Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6655/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçələrinin kəsişməsində 2942A məhəllədə "xxxx" MMC (hazırki adı "xxxx" MMC) tərəfindən inşa edilən yaşayış binasının A blokunun 5-ci mərtəbəsində yerləşən,ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 13 saylı mənzilə dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə "xxxx" MTK-nın üçüncü şəxs qismində (zəruri cəlbetmə) işə cəlb edilməsi qərara alınmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23 avqust 2021-ci ildə ünvan 1 ünvanında "xxxx" MMC (hazırki adı "xxxx" MMC) tərəfindən inşa edilən yaşayış binasının A blokunun 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.21 kv.m olan 3 otaqlı 13 saylı mənzili almışdır. Bununla bağlı "xxxx" MMC ilə iddiaçının arasında xx.xx.2021-ci il tarixli, 023/21 saylı alqı-satqı müqaviləsi vardır. İddiaçı həmin mənzilin dəyərini tam şəkildə ödəmişdir, bu barədə "xxxx" MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 23/21 saylı arayış da vardır. Binanın tikintisi tam başa çatdırılmışdır və bina təhvil verilmişdir. Bundan sonra iddiaçı 2023-cü ildə cavabdehə həmin mənzilə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunmuşdur. "xxxx" MTK ilə "xxxx" MMC arasında 2013-cü ildə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 2942A məhəllədə inşa edilən 17 mərtəbəli yaşayış binasının inşasının başa çatdırılması üçün 50 mənzil əvəzsiz olaraq "xxxx" MMC-yə verilmişdir. Həmin 50 mənzilin 31-nə reyestrdən çıxarış verilmişdir.
4. Məhkəməyə təqdim edilmiş ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanına xüsusi mülkiyyət hüququ X1 adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi artıq mübahisə öz həllini tapmışdır, mübahisələndirilən mənzil daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsi də məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. İnzibati Prosessual Məcəlləsi: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
7. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması zərurəti aradan qalxdığından işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva