Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6658/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 18 may 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdehin 161 №li 21.06.2019-cu il tarixli sərəncamının tam və ya qismən (Təbriz küçəsi 34 ünvanına aid hissədə) ləğv edilməsi, Bakı şəhəri Cavabdeh Başçısının ona qarşı mülkiyyət hüququnu pozan münasibətinə hüquqi qiymət verilməklə, məsuliyyətə cəlb edilməsi, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Təbriz 34 ünvanında söküntü, dağıntı, qazıntı-inşaat işlərinin aparmasının qeyri-qanuni hesab edilməsi və dərhal dayandırılması, vurulmuş maddi və mənəvi ziyana görə rayon icra hakimiyyətindən və məhdud məsuliyyətli cəmiyyətdən hər birinin üzərinə ona 1.000.000 (bir milyon) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı və hüquqi sahibi olduğu ünvan 2 ünvanlı fərdi yaşayış evi 1966-cı ildən 6 nəfər payçının mülkiyyətlərində olmaqla 591,49 kv metrlik həyətyanı torpaq sahəsi üzərində yerləşir. Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinə dair 01.01.2001tarizinədək tərtib olunmuş 1961-ci il və 1986-cı il tarixli texni pasportların (hər ikisinin) 1-ci səhifələrində həyətyanı torpaq sahəsinin ölçüsü barədə qeyd (həyətyanı sahə 552,8 kv metr) vardır ki, bu da Təbriz küçəsi 34 ünvanlı fərdi yaşayış evinin 3 tikilisindən ibarətdir: “A” tikilisi-111,5 kv. metr, “B” tikilisi 118,4 kv. metr, “V” tikilisi 13,2 kv. metr, tikililərin qanuni-hüquqi sahibləri olaraq, onlara (6 nəfər payçılara) həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilərək, adlarına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, bu barədə ƏMDX DƏDRX-yə və payçılar Hümbətov və Həşimovaya qarşı, öncə payların düzgün bölüşdürülməsi, sonra payın naturada ayılması və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət Reyesrində qeydə alınması barədə mülki iddia tələbləri ilə noyabr 2015-ci il tarixdən hazırki vaxtadək, ayrı-ayrı məhkəmə instansiyalarına müraciətlər etmişlər. 2016-cı ildən mütamadi olaraq Nərimanov RİH-nə müraciətlər etməsinə baxmayaraq, Nərimanov RİHB-nın 23.06.2017-ci il tarixli sərəncamı ilə 0,884 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış, daha sonra 21.06.2019-cu il tarixli sərəncamla torpaq sahəsinin bina inşa olunması üçün "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Hesab edir ki, qeyd olunan sərəncam qanunsuz olmaqla, onun mübahisəli torpağa dair hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin 20.05.2021-ci il tarixli sərəncamı ilə ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmə iclas 06 iyul 2021-ci il tarixə təyin edilmiş və 29.09.2021-ci il tarixə təxirə salınmışdır. Cavabdeh Bakı şəhəri Cavabdehin iddiaya dair etirazı məhkəməyə daxil olmamışdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, cavabdeh isə gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi paylı mülkiyyət hüququ ilə müxtəlif paylarda payçıların, o cümlədən hazırki iş üzrə İddiaçı payı 13/256 hissə olmaqla müvafiq olaraq 20.02.2010 və 26.09.2014-cü il tarixlərdə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Çıxarışda fərdi yaşayış evinin yerləşdiyi O,0291 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, payçıların istifadəsində olması qeydə alınmışdır. - Bakı şəhəri Nərimanov rayon İHB-nın 23.06.2017-ci il tarixli 267 №li sərəncamı ilə rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Əlizadə və Tələt Şıxəliyev küçələrinin kəsişməsində 0,884 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmıdır. - Bakı şəhəri Nərimanov rayon İHB-nın 21.06.2019-cu il tarixli 161 №li sərəncamı ilə Bakı şəhəri Nərimanov rayon İHB-nın 23.06.2017-ci il tarixli 267 №li sərəncamının öz hüquqi qüvvəsindən düşmüş hesab edilməsi, rayonun Təbriz, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 0,884 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmıdır. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası sərəncamın ləğv olunması hissəsində mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə mütaciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərarlar qəbul olunduqdan 1 il 11 ay keçdikdən sonra, 18 may 2021-ci ildə məhkəməyə müraciət etmişdir. Ümumilikdə iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, o, 31.07.2019-cu il tarixdə “Pretenziya müraciəti” ilə Bakı şəhər Nərimanov rayon İH-nə müraciət edərək, 21.06.2019-cu il tarixli 161 №li sərəncamın ləğv olunmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Bu hal isə iddiaçının hazırda mübahisələndirilən sərəncamdan 31.07.2019-cu il tarixdə xəbərdar olduğunu, yəni həmin vaxtdan sərəncamı əldə etdiyini təsdiq edir. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər tələblərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tələblər ilkin tələbdən, yəni mübahisələndirilən sərəncamın nəticələrindən yarandığından və həmin hissədə iddia mümkün sayılmadığından, iddia qalan hissələrdə də mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi və s. barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6658/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6658/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver