Məhkəmə qərarları › İş №2-1(112)-6674/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6674/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6674/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərişıq ASC-yə qarşı “elektrik verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərişıq ASC-yə qarşı “elektrik verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək mülkiyyətində olan Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsində olan fərdi yaşayış evinə elektrik verilməsinin təmin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətindən elektrik xətti keçir. Elektrik xəttinin çəkilməsi üçün cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, publik əlaməti daşıdığından hazırkı mübahisə üzrə mahiyyəti üzrə qiymətləndirmə səlahiyyətinin ümumi yurisdiksiyalı rayon məhkəməsi yox, inzibati məhkəməyə aid olması baxımından da iddia mümkün iddiadır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır”. İşin faktiki hallarından isə görünür ki, iddiaçı təbii inhisar subyekti ilə mülki hüquq münasibətində olmamış, onunla hər hansı müqavilə bağlanılmamış, cavabdeh publik səlahiyyəti ilə əlaqədar onun fərdi yaşayış evinə elektrik verilməsindən imtina etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Çıxarışdan görünür ki, Bakı ş, Xəzər rayonu Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsinin yaşayış məntəqələrinə aid torpaq sahəsi olmaqla iddiaçının mülkiyyətindədir. Ərizədən görünür ki, iddiaçı elektrik xəttinin bərpa edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Qeyd olunmalıdır ki, İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın: 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.8. yaşayış evi – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş ev; 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; 1.2.4. sifarişçi – ETM-in ETŞ–yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı; 1.2.9. tikinti obyektlərinin ETŞ–yə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər ETM tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən ETŞ–yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikintiquraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının ETŞ–yə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət; 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. 1.8. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın: 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.4. məişət abonenti – yaşayış evlərində, həmçinin qarajlarda məişət ehtiyacları üçün elektrik enerjisindən istifadə etməsi nəzərdə tutulan istehlakçıdır; 1.2.9. yaşayış evi – otaqlardan, habelə yaşamaq üçün məişət və digər ehtiyacların ödənilməsini nəzərdə tutan yardımçı sahələrdən ibarət, yerləşdiyi torpaq sahəsinə birbaşa girişi olan fərdi müəyyən edilmiş evdir; 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə ETM-in mərkəzlərdəki nümayəndəsinə (bundan sonra - ETM-in nümayəndəsi) müraciət edir. 2.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, ETM-in nümayəndəsi sifarişçinin mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. 2.4. Ərizədə aşağıdakı məlumatlar qeyd edilməlidir: 2.4.1. sifarişçinin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer); 2.4.2. sifarişçinin poçt və elektron ünvanı (elektron ünvanı olduqda); 2.4.3. tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri. İşin faktiki hallarından da göründüyü kimi hazırkı iddia iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin elektriklə təmin edilməsi ilə əlaqədardır. Məhkəmə ilkin olaraq qeyd edilməsini zəruri hesab edir ki AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə yükü cavabdehin üzərinə düşür ki, hazırkı iş üzrə həmin faktiki şərtlərin mövcudluğu sübut edilmir. Məhkəmə hesab edir ki, elektrik xəttinin verilməsindən imtina zamanı, cavabdeh nəzərə almamışdır ki, elektrik xəttinin verilməsi tələb olunan tikilinin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının adına həmin ünvanda torpaq sahəsi r mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən səlahiyyətli qurum tərəfindən qeydə alınaraq bilavasitə dövlət tərəfindən mülkiyyət hüququ tanınmışdır. Nə adıçəkilən əmlaka mülkiyyət hüququna dair reyestrdəki qeydlər, nə də həmin qeydlərin aparılmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırkı halda dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından qeydlər qüvvədədir. Nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüquqları qeydiyyata alındığı torpaq sahəsinə münasibətdə verilmiş çıxarışda torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaq sahəsi olduğu göstərilmişdir. Bu isə o deməkdir, yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsində təyinatı üzrə iddiaçının yaşamasına aidiyyəti inzibati orqanlar manə yaratmamalıdır ki, elektrik enerjisi ilə təmin edilmə də yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsindən təyinatı üzrə istifadəni mümkün edən hal kimi qiymətləndirilməlidir. Belə ki, inzibati orqanın biri torpaq sahəsinə, yaşayış məntəqəli kateqoriyasına malik torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydə alırsa, digər inzibati orqan yaşayış məntəqəli kateqoriyalı torpaq sahəsində yaşayışın təmin edilməsi üçün zəruri kommunal xidmətlərdən biri olan elektrik enerjisinin verilməsinə dair xidmətin göstərilməsindən imtina etməmək kimi vəzifəyə malikdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı ş, Xəzər rayonu Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən torpaq sahəsində olan İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə elektrik verilməsinin təmin edilməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar