Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6656/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxinin 1 saylı Bakı Ərazi İdarəsinin nümyəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 2942A məhəllədə "xxxx"MMC (hazırki adı "xxxx" MMC) tərəfindən inşa edilən yaşayış binasının В blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140.21m2 olan 3 otaqlı 92 saylı mənzilə dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 2942A məhəllədə "xxxx"MMC (hazırki adı "xxxx" MMC) tərəfindən inşa edilən yaşayış binasının В blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135.56m2 olan 3 otaqlı 92 saylı mənzili almışdır. Həmin mənzili almağı barədə "xxxx"MMC ilə arasında xx.xx.2021-ci il tarixli, 07/21 saylı alqı-satqı müqaviləsi vardır. İddiaçı həmin mənzilin pulunu tam şəkildə ödəmişdir və bu barədə "xxxx"MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 14/21 saylı arayış da vardır. Binanın tikintisi tam başa çatdırılmışdır və bina təhvil verilmişdir. Bundan sonra iddiaçı 2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək və bütün sənədləri təqdim edərək mənzilin özəlləşdirilməsini xahiş etmişdir. Cavabdeh orqan **********08 saylı məktubu ilə imtina cavabı vermiş və həmin çoxmərtəbəli binanın istismara verilməsi barədə Eii-07/21(NK-D/0- 7927/21) saylı, xx.xx.2021-ci il tarixli məktubunda obyektin sifarişçisinin "xxxx" MTK göstərilmişdir və buna görə də həmin mənzilin özəlləşdirilməsi üçün "xxxx" MTK tərəfindən müraciət olunmalıdır. İddiaçı qeyd edir ki, mənzilə dair bütün ödənişləri həyata keçirmiş və müqavilələri təqdim etmişdir.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi daşınmaz əmlakın dövələt reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edərək və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
5. Məhkəmə hesab edir ki, İddiaçı adına ünvan 1 ünvanına dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
6. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva