Məhkəmə qərarları › İş №2-1(112)-6653/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6653/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6653/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “sabiq hakim kimi iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin və onların vəzifəli şəxslərinin iddiaçıya pensiya artımlarını düzgün hesablamamaqdan ibarət olan hərəkətlərinin və qərarlarının, müraciətlərinə cavab verməməkdən ibarət olan hərəkətlərinin qanunsuz hesab edilməsi, sonuncu əmək haqqı artımları nəzərə alınmaqla iddiaçıya 5685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsinin cavabdeh kimi tanınmasını və sonuncu əmək haqqı artımları nəzərə alınmaqla iddiaçıya 01.09.2019-cu il tarixdən 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən 2000-ci ilin sentyabr ayına kimi 25 ildən artıq Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə, 02 sentyabr 2000-ci ildən 28 iyul 2007-ci ilədək Salyan rayon məhkəməsinin hakimi, 27 iyul 2007-ci ildən 13 dekabr 2010-cu ilə kimi Ağdam Hərbi məhkəməsinin hakimi, 13 dekabr 2010-cu ildən 27 iyul 2017-ci ilə kimi (faktiki 31 oktyabr 2017-ci ilə kimi) Tərtər Hərbi məhkəməsinin hakimi vəzifəsində işləmişdir. 16 il 11 ay (faktiki 17 il 1 ay) hakim vəzifəsində işləmiş, 27 iyul 2017-ci ildən hakim səlahiyyətlərinə xitam verilmişdir. 2018-ci ilin yanvar ayından ona Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən pensiya hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına görə 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə pensiya həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmalı olduğundan DSMF-nun Salyan şöbəsi tərəfindən həmin vaxt ona pensiya 30 dekabr 2005ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəalarına əsasən hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilən son dəyişikliklərlə hakimlərin əmək haqqları 01 sentyabr 2019-cu ildən etibarən 2 dəfədən də çox artırılmışdır. Bu dəyişiklikdən sonra 01 sentyabr 2019-cu ildən etibarən ona hesablanan pensiyanın da məbləği 2 dəfədən də çox artırılmalı idi. 30.12.2005-ci ilə kimi qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinə görə əmək haqqı artımındakı sonrakı dəyişikliklər birmənalı şəkildə tam həcmdə pensiya məbləğinə şamil edilir. Lakin Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin tələbləri pozularaq iddiaçının pensiyası yenidən düzgün hesablanmamış, əmək haqqındakı bu artımlar pensiyasına daxil edilməmişdir. Həmin şöbə həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarının da tələbini pozmuşdur. Qərara görə hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbayjan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” 30 dekabr 2005-ci ilə kimi qüvvədə olmuş Qanunun 109-cu maddəsinə əsasən 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə pensiya hesablanmalı və əmək haqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna edilən son dəyişikliklərdən sonra həmin Qanunun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilmiş və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; hərbi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; hərbi məhkəmənin hakimlərinə həmin məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində vəzifə maaşı müəyyən edilmişdir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin, elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarından xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Qüvvədə olan qanunvericiliklə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı 2475 manat müəyyən edilmişdir. Buna müvafiq olaraq Ali Məhkəmənin sədrinin aylıq vəzifə maaşı 2475 manat, Tərtər hərbi məhkəməsi sədrinin aylıq vəzifə maaşı Ali Məhkəmə sədrinin aylıq vəzifə maaşının 80 faizi həcmində, yəni 2475 manat 0,8=1980 manat, Tərtər hərbi məhkəməsinin hakiminin vəzifə maaşı isə həmin məhkəmə sədrinin aylıq vəzifə maaşının 80 faizi həcmində yəni 1980 x 0,80 = 1584 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya verilən 20 dekabr 2019-cu il tarixli 8/1299 saylı arayış da təsdiq edir ki, 01 sentyabr 2019-cu ildən etibarən Tərtər hərbi məhkəməsinin hakiminin əmək haqqı artırılmışdır. 01 sentyabr 2019-cu ildən etibarən Tərtər hərbi məhkəməsi hakiminin əmək haqqı 1584 manatdır. Tərtər hərbi məhkəməsinin hakimlərinə də həmin Qanuna uyğun olaraq bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Vəzifə maaşına əlavə vəzifə maaşı kimi hesab edilməklə pensiya aşağıdakı qaydada hesablanmalıdır. Vəzifə maaşına əlavə vəzifə maaşı kimi nəzərə alındıqda aylıq vəzifə maaşı 1584 + 1584 = 3168 manat. Vəzifə maaşına əlavə vəzifə maaşı hesab edilməklə və məhkəmə, prokurorluq orqanlarında 15 ildən artıq staja görə əlavə hesablanan 45 faiz məbləğində ödənişin məbləği 3168 manat x 0,45 = 1425 manat. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatının məbləği 3168 manat x 0,25 = 792 manat. Tərtər hərbi məhkəməsinin hakiminə, 15 ildən artıq iş stajına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə verilən vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı nəzərə alınmaqla hesablanan orta aylıq əmək haqqı 3168 +1425 +720 = 5385 manat, illik məzuniyyət pulu 5385 manat x 2 = 10 770 manat. Həmin məbləğdən bir aya düşən məbləğ 10 770 manat : 12 ay = 897 manat, illik müalicə pulu pulu 5385 manat x 2 = 10 770 manat. Həmin məbləğdən bir aya düşən məbləğ 10 770 manat : 12 ay = 897 manat, bunlar da nəzərə alınmaqla orta aylıq əmək haqqı 3168 +1425+720+897+897 = 7107 manatdır. Tərtər hərbi məhkəməsi hakiminə hesablanan digər ödənişlər barədə məlumatı yoxdur. Digər ödəşlərin olması aşkar ediləcəyi təqdirdə məhkəmədən bunları da nəzərə almasını xahiş edir. İddiaçıya artımlara görə pensiya yenidən hesablanarkən Tərtər hərbi məhkəməsi hakiminin orta aylıq əmək haqqı bu məbləğdə götürülməlidir. İddiaçının hakimlik stajı 16 il 10 aydır. (faktiki 17 il 2 aydır). 10 ilə görə hesablanmalı pensiya məbləği 7107 x 0,55 = 3908 manat 85 qəpik, 10 ildən artıq hakimlik stajının həri ili üçün 5 faiz əlavə hesblanmalı pensiya məbləği 7107 x 0,05 = 355 man. 35 qəp. 6 il üçün 355,35 x 6 = 2132,10 man., 10 ay üçün əlavə hesablanmalı pensiya məbləği 355,35 : 12 x 10 = 296,12 manat, 10 ildən artıq hakimlik stajına görə yəni 6 il 10 ay üçün hesablanmalı pensiya məbləği 2132,10 manat + 296,12 qəp = 2428,12 manat olmalıdır. Hesablamalarında texniki qüsurlar ola bilər. Bunlar nəzərə alındıqda iddiaçıya hesablanmalı aylıq pensiyanın ümumi məbləği 3908, 85 qepilk + 2428,12 m = 6337,07 manat olmalıdır. Bu orta aylıq əmək haqqının 89 faizinə bərabərdir. Lakin Qanun orta aylıq əmək haqqının 80 faizindən yüksək pensiya hesablanmasına icazə vermədiyindən Qanuna görə iddiaçıya 7107 x 0,80 = 5685,6 manatdan az olmayan məblğdə pensiya hesablanmalıdır. Hesablamalarında texniki qüsurlar ola bilər. Qanunun tələblərinə, iddia ərizəsində göstərilənlərə əsaslanaraq hesab edir ki, 01.09.2019- cu ildən etibarən Tərtər hərbi məhkəməsinin hakiminə vəzifə maaşına əlavə kimi verilən məbləğ vəzifə maaşı hesab edilməli ona hər ay üçün 5685,6 manatdan az olmayan məbləğdə pensiya hesablanmalı və ödənməlidir. Azərbaycan Republikasının Konstitusiyasına görə bu Qanunun geriyə qüvvəsi vardır və bu Qanunun müddəaları həmin Qanun qəbul edilməzdən qabaq pensiyaya çıxmış sabiq hakimlrə də şamil edilir. 02.09.2000-ci ilə kimi işləmiş sabiq hakimlər həmin tarixdən sonra təyin edilmiş hakimlər kimi yüksək vəzifə maaşı və əmək haqqı almamışlar. Onlara, həmçinin, ildə bir dəfə aylıq əmək haqqının iki misli həcmində məzuniyyət pulu və müalicə pulu ödənməmişdir. Lakin “Məhkəmələr və hakimlər haqqında” 30 dekabr 2005-ci ilə kimi qüvvədə olmuş Qanuna uyğun olaraq onlara işlədikləri dövrdə faktiki almadıqları və sonradan təyin edilmiş hakimlərin əmək haqlarına uyğun pensiyalar hesablanmışdır ki, bu da ədalətli və qanuni bir haldır. Lakin DSMF-dunun bu işlə məşğul olan vəzifəli şəxsləri özbaşınalıq edib qanunun tələblərini pozaraq 01.09.2019-cu ildən tətbiq edilən əmək haqqı artımlarını iddiaçının pensiyasına şamil etməmişlər. Buna görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi İdarəsini göstərsə də, məhkəmə bunu formal xəta kimi qəbul edərək işə hazırda səlahiyyətli inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı baxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə ilkin cavabdehə göndərilmiş, iddiaya dair etirazını (münasibətini) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur, iddia ərizəsinə etiraz (münasibət) təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği və əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 01.09.2019-cu il tarixdən vəzifə maaşı 1584,00 manat müəyyənləşdirilmişdir. Müvafiq olaraq pensiyanın artım məbləği (1584,00 manat aylıq vəzifə maaşı + 712,80 manat qulluq stajına görə 45% əlavə + 237,60 manat təmsilçilik xərclərinə görə 15% əlavə) x 24 ay + (4593,60 manat məzuniyyətə çıxarkən vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət + 4593,60 manat müalicə məqsədilə vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət) x 2 il) - 79200 : 24 ay = 3300,00 manat - 3037,50 manat (artıma qədərki orta aylıq əmək haqqı) = 262,50 x 55,75% (15 ilə 50% + 5,75% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)) = 146,35 manat təşkil edir. Belə ki, 01.09.2019-cu il tarixdən pensiyanın ümumi məbləği 2507,00 manat (2360,65 manat + 146,35 manat) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20.12.2019-cu il tarixli 8/1294 saylı arayışından görünür ki, 01.09.2019-cu il tarixdən Hərbi məhkəmələrdə hakimin vəzifə maaşı 1584 manat təşkil edir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajına görə 5 ildən 10 ilə qədər vəzifə maaşlarının 15%, 10 ildən 15 ilə qədər 30%, 15 ildən yuxarı isə 45% həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin, icrası ilə əlaqədar 01.09.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin, 01.09.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. -Cavabdeh tərəfindən məhkəmə göndərilmiş iddiaçının 012610 saylı pensiya işində olan: - DSMF-nun Salyan rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 11.01.2008-ci il tarixli qərarından görünür ki, iddiaçıya ilkin olaraq sabiq prokurorluq işçisi kimi 01.01.2008-ci il tarixdən yaşa görə 483,78 manat məbləğində əmək pensiya təyin edilmiş, 15.10.2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə 1070,37 manat məbləğində pensiya təyin edilmiş, 01.01.2018-ci ildən sabiq hakim kimi təyin edilmiş əmək pensiyası artırılaraq 2201,21 manat, 01.03.2018-ci ildən 2429,80 manat, 01.09.2019-cu ildən 2507,00 manat hesablanmışdır; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13.12.2017-ci il tarixli 8/1122 saylı arayışından görünür ki, iddiaçı Tərtər Hərbi Məhkəməsində hakim vəzifəsində işlədiyi 2012-2017-ci illərdə cəmi 183572,48 manat (yüz səksən üç min beş yüz yetmiş iki manat 48 qəpik) əmək haqqısı almışdır. -DSMF-nun Salyan rayon şöbəsinin iddiaçının müraciətinə baxılaraq ünvanladığı 13.01.2020-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği və əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən 01.09.2019-cu il tarixdən vəzifə maaşı 1584,00 manat müəyyənləşdirilmişdir. Müvafiq olaraq pensiyanın artım məbləği (1584,00 manat aylıq vəzifə maaşı + 712,80 manat qulluq stajına görə 45% əlavə + 237,60 manat təmsilçilik xərclərinə görə 15% əlavə) x 24 ay + (4593,60 manat məzuniyyətə çıxarkən vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət + 4593,60 manat müalicə məqsədilə vəzifə maaşının və qulluq stajına görə əlavənin 2 misli məbləğində müavinət) x 2 il) - 79200 : 24 ay = 3300,00 manat - 3037,50 manat (artıma qədərki orta aylıq əmək haqqı) = 262,50 x 55,75% (15 ilə 50% + 5,75% (15 ildən artıq hər ilə görə 3% (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)) = 146,35 manat təşkil edir. Belə ki, 01.09.2019-cu il tarixdən pensiyanın ümumi məbləği 2507,00 manat (2360,65 manat + 146,35 manat) təşkil edir. -Cavabdehin 06.05.2020-ci il tarixli **********1 saylı məktubundan görünür ki, iddiaçının həmin idarəyə daxil olmuş ərizəsi baxılması üçün DSMF-nun Salyan rayon şöbəsinə göndərilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 17 mart 2020-ci il tarixli **********6 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd etdiyi məsələ ilə əlaqədar olaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsi tərəfindən 2020-ci il 7 fevral tarixli **********5 nömrəli məktub ilə cavab verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon Şöbəsinin 07.02.2020-ci il tarixli **********5 saylı iddiaçıya ünvanlanmış aidiyyatın dəyişdirilməsi barədə məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən müxtəlif məhkəmələrdə 16 il 11 ay hakim vəzifəsində işləməyi, Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla əmək pensiyasına əlavələr hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatı hal-hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən həyata keçirilir. Göstərilənlərlə əlaqədar aidiyyatı üzrə həmin idarəyə müraciət etməyi tövsiyə olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.4cü maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə əsasən 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçıya Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsindəki son 24 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği nəzərə alınmaqla 15.10.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, 01.01.2018-ci ildən vəzifə maaşında edilmiş dəyişikliklər nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı da hazırda vəzifə maaşındakı artımı və bir aylıq vəzifə maaşı həcmində vəzifə əlavənin pensiya hesablanması zamanı nəzərə alınmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının pensiyasında vəzifə maaşına edilmiş artımın nəzərə alınması və pensiyanın yenidən hesablanması iş materialları ilə açıq-aydın şəkildə öz təsdiqini tapmışdır. İddia tələbinin digər hissəsi olan vəzifə maaşına əlavənin əmək pensiyası hesablanarkən nəzərə alınması ilə bağlı isə məhkəmə qeyd edir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 18-ci bəndində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərə əsasən sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını qadağan edir. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələr pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi bütün məhkəmələr üçün məcburi xarakter daşıyır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı sonuncu əmək haqqı artımları nəzərə alınmaqla 01.09.2019-cu il tarixdən 5.685,60 (beş min altı yüz səksən beş) manatdan az olmayan məbləğdə pensiya hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar