Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-664/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 318/2 №li sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində 600 kv.m olan 39 nömrəli torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 318/2 №li sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində 600 kv.m olan 39 nömrəli torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 318/2 №li sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsünə dair yerləşmə sxemi çəkilmişdir. Həmin plan çəkilsə də sxemdə göstərilən ərazi ilə Əzizbəyov RİHB tərəfindən verilmiş torpaq sahəsi üst-üstə düşmür. Həmin ərazi iddiaçıya məxsus deyildir. Sxem səhv çəkilmişdir. İlk növbədə bununla bağlı olaraq Bakı şəhəri Cavabdehnə müraciət etmiş, Bakı şəhəri Cavabdeh 5-12/2-B-123-091/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunda məsələnin həllinin Cavabdeh səlahiyyətləri xaricində olduğu və buna görə də məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh başçısının birinci müavini tərəfindən məhkəməyə göndərilmiş 23 aprel 2024-cü il tarixli, 5-12/2-856/2024 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Binə qəsəbəsində 39 nömrəli torpaq sahəsinin yerləşmə sxeminin verilməsi barədə Cavabdehnə daxil olmuş ərizəsinə əsasən onun göstərdiyi X422858.39, Y4478171.71 nömrəli koordinatlarda yerləşən torpaq sahəsinə özünün iştirakı ilə baxış keçirilmiş və həmin koordinatlar üzrə torpaq sahəsinin yerləşmə xsemi hazırlanaraq N. Babayevaya təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. - 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. - 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2024-cü il, xx.xx.2025-ci il və 11 aprel 2025-ci il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçıya və nümayəndəsi və vəkilinə məhkəmə bildirişləri və SMS bildirişləri göndərmişdir. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya 04 mart 2025-ci il tarixdə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmiş məhkəmə iclasında iştirakını (və ya nümayəndəsinin iştirakı) təmin etməməsini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəkdir. Lakin iddiaçının ünvanına göndərilmiş xəbərdarlıq poçt rabitə orqanı tərəfindən “qapı bağlıdır” qeydi ilə çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Bundan əlavə məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı şəhər Ərazi İdarəsinə “Bakı şəhəri, Binə qəsəbəsi, 39 nömrəli sahədə yerləşən İddiaçı ayrılmış torpaq sahəsinin koordinatları, sərhədləri, ölçüləri və digər texniki parametrləri müəyyən edilməsi və Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri, Binə qəsəbəsi, 39 nömrəli sahədə yerləşən İddiaçı ayrılmış torpaq sahəsinə çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) düzgün olub-olmamasının müəyyən edilməsi” barədə sorğu ünvanlanmış və həmin sorğu icra edilməsi üçün öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün iddiaçı və cavabdehə göndərilmişdir. Lakin iddiaçı səlahiyyətli inzibati orqan tərəfindən mütəxəssis rəyinin verilməsi üçün zəruri hərəkətləri etməmişdir.. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir:”İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2025ci il və 11 aprel 2025-ci il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, eyni zamanda məhkəmənin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunu əldə etməmiş, məhkəmə tərəfindən inzibati iş üzrə araşdırmanın aparılmasına imkan yaratmamışdır. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, uzun müddətdir ki, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər (əvvəlki adı ilə Əzizbəyov) Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1994-cü il tarixli, 318/2 №li sərəncamına əsasən Bakı şəhəri Binə qəsəbəsi ərazisində 600 kv.m olan 39 nömrəli torpaq sahəsinə dair Cavabdeh tərəfindən çəkilmiş yerləşmə sxeminin (cizgi və xəritədən çıxarışın) etibarsız hesab edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi geri götürülmüş hesab edilsin, iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-664/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-664/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver