Məhkəmə qərarları › İş №2-1(112)-669/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-669/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-669/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan 07 aprel 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək cavabdehin “Nərimanov rayonu N.Yusifbəyli, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi haqqında 15 aprel 2014-cü il tarixli 166 nömrəli və 24 noyabr 2016-cı il tarixli 501 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisələndirilən sərəncamları iddiaçıya məxsus sahədə mübahisələndirilməsi zərurəti mövcuddur. Odur ki, ərizəni iddiaçı dəqiqləşdirmişdir. Dəqiqləşmənin nəticə hissəsində məhz sərəncamların ona aid hissədə dəqiqləşdirilməsi formasında ifadə olmadığından, məhkəmə iclasında həmin məsələ müzakirə edilmiş və müəyyən edilmişdir ki, iddiaçı məhz ərizənin təsviri-əsaslandırıcı hissəsində qeyd etdiyi kimi, sərəncamları ona aid hissədə mübahisələndirməkdədir. Odur ki, məhkəmə dəqiqləşmə barədə iddia tələbi “Nərimanov rayonu N.Yusifbəyli, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi haqqında 15 aprel 2014-cü il tarixli 166 nömrəli və 24 noyabr 2016-cı il tarixli 501 nömrəli sərəncamının iddiaçıya aid hissədə ləğv edilməsi” formasında müəyyən edilməklə ərizənin icraata qəbul edildiyini qərara alınmışdır. Göründüyü kimi hazırkı iddia tələbi 5 aprel 2014-cü il tarixli, həm də 24 noyabr 2016cı il tarixli sərəncamların iddiaya aid hissədə mübahisələndirilməsi ilə bağlıdır. İddiaçının ərizəsinə dair məhkəmənin qərardadı ilə iddia müddəti bərpa edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yüksək mərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında kooperativin istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, bu barədə olan cavabdehin sərəncamı ləğv edilməlidir. İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, mövcud inzibati məhkəmə təcrübəsində tikintinin layihələndirilməsi barədə sərəncamların mübahisələndirilməsi ilə bağlı iddia tələbləri mümkün sayılmır. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1621/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2- 1(102)-2068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı). Lakin, hazırkı mübahisələndirilən sərəncam adıçəkilən təcrübənin formalaşmasına əsas olmuş həmin sərəncamlardan forma baxımından olmasa da, məzmun baxımından fərqlənir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 15 aprel 2014-cü il tarixli sərəncamı təkcə ad baxımından tikintinin layihələndirilməsi ilə bağlı olsa da məzmun baxımından təkcə tikintinin layihələndirilməsi ilə bağlı deyil, həmçinin də torpaq sahəsinin icarə əsasında istifadəsinə verilməsi ilə bağlıdır. Həmin sərəncamın 1-ci və 3-cü hissələrindən görünür ki, Kooperativin icarə müqaviləsinin bağlanılmasının təmin edilməsi və icarə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müddəalar da müəyyən edilmişdir ki, həmin hal mübahisələndirilən sərəncama inzibati akt xüsusiyyəti vermiş, sərəncamı adı layihələndirmə adlandırsa da, hüquqi olaraq həm layihələndirmə, həm də icarə hüququnun qeydiyyatı üçün əsas yaratmışdır. Təsadüfi deyildir ki, həmin sərəncama istinad edilərək tərəflər arasında müqavilə bağlanılmış, eyni zamanda həmin sərəncama istinad edilərək torpaq sahəsinin ayrıc aktı verilmişdir. Bu səbəbdən də adıçəkilən sərəncamda yalnız layihələndirmə üçün əsasdır qeydinin mövcudluğu sərəncamın ləğv edilməsinə dair iddiaya mümkünlük baxımından baxılmasına mane olmur. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ali Məhkəmənin 2- 1(102)-31/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da həmin qeyd olmasına baxmayaraq işə mahiyyəti baxılmış və qərar qəbul edilmişdir. Məhkəmə, həmçinin 24 noyabr 2016-cı il tarixli 501 nömrəli sərəncamın mübahisələndirilməsi üçün müddətin ötürülüb-ötürülməməsi ilə bağlı aparılan qiymətləndirmə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə 30 günlük müddətin ötürülməsi ilə bağlı hər hansı hal müəyyən edilmədiyindən, müddətin bərpasına dair araşdırmanın aparılmasına zərurət mövcud deyildir. Doğrudur ki, adıçəkilən sərəncam 2016-cı il tarixli olsa da, cavabdeh nəinki iddiaçıya, heç məhkəmənin özünə də sorğular ünvanlanmasına baxmayaraq həmin sərəncamın mövcudluğu barədə məlumat verməmiş, cavabdeh sorğu və sərəncamlarda həmin sahə ilə bağlı bütün sərəncam və aidiyyəti sənədləri tələb etməsinə baxmayaraq adıçəkilən sərəncamla bağlı məlumat verməmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə belə bir sərəncamın mövcudluğu baxımından məlumat verilmirsə, həmin sərəncamın qəbulu zamanı iddiaçıya belə bir sərəncam barədə həmin dövrdə məlumat verilməsi inandırıcı görünmür və həmin sərəncamın rəsmi qaydada ona aid hissədə iddiaçıya çatdırılmasına dair cavabdeh məhkəməyə nə məlumat vermiş, nə nümayəndəsini məhkəmə iclasına göndərmişdir ki, məhkəmə hesab edir ki, iddia müddətinin ötürülməsi hissəsində araşdırmaya maraqlı olan inzibati orqanın marağı mövcud olmadığından, ayrıca həmin hissəyə məhkəmənin əlavə vaxt ayırması prosessual qənaət prinsipləri baxımından uyğun deyildir. Belə ki, məhkəmə ilkin mübahisələndirilən sərəncamdan iddiaçının məlumatlı olması barədə cavabdehdən heç bir sübut əldə edə bilmədiyindən yetərincə sorğular vermiş, araşdırma aparmış və iddia müddətini bərpa etmişdir ki, hazırda cavabdehin marağında olmadığı bir halla bağlı digər sərəncama müddətlə bağlı şərtlərin ödənilibödənilmədiyi baxımından yenidən həmin araşdırmanı aparmağa məhkəmə zərurət görmür. Odur ki, həmin hissədə iddia müddətinin ötürülməsi halı baş verməsi müəyyən edilmədiyindən müddətin bərpası halından da söhbət gedə bilməz. Bu səbəbdən də müddət həmin hisssədə ümumiyyətlə ötürülməmiş hesab edilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Mübahisələndirilən sərəncamdan görünür ki, "xxxx" MTK-nın müraciəti əsasında Nərimanov r, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əəhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində yüksək mərtəbəli binaların tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Kooperativin istifadəsinə verilmişdir. İş materiallarında olan üçüncü şəxs "xxxx" MTK-nın iddia ərizəsində qeyd edilmişdir ki, həmin ərazidə hüquqmüəyyənedici sənədlər əsasında qanuni sahiblərindən alınaraq sökülmüş yerlərdə yüksəkmərtəbəli binalar inşa edilmiş, ərazi abadlaşdırılmışdır. Lakin, bəzi şəxslər tərəfindən ərazidə tikinti işlərinin aparılmasına maneələr törədilməkdədir. Belə ki, F.Abbasov fərdi yaşayış evinin pəncərəsini qapı ilə əvəz edərək, küçənin piyada səkisinə qanunsuz qapı açmış, özbaşına tikili aparmışdır. Həmin sahə, heç bir hüquqi əsas olmadan qeyri-yaşayış sahəsi kimi istifadə edilməkdədir. İş materiallarında olan ayrıc aktından görünür ki, mübahisələndirilən sərəncam əsasında üçüncü şəxsin adına ayrıc aktı tərtib edilərək təsdiq edilmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanan məktubundan da göründüyü kimi Kooperativin icarəsinə verilmiş torpaq sahəsində 2 ədəd 20 mərtəbəli yaşayış və 1 mərtəbəli qeyri-yaşayış sahəsinin əsaslandırılması yoxlanılmış və Komitənin sərəncamı ilə təsdiq edilmiş, tikililərin inşasına icazə verilmişdir. Obyektin tikintisinə icazə verilməsi barədə icazədən görünür ki, qeyd olunan ərazidə tikinti işlərinin aparılmasına üçüncü şəxsə icazə verilmişdir. X1 Xidmətinin rəyindən görünür ki, torpaq sahəsinin razılaşdırılmasına dair müsbət rəy verilmişdir. Həmçinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Ekspertiza İdarəsi tərəfindən də müsbət rəylər verilmişdir. Cavabdehin mübahisələndirilən 24 noyabr 2016-cı il tarixli sərəncamından görünür ki, üçüncü şəxs göstərilən ərazidə hasarlanma işlərinin görülməsini xahiş etmiş, sərəncam əsasında hasara alınmaya cavabdeh tərəfindən razılıq verilmişdir. Torpaq sahəsinin icarə müqaviləsindən görünür ki, iddiaçının ərazisi də daxil olmaqla ərazi üçüncü şəxsin icarəsinə verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. M a d d ə 2 9 . Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. MM-nin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda qeyd olunan müddəaların tələbindən də göründüyü kimi xüsusi mülkiyyət qanunla qorunması tələb olunan konstitision hüquq olsa da, məhz qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhdudiyyətlərin müəyyən edilməsi mümkün olan hüquqlardan biridir. Belə ki, xüsusi mülkiyyət dövlət ehtiyacları ilə yanaşı, sosial öhdəliklərə səbəb olma konteksində də müəyyən məhrumiyyətlərə əsas ola bilər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə də qeyd olunan sosial öhdəliklərin mövcudluğu baxımından sərəncamın qəbulu üçün qanuni əsaslar mövcud olmuşdur. Belə ki, cavabdehin mübahisələndirilən sərəncamından görünür ki, yeni yüksəkmərtəbəli binaların iddiaçının xüsusi mülkiyyətində olduğu ərazidə tikilməsi zəruri hesab edilmiş, bununla bağlı aidiyyəti dövlət orqanlarından razılıq alınmışdır. İddiaçı isə xüsusi mülkiyyətində olan vahid daşınmaz əmlakla bağlı daşımalı olduğu sosial öhdəliklə bağlı şərtə əməl etmədən sosial məqsədlərlə tikintisi zəruri olan 2 ədəd 20 mərtəbəli binanın 1,25 ha torpaq sahəsində dayandırılmasına nail olmağa çalışır. İddiaçı nəzərə almamışdır ki, 70 kv.m ölçüdə fərdi yaşayış evi və 0,02686 ha ölçüdə torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun mövcudluğu dövlətin aidiyyəti struktur bölmələri tərəfindən razılaşdırılmış layihə çərçivəsində cavabdehin qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etdiyi sərəncamının ləğvinə mübahisələndirilən hissədə olsa belə əsas ola bilməz. Əks halda, ictimai və şəxsi maraqların tarazlığının əsaslı pozulması halı mövcud olacaqdır. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyəti baxımından Bakı şəhəri üzrə zəruri hesab edilən tikinti-abadlaşdırma işlərinin həyata keçirilməsı baxımından vəzifə daşıyan qurumdur və hesab etmişdir ki, göstərilən ərazidə də mövcud tikililərin sökülməsi və yeni binaların tikintisinə ictimai və dövlət maraqları baxımından əsas mövcud olmuşdur. İddiaçı isə mülkiyyətində olan əmlaka dair ədalətli kompensasiya tələb etmək əvəzinə həmin qurumun fəaliyyətinə maneə törətməklə faktiki olaraq daşıdığı sosial öhdəliyin tələblərinə əməl etməmiş, şəxsi maraqları baxımından ictimai maraqların mövcudluğuna əhəmiyyət verməmişdir. Təbii ki, ictimai maraqlar baxımından olsa belə cavabdeh mövcud tikinti işlərini aparılması, torpaq sahəsinin ayrılmasına münasibətdə qeyri-məhdud səlahiyyətlərə malik deyildir və ictimai maraqların təmini baxımından inzibati icraat və aidiyyəti qanunvericilik baxımından müvafiq razılıqların alınması mütləqdir. İş materiallarında isə həmin razılıqların aidiyyəti digər səlahiyyətli qurumlar tərəfindən alındığı və həmin razılaşmalar əsasında torpaq sahəsinin ayrılmalı olması və hasarlama işlərinin aparılmalı olması cavabdeh tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının təkcə xüsusi mülkiyyətinin mövcudluğu həmin əmlakla bağlı cavabdehin qəbul etdiyi sərəncamların qanunsuzluğu üçün əsas yaratmır. Qanunsuzluqlarla bağlı konkret əsasların mövcudluğu müəyyən edilməlidir ki, nə iddiaçı həmin konkret əsasa istinad etməmiş, nə də iş materialları ilə həmin əsaslar müəyyən edilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Hazırkı iş üzrə qəbul edilmiş layihələndirmə formada adlandırılrsa da faktiki olaraq torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamda, nə də ki həmin sahədə hasarlama işlərinin aparılması barədə sərəncamda mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozuntusu halı aşkar edilməmişdir. Məhkəmə, iddiaçının diqqətinə, onun da çatdırılmasını zəruri hesab edir ki, iddiaçı sərəncamı mübahisələndirmək əvəzinə 2014-cü il tarixli sərəncamın 1-ci hissəsində adıçəkilən ona aid tələblərin yerinə yetirilməsini, başqa sözlə sərəncamın icrasını tələb edə bilər ki, həmin sərəncamdan da göründüyü kimi tikililərin sökülməsi çərçivəsində şəxlərin köçürülməsi və onlara vəsaitin ayrılmalı olması birbaşa öz təsbitini tapmışdır. Lakin, vəsaitin tələb edilməsi ilə, aydın məsələdir ki, sərəncamın ləğvi ayrı anlayışdır ki, iddiaçıya sərəncamı mübahisələndirmək əvəzinə ədalətli kompensasiyanın ödənilməsi barədə müraciət etmək hüququ izah edilir. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar məzmunlu 2-1(102)-457/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyası oxşar mövqedən çıxış etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar