Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6685/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdehnə qarşı “soyad sonluğunun dəyişdirilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadının sonluğunun “Həsənzadə” kimi yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur. Doğulan vaxt valideynləri ona “Xalidə” adını qoymuş və doğum haqqında akt qeydində “X5” yazılmaqla, ona doğum haqqında şəhadətnamə verilmişdir. “Xalidə” adını bəyənmədiyi üçün, iddiaçı 2024-cü ildə adını dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə o, 5 saylı Bakı şəhəri Cavabdehnə müraciət etmiş, orada iddiaçıya ərizə-blank təqdim edilmiş və həmin blankı yazaraq doldurmaq tapşırılmışdır. Blankı tam yazıb hazır etməmiş, blanka mürəkkəb ləkəsi düşdüyü üçün qeydiyyat şöbəsinin əməkdaşı həmin blankı dəyişmək lazım olduğunu bildirərək, ləkəli blankı alıb, yeni blank təqdim etmiş və yenidən blankı yazıb doldurmasını bildirmişdir. Birinci blankda iddiaçı soyadını səhvən “Həsən” kimi yazmışdı, lakin o blank tam hazır deyildi, onu yazıb tamamlamamışdı. Mürəkkəb ləkəsi düşdüyünə görə həmin blank atılacaqdı və iddiaçının yenidən doldurduğu ikinci blank nəzərə alınacaqdı. İkinci ərizə-blankda isə iddiaçı soyadını olduğu kimi yəni “Həsənzadə”, adını isə dəyişərək “Ahu” yazmış və imzalayıb ərizə-blankı qeydiyyat şöbəsinin əməkdaşına təqdim etmişdir. Doğum haqqında şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini alan zaman müəyyən etmişdir ki, soyadı “Həsən” kimi yazılmışdır. İddiaçı növbəti dəfə 5 saylı Bakı şəhəri Cavabdehnə müraciət edib, baş verən yanlışlığı onlara izah etmiş, bildirmişdir ki, o, soyadının sonluğunu dəyişmək istəmirdi, yanlışlıq səbəbindən soyadının sonluğu dəyişib və xahiş etmişdir ki, soyadında düzəliş edilib, əvvəl olduğu kimi yəni “Həsənzadə” yazılsın. 5 saylı Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda soyadında ikinci dəfə dəyişiklik edilməsinin mümkünsüz olduğu bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı bildirir ki, soyadının sonluğunu dəyişmək istəməyib, qeydiyyat şöbəsinə də yalnız adının dəyişdirilməsi üçün müraciət etmişdir. Lakin 5 saylı Bakı şəhəri Cavabdeh əməkdaşlarının yanlışlığı və səhvi nəticəsində onun soyadının sonluğu dəyişdirilmişdir. Soyadının “Həsən” kimi yazılması onu narahat edir. Özünü o soyadda düşünəndə sıxılır. Hesab edir ki, gələcək karyerasında və şəxsi həyatında belə bir soyadı daşıması ona narahatlıq gətirəcəkdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, doğum haqqında akt qeydində dəyişiklik edilərək, soyadının “Həsənzadə” kimi yazılması və ona bu barədə müvafiq doğum şəhadətnaməsinin verilməsi öhdəliyi məhkəmə qərarı ilə 5 saylı Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarının 5-ci bəndinin 10-cu yarımbəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 29 saylı xx.xx.2024-cü il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən X1 “Həsən”ə, adı “Ahu”-ya dəyişdirilmiş və mövcud qanunvericiliyə əsasən vətəndaşa soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinin mümkünsüzlüyü izah edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı “iddiaçının soyadında düzəliş düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə ədalətli məhkəmə araşdırması nəticəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxırıq.” Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbini müdafiə etmiş və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra müvafiq qaydada iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının mövcud tələbi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmış və etirazın məzmununa uyğun cavab verilmişdir. -ASAN 5 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. -Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının adına qeydə alınmış 29 saylı xx.xx.2024-cü il tarixli soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi və ona əlavə edilmiş iş materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədən görünür ki, iddiaçı cavabdeh tərəfindən soyadının və adının öz istəyi ilə, “İddiaçı”ya dəyişdirilməsini xahiş etmişdir. Ərizə forması son hissədə iddiaçı tərəfindən şəxsən imzalanmaqla, təsdiq edilmişdir. -5 saylı Bakı «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş X2 “Həsən”, adını isə “Ahu” olaraq dəyişdirmişdir. Bu barədə akt qeydləri kitabında xx.xx.2024-cü il tarixli, 29 №-li qeyd aparılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının soyadı, adı və ata adı X5 olmuş, sonradan iddiaçı öz soyadının sonluğunu və adını dəyişdirmək qərarına gələrək bununla bağlı cavabdeh qeydiyyat şöbəsinə müraciət etmişdir. Nəticədə iddiaçının soyadı “Həsən”, adı “Ahu” kimi dəyişdirilərək bu barədə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeydlər aparılmışdır. Hazırda iddiaçı soyadının sonluğunun növbəti dəfə dəyişdirilərək “Həsənzadə” soyadı ilə əvəz edilməsi üçün cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. Hazırda iddiaçı cavabdehin imtina cavabını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, hazırkı mübaihsənin qanuni əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” təşkil edir. Həmin Qaydalardan: -5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. -5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. -5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. -5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. -5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, yetkinlik yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşına yalnız bir dəfə olmaqla mövcud soyad sonluğuna dəyişiklik edilməsi hüququ tanınır və növbəti dəfə dəyişdirilməsi istisna edilir. Belə olan halda iddiaçı bu hüququndan artıq istifadə etdiyindən qanunvericiliyin istinad olunan tələbləri baxımından cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Məhkəmə iddiaçının qeydiyyat şöbəsinə adı və soyad sonluğunun dəyişdirilməsi üçün əvvəlki müraciətində təkcə adının dəyişdirilməsi üçün müraciət etdiyini və texniki səhv (yanlışlıq) nəticəsində soyad sonluğunun da dəyişdirildiyini bildirsə də, məhkəmə araşdırması ilə bu xüsusat təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh qeydiyyat şöbəsinə müraciət edərək öz istəyi ilə soyadının “Həsənzadə”dən “Həsən”ə dəyişdirilməsini xahiş etmişdir. İddiaçı tərəfindən inziabti icraat dövründə soyad sonluğuna dəyişiklik edilməsindən imtina edilməsinə dair cavabdeh qeydiyyat orqanına ünvanlanmış hər hansı yazılı müraciət və sairə sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən soyadının yenidən, “Həsənzadə”yə qaytarılmasına dair müraciəti isə cavabdeh tərəfindən onun ad və soyad sonluğuna dəyişiklik edilməsi ilə bağlı müvafiq hərəkətlər başa çatdıqdan sonra (şəhadətnamə verildikdən sonra), yəni xx.xx.2024-cü il tarixdə olmuşdur. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6685/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6685/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver