Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-666/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X9, cavabdehin nümayəndəsi X17 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar onun mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimyyəti tərəfindən təklif olunmuş 55000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 438 257 manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına Bakı şəhəri Yasamal rayon İcra Hakimyyətindən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(81)-5061/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarına əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqanın Bakı şəhəri Cavabdeh müəyyən edilməsi, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsi Cavabdehnə tapşırılmışdır. Lakin Bakı şəhəri Cavabdeh və onun bəzi əməkdaşlarının ona qarşı biləbilə qanunsuz, qərəzli və ədalətsiz hərəkətlərinə məruz qaldığı üçün bu ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi heç bir rəsmi xəbərdarlıq edilmədən və qanunvericiliyə müvafiq olaraq heç bir sənədləşmə aparılmadan, o cümlədən əvəzi ödənilmədən, yəni kompensasiya verilmədən dövlət ehtiyacları üçün alınmış və həmin torpaq sahəsi üzərində qanunsuz olaraq dövlətin sahiblik hüququ əldə edilmişdir. Ümumiyyətlə, Bakı şəhəri Cavabdeh tərəfindən ərizənin əvvəlində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarına və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş imperativ normaların (məcburi tədbirlərin) tələblərinə əməl olunmamışdır. Məlumat üçün qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350 000 ABŞ dolları borcun əvəzinə verilmişdir. Əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli «Barışıq razılaşması haqqında» müqavilə imzalanmış və həmin müqavilə Yasamal rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli Qərardadı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatlarına əsasən -xx.xx.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350 000 ABŞ dolları 315 000 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2864 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350 000 ABŞ dolları 283 360 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2576 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350 000 ABŞ dolları 285 285 manat təşkil etmiş və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilir. 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsi 1.7 AZN-dır. Deməli, həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyanın təqribən 80% -dən artıq olmasını göstərir. Hazırda isə Yasamal rayon İH-nin əməkdaşları tərəfindən qeyri-rəsmi şəkildə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110 000 manat məbləğində kompensasiyanın ödənilməsi təklif olunmuşdur ki, bu məbləğdə 64 705 ABŞ dolları təşkil edir. Açıq-aşkardır ki, təklif olunan kompensasiya məbləği ədalətli olmamışdır. Yəni təklif olunan məbləğ hesablanarkən kompensasiyanın qiymətləndirilməsində mövcud inflyasiya, o cümlədən infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi nəzərə alınmamışdır. Adi anlamdan müəyyən edilir ki, təklif olunan kompensasiya qüvvədə olan normativ hüquqi aktın tələblərinə uyğun hesablanmamış, həmçinin 350 000 ABŞ dollarına nisbətdə 5,4 dəfə azdır. Odur ki, göstərilən məsələyə aydınlıq gətirilməsi üçün və kompensasiyanın ədalətli ödənilməsində ona yardım göstərilməsinə görə bir sıra dövlət hakimiyyət orqanlarına və müvafiq təşkilatlara rəsmi müraciətlər edilmişdir. Bir sıra dövlət hakimiyyət orqanları və müvafiq təşkilatlar tərəfindən yuxarı da qeyd olunan məsələlərin qanunvericiliyə uyğun olaraq hərtərəfli və obyektiv araşdırılması üçün Cavabdehnə göstərişlər verilsə də, heç bir əməli tədbirlər görülməmişdir. Belə ki, Cavabdeh tərəfindən bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yolverilmiş, yəni dövlət ehtiyacları üçün alınan torpaq sahəsinə görə 1 kv.m. üçün əvvəlcə 1000 manat təklif edilsə də və o, bu məbləğin ədalətli olmadığına görə müvafiq qurumlara müraciət etdikdən sonra həmin kompensasiyanın 500 manata azaltmaqla yeni təklifin 500 manat hesablanmasının heç bir hüquqi əsası ola bilməz. Odur ki, ödəniləcək kompensasiyanın qiymətləndirilməsində «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərini nəzərə alaraq, ona ödəniləcək kompensasiya məbləğinin 438.257 manat təşkil etdiyini müəyyən etmək olar. Belə ki, 110 kv.m. torpaq sahəsinin 350.000 ABŞ dollarına (285.285 manat) əldə olunmasını və həmin dövrdən hal-hazıradək manatın ABŞ dollarına nisbətən 81,1% (inflyasiyaya faizi) aşağı düşməsinin nəzərə alınmasını, yəni Azərbaycan Respublikasının Mərkəzi Bankının mövqeyinə əsasən kompensasiyanın 516.651 manat (285.285x181,1%) təşkil etdiyini; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mövqeyinə əsasən isə həmin dövrdən 2019-cu ilin avqust ayınadək 164,7% infilyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə nisbətdə kompensasiyanın 469.864 manat (285.285x164,7%) təşkil etdiyini və hər 2 hesablama üsuluna nisbətdə orta məbləğ olan- 493.257 manat ((516.651+469.864):2) kompensasiyanın ədalətli olduğu hesab edilməlidir. Cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimyyəti tərəfindən təklif olunmuş, yəni torpaq sahəsinin 1 kv.m. üçün 500 manat, ümumilikdə isə 110 kv.m. üçün 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınsa, təzminat məbləğinə torpaq sahəsi üçün 438.257 (493.257-55.000) manat əlavə edilməsi və həmin məbləğin dövlət büdcəsi hesabına cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh Bakı şəhər Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunan tələblər əsassız olduğundan iddia tələbi rədd edilməlidir. İş materiallarından məlum olunur ki, X25, Səfərova İqbal Şövkət qızı, X18, X12, X26, X10 və X3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli barışıq razılaşması haqqında müqavilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərardadı ilə təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən 599,4 kv.m. torpaq sahəsində X13 hissəsi 294,475 kv.m., X14 hissəsi 60 kv.m., X1 hissəsi 60 kv.m. və Bakı şəhəri, Q.Qarayev prospekti, ev 116, mənzil 30-da qeydiyyatda olan İddiaçı hissəsi 110 kv.m. müəyyən edilmişdir. Sözügedən qərardad əsasında İddiaçı ünvan 2 ünvanında yerləşən 599,4 kv.m. torpaq sahəsinin 110 kv.m. hissəsinə dair xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* №-li çıxarış almışdır. ünvan 2 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin dövlət ehtiyaclarına görə alınması ilə bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi üçün İddiaçı «Daşınmaz əmlakın alınması qrupu»nun sakinlər üçün keçirdiyi iclaslara dəfələrlə dəvət olunduğuna baxmayaraq iclaslarda iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinə görə İddiaçı kompensasiya məbləğinin hesablanması mümkün olmadığından kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 №-li, xx.xx.2018-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderin qalibi gəlmiş “xxxxxxxxxxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kv.m. üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə 1 kv.m. üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında, torpaq sahəsinin hər kv.m.-i üçün son hədd əlavələr də nəzərə alınmaqla 500 manata qədər qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. İddiaçının tələb etdiyi kompensasiya məbləğinin verilməsi mümkün deyil, çünki iddiaçı şişirdilmiş kompensasiya məbləği tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacları və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq «Daşınmaz əmlakın alınması qrupu»nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarının təsirinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasına dair qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X20 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə yanaşı əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hazırkı halda, ən yüksək və birbaşa qüvvədə olan qanunvericiliyin imperativ normasının, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsının tələbinin cavabdeh tərəfindən pozulması faktı açıq-aşkardır. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Qüvvədə olan qanunvericiliyn tələbinə görə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin danışıq yolu ilə satın alınmasına razılıq barədə bildiriş göndərməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən həmin bildiriş iddiaçıya göndərilməmiş və bu hərəkəti ilə də «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbini pozmuşdur. Bundan başqa, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən faktiki olaraq alınsa da, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə müvafiq qiymətləndirilməmiş və iddiaçıya torpağın satın alınmasına dair yazılı təklif də verilməmişdir. Uzun sürən yazışmalardan sonra cavabdehin əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, dövlət ehtiyacları üçün alınan torpağın hər 1 kv.metri üçün 500 manat kompensasiya ödənilməsi təklif olunur. Həmin torpağın hər 1 kv.metri üçün 500 manat kompensasiyanın hansı üsulla və nə cür hesablanması qaydası barədə məlumatın, o cümlədən qiymətləndirmərəyinin və ödəniləcək kompensasiya barədə qərarın təqdim olunması üçün cavabdehə edilmiş rəsmi müraciətlərə təhrif olunmuş, eləcə də kompensasiya ödənilmədən torpaq sahəsinin alınmasında məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif qurumlara müraciət olunması barədə cavablar verilmiş, müxtəlif qurumlara da rəsmi olaraq müraciətlər olunsa da alınan torpağın qiymətləndirilməsi barədə heç bir məlumat, rəy və qərar təqdim olunmamış və həmin qurumlarda göstərilən məlumat və səndlərin alınması üçün Cavabdehnə müraciət edilməsini bildirmişlər. Qanunvericiliyin tələbinə görə isə iddiaçıya ödəniləcək kompensasiya məbləği barədə Qiymətləndirmə Komissiyasının qərarı və qiymətləndirmə rəyi cavabdehdə olduğu halda, həmin qərarın və rəyin hansı səbəbdən iddiaçıya təqdim olunmamasının səbəbi aydın deyildir. Açıq-aşkar görünür ki, cavabdeh iddiaçıya ödəniləcək kompensasiya məbləği barədə Qiymətləndirmə Komissiyasının qərarı və qiymətləndirmə rəyi ilə tanış olmağı üçün ümumiyyətlə şərait yaratmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən qanunvericilyin imperativ norması - «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin tələbi kobudcasına pozulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hələ 2011-ci ildə Bakı şəhəri, Mirzağa Əliyev və s. küçələrin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə başlanılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 76 №li, xx.xx.2011-ci il tarixli Sərəncamının 2-ci səhfəsinin 1-ci abzasında göstərilir ki, “Qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əldə olunmuş razılığa və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, **********27 saylı məktubunda göstərilən ünvanda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kv.m. üçün 1500 manat məbləğində müəyyən edilmişdir. Deməli hələ 2011-ci ildə hər kv.m. üçün 1500 manat məbləğində kompensasiya ödənilməsi barədə müvafiq dövlət qurumları ilə razılıq əldə olunmuşdur. Odur ki, 2011-ci ildə hər 1 kv.m. üçün 1500 manat kompensasiya ödənilməsi üçün müvafiq dövlət qurumları arasında razılıq əldə olunmuşdursa, hazırda isə hər 1 kv.m. üçün 500 manat kompensasiya ödənilməsi barədə cavabdehin hərəkətlərini qanuni və ədalətli hesab etmək olmaz. Bundan əlavə Azərbaycan Respublikasının Mərkəzi Bankından və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən alınmış məlumata əsasən 2015-ci ilin 20 fevral tarixindən hal-hazıradək manatın (AZN) ABŞ dollarına nisbətdə 81,1 % (33,5+47,6%) inflyasiyaya uğraması və inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-cu ilin avqust ayında 2006-cı ilin may ayına nisbətən 236,3% olması tam sübut olunur. Digər tərəfdən, hazırkı məhkəmə tərəfindən təyin olunmuş ekspertizanın nəticəsi olaraq, “X31” MMC-nin ƏEM\D 49-1029/19 saylı, xx.xx.2019-cu il tarixli rəyində müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 2500 manatdır. Cavabdeh tərəfindən 1 kv.m. torpaq sahəsinə görə 500 manat kompensasiya məbləği təklif olunarkən qanunvericiliklə müəyyən olunan faktorlar nəzərə alınmamışdır. Göstərilənləri də nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X28 iddianı qəbul etməyib, iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun olaraq izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə eyni ünvanda olan və torpaq sahəsinə mülkiyyət hüquqları olan digər payçılar X4, X5 və X11 mülkiyyətlərində olan torpaq sahələrinin hər 1 kv.m. sahəsi 500 manat məbləğində qiymətləndirilərək həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlanaraq onlara kompensasiya ödənilmişdir. “X31” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, ƏEM/D 49-1029/9 saylı rəydə mübahisəli torpaq sahəsinin 1 kv.m sahəsinin 2500 (iki min beş yüz) manat olaraq qiymətləndirilməsi faktiki vəziyyətə, mövcud bazar qiymətlərinə uyğun olmadığından, eyni zamanda qiymətləndirmədə göstərilən rəqəmlər şişirdildiyi üçün, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli qərardadından görünür ki, ünvan 3 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350 000 ABŞ dolları borcun əvəzinə verilmiş və məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli «Barışıq razılaşması haqqında» Müqavilə tərtib edilməklə, məhkəmə qərardadı ilə təsdiq edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li, xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 110 kv.m. torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. -«Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarından görünür ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:1. Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilsin. 2. Bakı şəhəri Cavabdehnə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin. -İddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidentinə, Azərbaycan Resublikası Milli Məclisi İnsan hüquqları Komitəsinə və Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Bakı şəhəri Cavabdeh Başçısına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə xx.xx.2019-cu il tarixdə ünvanlanmış ərizələrdən görünür ki, ərizələrə mülkiyyət haqqında çıxarış əlavə edilməklə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi heç bir rəsmi xəbərdarlıq edilmədən və qanunvericiliyə müvafiq olaraq heç bir sənədləşmə aparılmadan, o cümlədən əvəzi ödənilmədən, yəni kompensasiya verilmədən dövlət ehtiyacları üçün alınması və həmin torpaq sahəsi üzərində qanunsuz olaraq dövlətin sahiblik hüququnun əldə edilməsi; «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş imperativ normaların (məcburi tədbirlərin) tələblərinə əməl olunmaması; ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi, xx.xx.2006-cı il tarixli borc müqaviləsi əsasında yaranmış 350 000 ABŞ dolları borcun əvəzinə verilməsi; əvvəlki mülkiyyətçilər arasında yaranmış məhkəmə mübahisəsi zamanı xx.xx.2008-ci il tarixli «Barışıq razılaşması haqqında» Müqavilə imzalanması və həmin müqavilə Yasamal rayon Məhkəməsinin 2(004)-2635/08 saylı, xx.xx.2008-ci il tarixli qərardadı ilə təsdiq edilməsi; Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatlarına əsasən - xx.xx.2006-cı il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,9 AZN, yəni borc müqaviləsinin bağlanma tarixinə 350 000 ABŞ dolları 315 000 manat təşkil etməsi və 1 kv.metr torpağın dəyəri 2864 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8096 AZN, yəni barışıq sazişinin bağlanması tarixinə 350 000 ABŞ dolları 283 360 manat təşkil etməsi və 1 kv.metr torpağın dəyəri 2576 manat; xx.xx.2008-ci il tarixə 1 ABŞ dollarının manata məzənnəsi 0,8151 AZN, yəni qərardadın təsdiq olunma tarixinə isə 350 000 ABŞ dolları 285 285 manat təşkil etməsi və 1 kv.metr torpağın dəyəri 2593 manat müəyyən edilməsi; 2019-cu ildən hal-hazıradək 1 ABŞ dollarının manata məzənnəsinin 1.7 AZN olması; həmin dövrdən hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiyanın təqribən 80%-dən artıq olması; hazırda isə Yasamal rayonİH-nin əməkdaşları tərəfindən qeyri-rəsmi şəkildə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununa əsaslanaraq 1 kv.metr torpağın dəyəri təqribən 1000 manat olmaqla, 110 000 manat məbləğində kompensasiyanın ödənilməsinin təklif olunması; bu məbləğin isə 64.705 ABŞ dolları təşkil etdiyi üçün təklif olunan kompensasiya məbləğinin ədalətli hesab olunmaması barədə məlumat verilmişdir. Eyni zamanda ödəniləcək kompensasiyanın qiymətləndirilməsində «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci və 56.1.5-ci maddələrinin tələblərinə əməl olunmaqla (yəni torpaq sahəsinin alındığı vaxtdan hal-hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiya faizinin və dövlət tərəfindən torpağa sahibliyin əldə edilməsi nəticəsində İddiaçı dəyən faktiki zərər nəzərə alınmaqla) hesablanmasında və ədalətin bərpa olunmasında ona yardım edilməsi xahiş edilmişdir. - Bakı şəhər Cavabdeh Ə-208-152 №-li, xx.xx.2019-cu il tarixli və Ə-208/2-152/2 №-li, xx.xx.2019-cu il tarixli məktublarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının Prezidentinə və Cavabdehnə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanlandığı müraciətlərinə Cavabdeh Başçısının aparatında baxılmışdır. Müraciətdə göstərilənlərlə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderin qalibi gəlmiş “xxxxxxxxxxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzillərin əsas və köməkçi sahələrinin hər kv.m. üçün son həd əlavələrdə nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə 1 kv.m. üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Dövlət ehtiyacları üçün həyata keçirilən satınalmalarda əlavə güzəştlər nəzərdə tutulmadığından xahişin yerinə yetirilməsinin mümkün olmadığı qeyd olunur. Əlavə olaraq bildirilir ki, torpaq sahəsi ilə bağlı qeyd edilən məsələlərin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil ekspertlərə, həmçinin hər həftənin 3-cü günü saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyyə olunmuşdur. -Bakı şəhər Cavabdeh Ə-208/3-152/3№-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Milli Məclisinə ünvanlandığı müraciətinə Cavabdeh Başçısının aparatında baxılmış, torpaq sahələri üçün hər kv.metri 500 manat olmaqla qiymət təklif edilməsi və torpaq sahəsi ilə bağlı qeyd edilən məsələlərin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil ekspertlərə, həmçinin hər həftənin 3-cü günü saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyyə olunmuşdur. -Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 853 №-li, xx.xx.2019-cu il tarixli Bakı şəhəri Cavabdehnə və 852 №-li, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alınması Qrupuna və “xxxxxxxxxxxx” MMC-yə ünvanlanmış sorğularından görünür ki, sorğulara mülkiyyət haqqında çıxarış əlavə edilməklə, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin əvəzi (kompensasiya) ödənilmədən özbaşına (qanunsuz olaraq) tutulduğu üçün, həmin torpaq sahəsinə görə kompensasiya məbləği torpağın hər bir kv.metri üçün 1500 manat müəyyən edildiyi təqdirdə, ödəniləcək kompensasiyanın qiymətləndirilməsində «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci maddəsinə müvafiq olaraq mövcud inflyasiyanın nəzərə alınması, eləcə də Kompensasiyanın qiymətləndirilməsində mövcud inflyasiya nəzərə alınmışdırsa, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-cu ilin avqust ayından 2006-cı ilin və 2008-ci ilin avqust aylarına nisbətən neçə faiz təşkil edilməsi barədə məlumatların rəsmi qaydada təqdim olunması xahiş edilmişdir. -Bakı şəhər Cavabdeh 3823/d №-li, 03.112.2019-cu il tarixli məktubundan görünür ki, vəkil sorğusuna Bakı şəhər Cavabdeh Ə-208/3-152/3 №-li, xx.xx.2019-cu il tarixli məktubunda göstərilən cavab verilmişdir. -“xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 125 №-li məktubunda qeyd olunur ki, dövlət ehtiyacları üçün alınması ilə əlaqədar həyata keçirilən söküntü zamanı M.A.Əliyev dal. 2, ev 9 ünvanında mülkiyyətçi (təqdim etdiyi çıxarışın nüsxəsinə əsasən (RX-1492124 xx.xx.2019)) İddiaçı bu günki günə qədər heç bir kompensasiya hesablanmamışdır. -Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 918 №-li, xx.xx.2019-cu il tarixli Bakı şəhəri Cavabdehnə ünvanlanmış sorğusundan görünür ki, “xxxxxxxxxxxx” MMC tərəfindən kompensasiyanın hesablanmadığı açıq-aşkar bəyan edildiyinə görə hansı təşkilata müraciət edilməsinin tövsiyyə edilməsi, eləcə də İddiaçı nəyə görə kompensasiyanın hesablanmaması barədə məlumatın verilməsi, həmçinin dövlət ehtiyacları üçün satınalınması layihəsi ilə bağlı keçirilmiş tenderdə “xxxxxxxxxxxx” MMC-nin qalib gəlməsi barədə sənədlərin təsdiq olunmuş nüsxələrinin təqdim olunması xahiş edilmişdir. -Bakı şəhər Cavabdeh İ-141-152№-li, xx.xx.2019-cu il tarixli məktubunda və 4028/d №-li, xx.xx.2019-cu il tarixli eyni məzmunlu məktubundan görünür ki, torpaq sahələri üçün hər kv.metri 500 manat olmaqla qiymət təklif edilir; İddiaçı mülkiyyətində olan torpaq sahəsinin satılması ilə əlaqədar razılıq əldə olunmadığından qeyd olunan torpaq sahəsinə görə kompensasiya ödənilməmişdir. Torpaq sahəsi ilə bağlı qeyd edilən məsələlərin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 B ünvanında fəaliyyət göstərən müstəqil ekspertlərə, həmçinin hər həftənin 3-cü günü saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyyə olunmuşdur. -Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 916 №-li, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alınması Qrupuna və eyni məzmunlu 917 №-li, xx.xx.2019-cu il tarixli “xxxxxxxxxxxx” MMC-yə ünvanlanmış sorğularından görünür ki, İddiaçı heç bir kompensasiya ödənilmədiyinə görə Cavabdeh 1 kv.m. torpaq sahəsi üçün təklif etdiyi 500 manat kompensasiya məbləğinin hansı ekspert rəyi əsasında hesablanması və İddiaçı ödəniləcək kompensasiyanın qiymətləndirilməsində mövcud infilyasiyanın nəzərə alınması barədə, eləcə də İddiaçı nəyə görə kompensasiyanın hesablanmaması barədə məlumatın verilməsi; həmçinin ekspert rəyinin təsdiq olunmuş nüsxəsinin, eləcə də Daşınmaz Əmlakın Alınması Qrupu tərəfindən maddi hüquq normasında nəzərdə tutulmuş hərəkətlərin edilməsini təsdiq edən, o cümlədən bildirişlərin və sair müvafiq sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması xahiş olunmuşdur. -“xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 73/5 №-li məktubundan görünür ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 916 №-li və 917 №-li, xx.xx.2019-cu il tarixli məktublara aşağıdakı cavablar verilir: tələb və təklif metoduna uyğun olaraq qeyd olunan ərazidə orta bazar dəyəri qiymətləndirmə aparıldığı tarixdə 1 kv.m. torpaq sahəsi 500 manatdan aşağı olmuş; Daşınmaz Əmlakın Alınması Qrupuna heç bir sənəd təqdim olunmadığına görə İddiaçı heç bir qiymət təklif olunmamışdır. -Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 937 №-li, xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Alınması Qrupuna və “xxxxxxxxxxxx” MMC-yə ünvanlanmış sorğusundan görünür ki, bir sıra icra orqanlarına, eyni zamanda Bakı şəhəri Cavabdeh Başçısına, eləcə də “xxxxxxxxxxxx” MMC-yə və “Daşınmaz Əmlakın Alınması Qrupu”na ünvanlanmış şikayət ərizələrinə mülkiyyət haqqında çıxarışların əlavə olunması bildirilir, eləcə də “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 125 №-li məktubunda, İddiaçı mülkiyyətində olan M.A.Əliyev dal.2, ev 9 ünvanındakı 110 kv.m. torpaq sahəsinin RX- 1492124 №-li xx.xx.2019-cu il tarixli çıxarışın təqdim olunmasının açıqdan-açığa təsdiq edildiyi halda, yenidən mülkiyyət sənədlərinin bir daha istənilməsi hərəkətinin aydın olmaması qeyd olunur. İddiaçı adına dövlət reyestrində qeydə alınma Çıxarışı (RX- 1492124 №-li, xx.xx.2019-cu il) və kadastr planı rəsmi olaraq 2-ci dəfə təqdim edilərək, təklif olunacaq kompensasiyanın ədalətli dəyərinin miqdarı (eləcə də mövcud inflyasiyanın nəzərə alınıb-alınmaması) və kompensasiyanın ödənilməsi qaydaları barədə dolğun məlumatın verilməsi xahiş edilmişdir. -“xxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mülkiyyətçi tərəfindən söküntü komissiyasına heç bir sənəd təqdim olunmadığından ona heç bir qiymət təklif olunmamışdır; Cavabdeh ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış müqaviləyə görə 2-ci tərəf yalnız 1-ci tərəfə söküntü ilə bağlı şifahi və ya yazılı məlumat verə bilər. Bunun üçün də mülkiyyətçinin bu məktubla bərabər onlara təqdim etdiyi hüquqmüəyyənedici səndlərlə birlikdə Cavabdehnə müraciət etməsi tövsiyyə olunmuşdur. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli, A-505-152 №-li məktubundan görünür ki, həmin məktub Cavabdehnə ünvanlanmış və Yasamal rayonu, M.A.Əliyev küçəsi 2, ev 9-da yerləşən 110 kv.m. torpaq sahəsinin mülkiyyətçisi İddiaçı etibarnamə üzrə nümayəndəsi İlqar Abbasovun Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edərək, sözügedən torpaq sahəsinin rəsmi qaydada xəbərdarlıq edilmədən və əvəzi ödənilmədən dövlət ehtiyacları üçün alındığını bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, D5-03/xx-xx-1124-5988 №-li məktubundan görünür ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi və yol infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları əsasında alan orqan kimi müəyyən edilmiş Cavabdeh tərəfindən müvafiq qaydada təşkil edilmiş «Daşınmaz əmlakın alınması qrupu» vasitəsi ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. Göstərdiyi daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının təsirinə məruz qalıb-qalmamasının və digər məsələlərin aydınlaşdırılması, o cümlədən sözügedən daşınmaz əmlakın satınalma qiymətinin müəyyən edilməsi üçün mülkiyyət hüquqlarını təsdiq edən sənədlərlə birlikdə “Komissiya”ya müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, 3/3199-07 №-li məktubundan görünür ki, Azərbaycann Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə alınacaq hər hansı torpaqla bağlı ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya nəzərə alınır; adıçəkilən Qanunun 29.2-ci maddəsinə əsasən ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. -Bakı şəhəri 13 saylı Vəkil Bürosunun 746 №-li, xx.xx.2019-cu il tarixli “YapıKrediBank Azərbaycan” na, 748 №-li, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Statistika Komitəsinə, 750 №-li, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının xxxxxxxxxxxxına, 751 №-li, xx.xx.2019-cu il tarixli xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxna və 752 №-li, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış sorğularından görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixdən və xx.xx.2008ci il tarixdən hal-hazıradək manatın ABŞ dollarına nisbətdə inflyasiya artımı (faizi) ümumilikdə müvafiq olaraq (göstərilən tarixlər üzrə ayrı-ayrılıqda) nə qədər təşkil etməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. - “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 15700/2-025173 №-li; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 16/7037 №-li və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 00974 №-li məktublarından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2019-cu il tarixli, 20-00275-2019 №-li məktubundan görünür ki, xx.xx.2015-ci il tarixdə 1 ABŞ dollarının manata (AZN) nəzərən rəsmi məzənnəsi xx.xx.2015-ci il tarixinə nisbətən 33,5%, xx.xx.2015-ci il tarixində isə 1 ABŞ dollarının manata nəzərən rəsmi məzənnəsi xx.xx.2015-ci il tarixinə nisbətən 47,6% möhkəmlənmişdir. İnflyasiya ilə bağlı hər hansı məlumatı əldə etmək üçün adiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət etmək tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2019-cu il tarixli, 04/1-86 №-li məktubundan görünür ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2019-cu ilin avqust ayında 2006-cı ilin may ayına nisbətən 236,3%, 2008-ci ilin avqust ayına nisbətən 164,7% təşkil etmişdir. -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5061/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı əsasında təyin olunmuş “X31” MMC-nin ƏEM/D 49-1029/19 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin 1 kv.m.-nin bazar qiyməti 2500 manat olmaqla, 110 kv.m. torpaq sahəsinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 275 000 manat təşkil edir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 76 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi məqsədilə Mirzəağa Əliyev və bir sıra digər küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən əhalinin köçürülməsi işlərinin həyata keçirilməsi Bakı şəhər İcra Hakimiyyətinə tapşırılmış; Qeyd olunan işlərin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əldə olunmuş razılığa və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, **********27 saylı məktubunda göstərilən ünvanda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyriyaşayış sahələrinin hər kv.m. üçün 1500 manat məbləğində müəyyən edilmişdir. - “Disput.az” internet saytından və “Bina.az” internet saytından çıxarılmış elanlardan görünür ki, “Sovetskaya” küçəsində 20 sot torpaq sahəsi 7 650 000 manata, Bakı şəhəri, Mikayıl Müşfiq küçəsində 4,5 sot torpaq sahəsi 1 500 000 manata satılır. - Bakı şəhəri, Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 502/d №-li, xx.xx.2020ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın ödənilməsi üçün qiymətləndimə müqayisəli metodu ilə aparılmış, araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr nəzərə alınaraq aparılır. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, DX-03/01-03-827 №-li məktubdan görünür ki, Xidmətdə Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış kompensasiyanın məbləği barədə hər hansı bir məlumat və Yasamal rayonu, X39 küçəsi, dalan 2, ev 9 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd olmadığından məktubda göstərilən məsələyə münasibət bildirilməsi imkan xaricindədir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, DX-03/01-03-827 №-li məktubdan görünür ki, X19 Ərəbov hal-hazıradək Cavabdehndə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməmiş, bu səbəbdən ona kompensasiya hesablanmamış və ödənilməmişdir. Onunla eyni ünvanda qeydiyyatda olmaqla mülkiyyət hüquqları olan X6, X2, X7, X8 onlara məxsus torpaq sahəsinin hər kv.metri üşün qiymətləndirici şirkət tərəfindən müəyyənləşdirilmiş 500 manat məbləğində kompensasiya ödənilmişdir. X19 Ərəbovun Cavabdehndə fəaliyyət göstərən “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəmüvafiq hesab olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. - 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; - 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. - 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. - 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. - 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. - 23-cü maddəsinə əsasən həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. -56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin (56.1.1.); ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya (56.1.2.); torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti (56.1.3.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər (56.1.4.); alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər (56.1.5.); alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (56.1.6.). - 58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir.Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Yasamal rayonu, Mirzəaga Əliyev küçəsində yerləşən vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmiş və sonuncuya hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi tapşırılmışdır. ünvan 7 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar cavabdeh orqan tərəfindən iddiaçıya 1 kv.m.-nin qiyməti 500 manat müəyyən edilməklə 55.000 manat kompensasiya ödənilməsi təklif edilmiş, iddiaçı isə həmin məbləğlə razılaşmayaraq torpaq sahəsini 350.000 ABŞ dolları məbləğində borcun müqabilində məhkəmə qərarı əsasında əldə etdiyini, həmin məbləğin inflyasiyaya məruz qaldığını, bütün bunların nəzərə alınaraq ona ədalətli kompensasiya ödənilməsi tələbi ilə cavabdehə, digər inzibati orqanlara, nəhayət məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən alınmaya məruz qalan torpağın 1 kv.metri “xxxxxxxxxxxx” MMC tərəfindən 500 manat, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində ekspert alınmaya məruz qalan torpağın 1 kv.m.-i bazar qiymətinə uyğun olaraq 2500 manat müəyyən etməklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsini 275000 manat dəyərində qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün geri alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə və üzərində sərəncan vermək imkanı itirilmiş və beləliklə də həm milli, həm də beynəlxalq qanunvericiliklə müdafə olununa mülkiyyət hüququna müdaxilə edilərək həmin hüquqları pozulmuşdur. Bu halda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh və 3-cü şəxs Maliyyə Nazirliyinin iddiaya qarşı etirazlarında qeyd olunan hallar, o cümlədən mülkiyyət haqqında sənədlərin təqdim edilmədiyi üçün kompensasiyanın hesablanmaması və hal-hazıradək ödənilməməsi onu göstərir ki, iddiaçının çoxsaylı müraciətləri və onun təqdim etdiyi sənədlər ümumiyyətlə araşdırılmamış, nəticədə iddiaçının qanunla qorunan hüquqları və mənafeyi kobud surətdə pozulmuşdur. Hazırkı iş üzrə bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğu üçün əsas olmuş halları sübut etmək vəzifəsini həmin müdaxiləni etmiş Cavabdeh daşıyır. Bundan əlavə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri təqdim olunsa da, həmin sənədlər də araşdırılmamış və bununla bağlı iddiaçıya kompensasiya ödənilməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq ümumiyyətlə qiymətləndirmə işləri aparılmamışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçıya ödənilməli kompensasiyanın müstəqil ekspert tərəfindən hesablanmaması və çoxsaylı müraciətlərdən sonra cavabdeh tərəfindən kompensasiyanın təklif edilməsi onu göstərir ki, kompensasiyanın qiymətləndirilməsində «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunun 56.1.2-ci, 56.1.3-cü və 56.1.5-ci maddələrinin tələbləri ümumiyyətlə nəzərə alınmamışdır. Halbu ki, həmin maddələrin tələblərinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 110 kv.metr torpaq sahəsinin dövlət ehtiyacları üçün alınarkən ödəniləcək kompensasiyaya həm torpağın bazar dəyəri, həm də mövcud inflyasiya nəzərə alınmaqla müəyyən edilməli idi. İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyrimütənasib yük qoymadığının müəyəynləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanistana qarşı iş, 71-ci bənd; Plataku Yunanistana qarşı iş, 55 ci bənd). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında balansa bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı anda onun “bazar” dəyəri ilə ağlabatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, 53-cü bənd; Qaşi Xorvatiyaya qarşı iş, 41-ci bənd; Vistinş və Perepyolkin Latviyaya qarşı iş, 111-ci bənd; QuizoQallizai İtaliyaya qarşı, 103-cü bənd; X38 və başqaları Portuqaliyaya qarşı, 76- cı bənd). «X15rşı» işi üzrə isə eyni Məhkəmənin qərarında göstərilmişdir ki, kompensasiya məbləği mütləq əşyanın tam dəyərində olmamalıdır, bəzi amillər kompensasiyanın əşyanın dəyərindən daha az məbləğdə olmasını haqlı göstərə bilər. Lakin belə hallarda da kompensasiya məbləği əşyanın əsl dəyərinə münasibətdə ağlabatan olmalıdır. “Axverdiyev Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqarı üzrə Avropa Məhkəməsi qərarında qeyd etmişdir ki, mülkiyyətin alınmasının 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə müdaxilə “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun şəkildə həyata keçirilməmişdir. Ərizəçi öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur və özbaşına şəkildə müəyyən olunmuş qanunsuz kompensasiyanı qəbul etməyə məcbur edilmişdir. Bu fakta əsasən cəmiyyətin maraqları və şəxsin əsas hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığın olub-olmamasını müəyyən etməyə zərurət qalmır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, işin hallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə təklif edilən kompensasiya məbləği torpağın əsl dəyərinə münasibətdə ağlabatan olmadığından həmin məbləğ ədalətli hesab edilə bilməz. İş üzrə alınmış ekspert rəyində torpağın bazar qiymətinə uyğun dəyərinin müəyyən edilməsini nəzərə olaraq iddiaçıya məxsus torpaq sahəsinin 1 kv.m.-nin qiymətinin 2.400 manat müəyyən edilməsini məhkəmə ağlabatan qəbul etməklə bu halda ədalətli tarazlığa nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. “X24” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli, ƏEM/D 49-1029/19 nömrəli məktubdan görünür ki, xidmət haqqı taarif cədvəlinə müvafiq 500 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəmə xərclərinin tərəflərindən ödənilməsinə etiraz etmədiyini bildiyindən məhkəmə xidmət haqqı olan 500 manatın iddiaçıdan tutularaq “X24” MMC-nin hesabına ödənilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 №-li, xx.xx.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – İddiaçı mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimyyəti tərəfindən təklif olunmuş 55.000 manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq, təzminat məbləğinə 209.000 manat əlavə edilməklə, cəmi 264.000 manat kompensasiya məbləği dövlət büdcəsi hesabına Bakı şəhəri Yasamal rayon İcra Hakimyyətindən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51№-li, xx.xx.2018-ci il tarixli Qərarının icrası ilə əlaqədar – İddiaçı mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyaclarına görə alındığı üçün cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimyyəti tərəfindən təklif olunmuş 55.000 (əlli beş min) manat təzminat (kompensasiya) məbləği nəzərə alınaraq təzminat məbləğinə 209 000 (iki yüz doqquz min) manat əlavə edilsin və cəmi 264.000 (iki yüz altmış dörd min) manat məbləğində kompensasiya dövlət büdcəsi hesabına Bakı şəhəri Yasamal rayon İcra Hakimyyətindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı məhkəmə xərci olaraq 500 (beş yüz) manat pul tutularaq “X31” MMC-nin hesabına (VÖEN: 150260231, Hesab N AZN: AZ30GUNA**********900000000, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ**********0000047944, KOD: 505594; SWİFT:GUNAAZ22) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-666/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-666/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver