Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6684/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun dövlət qulluqçusu kimi pensiyaya çıxmağı barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1954-cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Qaratəhlə kəndində anadan olmuşdur, 1971-ci ildə orta məktəbi bitirmişdir, sonra həmin kənddəki südçülük-tərəvəzçilik sovxozunda fəhlə işləmişdir. 1973cü ildə Azərbaycan Dövlət Universitetinin Juralistika fakultəsinə qəbul olunmuşdur. 1978-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK-nın təyinatı ilə işləmək üçün Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə göndərilmişdir. Bir müddət ştatdankənar müxbir kimi fəaliyyət göstərmişdir. 1982-ci ilin aprelindən televiziyanın Təhsil və maarifçilik proqramları baş redaksiyasında kiçik redaktor (maaş 130 manat) vəzifəsinə qəbul olunmuşdur. 1983-cü ilin martında həmin redaksiyada redaktor kimi fəaliyyət göstərmişdir. 1986-cı ildən televiziyanın Təbliğat baş redaksiyasının, sosial həyat şöbəsində redaktor (maaş 130 manat) kimi fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən “Publistika” şöbəsinin, 1997-ci ildən “İnsan və Qanun” şöbəsinin, 2000-ci ildən isə “Hüquq” şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011-ci ilin yanvarından televiziyadan işdən ayrılmışdır. Göründüyü kimi əmək fəaliyyətinin müəyyən dövrü (1991-ci ili oktyabr ayına qədər olan dövr) sovet dövrünə təsadüf edir. O, bu gün artıq pensiyadadır və çox təəssüflər olsun ki, vaxtı ilə dövlət qurumunda işləməyinə baxmayaraq, onu dövlət qulluqçusu kimi pensiyaya çıxarmayıblar və ona adi əmək pensiyaçısı kimi 2017-ci ildə 190 manat pensiya təyin edilmişdir. Sonrakı illərdə baş verən artımlarla hazırda 257 manat pensiya alir. Onun adı əmək pensiyasına çıxarılmağını icraçı orqanlar və dövlət məmurları “Dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən vəzifələrə uyğunlaşdırılması siyahısı”nda Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yaradıcı kollektivinin nəzərdə tutulmaması ilə əsaslandırırlar (Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı fərmanı). Maraqlıdır həmin siyahıya əsasən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin yalnız aparat işçiləri dövlət qulluqçusu hesab olunur. Bura daxildir - maliyyə şöbəsi, mühasibatlıq, texniki təminat şöbəsi və əsaslı tikinti şöbəsi. Qəribədir bütün bunlar Teleradionun yaradıcı kollektivinin işinin yüksək səviyyədə qurulmasına xidmət edən yardımçı təşkilatlardır. Necə olur ki, əsas aparıcı işçilər – redaktorlar, rejissorlar, operatorlar, diktorlar dövlət qulluqçusu hesab edilmir, onlara xidmət göstərən şöbələrin işçiləri dövlət qulluqçusu olur. Həmin Fərmanın İİ bəndində vurğulanır ki, siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin Təsnifat toplusunda göstərilən dovlət qulluğunun müvafıq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən həyata keçirilir. Bunu əsas tutaraq dəfələrlə Nazirlər Kabinetinə, Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinə müraciət edilməsinə baxmayaraq bu qurumlar bu məsələyə baxmır. Nazirlər Kabineti elədiyi müraciətləri müxtəlif instansiyalara - Ədliyyə Nazirliyinə, X5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Bu təşkilatlar isə bu işə Nazirlər Kabinetində baxılmalı olduğunu bildirirlər. Son dəfə Nazirlər Kabinetinə müraciət edəndə ona bildirmişlər ki, müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilib, orada layihə hazırlanacaq və həmin layihəyə Nazirlər Kabinetində baxılacaq. Lakin təəssüflər olsun ki, bir neçə aydan sonra həmin idarədən aldığı cavab məktubunda da əvvəlki müraciətləri üzrə ona verilən başdan sovdu cavabların təkrarı idi. Bildirilmişdir ki, ərizədə qeyd olunan işlədiyi vəzifələr Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında nəzərdə tutulmadığından həmin vəzəfələrin dövlət qulluğu ştatına aid edilməsi qanunvericiliyin tələbləri baxımından hazırda mümkün deyil. Azərbaycan SSR-i Nazirlər Sovetinin 1971-ci il 10 may tarixli 149 saylı qərarı ilə təsdiq edilmiş əsasnaməyə müvafıq olaraq bu Dövlət Komitəsi İttifaq Respublika dövlət idarəetmə orqanı sayılırdı. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən Teleradio Komitəsi strukturuna görə xüsusi spesifık bir sahə sayılırdı və bu sahədə çalışanlar demək olar ki, yaradıcı heyətdən ibarətdir. Ümumiyyətlə adından göründüyü kimi bu qurum - televiziya və radio üçün verilişlər hazırlayan, onları ərsəyə gətirən, öz-özlüyündə ictimai həyatın bütün sahələrini əhatə edən, ömrünü, yaradıcllığını ölkədə dövlət quruculuğunu və iqtisadiyyatının inkişafına, dövlətin daxili və xarici siyasətinin təbliğinə həsr edən yaradıcı bir kollektiv ehtiva edir. Redaktor, rejissor, operator, diktor kimi vəzifələr hazırki təsnifatla dövlət qulluqçusu vəzifələrinə uyğunlaşdırılmırsa, yalnız aparat işçiləri hansı sağlam məntiqlə dövlət qulluqçusu vəzifələrinə uyğunlaşdırılır? Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, Azərbaycan Respubliksaı Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin 08 fevral 2019-cu il tarixli, **********2 saylı əmri ilə Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələri təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçı iddia tələbi ilə bağlı bildirilmişdir ki, əmək kitabçasında qeyd edilən 1982-1986-cı illər Azərbaycan SSRİ-nin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Maarifçilik Baş redaksiyasında kiçik redaktor və redaktor vəzifələri və 1986-1991-ci il tarixlərdə Təbliğat Baş redaksiyasında işlədiyi vəzifələr dövlət qulluğu stajı kimi nəzərdə tutulmadığından, həmin dövr hesablanarkən dövlət qulluğu stajına daxil edilə bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Xüsusi olaraq bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarımn aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarix-li 290 saylı Fərmanı təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əmək pensiyası təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarmda çalışmış dövlət qulluçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahısının 1.15ci yarımbəndində Azərbaycan SSRİ dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış və həmin yarımbənddə iddiaçının işlədiyi vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə Gürcüstan, Qardabani rayonunda doğulmuşdur. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04.10.1971-ci ildən 06.11.1972-ci ilə qədər Qardabani rayonu, Qaratəhlə sovxozunda işçi, 01.12.1972-ci ildən 23.07.1973-cü ilə qədər Kirov Universitetinin hazırlıq kursunda dinləyici, 23.07.1973cü ildən 15.07.1978-ci ilə qədər Kirov Universitetində Jurnalistika fakultəsində tələbə, 25.02.1980-ci ildən 23.10.1991-ci ilə qədər Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və redaktor, 23.10.1991-ci ildən 24.03.2005-ci ilə qədər “Publistika” şöbəsinin, “İnsan və Qanun” şöbəsinin və “Hüquq” şöbəsinin müdiri, 24.06.2005-ci ildən 01.08.2011-ci ilə qədər Azərbaycan Teleradio Verilişləri QSC-nin “İqtisadiyyat proqramları şöbəsinin müdiri və “İctimai-Siyasi proqramları” Baş redaksiyasının böyük redaktor, 01.12.2012-ci ildən 01.02.2014-cü ilə qədər "xxxx" MMC-nın Azərbaycan Respublikasındakı filialında hüquqşunas, 02.02.2014-cü ildən “Nicat” X1 Studiyasında direktor vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 03/11- 1269 №-li, 30.06.2020-ci il tarixli məktubun surətindən görünür ki, müraciətinə cavab olaraq bildirilir ki, qaldırılan məsələ Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçulannın vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda müvafiq dəyişikliklər edilməsi yolu ilə müsbət həll oluna bilər. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iddiaçıya ünvanlanmış 04/08-08/0659 №-li, 26.02.2020-ci il tarixli, 04/08-08/1432 №-li, 07.07.2020-ci il tarixli məktubların surətlərindən görünür ki, tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən, o, 1982-1986-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Maarifçilik Baş redaksiyasında kiçik redaktor və redaktor vəzifələrində, 1986-1991-ci il tarixlərdə Təbliğat Baş reaksiyasında redaktor vəzifəsində işləmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bildirilmişdir ki, 1991-ci il oktyabrırı 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu"nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdınlması Siyahısınnın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci yarımbəndində Azərbavcan SSR dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzıfələrınə uyğunlaşdırılmış və həmin yarımbənddə kiçik redaktor, redaktor, böyük redaktor, fılmoteka, filmoteka müdiri kimi vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Onun 1974-1991-ci illərdə işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu ilə müraciət olunmuş, həmin illər üzrə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin və Azərbaycan SSR X2 Komitəsinin hüquqi statusunu və strukturunu, həmçinin Azərbaycan teleradiomərkəzinin hüquqi statusunu müəyyən edən sənədlərin Azərbaycan Respublikasının X5 təqdim edilməsi xahiş edilmişdir. Nazirlik tərəfindən təqdim edilmiş Azərbaycan SSR Nazirlər Sovetinin 10 may 1971-ci il tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Komitə ittifaq-respublika orqanı olmuşdur. Həmin Əsasnaməyə 2 nömrəli əlavəyə - “Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin strukturu”na əsasən, X3 strukturunda Planmaliyyə şöbəsi, Mərkəzi mühasibat şöbəsi, Kadrlar və xüsusi işlər şöbəsi, Maddi-texniki təminat şöbəsi, Ümumi şöbə, inzibati təsərrüfat şöbəsi, Əsaslı tikinti şöbəsi, İkinci şöbə nəzərdə tutulmuşdur. Adı çəkilən Əlavədə Azərbaycan Televiziyası, habelə çalışdıqları redaksiyalar və şöbələr X3 strukturunda göstərilməmişdir. Azərbaycan teleradiomərkəzi isə həmin Əlavədə Komitənin yanında (tabeliyində) olan müəssisə və təşkilatlar siyahısında göstərilmiş və təsərrüfat hesablı müəssisə statusunda fəaliyyət göstərdiyi qeyd edilmişdir. Qeyd edilənlərə uyğun olaraq, 1974-1991-ci illərdə işlədikləri Azərbaycan Televiziyası, habelə müvafiq redaksiyalar və şöbələr Komitənin mərkəzi aparatında nəzərdə tutulmadığı, Azərbaycan teleradiomərkəzi isə Komitənin təsərrüfat hesablı müəssisəsi statusunda fəaliyyət göstərdiyi üçün həmin müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. Əlavə olaraq bildirilirik ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci ii oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən həyata keçirilir. - Filial tərəfindən iddiaçıya ünvanlanan **********9 №-li, 29.10.2020-ci il tarixli məktubundan görünür ki, 7 may 2020-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətə baxaraq bir daha bildirilmişdir ki, ərizədə qeyd olunan işlədiyi vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlətqulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələrin dövlət qulluğu stajı aid edilməsi qanunvericiliyin tələbləri baxımından hazırda mümkün hesab edilmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 25.02.1980-cı ildən 01.08.2011-ci ilə kimi Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Respublikası X2 Şirkətində, Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində müxbir, redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində işləmişdir. İddiaçı 21.02.2017-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 1982-1991-cı illərdə Azərbaycan SSRİ-nin Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyi vəzifələrin dövlət qulluğu kimi nəzərə alınaraq ona pensiya təyin edilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən həmin vəzifələrin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmaması əsas gətirilərək təmin edilməsindən imtina etmişdir. "Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (hazırda həmin Qanun qüvvədən düşmüşdür): - 2.1.2-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. - 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. - 5.2-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 1991-ci il oktyabrın 18dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. - 5.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci bəndinə əsasən Mərkəz dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1-ci bəndinə əsasən 1991-ci ilin ktyabrın 18dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Həmin siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Qeyd olunan yarmbənddə kiçik redaktor, redaktor, böyük redaktor, filçteka, filmoteka müdiri, rejissor və digər yaradıcı vəzifələrin uyğunlaşdırılması aparılmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün onun işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğun olmalıdır. İddiaçının Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işlədiyi vəzifələr isə dövlət qulluğu vəzifələri deyildir. Belə olan haldan məhkəmə hesab edir ki, İddiaçı dövlət qulluqçusu kimi iş stajı olmadığından cavabdeh inzibati orqanın ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6684/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6684/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver