Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-666/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC Ləğvetmə Komissiyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) "daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC Ləğvetmə Komissiyasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) "daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı "xxxx" ASC Ləğvetmə Komissiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) dahınmaz əmlakın dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınması və buna dair müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı, 17 iyul 2001ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» rəhbər tutularaq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müsəssisəsinin səhmdar cəmiyyətinə çevirilməsinin qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixla 651 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Dənizdə Neft və X1 tabeçiliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanda yerləşən İstehsalat Xidməti Mərkəzi Bazasının bazasında "xxxx" açıq səhmdar cəmiyyətinin yaradılması qərara alınmışdır. Beləliklə, İstehsalat Xidməti Mərkəzi Bazası dövlət əmlakının özəlləşdirilməsi əsasında "xxxx" açıq səhmdar cəmiyyətinə çevirilmişdir. Bununla da İstehsalat Xidməti Mərkəzi Bazası çevrilmə nəticəsində səhmdar cəmiyyətinə çevrilmiş və onun əmlakı səhmdar cəmiyyətinin balansına verilmişdir. Belə ki, Azətğbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-1 saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin 7.3-cü bəndinə əsasən, Dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan müəssisə çevrilmiş onun əmlakı isə səhmdar cəmiyyətinin balansına verilmiş hesab olunur. "xxxx" açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X2 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və buna dair dövlət reyestrindən çıxarış verilmişdir. İstehsalat Xidməti Mərkəzi Bazasının balansında olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair 25 noyabr 2005-ci il tarixdə Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən ^İstehsalat Xidməti Mərkəzi Bazası DNQ-4» Açıq Səhmdar Cəmiyyətinin adına texniki pasport tərtib edilmiş və balans saxlayıcı və mülkiyyətçi kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 29 iyun 2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə prosesinə başlanılmış və buna müvafiq olaraq ləğvetmə komissiyası yaradılmışdır. İstehsalat Xidməti Mərkəzi Bazası balansında olmuş və çevrilmə nəticəsində onun bälansına verilmiş və adma texniki pasprt tərtib edilərək balans saxlayıcı və mülkiyyətçi kimi göstərildiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dahınmaz əmlakın dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adma qeydə alınmasına dair cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən belə qeydiyyatın aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavadehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdedh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti ilə əlaqədar idarənin mütəxəssisləri iddiaçı ilə dəfələrlə əlaqə yaratmağa çalışsalar da, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********84 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün qeyd edirlər ki, iddiaçının xx.xx.2013-c il tarixində eyni məzmunlu müraciəti zamanı izah edilmişdir ki, tərtib edilmiş xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən baş planda göstərilən S1 və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüşdür. Qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışı təqdim edilməmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən qeyriyaşayış binasının 1700,0 m2 hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Bununla əlaqədar vətəndaşa **********88 saylı xx.xx.2013-cü il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə məktubu. - Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın Özəlləşdirilməsi Departamentinin 41 nömrəli xx.xx.2001-ci il tarixli Sərəncamın surəti. - Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən tərtib edilmiş texniki pasportun surəti. - "xxxx" ASC-nin 29 iyun 2018-ci il tarixli ümumi yığıncağının Protokolunun surəti. - Azərbaycvan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışın surəti. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Məhkəmə Ekspertizası Mərkəzinin 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlakın tikintisi üçün torpaq sahəsinin iddiaçının istifadəsində olması və daşınmaz əmlakın istismara yararlı hesab edilməsinə dair aktın mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 41 saylı, 17 iyul 2001-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı» rəhbər tutularaq, Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müsəssisəsinin səhmdar cəmiyyətinə çevirilməsinin qaydaları haqqında Əsasnamə»yə uyğun olaraq, «Yanacaq-energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixla 651 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Dənizdə Neft və X1 tabeçiliyində olmuş Bakı şəhəri, Səbail rayonu, Şimal körpüsü 3 ünvanda yerləşən İstehsalat Xidməti Mərkəzi Bazasının bazasında "xxxx" açıq səhmdar cəmiyyətinin yaradılması qərara alınmışdır. İş materiallarından görünür ki, İstehsalat Xidməti Mərkəzi Bazasının balansında olmuş Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair 25 noyabr 2005-ci il tarixdə Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən İstehsalat Xidməti Mərkəzi Bazası DNQ-4» Açıq Səhmdar Cəmiyyətinin adına texniki pasport tərtib edilmiş və balans saxlayıcı və mülkiyyətçi kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 29 iyun 2018-ci il tarixli ümumi yığıncağının qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvetmə prosesinə başlanılmış və buna müvafiq olaraq ləğvetmə komissiyası yaradılmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, tərtib edilmiş xx.xx.2005-ci il tarixli texniki pasporta əsasən baş planda göstərilən S1 və S2 tikililəri, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğular və 188,8 m2 hasar sökülmüşdür. Qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışı təqdim edilməmişdir. Bakı şəhər Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən qeyriyaşayış binasının 1700,0 m2 hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilindədir. Bununla bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-10 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2005-ci il tarixli, 009715 nömrəli texniki pasportunda S1 və S2 tikililərinin, İV, Vİ, Vİİ, Xİ və Xİİİ saylı qurğularının göstərilmədiyi müəyyən olunur. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-10 ünvanında yerləşən əmlakın naturada yerləşmə yerinə görə Əmlakın İnvertarlaşdırılması Bürosunun müəssisə və obyektin xx.xx.2005-ci il tarixli, 009715 nömrəli texniki pasportunda göstərilən ərazi ilə üst-üstə düşdüyü müəyyən edilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında gətirdiyi dəlillər Məhkəmə Ekspertizası Mərkəzinin 10/6333 nömrəli xx.xx.2022-ci il tarixli Ekspert rəyi ilə təkzib olunur. Həmçinin, məhkəmə cavabdeh inzibati orqanın “qeyri-yaşayış binasının emissiya prospektindən çıxarışın təqdim edilməməsi” dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən əsas daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında gətirdiyi dəlillərin əsassız olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı. 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İPM-in 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir: “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) dahınmaz əmlakın dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin (texniki pasportda göstərilən göstəricilərə uyğun olaraq) dahınmaz əmlakın dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adına qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev