Məhkəmə qərarları › İş №2-1(112)-6651/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6651/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6651/2023 09.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun verilməsi və ziyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin əyani şöbəsi üzrə bakalavr səviyyəsini bitirdiyini təsdiq edən diplomun verilməsi və bu illər ərzində vurulmuş ziyana görə 20.000 AZN kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü il tarixdə Rusiya Federasiyası S.Stalskovo adına Universitetə daxil olmuş, 2005-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2005-ci il tarixli 3/33-15 saylı Əmri ilə həmin Universitetin Jurnalistika fakültəsinə 2-ci kurs tələbələri sırasına köçürülmüşdür. Ona 05/92 nömrəli Tələbə bileti verilmişdir. Daha sonra 2006-cı il Beynəlxalq Universitet ilə arasında bağlanmış xx.xx.2006-cı il tarixli Müqavilə əsasında müsabiqədən keçərək həmin Universitetin 09/790-1 saylı Əmri ilə Maliyyə-kredit fakültəsinə köçürülmüşdür. Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə-kredit fakültəsininin əyani kursunu 2008-ci ildə tam bitirmiş, xx.xx.2008-ci il 3/1686 saylı qərar ilə ona bakalavr dərəcəsi verilmişdir. Hər il təhsil ödənişlərini ödədiyini təsdiq edən qəbzləri, həmçinin hər il verdiyi imtahanlar barədə sənədləri var. Universiteti qanunvericiliyə uyğun olaraq tam qanuni şəkildə oxuyaraq başa vurmuşdur. İllik ödənişlərini etmi və dövlət imtahanını da vermişdir. 2008-ci ilin yekununda hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətə gedərkən ona diplom verilməsi gecikdiyinə görə Universitetdən rəsmi arayış verilərək onun 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Maliyyə-kredit fakültəsinin əyani şöbəsinin tam kursunu bitirməsinə dair xx.xx.2008-cr il əmr 3/1686 saylı Qərarla bakalavr dərəcəsinin verilməsi faktı təsdiq edilmişdir. Bu arayış əsasında 1 il müddətinə, yəni 2008-ci il oktyabr ayından 2009-cu ilin oktyabr ayına kimi hərbi xidmətdə olmuş və ona AO ******* saylı hərbi bilet verilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra dəfələrlə Universitetə müraciət etmişdir. Ona Universitetin artıq fəaliyyət göstərmədiyi bildirilmişdir. Və bundan sonra uzun illərdir ki, diplomunu almaq üçün aidiyyətı üzrə Təhsil Nazirliyinə müraciət edir. Lakin onun müraciətlərinə heç bir cavab verilmir. Ən son 2020-ci il dekabr ayında müraciət etmiş və həmişəki qaydada ona ümumiyyətlə cavab verilməmişdir. Bütün müraciətləri rəsmi formada edilmişdir. Bu günədək boş dayanmamış, mütəmadi olaraq Nazirlik və Universitet ilə rəsmi əlaqə saxlamışdır. Müsbət cavab ala bilmədiyi üçün qanunauyğun olaraq pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində tələbi onunla əsaslandırmışdır ki, “2004-cü ildə RF S.Stalski adına Universitetinə daxil olmuşdur və 2005-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin “Jurnalistika” fakültəsinin 2-ci kursuna köçürülmüşdür. 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin “Maliyyə-kredit” fakültəsinə əyani bölməsinə köçürülmüşdür. ABU-nu 2008-ci ildə bitirmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi, 2005-ci ildə RF S.Stalski adına Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Eyni zamanda, iddiaçının ixtisasının dəyişdirilməsi də Təhsil Nazirliyinin razılığı olmadan aparılmışdır. Belə ki, iddiaçı 2005-ci ildə ABU-n “Jurnalistika” fakültəsinin 2-ci kursuna və 2006-cı ildə isə “Maliyyə-Kredit” fakültəsinə köçürülmüşdür. İddiaçı 2008-ci ildə də məzun olmuşdur. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə, ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır, ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. 2002-ci ildə Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri xx.xx.2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin lll-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduğundan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli 46-03- 4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadan rəsmiləşdirilmişdir. Həmçinin İddia tələbinin 20.000 manat məbləğində kompensasiya tələbi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmişdir. Belə olan halda da iddiaçının maddi zərərin ödənilməsinə dair tələbi tamamilə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən hər hansı qanunazidd hərəkətlər edilmədiyindən iddiaçının da qanunla qorunan hər hansı bir hüququ pozulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, İddiaçı iddia tələbinin heç bir hüquqi əsas olmadığından onun tələbi rədd edilməlidir. Azərbaycan Beynəlxalq Universiteti 3/33-15 saylı xx.xx.2005-ci il tarixli əmr ilə 2005/2006-cı tədris ilindən Azərbaycan Beynəlxalq Universitetinin İİ kurs tələbələri sırasına köçürülən xarici ölkə təhsil müəssisələrində təhsil alan tələbələrin siyahısının 49cu sırasında İddiaçı adı qeyd edilmişdir. Əsas: ərizə, akademik arayış, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri və xx.xx.2005-ci il tarixli xx-xx-4610/17 saylı razılıq məktubu, köçürülmə haqqında kommisiyanın protokolu qeyd edilmişdir. Azərbaycan Beynəlxalq Universitetinin D9/1790-1 saylı xx.xx.2006-ci il tarixli əmrinə əsasən İddiaçı «Jurnalistika» fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi, fərq imtahanlarını vermək şərti ilə “maliyyə-kredit” fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kursuna köçürülmüşdür. İddiaçı və Azərbaycan Beynəlxalq Universiteti arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, müsabiqədən keçərsə, universitet onu jurnalistika (əyani) şöbə üzrə tələbə sırasına qəbul elməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür. İddiaçı və Azərbaycan Beynəlxalq Universiteti arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, müsabiqədən keçərsə, universitet onu maliyyə kredit (əyani) şöbə üzrə tələbə sırasına qəbul elməyi və onu ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Universiteti 61/352 saylı xx.xx.2009-cu il tarixli arayışa əsasən İddiaçı həqiqətən 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “Maliyyəkredit” fakültəsinin əyani şöbəsinin tam kursunu bitirmiş, ona xx.xx.2008-ci il əmr №. 3/1686 saylı qərarla bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı 05/92 saylı xx.xx.2005-ci il tarixli (Jurnalistika fakültəsi) tələbə bileti təqdim edilmişdir. Azərbaycan Beynəlxalq Universiteti tərəfindən İddiaçı 05/92 saylı xx.xx.2005-ci il tarixli (Maliyyə-kredit fakültəsi) tələbə bileti təqdim edilmişdir. Azərbaycan Respublikası Tovuz Rayon Hərbi Komissarlığı AO seriyalı ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə hərbi xidmətə yararlı hesab olunaraq hərbi hissəyə göndərilmiş və xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Cavabdeh tərəfindən məhkəmənin “Azərbaycan Beynəlxalq Universitetinin 1711.2005-ci il tarixli 3/33-15 və xx.xx.2006-cı il tarixli D9/1790-1 saylı əmrlərinin, həmçinin Təhsil Nazirliyinin xx.xx.2005-ci il tarixli xx-xx-4610/17 saylı razılıq məktubunun təsdiq edilmiş surtlərinin təqdim edilməsi barədə” sorğusuna cavab olaraq 3-29/2- 3249/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, qeyd olunan sənədlər Nazirliyin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası təhsil nazirinin 96 saylı xx.xx.2001-ci il tarixli əmrinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan Respublikası təhsil nazirinin 80 saylı xx.xx.2002-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrinin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın”. Köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilmişdir. Qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılmalıdır. İddiaçı məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı iddia tələbinin birinci hissəsində inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Tələbin ikinci hissəsi vurulmuş ziyana görə 20.000 AZN kompensasiyanın ödənilməsi barədədir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin kompensasiyanın ödənilməsi hissəsində cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin maddədən də aydın olur ki, vurulmuş ziyanla bağlı kompensasiyaya münasibət bildirmək və həll etmək sırf məhkəmənin səlahiyyətində olan bir məsələdir. Yəni vətəndaş inzibati orqandan deyil, məhz məhkəmədən xahiş etməlidir. Və bu səbəbdən də diplomun verilməsi ilə yanaşı qanunvericiliyə uyğun olaraq ziyanın vurulması nəticəsində kompensasiyanın ödənilməsini də xahiş etmişdir. 16 ildir ki, pozulmuş hüquqlarının nəticəsində ixtisası üzrə işsiz qalmağı ilə müqayisədə bu çox kiçik bir məbləğdir. İddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, iddiaçının ikinci tələbi birinci tələbinin cavabdeh tərəfindən icra edilməməsi ilə bağlı olduğundan iddia tələbi hər iki hissədə mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddianın mümkünlüyünə münasibətdə məhkəmə həmçinin qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə, ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Azərbaycan Respublikası təhsil nazirinin 96 saylı xx.xx.2001-ci il tarixli əmrinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan Respublikası təhsil nazirinin 80 saylı xx.xx.2002-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2001-ci il tarixli 96 saylı əmrinin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın”. Köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilmişdir. Qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılmalıdır. Göründüyü kimi iddiaçı 2005-ci ildə RF S.Stalski adına Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Eyni zamanda, iddiaçının ixtisasının dəyişdirilməsi də Təhsil Nazirliyinin razılığı olmadan aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Bu səbəbdən də iddiaçının 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsinin əyani şöbəsi üzrə bakalavr səviyyəsini bitirdiyini təsdiq edən diplomun verilməsi və bu illər ərzində vurulmuş ziyana görə 20.000 AZN kompensasiyanın ödənilməsi tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar