx.xx.1998-ci il tarixinədək işləmiş və həmin tarixdə Əmək Məcəlləsinin 38-ci maddəsinin “b” (ştat ixtisarı) bəndinə əsasən işdən azad olunmuşdur. Arayışda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndində a) fəhlələr; qazançilar gəmi gövdəçiləri, göstərilən peşələr üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olduğu qeyd olaraq göstərilmişdir. İşdə olan olan “xxxx” QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş 91 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləmişdir. (xx.xx.1998-ci il tarixdə mənzil sahəsinə 2-ci dərəcəli əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1999-cu ildə mənzil sahəsində ixtisası üzrə üçüncü dərəcə verilmiş, xx.xx.2000-ci ildə mənzil sahəsində ixtisası üzrə dördüncü dərəcə verilmiş, xx.xx.2006-cı il tarixdə başqa işə götürülməsilə bağlı işdən azad edilmişdir) İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1981-ci il tarixədək 2-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 23 saylı Gəmi təmiri zavodunun gəmi gövdə təmirçisi işləmişdir. xx.xx.1995-ci il tarixdə MKX nasos xidməti üzrə çilingər keçirilmiş və həmin işdə xx.xx.1997-ci il tarixədək işləmişdir. xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək istilik qazanxana operatoru işləmiş və xx.xx.1998-ci ildən xx.xx.1998-ci il tarixədək ştat ixtisarı üzrə işdən azad edilmişdir. xx.xx.1998-ci il tarixdə "Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavoduna 2-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə başqa işə götürülməsilə bağlı işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə ARDNŞ Sİİ MKXİ 10 saylı MKT-na 4-cü dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə Abşeron rayon MİH-nin 3 saylı evlər idarəsinə qaynaqçı işinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə müəssisənin ləğv edilməsi ilə bağlı işdən azad edilmiş, xx.xx.2015-ci il tarixdə dam örtükcüsü vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixdə müəssisənin ləğv edilməsilə əlaqədar işdən azad edilmişdir. Göstərilən dövr üzrə xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 26 il 10 ay 04 gün təşkil edir. İşdə olan 3685 nömrəli Attestatın surətindən görünür ki, X5 xx.xx.1979-cu ildə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Məktəbinə daxil olmuş və xx xxxx 1980-ci ildə həmin məktəbin elektrik qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilən sənədlərdən göründüyü kimi X2 fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçıya onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur və həmin tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Lakin həmin Qanunun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması mübahisələndirildiyindən, məhkəmə tərəfindən iddiaçının ümumi iş stajının həmin tarixədək hansı müddəti təşkil etməsi araşdırılmış və işdə olan əmək kitabçası əsasında müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçası üzrə ümumi iş stajı xx.xx.2006-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr də daxil olmaqla 26 il 10 ay 04 gün təşkil edir. Həmin əmək kitabçasının surətindən görünür ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1995-ci il tarixədək gəmi gövdə təmirçisi vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1997ci il tarixədək MKX nasos xidməti üzrə çilingər vəzifəsində, xx.xx.1998-ci ildən xx.xx.2006cı il tarixədək “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda 2-ci və 3-cü dərəcəli əl ilə elektrik qaynaqçısı işində işləmişdir ki, bu hal ilə iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğu sübut edilir. O cümlədən qeyd olunan illər üzrə iddiaçının sözügedən vəzifələrdə işləməsi sadalanan arxiv arayışları əsasında da həmçinin təsdiq olunur. Bu isə onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sosial sığorta stajına malik olmasına dəlalət edir. Beləliklə məhkəmə bir daha vurğulayır ki, xx.xx.2006-cı il tarixədək iddiaçının əmək kitabçası və arxiv arayışı əsasında 25 ildən artıq müddətə ümumi iş stajına malik olması müəyyən edildiyindən, ona göstərilən əsasla imtina edilməsi əsassız olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək 23 saylı Gəmi təmiri zavodunda və “Xəzərdənizneftdonanma” İdarəsinin Gəmi təmiri zavodunda işlədiyi gəmi gövdə təmirçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XİV saylı bölməsinin 2150300a-18908 kod nömrəli güzəştli iş stajı verən təmirçi gəmi gövdəçiləri və XXXİİİ saylı bölməsinin 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 12 il 06 aydan artıqdır. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işlədiyi peşələr həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li Qərarının 11-ci bölməsinin 6-cı bəndində də öz əksini tapmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. X4 57 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar