Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6690/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçını ailə üzvləri ilə birlikdə (özü, arvadı, qızı və oğlu) hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə müracət etmiş, ərizəyə cavab olaraq 16 noyabr N0NN-ci il tarixli, M-NN6-068 saylı məktubla bildirilmişdir ki: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsində nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan, seçilmiş yaşayış yerinə gəldiyi gündən etibarən yaşayış sahəsinə ehtiyacı olan qismində Rayon İcra Hakimiyyətinə müraciət edərək İcra Hakimiyyətində hərbi qulluqçuların növbə siyahısına daxil edilmiş həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. Təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Siz hərbi hissə komandirinin N №-li xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilməyinizə baxmayaraq xx.xx.N0N0-ci il tarixdən seçdiyiniz yaşayış yeri kimi ilkin olaraq SHXÇDX-nin Səbail Rayon şöbəsində hərbi qeydiyyata alınmısınız. Daha sonra isə xx.xx.N0NN-ci ildən qeydiyyatınızı Bakı şəhərində yuxarıda qeyd olunan ünvana dəyişməyinizlə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsində hərbi qeydiyyata alındığınızdan “Hərbi qulluqçuların statusu haqqında” Qanununa müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar Sizə şamil edilə bilməz. Eyni zamanda bildiririk ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 saylı Fərmanına əsasən Siz Azərbaycan Ordusunda N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmisiniz və mənzillə təmin olunma məsələnizlə bağlı aidiyyəti Komissiyaya müraciət etməlisiniz”. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsinin N-ci bəndinin 3-cü yarımbəndinə əsasən “Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və mişmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edilirlər. İddiaçı bildirir ki, o, xx.xx.1997-cü ildən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, hərbi xidmət keçərkən xəstələndiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N6gm saylı xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmaq üçün bir neçə dəfə Cavabdehnə müraciət etsə də, lakin hər dəfə yuxarıda göstərdiyi dəlillər əsas gətirilərək hərbi qulluqçu kimi mənzil növbəsinə götürməkdən cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuzdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Rayon İcra Hakimiyyəti tərəfindən araşdırma aparılmış və İddiaçı 16 noyabr N0NN-ci il tarixli M-NN6-068 saylı məktubla cavab verilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsində nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan, seçilmiş yaşayış yerinə gəldiyi gündən etibarən yaşayış sahəsinə ehtiyacı olan qismində Rayon İcra Hakimiyyətində hərbi qulluqçuların növbə siyahısına daxil edilmiş həqiqi hərbi xidmət hərbi qulluqçulanra aiddir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı hərbi hissə komandirinin N №-li xx.xx.N0N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılaraq Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə göndərilməsinə baxmayaraq xx.xx.N0N0-ci il tarixdən seçdiyi yaşayış yeri kimi ilkin olaraq SHXÇDX-nn Səbail Rayon idarəsində hərbi qeydiyyata alınmışdır. Daha sonra isə xx.xx.N0NN-ci ildən qeydiyyatını Bakı şəhərində yuxarıda qeyd olunan ünvana dəyişməsi ilə əlaqədar Səfərbərik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami Rayon İdarəsində hərbi qeydiyyata alındığından “Hərbi qulluqçuların statusu haqqında” Qanununa müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 saylı Fərmanına əsasən Azərbaycan Ordusunda N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir və mənzillə təmin olunma məsələsi ilə bağlı aidiyyəti Komissiyaya müraciət etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirilmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh xx.xx.N0N3-cü il tarixli məktubundan görünür ki, iddiaçının mənzil növbəsinə qəbul olunması ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -AZE seriyalı, 16N00319 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan N ünvanda qeydiyyatdadır. -İddiaçı məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Naziriyi 3 saylı Bakı “ASAN xidmət” X1 xx.xx.N0NN-ci il tarixli, N/09/İS/01519N-NN saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı dair yoxlama xx.xx.N0NN-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: doğum tarixi xx.xx.1979-cu il, xx.xx.1979-cu il təvəllüdlü X9, xx.xx.N00N-ci il təvəllüdlü X3, xx.xx.N006cı il təvəllüdlü X7 uşaqlarıdır. -Göyçay rayon İHB-nın Şəhadət Kənd İcra Nümayəndəliyi Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şəhadət kənd icra nümayəndəliyi tərəfindən verilən Az-İ№7799N saylı nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X11 xx.xx.N000ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.N0NN-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, X9, X7, X3 ünvan 3 ünvanda qeydiyyatdadırlar. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.N0NN-ci il, xx.xx.N0NN-ci il, tarixli daşınmaz əmlakın dövlət reyestrindən elektron arayışdan görünür ki, İddiaçı, X7, X4 və XN adına respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. -657 №li hərbi hissə komandirinin N avqust N0N0-ci il tarixli N08 li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, baş miçman İddiaçı texniki vəsaitlərə nəzərət laboratoriyasının texniki "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissə komandirinin N4 iyul N0N0-ci il tarixli 0N6gm nömrəli əmri ilə geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N0N0-ci il hesabından qalan 77 (yetmiş yeddi) gün müddətinə məzuniyyət verilməklə NN oktyabr N0N0-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon idarəsinə göndərilməsi, baş miçman İddiaçı N0N0-ci il üçün yanvar-avqust aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, ehtiyata buraxılma ilə əlaqədar beş aylıq maaş miqdarında pul müavinətinin ödənilməsi əmr edilmişdir. Əsas: N nömrəli hərbi hissə komandirinin N4 iyul N0N0-ci il tarixli 0N6gm nömrəli əmrindən çıxarış (dax.ol. № 171) və üzülüşmə vərəqəsi № 3090. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №li hərbi hissə tərəfindən verilən xx.xx.N0N3-cü il tarixli arayışdan görünür ki, İddiaçı, Azərbaycan Ordusunda miçman (gizir) qismində NN il 07 ay N gün həqiqi hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 0N6gm nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmiş, xx.xx.N0N0-ci il tarixli, 95 №li xəstəlik haqqında şəhadətnamənin 8-ci bəndindən görünür ki, İddiaçı xəstəliyinin səbəbini psixoemosional gərginliklə əlaqələndirir. Xəstəlik baş və ürək nahiyəsində olan ağrılarla başlamışdır. xx.xx.N016-cı il tarixdə kardioloq tərəfindən konsultasiya olunmuş, “Neyrosirkulyator asteniya, hipertenziv tip" diaqnozu qoyularaq ambulator müalicə təyin edilmişdir. Sonrakı dövrdə periodik ambulator müayinə və müalicədə olmuşdur. N018-ci ilin dekabr ayında “Neyrosirkulyator asteniya, hipertenziv tip. Xroniki prostatit, natamam remissiya mərhələsində. Burun tənəffüsünün cüzi pozan burun arakəsməsinin əyriliyi", N019-cu ilin mart ayında “Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. İİ (ikinci) dərəcə alimentar- konstitusional piylənmə, BÇl-3N,9. Hepatosteatoz. ikincili hissəvi adentiya" diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuşdur. xx.xx.N019-cu il tarixdə SQ BKH-da şəhadətləndirilərək “Xəstəliklər cədvəlin”nin 43 “c” maddəsinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır" qərarı verilmişdir (əsas: 4NN nömrəli arayış). Şikayətlərin davam etməsi ilə əlaqədar N019-cu ilin aprel-may aylarında təkrar SQ BKH- da “Hipertoniya xəstəliyi, İ (birinci) mərhələ. Vegetativ-damar distoniyası. İİ (ikinci) dərəcə alimentar-konstitusional piylənmə, BÇl-3N,5. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Sağ əng cibinin retension kistası. Hepatosteatoz. İkincili hissəvi adentiya" diaqnozu ilə stasionar 'üalicədə olmuşdur. Ordu sıralarında tərxis olunması ilə əlaqədar hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərişinə əsasən MN MHPda müayinə olunarkən SQ baş kardioloqu tərəfindən müayinə olunub, “Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ” diaqnozu müəyyən edilmiş və şəhadətləndirilmə “Xəstəliklər cədvəli”nin 43 “b” maddəsi üzrə aparılır. “Xəstəliklər cədvəli”nin 43 “b” maddənin fərdi qiymətləndirilməni nəzərdə tutması və xəstənin Silahlı Qüvvələrindən ehtiyata buraxılması nəzərə alınaraq şəhadətləndirilərkən hərbi xidmətə yararlılıq haqqında “C” kateqoriyası üzrə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə mərdud yararlıdır” qərarın çıxarılmasına əsas verir. Şəhadətnamənin 13-cü bəndindən görünür ki, HHK-ın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılığı haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 43b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” müəyyən edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.N0NNci il tarixli 6N0 saylı arayışından görünür ki, ehtiyatda olan baş miçman İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və onun adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N011-ci tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda N0 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. -Səbail rayon Bələdiyyəsi tərəfindən verilən xx.xx.N0N3-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı, X3, X7, X5 Səbail bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. -657 №li hərbi hissə komandirinin vəzifəsini icra edən E.Rzayev tərəfindən xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair vəsatətdən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə və 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimat verilmişdir. Təqdimatın İİ bəndinə əsasən baş miçman İddiaçı, hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, savadlı və bacarıqlı bir hərbi qulluqçu kimi göstərdiyi, səhhəti ilə əlaqədar olaraq baş miçman İddiaçı xx.xx.N018-xx.xx.N018; xx.xx.N019 - xx.xx.N019; xx.xx.N019xx.xx.N019; xx.xx.N0N0 - xx.xx.N0N0-ci il tarixlərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə və müayinədə olunduğu, xx.xx.N0N0-ci il tarixdə Silahlı Qüvvələrin Baş X6 Hərbi Həkim Komissiyasına təqdim edildiyi, “Xəstəliklər cədvəli”nin 43b maddəsinin İİİ qrafasına və ƏTC-yə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilərək şəhadətləndirilmişdir. Yuxarıda göstərilənləri və Hərbi Həkim Komissiyasının qərarını nəzərə alaraq baş leytenant İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir. -Kirayəyə verən X8 ilə kirayəçi İddiaçı arasında bağlanmış xx.xx.N0NN-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Bakı şəhəri, ünvan 4 ünvanında M.Rüstəmov küçəsi, ev 35, mənzil 58 ünvanında yerləşən mənzili xx.xx.N0N7-ci il tarixədək kirayəçiyə kirayəyə vermişdir. -Nizami bələdiyyəsinin xx.xx.N0N3-cü il tarixli məktubundan görünür ki, İddiaçı (xx.xx.1979-cu il) və onun ailə üzvlərinin (xx.xx.N00N-ci il təvəllüdlü X3, xx.xx.N006-cı il təvəllüdlü X7, N4 04.1979-cu il təvəllüdlü X9) adına Nizamı bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. -Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Səbail rayon İcra Hakimiyyəti nəzdindəki mənzil növbəsi siyahılarında İddiaçı adı müəyyən edilməmişdir. -Yasamal Rayon İcra Hakimiyyətinin tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Yasamal rayon İcra Hakimiyyətində hər hansı mənzil növbəsinə götürülməsi barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.N0N3cü il və xx.xx.N0N3-cü il tarixli 1559 və 35N saylı məktublarından görünür ki, İddiaçı Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Onun adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N011-ci tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyi tərəfindən dövlət hesabına mənzillə təmin ediləcək hərbi qulluqçularının adlı siyahısına daxil edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Ordusunda baş miçman kimi hərbi xidmət keçmiş, xx.xx.N0N0-ci il tarixdə müvafiq əmrə əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “V" bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Hərbi qulluqçu kimi NN il, 09 ay, 0N gün xidmət ili vardır. N0NN-ci ilin avqust ayından Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Türkmən küçəsi, ev 10 ünvanında yerləşən N saylı mənzilə pasport qeydiyyatına alınmış, hazırda ailəsi ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzildə kirayədə yaşayır. Özünün və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlak aşkar edilmədiyi və əvvəllər yaşadığı (qeydiyyatda olduğu) yerlər üzrə yerli icra hakimiyyətləri tərəfindən mənzil növbəsinə götürülmədiyi də işin mübahisəsiz hallarını təşkil edir. Ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi və mənzillə (yaşayış sahəsilə) təmin olunanadək müvəqqəti mənzilin kirayə xərclərinin ödənilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Hazırkı iddia ilə cavabdehin imtinası mübahisələndirilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 43.N-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. AR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.N-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 5N-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin N7.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Məhkəmə qeyd edir ki, iddiaçı xəstəliyinə görə hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 1N-ci maddəsinin N-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin N-ci və 3-cü abzaslarına görə, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin maddənin 7-ci bəndinə görə, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). İstinad olunan Qanunun 1N-ci maddəsinin tələblərinə əsasən, qanunverici müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Göründüyü kimi, qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu müəyyən etmiş və həmin şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilməsini nəzərdə tutmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilikdə mənzil kirayəsi xərclərinin ödənilməsini nəzərdə tutan norma da xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların özü tərəfindən seçilmiş yer üzrə mənzil uçotuna alınma hüququnun olduğunu, həmçinin bu şəxslərin yaşayış yerinin müvəqqəti olduğu halda belə həmin mənzil kirayəsi xərclərini müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən həyata keçirildiyini təsbit etmişdir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N01N-ci il tarixli 174 saylı Qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsinin N və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N01N-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul N0NN-ci il tarixli Plenumunun Qərardadında qeyd edilmişdir: Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N01N-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.N. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının N-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçı xəstəliyinə görə, yəni öz iradəsindən asılı olmayan səbəbdən hərbi xidmətdən ehtiyata buraxılmış və NN ildən artıq xidmət ili olan miçman olduğundan, özünün və ailə üzvlərinin mülkiyyətində daşınmaz əmlak aşkar edilmədiyi və əvvəllər yaşadığı (qeydiyyatda olduğu) yerlər üzrə yerli icra hakimiyyətləri tərəfindən mənzil növbəsinə götürülmədiyindən, həmçinin Müdafiə Nazirliyi tərəfindən hazıradək hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin edilmədiyindən, yuxarıda sadalanan normaların təsir dairəsinə düşür və bu səbəbdən onun ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi və mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün “qanuni gözləntisi” vardır. Məhkəmə cavabdehin imtina dəlillərininə münasibətdə bildirir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin 4-cü hissəsinə görə, ehtiyata və istefaya buraxılmış şəxslərə seçilmiş yaşayış yeri üzrə mənzil və ya torpaq sahəsi (fərdi yaşayış evi tikmək üçün) almaq hüququ verildiyindən iddiaçının yaşayış yeri üzrə qeydiyyatını dəyişdirməsi onun ziyanına şərh edilməməlidir. Əks yanaşma, şəxsin özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran hal kimi qəbul edilməlidir. Digər tərəfdən, qüvvədə olan mənzil qanunvericiliyinə görə şəxsin bir neçə əsas üzrə mənzil uçotuna götürülməsi mümkün olduğundan, onun seçdiyi yaşayış yerindəki yerli icra hakimiyyəti tərəfindən hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsinə təsir edə bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın göstərdiyi dəlillər iddiaçının 4 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülməsindən imtina üçün əsas ola bilməz. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı ailə üzvləri ilə (özü, arvadı, qızı və oğlu) birlikdə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. İPM-in: -5N-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə üzvlərilə birlikdə (özü, arvadı, qızı və oğlu) hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil verilənədək mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6690/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6690/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver