Məhkəmə qərarları › İş №2-1(112)-6654/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6654/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6654/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiya məbləğinin 01 aprel 2010-cu il tarixdən Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiya məbləğinin 01 aprel 2010cu il tarixdən Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqəsində göstərilmiş(DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşına əsasən təyin edilmiş 644,25 manat əsasında yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 aprel 2010-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırlıyı tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən pensiya təyin edilib. Cavabdeh tərəfindən pensiya təyin edilərkən, iddiaçının əsas və mühüm olan vəzifə maaşı (okladı) düzgün nəzərə alınmamışdır. İddiaçı 1977-ci ilin oktyabr ayından X5 xidmət etmiş, 01 aprel 2010-cu il tarixdən təqaüdə çıxmışdır. Rütbəsi polis polkovnik-leytenantıdır. İddiaçının əmək stajı təqvim hesabı ilə 32 ildən, imtiyazlar nəzərə alınmaqla isə 40 ildən artıq olmuşdur. Xidmət etdiyi müddətdə müxtəlif vəzifələrdə, o cümlədən uzun müddət, 22 yanvar 2007-ci il tarixə kimi Bakı X7 Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində işləmişdir. 22 yanvar 2007-ci il tarixdən işlədiyi DİN-nin Nəqliyyat Baş Polis İdarəsinin Bakı Dəmir Yolu Polis İdarəsinin struktur dəyişikliyi ilə əlaqədar bütün şəxsi heyyət ştatdan çıxarılaraq DİN-nin sərəncamına götürülmüş və yenidən vəzifələrə təyinatlar həyata keçirilmiş və bu zaman iddiaçı aşağı vəzifəyə, X7 Polis İdarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İddiaçının struktur dəyişikliyinə qədər uzun müddət xidmət etdiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-11-Q №-li Qanunu ilə elan edilmiş "X5 Xidmət Keçmə Haqqında Əsasnamə"nin 35-ci, "ştatın ixtisar edilməsi və yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15-il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır" bəndinin tələblərinə müvafiq olaraq ona şöbə rəisinin vəzifə maaşı (okladı) saxlanılmışdır. Bu səbəbdən, DİN-Maliyyə Plan İdarəsinin müvafiq şöbəsi ona aylıq 644 manat 25 qəpik təqaüd hesablayaraq sənədləri baxılması üçün Cavabdehə göndərmişdir. Cavabdeh tərəfindən iddiaçının sənədlərinə baxılarkən ‘'X5 xidmət keçmə haqqında Əsasnamə”nin 35-ci bəndinin Azərbaycan Respublikasının 05 mart 2010-cu il tarixli 969-İİİ QD nömrəli Qanunu ilə çıxarıldığına əsaslanaraq bir ayda maaşını almadığı sonuncu tutduğu Baş əməliyyat Müvəkkili vəzifəsinin maaşı (okladı) ilə ona təqaüd hesablamışdır. Baxmayaraq ki, təqaüdə çıxdığı günə, 01 aprel 2010-cu il tarixə qədər Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifəsinin vəzifə okladı ilə əmək haqqı almışdır. Məsələ ilə əlaqədar dəfələrlə etdiyi müraciətlərə, qəbullarda olarkən da 35-ci bəndin ləğvi ilə əlaqədar ona təqaüdün şöbə rəisinin deyil, baş əməliyyat müvəkkilinin vəzifə maaşı ilə hesablandığı bildirilmişdir. Daxili İşlər Nazirliyi iddiaçı barəsində göndərdiyi məlumat vərəqinin məktubunda nə səbəbə ona şöbə rəisi okladı göstərildiyini aydın şəkildə yazıb və məlumat vərəqində də vəzifə “baş əməliyyat müvəkkili” göstərilsə də pul təminatı bölməsinin vəzifə maaşı qrafasında şöbə rəisinin okladı göstərilib. Digər tərəfdən, Cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin 135 №-li Qərarının 5-ci bəndində göstərilir ki, “Məlumat vərəqindəki məlumatlar Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edildikdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək aidiyyəti quruma məlumat verilir”. Bu halda isə, cavabdeh qanuna riayət etmək əvəzinə DİN-dən göndərilmiş sənədlərə özbaşına müdaxilə edir, özündən vəzifə okladı yazaraq pensiya təyin edir. Bununla da, cavabdehin hərəkəti nəticəsində İnzibati Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının hüququ pozulub. Əsassız olaraq iddiaçı pensiya məbləğinin bir hissəsindən məhrum edilmiş və uzun müddətdir ki, həmin hissəni ala bilmir. Cavabdehin səhv qərar qəbul etməklə hərəkəti nəticəsində Azərbaycan Respublikasının əmək pensiyalarına təminat verən qanunvericiliyinə əsasən iddiaçının üçün mülkiyyət hüququ təşkil edən hüquqlarına müdaxilə edilib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023cü il tarixli məktubla bildirmişdir ki, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibində və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla biləcəyi qeyd edilmişdir. İddiaçıya xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş 22 aprel 2010-cu il tarixli 5428 nömrəli məlumat vərəqində iddiaçı “NBPİ DYNPİ CAŞ baş əməliyyat müvəkkili” qeyd olunub. Bununla əlaqədar olaraq, həmin məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən 4 may 2010-cu il tarixində (1 aprel 2010-cu il tarixindən hesablanmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

IV. İş materiallarında olan sənədlər:

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2010-cu il tarixli məktubun surətindən görünür ki, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı pensiya təyin edilməsi ilə bağlı tərtib edilmiş “Məlumat vərəqi” aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərilmişdir. Əmək pensiyası təminatı üçün hərbi qulluçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan xx.xx.2010-cu il tarixli Məlumat vərəqindən görünür ki, İddiaçı 644.25 manat (vəzifə maaşı 205.00, rütbə maaşı 134.00, xidmət illərinə görə əlavə 169.50, ərzaq payı əvəzində kompensasiya 64.00, məharət dərəcəsi 71.75 olmaqla) təminat xərcliyi göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 25 yanvar 2023-cü il tarixli, pensiyanın yenidən hesablanmaması haqqında məktubuna əsasən bildirilmişdir ki, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibində və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 25 yanvar 2023-cü il tarixli arayışına əsasən, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən ehtiyata buraxılması ilə əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 4 may 2010-cu il tarixində (1 aprel 2010-cu il tarixindən hesablanmaqla) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və 2010-cu ilin aprel və may ayları üzrə ümumillikdə 1218,00 manat (hər ay üzrə 609,0 manat) pensiya məbləği 31 may 2010-cu il tarixində müvafiq kart hesabına köçürülmüşdür. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə pensiya işində olan müvafiq sənədləri təqdim edilmişdir. Pensiya işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə ünvanladığı xx.xx.2010-cu il tarixli məktubuna əsasən, İddiaçı 22 yanvar 2007-ci il tarixində DİN-in NBPİ-in BDYNPİ-də şöbə rəisi vəzifəsindən ixtisar olunaraq həmin şöbədə aşağı vəzifəyə təyin edildiyinə görə “X5 xidmət keçmə haqqında” Əsasnamənin (Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168- İİ Q nömrəli Qanunu ilə təsdiq edilmişdir) 35-ci bəndinə müvafiq ştatın ixtisar edilməsi ilə əlaqədar və yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılmışdır.

V. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi qismən təmin edilməlidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir, 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır, 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır,38-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər, 71-ci maddəsinin İİ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.4-ci maddəsinə uyğun olaraq, xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9-cü maddəsinin 9.5.1.-ci bəndinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11. Azərbaycan Respublkası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 3-cü bəndinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Həmin Qaydaların 5-ci bəndinə əsasən, məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Qeyd edilmiş Qaydalardan göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi həmin nazirliyin vəzifəsi kimi müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən DSMF-yə təqdim edilmişdir. DİN-nin təqdim etdiyi Məlumat vərəqində göstərilmişdir ki, vəzifə maaşı 205.00, rütbə maaşı 134.00, xidmət illərinə görə əlavə 169.50, ərzaq payı əvəzində kompensasiya 64.00, məharət dərəcəsi 71.75 olmaqla cəmi 644,25 manatdlr. DSMF DİN tərəfindən göndərilmiş məlumat vərəqini qəbul etsə də, onda olan məlumatları özbaşına təhrif etmiş, pensiyanı 644,25 manat məbləğində deyil, 609,00 manat məbləğində təyin etmişdir. İddiaçı ona təyin edilmiş pensiya məbləğinin Məlumat vərəqinə uyğun olmadığını, pensiya məbləğinin məlumat vərəqinə uyğun olaraq yenidən hesablanmasını cavabdehdən dəfələrlə (2010-cu,, 2012-ci, sonuncu dəfə 2022-ci ildə) xahiş etsə də, müraciətləri təmin edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh pensiya məbləğinin 609.00 manat hesablanmasını, məlumat vərəqində iddiaçının göstərilmiş vəzifə maaşına uyğun hesablandığı kimi əsaslandırmışdır. Halbuki, “Əmək pensiyaları haqında” Qanunun tələblərinə əsasən, iddiaçı hərbi rütbəli şəxs olduğundan ona əmək pensiyası təyin edilməsi zamanı, onun xidmət keçdiyi orqan tərəfindən təqdim edilən təminat xərcliyi barədə məlumatlar nəzərə alınmalıdır. DİN tərəfindən təqdim edilmiş “Məlumat vərəqi”, onda olan uyğunsuzluq və qeyri-dəqiqliyin olması səbəbindən geri qaytarılmamış, cavabdeh tərəfindən qəbul edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün əsas sayılmışdır. İddiaçının təminat xərcliyində onun xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə maaşı (DİN-in NBPİ-in BDYNPİ –də şöbə rəisinin vəzifə maaşı olması nəzərə alınaraq) 205,00 manat olması məlumat vərəqində göstərilmişdir. Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 168- İİ Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 xidmət keçmə haqqında Əsasnamə”nin 2010-cu ilin mart ayınadək qüvvədə olmuş 35-ci bəndinə uyğun olaraq, ştatların ixtisar edilməsi ilə əlaqədar yaxud səhhətinə görə vəzifə maaşı az olan aşağı vəzifəyə keçirilən əməkdaşın təqvim hesabı ilə 15 il və daha çox xidmət stajı olduqda onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı saxlanılır. Lakin, iddiaçıya sonuncu xidmət yeri üzrə - şöbə rəisi vəzifə maaşının saxlanılması barədə Daxili İşlər Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla və xüsusi rütbəli şəxslərlə İş departamentinə ünvanladığı xx.xx.2010-cu il tarixli məktubu cavabdeh tərəfindən nəzərə alınmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın hərəkətini, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququnun pozulması kimi qiymətləndirir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

12. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var.

13. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

14. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina edilməsi “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunların müddəalarına zidd olmuşdur. Məhkəmə iddiaçının iddia tələbini digər hissədə, yəni 01 aprel 2010-cu il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində haqlı hesab etmir.

15. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

17. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında (28 dekabr 2019-cu il tarixdən) yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddia tələbi qalan hissədə - “xx.xx.2010-cu ildən yenidən hesablanması və birdəfəlik ödənilməsi” hissədə təmin edilməməlidir.

18. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

19. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi qismən təmin edilsin. İddiaçı pensiya məbləğinin Daxili İşlər Nazirliyi tərəfindən göndərilmiş məlumat vərəqində (DYNPİ Cinayət-Axtarış Şöbəsinin rəisi vəzifə maaşı nəzərə alınmaqla) göstərilmiş 644,25 manat əsasında (28 dekabr 2019-cu il tarixdən) yenidən hesablanması və yeni hesablanmaya görə yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar