Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6645/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, TƏSVİRİ HİSSƏ: İşin halları İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məshəti küçəsi, ev 3a ünvanında yerləşən 4 otaqdan ibarət 75 saylı mənzilə dair iddiaçı ilə mənzil-kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 4 otaqdan ibarət 75 saylı mənzilində İddiaçı ailə üzvləri ilə birlikdə 1985-ci ildən halhazıradək yaşayır. Faktiki istifadəsində olan həmin mənzilə dair ona xx.xx.2006-cı ildə 0033 saylı order verilmişdir. Sözügedən mənzilə dair hüquqlarının dövlət reyestrində qeydə alınmasını, mülkiyyət hüququnu əldə etmək, özəlləşdirmək istəyir. Bu məqsədlə də cavabdehə dəfələrlə müraciət edərək onunla mənzil-kirayə müqaviləsinin bağlanılmasını xahiş etmişdir. Lakin, ərizəsinə heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Göründüyü kimi cavabdeh qanunun tələblərinə əməl etmək istəmir və onunla mənzilkirayə müqaviləsi bağlamaqdan yayınır. Qeyd olunan mənzilə dair hüquqlar 2009-cu il oktyabrın 1-dək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından həmin mənzilə dair mübahisələr yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş qanunlarla tənzimlənməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və onun vəkili iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim edilmiş etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 3 ünvanda yerləşən yataqxana binası balansa qəbul edilmişdir. Halhazırda həmin yataqxana 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin 133 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Bina balansa qəbul edilərkən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı tərtib edilərkən qeyd edilən binada yerləşən mənzillərə, o cümlədən 75 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər (order, protokol, qərar və s.) təhvil verilmədiyindən sorğuda göstərilən sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edə bilər, Məcəllənin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün təşkilatın müdiriyyəti tərəfindən order verilir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə (hal-hazırda qüvvədə olan) təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi Əsasnamə”-nin 2-ci bəndinin İİİ hissəsinə əsasən yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Qeyd edilən binaya xidmət göstərən 133 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən ünvana yerində baxış keçirilməklə aparılan araşdırma zamanı İddiaçı göstərilən mənzildə uzun müddət faktiki olaraq yaşamadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məshəti küçəsi, ЗА saylı evin 4 otaqdan ibarət 75 saylı mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixədək Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə heç bir müraciət daxil olmamışdır. Ona görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş: -İddiaçıya məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən o, ünvan 4 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, 14 aprel 1981-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1992-ci ildən Bakı “Radio Quraşdırma” İB-nin işçisidir. - İddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanmış 07 yanvar 2023-cü il tarixli ərizənin surətinə əsasən iddiaçı onunla ünvan 6 ünvanında yerləşən 78 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması barədə sərəncam verilməsini xahiş etmişdir. - Bakı “Radio Quraşdırma” İB-nin HİK-nin müdiriyyətinin, MMK-nın sədri və MTŞ-nın rəisinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Məshəti küçəsi, bina 3a-da mənzil bölgüsünün başa çatması ilə əlaqədar olaraq mənzillərin sahəsinin yenidən hesablanıb yeni mənzil №-in verilməsi ilə əlaqədar qərarın surətinə əsasən Bakı şəhəri, Xətai rayoni, Məshəti küçəsi, bina 3a – giriş № İV, mənzil № 75 sahəsi 60 kv. metr layihədə ştriklə göstərilmiş sahənin sahibi İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. - Bakı “Radioquraşdirma” İB-nin HİK-nin X8 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışın surətindən görünür ki, birliyə məxsus Məhsəti 3a küçəsində yerləşən yataqxanada 4-cü giriş, 3-cü mərtəbədə sol seksiyada (12+12+18+18) 60 kv. metrlik sahəsi olan 4 otaqlı 75 №-li mənzilin komendant işləyən İddiaçı adına sənədləşdirilməsi, göstərilən mənzil nömrəsinə əsasən pasport qeydiyyatına alınması qərara alınmışdır. - ASAN 6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü X1, xx.xx.1989-cu il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 ünvan 7 ünvanında qeydiyyatdadırlar. - Bakı “Radioquraşdırma” İB tərəfindən verilmiş 02 fevral 2006-cı il tarixli, 0033 nömrəli orderin surətinə əsasən order İddiaçı verilmişdir ki, o, və onun dörd nəfərdən ibarət ailə üzvləri Bakı şəhəri, Xətai rayonu, Məshəti küçəsi, 3a saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 4 giriş, 3-cü mərtəbəsindəki yaşayış sahəsi 60,0 kv. metr olan 4 otaqlı 78 №-li mənzili tutmaq hüququna malikdir. Ailə tərkibi 4 nəfər: özü, 1962-ci il təvəllüdlü İddiaçı, yoldaşı, 1963-cü il təvəllüdlü X1, oğlu, 1988-ci il təvəllüdlü X3, oğlu, 1989-cu il təvəllüdlü X7. Order Bakı “Radioquraşdırma” İB-nin müdiriyyəti və HİK-nin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş 09 noyabr 2004-cü il tarixli birgə qərarına əsasən verilmişdir. İş yeri “Radioquraşdırma” İB, növbə əsasında verilib. - X3, X1, X7 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli notarial razılıq ərizələrinin surətinə əsasən onlar Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, giriş 4, ev 3A ünvanında yerləşən 75 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və çıxarış almasına etiraz etmirlər. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17/83 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı müəssisədə hal hazırda texniki nəzarət şöbəsində usta vəzifəsində çalışır. Həmin məktuba qoşma olaraq əlavə edilmiş: - Bakı şəhəri “Radioquraşdırma” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məhsəti küçəsi 3A və S.Ə. ünvan 9A da yerləşən yataqxanalarda “Radioquraşdırma” İB-nin HİK-nin X15 və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və yataqxana növbəsi əsasında verilmiş orderlərin siyahısının təsdiq edilmiş surətinə əsasən İddiaçı 0033 nömrəli orderlə Məhsəti küçəsi, ev 3a ünvanında yerləşən 75 nömrəli mənzilin verilməsi 33-cü sırada qeyd edilmişdir. Qeyd. “Radioquraşdırma” İBdə uzun illər növbəsində olub və yataqxanalarda mənzil əvəzi 263 (iki yüz altmış üç) ailəyə verilmiş fəhlə və qulluqçular. - Bakı «Radioquraşdırma» X6 İttifaqı Komitəsinin və X8 Şurasının və MMK-nin birgə iclasının 41 saylı 09 noyabr 2004-cü il tarixli protokolundan çıxarışa əsasən, Birlik tərəfindən “Radioquraşdırma” İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 9A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda halhazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən qeydiyyata salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 9A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. - Bakı “Radio Quraşdırma” İB-nin 11 dekabr 1992-ci il tarixli, 873-k nömrəli əmrin təsdiq edilmiş surətinə əsasən 1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən yataqxananın kommentantı vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodunun 414k nömrəli, xx.xx.2010-cu il tarixli əmrin təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixindən Texniki-nəzarət şöbəsinə 3-cü dərəcəli nəzarətçi işə qəbul edilmişdir. - Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış A-249-068 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, o Xətai Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə mənzil növbəsində dayanmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı verilmiş xx.xx.2015-ci il tarixli, **********88 nömrəli arayışa əsasən Bakı şəhər inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş arayışa əsasən o, həqiqətən Məhsəti küçəsindəki 3a №-li 5 mərtəbəli evin 3-cü mərtəbəsində 60,0 kv. metr sahəsi olan 4 (dörd) otaqlı 75 №-li mənzilində yaşayır. Mənzilin qısa təsviri: bütün kommunal şəraiti var. Bina 1 saylı XT MKTB-yə məxsusdur. Sahibi (kirayəçi) İddiaçıdır. Ailəsi 4 (dörd) nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: özü – 1962-ci il təvəllüdlü İddiaçı, əri, 1963-cü il təvəllüdlü X2, oğlu, 1988-ci il təvəllüdlü X3 və oğlu, 1989-cu il təvəllüdlü X7. - 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 104639 nömrəli Mənzil-Kommunal Xidməti üçün mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Məhsəti küçəsi, ev 3 a 75 nömrəli mənzil ünvanı üzrə İ-Xİİ 2020, İ-Xİİ 2021, İ-Xİİ 2022 və İ-İV 2023 dövrlər üzrə xidmət haqqı ödənilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 262 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, həqiqətən Məhsəti küçəsi, 3a saylı evin 75 nömrəli mənzilində qeydiyyatdadır. Əri: X5, oğlu, X3 və oğlu X7 göstərilən ünvanda hal-hazırda yaşayırlar. - iddiaçı tərəfindən ünvan 11 ünvanı üzrə kommunal xidmətlərdən istifadəsinə görə müxtəlif ödəniş qəbzləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə əsassız oldugundan təmin edilməməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) tələblərinə əsasən: Maddə 4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Maddə 31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə 51.1. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 84. İcarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ildən qüvvədə olan): Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Maddə 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. İşdə olan sənədlərdən məlum olur ki, Bakı «Radioquraşdırma» X6 İttifaqı Komitəsinin və X8 Şurasının və MMK-nin birgə iclasının 41 saylı 09 noyabr 2004-cü il tarixli protokolundan çıxarışa əsasən, Birlik tərəfindən “Radioquraşdırma” İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alaraq, Birliyə məxsus olan S.Ə.ünvan 9A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, habelə birliyin yataqxanalarda yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə dair orderin verilmə və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən qeydiyyata salınması, birlikdə yataqxana və mənzil növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillər təklif olunması və razılığa əsasən sənədləşdirilməsi, birlikdə işləyib uzun illərdir mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, birliyə məxsus S.Ə.ünvan 9A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələrinə torpaqlarımız alınarkən və ya məcburi köçkün ailələrinə mənzil verilən vaxt zəbt etdikləri mənzillərdən köçürüldükdən sonra yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə dair order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Bakı “Radioquraşdirma” İB-nin HİK-nin X8 şurasının və MMK-nın birgə növbəti iclasının xx.xx.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışın surətinə əsasən birliyə məxsus Məhsəti 3a küçəsində yerləşən yataqxanada 4-cü giriş, 3-cü mərtəbədə sol seksiyada (12+12+18+18) 60 kv. metrlik sahəsi olan 4 otaqlı 75 №-li mənzilin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı “Radioquraşdırma” İB tərəfindən verilmiş 02 fevral 2006-cı il tarixli, 0033 nömrəli orderin surətinə əsasən iddiaçı dörd nəfərdən ibarət ailə üzvləri ilə Bakı şəhəri, Xətai rayonu, Məshəti küçəsi, 3a saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 4 giriş, 3-cü mərtəbəsindəki yaşayış sahəsi 60,0 kv. metr olan 4 otaqlı 78 №-li mənzili tutmaq hüququna malikdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası haqqında 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən, qeyd edilən yaşayış fondunun balansa və xidmət dairəsinə qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətini və istismarını təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 136 saylı Mənzil-Kommunar İstismar sahəsinin xidmət dairəsinə verilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmişdir. Həmin sərəncama 2 saylı əlavəyə əsasən, mübahisələndirilən ünvanda yerləşən yataqxana siyahıya daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin təsdiq edilmiş xx.xx.2014-cü il tarixli Təhvil-qəbul aktına əsasən, S.Ə.ünvan 9A, Məhsəti küçəsi 3A, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalar Bakı şəhər MənzilKommunal Təsərrüfatı Departamentinin 1 Saylı Xüsusi Təyinatlı Mənzil Təsərrüfat Birliyinin balansına verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya verilmiş order iş dövründə yaşaması üçün yataqxanadan istifadə etmək məqsədilə iddiaçıya verilmişdir. Çünki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə (yuxarıda qeyd olunan MM, maddələr 107, 108.) yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan orderin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı da iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Bununla da iddiaçı ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hüquq münasibətləri yarana bilməzdi. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yuxarıda qeyd olundugu kimi xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı “uzun illər “Radioquraşdırma” İB-də işləsə də onun mənzil növbəsində olması barədə heş bir sənəd təqdim etməmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013- cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyinin, habelə Bakı, Gəncə, Şirvan və Tərtər Rayon İcra Hakimiyyətlərinin balansına verilmişdir. Həmin sərəncama əsasən, ünvan 13 ünvanda yerləşən yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına, Bakı ŞİH-nin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə isə Bakı şəhər MKTD-nin balansına verilmişdir. 07 yanvar 2013-cü il tarixli təhvil-qəbul aktı əsasında ünvan 13 ünvanda yerləşən yataqxana binası ünvan 15 Təsərrüfatı Birliyinin balansına verilmişdir. İşin materiallarında iddiaçının adına şəxsi hesab vərəqəsinin olması, nə həmin vərəqdə, nə də digər hər hansı sənəddə iddiaçı ilə əvvəlki balanssaxlayan arasında kirayə müqaviləsinin bağlandığına dair məlumat yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-714/2023 saylı xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uygun olaraq məhkəmə hesab edir ki, 1.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbi nəzərə alındıqda, cavabdehin iddiaçı qarşısında iddia olunan hazırkı məzmunda (o cümlədən, əvvəlki balanssaxlayandan hüquq varisliyi qaydasında keçən) öhdəliyi yoxdur və o, iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasına dair sərəncam qəbul edilməsi barədə müraciətin təmin edilməsindən imtina etməkdə haqlıdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı Bakı şəhəri, Xətai rayonu, Məshəti küçəsi, ev 3a ünvanında yerləşən 4 otaqdan ibarət 75 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 17kim Mehriban Qarayeva