Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6686/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xidmət illərini həmin dövrlər üçün (xx.xx.1992xx.xx.1994-cü il tarixədək) bir ili iki il kimi və (xx.xx.1994-xx.xx.1997-ci il tarixədək) bir ilinin iki il altı ay kimi hesablanaraq yeni “Məlumat vərəqi”nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı təqvim ili 24 il 13 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 29 il 8 ay 20 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 iyul 2015-ci il tarixdə (əmr № 1432) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həqiqi hərbi xidmətinin ali hərbi təhsil müəssisəsində (Bakı Ali Birləşmiş Komandirlər Məktəbi) kursant qismindəki 2 (iki) ili (xx.xx.1992xx.xx.1994-cü illər) Ermənistanın torpaqlara təcavüzünə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aktiv döyüş əməliyyatlarının apardığı dövrdə və zabit qismində sərhəd zastavalarındakı 2 (iki) il 10 (on) ayı isə (xx.xx.1994 - xx.xx.1999-cu illər Naxçıvan sərhəd dəstəsinin (2006 № h/h) s/zastavaları) ölkə ərazisində Fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu dövrdə (xx.xx.1997-ci ilədək) keçmişdir. Ancaq hərbi xidmətinin yuxarıda qeyd olunan dövrünün bir hissəsi iş stajına güzəştli şərtlərlə ümumiyyətlə daxil edilməmiş, digər hissəsi isə qismən daxil edilmişdir. Nəticə etibarı ilə pensiyanın təminat xərcliyinin hesablanması üşün Dövlət Sərhəd Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi məlumat vərəqində həqiqi hərbi xidmətinin müddətli (kursant) hissəsi birqatbir xidmət ili bir il (bir xidmət günü bir gün), sərhəd zastavalarında zabit qismindəki hissəsi isə ikiqat-bir xidmət ili iki il (bir xidmət günü iki gün) kimi göstərilmişdir. Odur ki, pensiyanın yenidən hesablanması üçün iş stajının müddətli həqiqi hərbi xidmət (kursant) dövrünə aid hissənin (xx.xx.1992 - xx.xx.1994-cü illər) bir xidmət ilinin iki il (bir xidmət gününün iki gün), sərhəd zastavalarındakı xidmət dövrünün (xx.xx.1994 - xx.xx.1997-ci illər) bir xidmət ilinin iki il yarım (bir xidmət gününün iki gün yarım) göstərilməklə yeni məlumat vərəqinin tərtib olunması və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialına göndərilməsi xahişi ilə Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət edilmişdir (xx.xx.2023-cü il Tranzaksiya/Göndər is №: SX009312249AZ). Cavabdeh Dövlət Sərhəd Xidməti ərizəni imtina ilə cavablandırmaqla (xx.xx.2023- cü il tarixli №3-38-10/2-3-48/4-21/23, ünvana çatma xx.xx.2023-cü il) aşağıdakıları bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmişdir ki, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı müddətin pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövr 1 gün 0.5 gün deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun olaraq 1 gün 2 gün hesabı ilə hesablanmışdır. Hesab edir ki, inzibati orqanın imtina barədə dəlilləri mövcud və zamana görə qüvvədə olmuş qanunvericilik baxımından əsassızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. “Hərbi qulluqçulan statusu haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Əmək hüququ. Vətəndasların həqiqi hərbi xidmət bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlrlə daxil edilir. Göründüyü kimi, mövcud qanun hərbi xidmətin xüsusi şəraitdə keçdiyi dövr üçün nəzərdə tutulan güzəştlərin həqiqi hərbi xidmət hərbi qulluqçularının bütün kateqoriyalarına heç bir fərq qoyulmadan şamil edildiyini təsbit edir. Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə pensiya təyini zamanı əyani təhsil müddəti, həqiqi hərbi xidmət müddəti və xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixinədək fövqaladə vəziyyət müddətinin 1 (bir) ilinin 2 (iki) il kimi hesablanmasında əmək stajı kimi pensiya hüququ verilirdisə bu müddətlər üçün pensiya məbləğinin maliyyə vəsaitinin hesablanması hüququ verirdi. Həmin xidmət dövrü bir ili bir ili kimi hesablanmışdır. Lakin həmin illərin iddiaçının xidmət illərinə güzəştli şərtlərlə daxil edilməsi zamana görə qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmişdir. (Vətəndaşların pensiya təminatı haqqında qanun xx.xx.1992-ci il tarixli №305) Məlum olduğu kimi, zamana görə “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsinə əsasən, pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: Maddə 68. İş stajının hesablanmasında güzəştlər. 1-ci abzas - döyüş əməliyyatlan dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə. 2- ci abzas - müharibə illərində arxa cəbhədə iş müddəti iki qat ölçüdə. Maddənin məzmunundan göründüyü kimi, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət üçqat ölçüdə, müharibə illərində arxa cəbhədə iş müddəti iki qat ölçüdə-hesablanmalıdır. Bu müddəanın tələbləri yalnız müddətli xidmət hərbi qulluqçulara aid edilmişdir. “Hərbi xidmət haqqında ” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir. Maddə 5. Həqiqi hərbi xidmətin növləri Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: —əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti —əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti —gizirlərin və miçmanların həqiqi hərbi xidməti; — zabitlərin həqiqi hərbi xidməti. 3-cü abzas hərbi məktəb kursantlamın həqiqi hərbi xidməti. “Hərbi xidmət haqqında ’’Azərbaycan Respublikasının Qanunu (2001-ci il 12 oktyabr tarixədək olan redaksiyada) “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 6-cı maddəsi Kursantlar hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir. 17 yaşı tamam olmuş vətəndaşlar hərbi təhsil müəssisələrinə qəbul oluna bilərlər. Hərbi təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətdə sayılırlar və kursant adlandırılırlar. Onlara müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələri şamil olunur. Onlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onlann ailə üzvlərinə aid olan hüquqlardan istifadə edirlər. Belə ki, zamana görə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: -1-ci maddəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar; - 16-cı maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu maddələrin tələblərindən isə bəlli olur ki, müddətindən artıq xidmət hərbi qulluqçularına pensiya təyin edilməsinin hüquqi əsaslan həmin Qanunla tənzimlənmişdir və xidmət illərinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.1992-cil №109) - 1-ci maddəsinin 4-cü abzası- müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Göründüyü kimi, müddətli xidmət hərbi qulluqçularının pensiya təminatı qaydası isə “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Hesab edirəm ki, mənim tələbimə münasibətdə yuxarıda qeyd edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992- ci il tarixli qərarı və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Azərbaycan Respublikasının Qanunu ilə xx.xx.1997-ci il tarixində qəbul edildiyindən istinad etdiyi hala münasibətdə tətbiq oluna bilməzdi, çünki tələb etdiyim həmin hal xx.xx.1992-ci il tarixdən xx.xx.1994- cü il tarixi əhatə edən dövrə aid olduğu üçün hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmamışdır. Ona görə də Bakı Ali Birləmiş Komandirlər Məktəbinin kursantı olhıuşam və həmin dövr mənim müddətli həqiqi xidməti kimi olmuşdur. Onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixə qədər müddətli həqiqi xidmətdə olduğu nəzərə alındıqda, qazanılmış pensiya hüququna bu müddətin ikiqat ölçüdə (döyüş əməliyyatlarının davam etdiyi dövr olduğuna görə-müharibə dövrü) hesablanması “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Qanunverici həmin dövrdə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların xidmətini güzəştli xidmət ili kimi hesablanaraq belə bir hüququnun olduğunu təsbit edir. İşin faktiki hallarındakı ikinci məsələ üzrə izah verərək bildirir ki, cavabdeh Dövlət Sərhəd Xidməti hərbi xidmətimin fövqəladə vəziyyət rejimi ilə əlaqədar Fərmanın qüvvədə olduğu dövrlə (xx.xx.1997-dək) üst-üstə düşən hərbi xidmət illərini (xx.xx.1994-xx.xx.1997 illər) ikiqat hesablamaqla əmək stajının ədalətli hesablanması üçün prioritet sayılan məqamları unutmuşdur. Prezidentin fərmanında nəzərdə tutulan güzəştləri (xidmət müddəti ikiqat hesablansın) tətbiq edərkən faktiki olaraq həmin dövrdə arxa cəbhədə (Bakı qarnizonu, respublikanın bəzi şəhər və qəsəbələri) əvvəllər imtiyazı olmayan hərbi hissə və bölmələrdə xidmət keçən hərbi qulluqçuların güzəştləri ilə mənim güzəştlərimi bir tutmuşdur. Cavabdeh qanunvericiliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı Qəran) dinc dövrə görə (sülh zamanı) sərhəd zastavalarındakı hərbi xidmətin hər bir ili üçün müəyyənləşdirdiyi altı ay kimi güzəşti nəzərə almamışdır. Beləliklə, mövcud fərman əvvəllər (dinc dövrdə) güzəşti (imtiyazı) olmayan hərbi hissə və bölmələrdə hərbi xidmət keçən hərbi qulluqçulara da onların xidmət dövrünün fövqəladə vəziyyət rejimində (iş stajının) ikiqat hesablanmasını ehtiva etdiyindən, dinc dövrdə 631 №-li qərara əsasən artıq güzəşti (imtiyazı) mövcud olan sərhəd zastavasmda həmin dövrdə (xx.xx.1994 - xx.xx.1997) xidmət keçmiş hərbi qulluqçu olaraq hərbi xidmətinin (iş stajının) bir ilinin iki il deyil, iki il yarım göstərilməli olduğu qanunamüvafıq hesab edilməlidir. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının “Bərabərlik hüququ” adlanan 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir (İ). Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır (İİİ). Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz (İV). Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İnzibati Prosesual Məcəlləsinin 33.1 maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə. İnzibati Prosesual Məcəlləsinin 33.2 maddəsinə əsasən, bu məcəllənin 33.1 maddəsində nəzərdə tutulmuş bilər qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həmdə cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosesual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktm qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsini qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmişdir ki, Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı kimi təhsil aldığı müddətin pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilməsi, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, micmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarı ilə nəzərdə tutulmamışdır. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövr 1 gün 0,5 gün hesabı ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarına uyğun olaraq 1 gün xidməti 2 gün hesabı ilə hesablanmışdır.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4748/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin verilməsi” barədə iddia tələbi qismən təmin edilərək İddiaçı N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasında xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixlərində; N nömrəli hərbi hissə (Xudat sərhəd dəstəsi) üzrə 7-ci sərhəd zastavasında xx.xx.2011xx.xx.2011-ci il tarixlərində, 13-18-ci sərhəd zastavalarında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 18-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 13-cü sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 8-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 11-ci sərhəd zastavasında 19-xx.xx.2011xx.xx.2011-ci il tarixlərində, 16-cı sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 15-ci sərhəd zastavasında xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində, 10-cu sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5,6,7,8-ci sərhəd zastavalarında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 8-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində, 5-ci sərhəd zastavasında xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində ezamiyyət günləri xidmətin bir ayı ayyarım sayılaraq güzəştli xidmət illərinə əlavə olunmaqla məlumat vərəqinin verilməsi vəzifəsi cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə olunması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 363/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4748/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmiş və iddia qismən təmin edilərək İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində: - N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən: xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixlərində 21-ci sərhəd zastavasında; -N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən: xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə 3-cü sərhəd zastavasında; xx.xx.2008 -xx.xx.2008-ci il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2008-xx.xx.2008-ci il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2009-xx.xx.2009-cu il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2009-xx.xx.2009-cu il tarixlərdə 7-ci sərhəd zastavasında; xx.xx.2009-xx.xx.2009-cu il tarixlərdə 16-cı sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 8-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 17-ci sərhəd zastavasında; xx.xx.2020 – xx.xx.2010-cu il tarixlərdə həmin sərhəd zastavasında; xx.xx.2010-25.042010-cu il tarixlərdə 8-12-ci sərhəd zastavalarında” xx.xx.2010-xx.xx.201018-ci il tarixlərdə sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-ci il tarixlərdə 19-cu sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə Ləzə səyyar sərhəd məntəqəsində; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 17-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 18-ci sərhəd zastavasında; xx.xx.2010-xx.xx.2010-cu il tarixlərdə 4-cü sərhəd zastavasında; xx.xx.2010xx.xx.2010-cu il tarixlərdə 11-ci sərhəd zastavasında. xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 7-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 13-18-ci sərhəd zastavalarında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 18-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixdlərində13-cü sərhəd zastavasında, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 8-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində 11-ci sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində16-cı sərhəd zastavasında; xx.xx.2011-xx.xx.2011-ci il tarixlərində15-ci sərhəd zastavasında; xx.xx.2012- xx.xx.2012-ci il tarixlərində10-cu sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 5,6,7,8-ci sərhəd zastavalarında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 8-ci sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 5-ci sərhəd zastavasında; xx.xx.2012-xx.xx.2012-ci il tarixlərində 5-ci sərhəd zastavasında - ezamiyyət günləri, xidmətin bir ayı ayyarım sayılmaqla, güzəştli xidmət illərinə əlavə olunaraq məlumat vərəqinin tərtib olunaraq DSMF-yə (Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə olunması qərara alınmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2433/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xİdməti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2-1(103)- 363/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan 000731 nömrəli məlumat vərəqəsinə əsasən İddiaçı təminat xərcliyi (cəmi təminat xərcliyi 1 452,20 manatdır) aşağıdakılardan ibarətdir: Vəzifə maaşı – 720 manat, Rütbə maaşı – 154 manat, Ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat, Xidmət illərinə görə əlavə (30%) – 262,20 manat, DSX-də xidmətə görə (10%) – 72 manat, Məharət dərəcəsi (25%) – 180 manat
8. İş materiallarına əlavə edilmiş Maliyyə-Plan İdarəsindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xidməti məktubda qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı iddia ərizəsində xidmət illərinin həmin dövrlər üçün (xx.xx.1992 xx.xx.1994-cü il tarixinədək) bir ili iki il kimi və (xx.xx.1994 - xx.xx.1997-ci il tarixinədək) bir ilin iki il altı ay kimi hesablanaraq yeni məlumat vərəqinin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi Filiala göndərilməsi barədə iddia ərizəsi əsassızdır. Bildirilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına pensiya təyin edilməsi üçün uzun müddət xidmətinin hesablanması, ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarı ilə tənzimlənir. Sabiq hərbi qulluqçu İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək BABKM-də kursant olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən həmin dövrün ona güzəştli xidmət ili kimi hesablanması qanunauyğun deyildir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək olan dövr sərhəd zastavasında xidmət etdiyi dövr 1 gün 0,5 gün deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun olaraq 1 gün 2 gün hesabı ilə hesablanmışdır.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
18. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) 21.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
23. Yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı tələb iki hissədən ibarətdir: - Ali hərbi təhsil müəssisəsində (Bakı Ali Birləşmiş Komandirlər Məktəbi) kursant qismindəki xx.xx.1992-xx.xx.1994-cü il tarixinədək olan dövrün bir ili iki il kimi nəzərə alınması (tələbin birinci hissəsi); - xx.xx.1994 - xx.xx.1999-cu illər ərzində Naxçıvan sərhəd dəstəsində olan dövrün bir ilinin iki il altı ay kimi nəzərə alınması (tələbin ikinci hissəsi); 24.Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti - ikiqat ölçüdə;
25. ‘‘Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərardan: ...Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir...
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: b) xidmətin bir ayı ayyarım sayılmaqla: ...sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində);... ...Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. ...
26. Tələbin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, vətəndaşların həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, iddiaçının xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə kursant olduğu dövr həqiqi hərbi xidmət illərinə daxil edilmişdir. Lakin həmin xx.xx.1992-xx.xx.1994-cü il tarixinədək olan dövr döyüş şəraitində döyüş əməliyyatlarının olduğu illərə təsadüf etsə belə, iddiaçı faktiki olaraq qeyd olunan illərdə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin kursantı olmuşdur və həmin dövr nə hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü, nə də müharibə illərində arxa cəbhədə iş müddəti hesab edilə bilməz. Odur ki, iddiaçının kursant kimi təhsil aldığı həmin dövrün iki il kimi nəzərə alınmasını əsaslandıran qanunun müddəası yoxdur.
27. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1994 xx.xx.1997-ci illər ərzində Naxçıvan sərhəd dəstəsində (sərhəd zastavasında) olan xidmət dövrünün bir ili iki il altı ay kimi nəzərə alına bilməz.
28. Məhkəmə qeyd edir ki, qeyd edilən dövr hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü olmasa da, faktiki olaraq həmin dövr fövqəladə vəziyyət olduğundan inzibati orqan bir xidmət ilini iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi nəzərə almışdır.
29. Odur ki, iddiaçının xx.xx.1994 - xx.xx.1997-ci illər ərzində Naxçıvan sərhəd dəstəsində (sərhəd zastavasında) olan xidmət dövrünün bir ilinin iki il altı ay kimi nəzərə alınmasını əsaslandıran qanunun müddəası yoxdur.
30. İddiaçının təqdim etdiyi əsaslandırma hüquq normalarının xəyali təfsirindən ibarətdir. Belə ki, iddiaçı hesab edir ki, qanunvericinin müəyyənləşdirdiyi imtiyazlı hesablama təqvimi xidmət illərinin üzərinə əlavə edilməklə hesablanmalıdır. Bu tələbin isə yuxarıda qeyd edildiyi kimi hüquqi əsası yoxdur.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva