Məhkəmə qərarları › İş №2-1(112)-665/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-665/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-665/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 12 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 22.02.2021-ci il tarixli, 2-1(112)-4451/2021 nömrəli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC (podratçı) ilə onun (sifarişçi) arasında 22 aprel 2011-ci il tarixdə "xxxx" MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, 12 №-li, 94,2 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 53 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kvm üçün 632 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 59535 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş və 22 aprel 2011-ci il tarixli, AXU №53 saylı kassa mədaxil orderi ilə 59535 manat "xxxx" MMC-nin hesabına ödənilmişdir. Buna dair ona kassa mədaxil orderlərinin qəbzi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı ("xxxx" MMC) Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, 12 №-li, 94,2 kvm mənzilini tikib sifarişçiyə (ona) təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı ("xxxx" MMC) Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, 12 №-li, 94,2 kvm mənzilini tikib sifarişçiyə (ona) təhvil verilmişdir. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 529 saylı, 19 fevral 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. Göstərilənlərə əsasən "xxxx" MMC (podratçı) ilə onun (sifarişçi) arasında 22 aprel 2011-ci il tarixdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, 12 №-li, 94,2 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını – mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində sahiblik və istifadə hüququ yaranmışdır. Odur ki, həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Buna görə də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 12 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin cavabdeh yanvar 2021-ci il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Göstərilən məktubla imtinanın əsası kimi ona istinad edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünıvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Məzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Cavabdehin göstərilən xüsusata əsaslanmaqla Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, sahəli 94,2 kvm olan 12 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina etməsi əsassızdır. Belə ki, çoxmənzilli binaların istismarına icazə verilməsini müəyyən edən qanunvericilik aktlarında, o cümlədən istismarı məhz onun əsasında həyata keçirilmiş “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı,19 fevral 2019-cu il tarixli Fərmanında hər bir mənzilin fərdi qaydada istismarına, o cümlədən mənzil sahibinin adına istismarına icazənin alınması nəzərdə tutulmamışdır. Binanın istismarına hər bir mənzil üzrə fərdi qaydada deyil, bütövlükdə buna üzrə verilir. Odur ki, cavabdehin göstərilən xüsusata əsaslanmaqla göstərilən mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmasından imtina etməsi əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi ("xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Məlumat üçün bildirilir ki, vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********36 saylı, 21.01.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi və vəkili X4 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur və bununla bağlı kooperativ müvafiq sənədlər - 12 oktyabr 2004-cü il tarixli, 234 №-li Bakı şəhər İcra Başçısının sərəncam, Bakı şəhəri xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıc aktı, 09 dekabr 2019-cu il tarixli, 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu və s. sənədlər MTK-nin adına verilmişdir. Hazırki iş üzrə İddiaçı "xxxx" MTK-ə məxsus ünvan 1, inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 94.2 kv.m. olan 12 saylı mənzilə dair çıxarışın verilməsini iddia edir. İddia tələbini də onunla əsaslandırılmışdır ki, həmin mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alqı-satqı müqaviləsi bağlamış və mənzilin dəyərini tam ödəmişdir. Həmin iş üzrə də cavabdeh mənzilin hüquqmüəyyənedici sənədlərin olmadığı üçün mənzilə dair çıxarışın verilməsi ilə bağlı iddiaçıya imtina etmişdir. Qeyd etdiyi mənzilə dair İddiaçı adına çıxarışın verilməsi qeyri mümkündür. Belə ki, "xxxx" MTK-i "xxxx" MMC-i ilə 22 aprel 2011cı il tarixdə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmış, həmin müqavilənin 3.1.14-cü bəndində qeyd edilmişdir ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə "xxxx" MTK-i tərəfindən bağlanır. Qeyd etdiyi müqavilə ilə "xxxx" MMCnin mənzillərin satılmasına faktiki hüquqi olmamış və "xxxx" MTK-nin həmin müqavilədən ümumiyyətlə məlumatı olmamışdır. İddiaçının mübahisəli mənzilə dair çıxarışın alınması tam ixtiyarsızdır. Bundan əlavə iş materiallarından görünür ki, İddiaçı mübahisəli mənzilə dair "xxxx" MMC-i ilə müqaviləni bağlayarkən həmin müqaviləni "xxxx" MMC-i tərəfindən Çingiz Məmmədov imzalamışdır. Qeyd etdiyi müqavilədə Çingiz Məmmədov "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru göstərilmişdir. 10 mart 2021-ci il tarixli Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin verdiyi məktubda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi hal-hazıra kimi X11r. Beləliklə iddiaçı mübahisəli mənzilə dair bağladığı müqavilə Cəmiyyətə heç bir aidiyyatı və hüquqi olmayan şəxslə bağlanılmışdır. Faktiki olaraq həmin müqavilə özüözlüyündə etibarlı deyil və qanun pozuntusu ilə bağlanılmışdır. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, lakin sonuncu hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 22.04.2011-ci il tarixli, 53 №-li müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının V mərtəbəsindəki 12 №-li 94,2 kv.m. mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib haqqını ödəməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 59.535 manat müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 53-№-li, 22.04.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 22.04.2011-ci il tarixli 53 saylı müqvilə üzrə 59.535 manat kassaya mədaxil etmişdir. - Azərbaycan Respublikası Ai Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(102)-1605/2020 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2019 saylı, 19 avqust 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, "xxxx" MMC-nin direktoru Çingiz Məmmədov ilə İddiaçı arasında bağlanmış «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» 53 saylı, 22 aprel 2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı münasibətdə restitusiyanın tətbiq edilməsi, "xxxx" MMC-dən 59.535 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ilkin iddianın «etibarsız hesab edilən müqavilənin predmeti olan mənzilin üzərində "xxxx" MMC-nin sahiblik və istifadə hüququnun tanınması barədə hissəsinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7490/2017 saylı, 06 iyul 2017-ci il tarixl qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2019 saylı, 19 avqust 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istfadə hüququnun tanınması” barədə ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, "xxxx" MMC üzərində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kvm. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Hüseynova Günel Bayraməli qızının cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək, 23 noyabr 2013-cü il tarixli, 103 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində sahəsi 94,2 kv.m. olan 2 otaqlı 12 №-li mənzil üzərində Hüseynova Günel Bayraməli qızının sahiblik və istifadə hüququnun bərpa edilməsi, "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində sahəsi 94,2 kv.m. olan 2 otaqlı 12 №-li mənzildə təmir işləri aparılması üçün şərait yaradılaraq həmin mənzilin Hüseynova Günel Bayraməli qızına təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində "xxxx" MMC-dən Hüseynova Günel Bayraməli qızının xeyrinə 10 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-786/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" MMC ilə Hüseynova Günel Bayraməli qızı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilə dair 23 noyabr 2013-cü il tarixli, 103 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3729/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Hüseynova Günel Bayraməli qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı, 27.09.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Hüseynova Günel Bayraməli qızının cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-786/2018 saylı, 22.02.2018-ci il tarixli qətnaməsinin dəyişdirilərək, "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaitinin tutularaq Hüseynova Günel Bayraməli qızına ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6818/2019 saylı, 06 may 2019-cu tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1696/2019 saylı, 15 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7490/2017 saylı, 06 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-122/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qərarı ilə Hüseynova Günel Bayraməli qızının kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3729/2018 saylı 31.07.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Hüseynova Günel Bayraməli qızı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-178/2019 saylı 19 avqust 2016cı il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı «çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi və mənzil üzərində MMC-nin sahiblik və istifadə hüququnun tanınması» tələbinə dair ilkin iddiasının təmin edilməməsi, İddiaçı qarşılıqlı iddiasının təmin edilməsi, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5195/2017 saylı 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Hüseynova Günel Bayraməli qızının cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-786/2018 saylı, 22 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, "xxxx" MMC-dən 117750 manat məbləğində pul vəsaitinin tutularaq X1 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)- 6818/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qətnaməsindən cavabdeh Hüseynova Günel Bayraməli qızı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ai Məhkəməsinin Mülki Kollegiyasının 16.06.2020-ci il tarixli, 2(102)- 1605/2020 nömrəli qərarı ilə maraqlarına toxunan şəxs Hüseynova Günel Bayraməli qızının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(103)-6818/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Döblət Şəhərsalma Arxitektura Komitəsinin 246 №-li, 09.12.2019-cu il tarixli 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşaat daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllə, 1 girişli, zirzəmi 17 mərtəbəli yaşayış binası istismara verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 21.01.2021-ci il tarixli, **********36 № li məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 29.12.2020-ci il tarixli ərizəsinə və sənəd surətlərinə tərəflərindən baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) “Alyans-Z Mənzil Tikinti Kooperativi (“Nəsimi-19 Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəncam ilə Bakı şəhəri Nəsimi RİH-in 01.10.2004-cü il tarixli, 01-04/368 saylı razılıq məktubunu, "xxxx" MTK-nın 23 sentyabr 2004-cü il tarixli, A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717ci məhəllədəki qeyri-yaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layihələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 07/81 №-li, 08.05.2007-ci il tarixli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktının surətindən görünür ki, "xxxx" MTK-ya Bakı şəhər İHB-nın 12.10.2004-cü il tarixli, 237 №-li sərəncamı ilə Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yaşayış binası, iş mərkəzi və yeraltı avtodayanacaq tikintisi üçün 0,6626 hektar torpaq sahəsi ayrılmışdır. - “Sifarişçi” - "xxxx" MTK və “Podratçı” - "xxxx" MMC arasında bağlanmış 05.03.2006cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsinin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi”-nin tapşırığı ilə “Podratçı” öz vəsaiti və riski ilə Bakı şəhəri icra Hakimiyyəti Başçısının 237 №-li, 12.10.2004 cü il tarixli Sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu, 28 May küçəsi, 717-cı məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mexmanxanası yerləşdiyi 0,673 ha. torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10242 kv.m., yaşayış sahəsi 8022 kv.m. yaşayış binası və 2220 kv.m. ticarət obyektin inşa edilməsini (bundan sonra müqavilədə «Obyekt» adlanacaq) öhdəsinə götürür, «Sifarişçi» isə öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşaedilməsi nəzərdə tutulan «Obyekt»in müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi razılaşdıraraq «Podratçı»ya təhfil verməyi öhdəsinə götürür. 3.1.12-ci bəndinə əsasən “Podratçı” obyektin tikintisi 50% yerinə yetirdikdən sonra öz 50% payı hesabına mənzil bağışlaya və ya satışından nağd pul götürə bilər 3.1.14-cü bəndinə əsasən mənzillərin satılması üçün alıcılara bağlanan müqavilə "xxxx" MTK tərəfindən bağlanır. - Məhkəmə qərarlarının surətlərindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli, 02.09.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin iddiası qismən təmin edilərək, ünvan 3dəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsinin iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 nömrəli, 06.12.2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanılan «ünvan 3də yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində "xxxx" MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. "xxxx" MTK-nın tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-158/2019 nömrəli, 09.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06.12. 2018-ci il tarixli, 2-2(103)-662/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.08.2021-ci il tarixli, 2-2(103)-783/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-731/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər "xxxx" MMC, X9 qarşı vurulmuş ziyanın tutulması, müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20.08.2021-ci il tarixli, 2-2(103)-783/2021 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 21.04.2021-ci il tarixli, e-2-2(113)-731/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında imzalanmış 22.04.2011-ci il tarixli, 53 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının V mərtəbəsindəki 12 №-li, sahəsi 94,2 kv.m. olan mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində onun sifarişi ilə tikilən mənzili qəbul edib 59.535 manatı ödəməsini öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş 53-№-li, 22.04.2011-ci il tarixli orderin qəbzinə əsasən İddiaçı 22.04.2011-ci il tarixli 53 saylı müqvilə üzrə 59.535 manat kassaya mədaxil etmişdir. İddiaçı qeyd olunan mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən müraciəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim etməməsi əsas gətirilərək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; - 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir. - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; - 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; - 24-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 nömrəli iş üzrə 02 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 3 ünvanındakı iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi "xxxx" MMC-yə aid edilmişdir. Qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə "xxxx" MMC ilə iddiaçı arasındakı 22.04.2011-ci il tarixli, 53 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır. Həmçinin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilə mübahisə predmeti olmuş və qüvvədə olan məhkəmə qərarı ilə "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 94,2 kv.m. sahəsi olan 2 otaqlı 12 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən iddiaçı müraciəti üzrə inzibati orqan tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin hərəkətsizliyi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 12 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının V mərtəbəsində, 2 otaqlı, sahəsi 94,2 kvm olan 12 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar