Məhkəmə qərarları › İş №2-1(112)-665/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-665/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-665/2020 28.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, X5” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və cavabdeh tərəfindən “xxxx” ASC barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********5 №-li qərarın əsassız olduğu üçün ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: X5” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və cavabdeh tərəfindən “xxxx” ASC barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********5 №-li qərarın əsassız olduğu üçün ləğv edilməsi” barədə vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin şəxsi hesabından çıxarışdan görünür ki, guya iddiaçının Azərbaycan Respublikası Vergilər Nazirliyinə 17,618,11 manat vergi borcu var. Lakin, “xxxx” ASC bir neçə ildir ki, fəaliyyət göstərmir. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X4 Ödəyicilərinin X6 şöbəsinə xx.xx.2011 -ci il tarixdə daxil olmuş hüquqi şəxsin onlayn fəaliyyətinin dayandırılması haqqında ərizədən görünür ki, “xxxx” ASC öz fəaliyyətini xx.xx.2011-ci ildə dayandırmışdır. “xxxx” ASC fəaliyyətini dayandırsa da, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri X8 Departamenti xx.xx.2018-ci il tarixdə qərar qəbul etmiş, iddiaçıdan 17,618,11 manat vergi borcunun tutulmasını qərara almışdır. Belə olan halda Azərbaycan Respublikası Vergilər Nazirliyi hesabladığı 17,618,11 manat vergi borcunun hesablanması qanunsuz və əsassızdır. xx.xx.2019-cu il tarixli şəxsi hesab vərəqəsindən də görünür ki, “xxxx” ASC bu günə kimi fəaliyyətini dayandırmasına baxmayaraq ona vergi analoji olaraq hesablanmışdır. Ona görə də məlum qərar əsassız olduğu üçün ləvğ edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi iddia müddətinin tətbiq edilməsinə dair vəsatətdə göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Eyni zamanda, adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, ASC tərəfindən dövlət büdcəsinə olan 12,801,4 manat məbləğində vergi öhdəliyi vaxtında yerinə yetirilmədiyi üçün vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixli **********5 nömrəli Qərar qəbul edilmiş, habelə qeyd edilən qərar əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlakı siyahıya alınmış və xx.xx.2018-ci il tarixli **********5 nömrəli protokolla rəsmiləşdirilmişdir. Həmçinin, tərtib olunmuş protokol, siyahı və akt xx.xx.2018-ci il tarixli **********448600 nömrəli məktubla "xxxx" ASC-yə təqdim edilmişdir. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. xx.xx.2018-ci il tarixli **********448600 nömrəli məktub xx.xx.2018-ci il tarixdə saat 12:04-da elektron qaydada iddiaçının e-qutusuna göndərilmiş və xx.xx.2019-cu il tarixdə saat 13:46-də oxunmuşdur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: (70.2-1.1.) vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; (70.2-1.2.) poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; (70.2-1.3.) elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. (70.2-2.) Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Bu hallar iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddətin ötürülməsi faktını təsdiqləyir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48ci,49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə (izah)etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsinə iddianın dəqiqləşdirilməsi zərurətini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin vermək hüququnu izah etmiş və müddət təyin etmişdir. Lakin iddiaçı iddia tələbini dəqiqləşdirməsi üçün xx.xx.2020-ci, sonradan xx.xx.2020-cu, xx.xx.2020-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında əlavə müddət verilməsini xahiş etmişdir. Lakin iddiaçı sonrakı məhkəmə iclaslarında iştirak etməmiş, iddianın dəqiqləşləşdirilməsi və ya buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Cavadehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair vəsatət təqdim edərək təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı əsaslara görə iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi “xxxx” ASC barəsində tərtib edilmiş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli **********5 nömrəli qərarın ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İddiaçının qaldırdığı iddiası mübahisələndirmə haqqında iddia olduğu üçün, xüsusi mümkünlük şərtinə -(iddia qaldırmaq müddətinə) cavab verməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati işdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixdə qəbul edilmiş 2-2(81)-389/2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamenti cavabdeh “xxxx” ASC-yə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 12,801,40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 25,000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə” iddia ərizəsi üzrə mülki iş üzrə icraat “xxxx” ASC –nin nümayəndəsinin vəsatəti əsasında 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” ASC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı 17,617,11 manat məbləğində borcun silinməsi barədə iddia tələbinə dair inzibati iş üzrə məhkəmə qərarı qəbul edilənədək dayandırılmışdır. İddiaçının hazırda mübahisələndirdiyi inzibati akt xx.xx.2018-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilən qərar əsasında iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlakı siyahıya alınmış və xx.xx.2018-ci il tarixli **********5 nömrəli protokolla rəsmiləşdirilmişdir. Həmçinin, tərtib olunmuş protokol, siyahı və akt xx.xx.2018-ci il tarixli **********448600 nömrəli məktubla "xxxx" ASC-yə təqdim edilmişdir. Vergi Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 iş günü keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, xx.xx.2018-ci il tarixli **********448600 nömrəli məktubla protokol, siyahı və akt xx.xx.2018-ci il tarixdə saat 12:04-da elektron qaydada iddiaçının equtusuna göndərilmiş və xx.xx.2019-cu il tarixdə saat 13:46-də oxunmuşdur. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hal-hazırda Bakı Kommersiya Məhkəməsinin) icraatında olan iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin cavabdeh “xxxx” ASC qarşı “cavabdehin xx.xx.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 12,801,40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ilə 25,000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılması tələbinə dair iddia ərizəsi üzrə işin araşdırılması zamanı “xxxx” ASC –nin xx.xx.2018-ci il tarixli **********5 nömrəli qərarı barədə artıq xx.xx.2019 –ci il tarixdə məlumatlı olmuşdur. Hətta həmin qərarın qəbul edilməsi üçün əsas olmuş borcun silinməsi üçün iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1931/2019 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı Azərbaycan Respublikası Vergilər Nazirliynin Cəmiyyətə hesabladığı 17618,11 manat borcun silinməsi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı “xxxx” ASCnin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X8 Departamentinin xx.xx.2018-ci il tarixli **********5 nömrəli qərarını artıq 2019-cu ildə aldığını təsdiq edir. Belə olan halda iddiaçı tərəfindən Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan 30 gün müddəti ötürmüşdür. Azərbaycan Respublikasının İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və cavabdeh tərəfindən “xxxx” ASC barəsində tərtib edilmiş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli **********5 nömrəli qərarın əsassız olduğu üçün ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 35-ci, 38ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və cavabdeh tərəfindən “xxxx” ASC barəsində tərtib edilmiş “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” xx.xx.2018-ci il tarixli **********5 nömrəli qərarın əsassız olduğu üçün ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540 məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar