Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6686/2020 29.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı12, İddiaçı13, İddiaçı7, İddiaçı5, İddiaçı11, İddiaçı6, İddiaçı8, İddiaçı10, İddiaçı9, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın paylara uyğun olaraq müstəqil mənzillər kimi qeydiyyata alınması, həmin mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (1 saylı Bakıi, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı12, İddiaçı13, İddiaçı7, İddiaçı5, İddiaçı11, İddiaçı6, İddiaçı8, İddiaçı10, İddiaçı9, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən ümumi sahəsi 1188,44 kv.metr olan 5h nömrəli fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi qeydiyyata alınması, paylı mülkiyyətçilərin paylarına uyğun mənzillərin qeydiyyata alınması, həmin mənzillərə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən ümumi sahəsi 1188,44 kv.metr olan 5h nömrəli daşınmaz əmlakın paylı mülkiyyətçilərin paylarına uyğun olaraq müstəqil yaşayış sahəsi (mənzil) kimi həmin mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən ümumi sahəsi 1188,44 kv.metr olan 5 ha nömrəli fərdi yaşayış evi paylı mülkiyyət kimi iddiaçıların mülkiyyətindədir. Mülkiyyətçi hüquqlarından istifadə edərək qeyd edilən fərdi yaşayış evinin çoxmənzilli yaşayış binası kimi qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyətçilərin paylarına uyğun mənzillərin qeydiyyata alınaraq müvafiq çıxarışların verilməsi barədə cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh orqan istismara qəbul edilməsi barədə aktın və sərəncamların olmamasını əsas gətirərək, müraciətlərin təmin edilməsindən imtina etmişdir. İddia tələbinin əsası olaraq iddiaçılar “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci və 3.0.11-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə istinad etmişlər. Qeyd olunanlara istinad edərək iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlaka dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş “Torpaq sahələrinin plan və ölçülərinin tərtibi, tikili və qurğuların texniki inventarlaşdırılması və cari dəyişikliklərin aparılmasına dair” Təlimatın 3.1-ci bəndinə əsasən b) tikinti aparılması və ya istifadə üçün ayrılmış torpaq sahəsində əsas tikilinin olması ilə (əsas tikili hüquqi baxımdan baş əşya kimi qəbul edildiyindən bu tikili əsas inventar obyekti sayılır). İnventar obyektinin tərkibinə bir neçə eyni təyinatlı əsas tikili daxil ola bilər, (bir neçə ticarət, inzibati, yaşayış və s. bina) və bunlar birlikdə baş əşyanı təşkil edirlər. Əsas tikili başqa bitişik hissələrdən elə fiziki sərhədlərlə (divarlarla, deformasiya tikişləri ilə) ayrılmış olmalıdır ki, bu konstruktiv hissənin sökülməsi əsas tikilinin funksional təyinatına xələ gətirməsin, əsas bina bu tələblərə cavab vermirsə, onda bu hissəni ayrıca inventar obyekti kimi ayırmaq üçün ona ayrıca layihə işlənməli və fiziki ayrılmasını mümkün edən müvafiq tikinti işləri aparılmalıdır. Hər bir əsas tikiliyə ayrıca texniki pasport tərtib edilir. Konstruktiv cəhətdən vahid olan tikilini şərti olaraq iki əsas tikiliyə ayırmaq yolverilməzdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən koronavirus infeksiyasının (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X4 tövsiyyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 10 dekabr 2020-ci il tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçıların şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1188,44 ha fərdi yaşayış evinin 5-ci və 6-cı mərtəbəsində yerləşən hissəsi İddiaçı1 adına **********17- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 21940 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin evin yerləşdiyi 0,01914 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, istifadədədir. Fərdi yaşayış evinin İİİ mərtəbədən 3 otaq (y/s 57,8 kv.metr, k/s 39,9 kv.metr) hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə İddiaçı12, A tikilisinin 4-cü mərtəbə 3 otaq (y/s 57,8 kv.metr, k/s 27,9 kv.metr və 12 kv.metraçıq eyvan) ********** qeydiyyata nömrəsi ilə xx.xx.2017-ci il tarixdə X1, A tikilsinin 2-ci mərtəbə, 3 otaq (y/s 57,8 kv.metr, k/s 27,9 kv.metr) və 12 kv.metr açıq eyvan ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə, 1 otaq ü/s 48 kv.metr, y/s 21,1 kv.metr ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə X2, İİİ mərtəbə 2 otaq (ü/s 72,2 kv.metr, y/s 34,7 kv.metr, k/s 37,5 kv.metr) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə İddiaçı11, 1 otaq 48 kv.metr ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə İddiaçı6, İ mərtəbədən 4 otaq (ü/s 107 kv.metr, y/s 59,3 kv.metr, k/s 47,7 kv.metr) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə İddiaçı8, İ mərtəbədən 3 otaq (y/s 46,4 kv.metr, k/s 20,3 kv.metr) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə İddiaçı10 Firuddin oğlunun, 5-ci mərtəbədən 1 otaq – ü/s 51 kv.metr (sol qapı) ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə İddiaçı9, 2-ci mərtəbədə 2 otaq 72 kv.metr ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı2, 1 otaq, ü/s 49,5 kv.metr, y/s 21,1 kv.metr, k/s 8,4 kv.metr ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı4 və 5-ci və 6-cı mərtəbə (11 otaq) ********** qeydiyyat nömrəsi ilə 25 aprel 2017-ci il tarixdə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfində verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1188,44 ha fərdi yaşayış evinin qalan hissəsi **********17-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının 21940 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan **********17-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən 26 noyabr 2016-cı il tarixdə İddiaçı1 və digərlərinə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. İşdə olan İddiaçı1 tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli, İddiaçı2 tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli, İddiaçı3 tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli, İddiaçı4 tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli, İddiaçı5 tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli, İddiaçı6 tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli, İddiaçı7 tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli, İddiaçı8 tərəfindən verilmiş 16 sentyabr 2020-ci il tarixli, İddiaçı9 tərəfindən verilmiş 18 sentyabr 2020-ci il tarixli, İddiaçı10 Firuddin oğlu tərəfindən verilmiş 20 sentyabr 2020-ci il tarixli, İddiaçı11 tərəfindən verilmiş 19 sentyabr 2020-ci il tarixli və İddiaçı12 tərəfindən verilmiş 17 sentyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ərizəçilər Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən 5h saylı fərdi yaşayış evinin ümumi paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan hissəsinə və digər payçılara məxsus hissələrin ayrılmasına və ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi etiraz etmirlər. İşdə olan cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış **********77 saylı, 16 dekabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıların ərizəsinə baxılmış və bildirilmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun mənzillər kimi ayrıca çıxarışın verilməsi və fərdi yaşayış evinin yerdə qalan zirzəmi mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sənəd təqdim edilməmişdir. Göstərilən əsasla müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 1188,44 ha fərdi yaşayış evi ümumi paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adına qeydiyyata alınmışdır. Paylı mülkiyyətçilərin hər birinin payı (ölçüsü, mərtəbəsi və sahəsi) göstərilməklə buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, həmçinin daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. Paylı mülkiyyətin bütün mülkiyyətçiləri ümumi paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın onların payına düşən hissəsinin naturada payların ayrılmasına razıdırlar. Buna dair razılıqlarını məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrlə bildirmişlər. Paylı mülkiyyətin mülkiyyətçiləri olan iddiaçılar daşınmaz əmlakın paylarına uyğun olaraq müstəqil yaşayış sahəsi, yəni mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışların və texniki pasportların verilməsi ilə bağlı cavabdehə müraciət etsələr də, cavabdeh tərəfindən müvafiq sənədlər təqdim edilmədiyi əsası ilə müraciətin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmə araşdırması dövründə məhkəmənin 10 dekabr 2020-ci il tarixli, 2-1(112)- 6686/2020 saylı qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi "xxxx" MMC-nin ekspertinə (ekspertlərinə) həvalə edilmiş, ekspert (ekspertlər) qarşısında ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazi hüdudlarına daxil olan müstəqil yaşayış sahələrinin (çıxarış və texniki pasortda) ayrıca mənzillər kimi istismarı təhlükəsizlik normalarının tələblərinə uyğunluq təşkil edibetməməsi, **********17-10301 reyestr nömrəli Çıxarış və 11/5869 inventar nömrəli, xx.xx.2016-cı il tarixli texniki pasportda təqdim olunmuş müstəqil yaşayış sahələrinin mənzil kimi naturada bölgüsü və istismarı mümkün olub-olmaması, qeyd olunan müstəqil yaşayış sahələrinin mövcud faktiki vəziyyəti texniki pasporta və çıxarışa uyğun olubolmaması, qeyd olunan daşınmaz əmlakın neçə ayrıca müstəqil yaşayış sahəsindən (mənzildən) ibarət olması, daşınmaz əmlakın (binanın) ümumi hündürlüyünün neçə metrdən ibarət olması barədə suallar qoyulmuşdur. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş 28 dekabr 2020-ci il tarixli, 666 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazi hüdüdlarına daxil olan müstəqil yaşayış sahələrinin (təqdim edilmiş çıxarış və texniki pasportda) ayrıca mənzillər kimi istismarı «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un, təhlükəsiz istismarı baxımından «İnşaat Norma və Qaydaları» 2.04.09- 84*-un və 2.08.02-85*-nin, təbii işıqlandırma-günəş işığının təchiz olunması baxımından CHиП 23-05-95*-nin tələblərinə uyğundur. «İnşaat Norma və Qaydaları» 2.08.01.89*-un «Yaşayış binalarında tələb edilən normaya uyğun olaraq, **********17-10301 reyestr nömrəli Çıxarış və 11/5869 inventar nömrəli, xx.xx.2016-cı il texniki pasportda döşəmədən tavana kimi hündürlük 2.85-3.20 metrdir, hər mərtəbədə müstəqil mənzillərin olması, hər otaqda layihəyə uyğun sahələr normaya uyğun inşa edilmiş, otaqlar “insalyasiaya qaydasına”na təbii işıqlandırma - günəş işığı CHиП 23-05-95* tələblərinə uyğundur. Havalandırma normaya uyğundur. Texniki pasportda təqdim olunmuş müstəqil yaşayış sahələrinin mənzil kimi naturada bölgüsü və istismarı layihəyə uyğun olaraq inşa edilmiş və «İnşaat Norma və Qaydaları» 2.08.01.89*un tələblərinə uyğundur. Qeyd olunan müstəqil yaşayış sahələrinin mövcud faktiki vəziyyəti texniki pasporta və çıxarışa uyğundur. Qeyd olunan daşınmaz əmlak 1-2-3-4-cü mərtəbənin hər birində 2 ədəd, 5-6-cı mərtəbənin hər birində isə 3 ədəd mənzil olmaqla ümumilikdə 14 (on dörd) ayrıca müstəqil yaşayış sahəsindən (mənzildən) ibarətdir. Daşınmaz əmlakın (binanın) ümumi hündürlüyünü təşkil edən mərtəbələrin hündürlüyü 2.85-3.20m arasında dəyişir. Göründüyü kimi göstərilən ünvanda yerləşən iddiaçıların paylı mülkiyyətində olan mənzillər vahid əmlak şəkilində onların ümumi paylı mülkiyyəti kimi qeydə alınsa da, paylı mülkiyyətçilərin mülkiyyətində olan hər bir sahə təcrid mənzillər şəkilində olduğundan, ayrıca giriş-çıxışı olmaqla istifadə olunduğundan onların hər birinin ayrıca mənzil kimi qeydiyyata alınaraq, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi mümkündür. Həmçinin iş üzrə verilmiş ekspert rəyi əsasında da ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazi hüdudlarına daxil olan müstəqil yaşayış sahələrinin ayrıca mənzillər kimi istismarının «İnşaat Norma və Qaydaları»nın tələblərinə uyğun olduğu, daşınmaz əmlakın 1-2-3-4-cü mərtəbəsinin hər birində 2 ədəd, 5-6-cı mərtəbəsinin hər birində isə 3 ədəd mənzil olmaqla ümumilikdə 14 (on dörd) ayrıca müstəqil yaşayış sahəsindən (mənzildən) ibarət olduğu göstərilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.11. hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən ümumi sahəsi 1188,44 kv.metr olan 5h nömrəli daşınmaz əmlakın paylı mülkiyyətçilərin paylarına uyğun olaraq müstəqil yaşayış sahəsi (mənzil) kimi həmin mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışların və texniki pasportların verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən ümumi sahəsi 1188,44 kv.metr olan 5h nömrəli daşınmaz əmlak paylı mülkiyyətçiləri İddiaçı1, İddiaçı12, İddiaçı13, İddiaçı7, İddiaçı5, İddiaçı11, İddiaçı6, İddiaçı8, İddiaçı10, İddiaçı9, İddiaçı3, İddiaçı2 və İddiaçı4 paylarına uyğun olaraq müstəqil yaşayış sahəsi, yəni mənzillər kimi onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6686/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6686/2020
29.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver