Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6644/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı Knyaz oğlunun iştirakı ilə, İddiaçı Knyaz oğlunun cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “kirayə haqqı ilə təmin olunması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Knyaz oğlu cavabdeh Bakı Şəhər Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 338 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə özü, həyat yoldaşı, 2 qızı ilə bərabər hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul edilmişdir. Həmin tarixdən ona ailə üzvləri nəzərə alınmaqla müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulu ödənilməyə başlamışdır. Lakin Bakı Şəhər Cavabdeh başçısının 142 №-li xx.xx.2020-ci il tarixli sərəncamı ilə Cavabdeh başçısının 338 №-li xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmiş mənzil növbəsindən çıxarılmağı qərara alınmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdən müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kirayə haqqının verilməsi dayandırılmışdır. Bundan sonra məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8972/2022 №-li qərarı ilə onun ailə üzvləri ilə birlikdə (həyat yoldaşı və 2 qızı) yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqı ilə təmin olunmağı vəzifəsi Bakı Şəhər Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh başçısının 608 №-li, xx.xx.2022-ci il tarixli sərəncamı ilə ailə üzvləri ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş və ona xx.xx.2023-cü il tarixdən kirayə haqqı ödənilməyə başlanılmışdır. Lakin bu zaman xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün kirayə haqqı ona ödənilməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı vermişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 132 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən, o, həqiqətən xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinin ”b” bəndinə əsasən (törətdiyi cinayətə görə aadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 040gm saylı xx.xx.2004-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. xx.xx.2013-cü il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində hərbi qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili işlər Nazirluiyi tərəfindən İddiaçı təqdim edilmiş ******* saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən, o, xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş 4325 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb və mənzil növbəsində deyil. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 444 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən, o, həqiqətən xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi hərbi xidmət keçmişdir. xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazilriyinin 1-ci X11 əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. xx.xx.2013-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsində hərbi qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı və X2 təqdim edilmiş **********09 saylı xx.xx.2017-ci il tarixli arayışa əsasən Bakı şəhər inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. Azərbaycan Respublikasının Daxili işlər Nazirluiyi tərəfindən İddiaçı təqdim edilmiş ******* saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən, o, xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı təqdim edilmiş **********42 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı təqdim edilmiş **********44 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən X2 təqdim edilmiş **********44 saylı xx.xx.2020-ci il tarixli arayışa əsasən Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı Knyaz oğlu xx.xx.2017-ci il tarixdə “Sağ budun aşağı 1/3 nin dişlənmiş yaraları Sağ tərəfli N.femoralisin travmatik zədələnməsindən sonrakı it dişləməsLBaş beynin travması nəticəsində şəxsiyyətin dəyişiklikləri iiə kobud davranış pozuntuları, yaddaş zəifliyi. Sağ aşağı ətrafın monoparezi.” diaqnozu ilə qiymətləndirilmiş və ona ikinci dərəcə əlillik təyin edilmişdir. Vİİ-JQ seriyalı 379599 saylı xx.xx.1999-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən İddiaçı və X6 arasında nikah bağlanmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1061 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən Qobustan RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Knyaz oğlunun hərbi xidmət dövründə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları" (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon idarəsinin xx.xx.2010-cu il tarixli 4/360 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/71 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2003-cü il tarixli çıxarış epikrizi, 314 nömrəli xəstəlik tarixindən çıxarışlar, vətəndaşın ərizəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadir, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınnmışdır" MN MHHK-nın xx.xx.2010-cu il tarixli 1031 nömrəli qərarı ləğv edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı təqdim edilmiş **********59 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320) müəyyən edilmişdir. X3 və İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli kirayə müqaviləsinə əsasən X3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87,8 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ½ hissə, 87,8 kv.m İddiaçı kirayəyə verilmişdir. X8 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli X8 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 173 kv.m yaşayış sahəsi 117,3 kv.m yardımçı sahəsi 55,7 kv.m olan 9 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə 1/8 hissə İddiaçı kirayəyə verilmişdir. Bakı Şəhər Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 5-21/2- 446/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla Bakı Şəhər Cavabdeh başçısının 22.11 2017-ci il tarixli, 338 nömrəli və xx.xx.2020-ci il tarixli 142 nömrəli və xx.xx.2022-ci il tarixli, 608 nömrəli sərəncamlarının təsdiq olunmuş surətləri və onların verilməsinə əsas olmuş sənədlərin ksero surətləri göndərilmişdir. Bakı Şəhər Cavabdeh 338 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan gizir kimi mənzil uçot siyahısına daxil edilmişdir. Bakı Şəhər Cavabdeh 142 saylı xx.xx.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Cavabdeh başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Ş-21-068 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, iddiaçı yaşayış yeri üzrə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli, 330 nömrəli sərəncamı əsasında xx.xx.2017-ci tarixdən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. Kirayə haqqı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yalnız ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçot siyahısına alınan vətəndaşlara ödənilir. Xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısında olduğundan kirayə haqqı ödənilməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün deyil. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320 qeydiyyat nömrəli xx.xx.1998-ci il qeydiyyat tarixli) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən onun adına Qobustan rayonu Nərimankənd kəndində yerləşən 6,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumbirgə; JN-320 qeydiyyat nömrəli xx.xx.1998-ci il qeydiyyat tarixli) müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X5 təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən onun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın movcudluğuna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş 6279 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən İddiaçı Knyaz oğluna təqdim edilmiş 585 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və MN-nin 040 gm saylı xx.xx.2004-cü il tarixli əmrinə, "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin "b" bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) əsasən ehtiyata tərxis olunmuşdur. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən təqdim edilmiş 1328 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən reyestrindən İddiaçı və X4 həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışlar. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 05/09İS/024330-22 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2022-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X1 və onun nikah bağlamasına mane olan hallar mövcud deyil. Məhkəmənin 2-1(112)8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddia təmin edilərək İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı Şəhər Cavabdehnə həvalə edilmişdir. Bakı Şəhər Cavabdeh 608 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən İddiaçı 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Şaqavatova Atlas, qızı Şaqavatova Aysu) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan hərbi qulluqçuların (gizir) güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. X17 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li qərarından: 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı barədə qərar qəbul edilməsini xahiş edir. Bakı Şəhər Cavabdeh 338 saylı xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan gizir kimi mənzil uçot siyahısına daxil edilmişdir. Bakı Şəhər Cavabdeh 142 saylı sərəncamına əsasən İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış və Cavabdeh başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli sərəncam iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Daha sonra iddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması barədə tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı iddiası təmin edilərək İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı Şəhər Cavabdehnə həvalə edilmişdir. Qərar icra olunmuşdur. Həmin qərarda kirayə haqqının hansı tarixdən ödənilməsi qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, Bakı Şəhər Cavabdeh 142 saylı xx.xx.2020-ci il tarixli (iddiaçının ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və Cavabdeh başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilməsi barədə) sərəncamı iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında iddiaçının ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X4; qızı xx.xx.2002-ci il təvəllüdlü X9 və qızı xx.xx.2004-cü il təvəllüdlü X10) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqının hansı tarixdən hesablanmaqla ödənilməsi vəzifəsi qeyd edilməmişdir, belə olan halda çatmaq istədiyi məqdəsə dair səmərəli hüquqi müdafiə vasitələrinin iddiaçının həmin qərarın nəticəvi hissəsini izah edilməsi barədə ərizə ilə, həmçinin, Bakı Şəhər Cavabdeh 142 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsinə (ötürülmüş prosessual müddətin üzürlü səbəbləri qeyd edilməklə) dair tələblə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununundan: 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bundan başqa, iddiaçı hazırki tələblə xx.xx.2023-cü il tarixdə cavabdehə müraicət etmiş, cavabdeh tərəfindən imtina cavabı verilməmişdir, iddiaçı xx.xx.2023-cü il tarixdə (28 gün sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova