Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6690/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı Cavabdeh artıq ödənilmiş 108078.35 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə 2 ayrı iş (2- 1(112)-5918/2021 saylı və 2-1(112)-6690/2021 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Bu səbəbdən də, həmin işlər bir icraatda birləşdirilməli, ilkin olaraq hakim Həmid Ağalarovun icraatında olan 2-1(112)-5918/2021 saylı iş məhkəmənin icraatına daxil olduğundan, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-6690/2021 saylı iş, hakim Həmid Ağalarovun icraatında olan 2-1(112)-5918/2021 saylı işə 2-1(112)-5918/2021 sayı altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5918/2021 saylı və 2-1(112)- 6690/2021 saylı inzibati işlər 2-1(112)-5918/2021 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6690/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6690/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver