Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6697/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla kompensassiya ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla kompensassiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə və sahiblik hüququ olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının sökülməsinin əvəzinə onun Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən kompensasiya ilə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, X6 ilə 1986-cı ildə nikaha daxil olmuş, birgə nikahdan xx xxxx 1987-ci il təvəllüdlü X7 və xx xxxxxx 1988-ci il təvəllüdlü X3 doğulmuş, 2012-ci ildə X6 ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. O, və X6 Bakı Məişət Kondisionerləri Zavodunda işlədikləri üçün həmin zavodun xx xxxxxxx 1989-cu il tarixli 373 saylı orderinə əsasən Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən yataqxananın 315-ci otağı onların istifadəsinə verilmişdir. Daha sonra ailə vəziyyətləri nəzərə alınaraq “Bakı kondisioneri” X5 xx xxxxxxx 1992-ci il tarixli 473 saylı orderinə əsasən Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi ev 42 ünvanında yerləşən yataqxananın 314-cü otağı onların istifadəsinə verilmişdir. X6 ilə nikahını pozulduqdan sonra 315-ci otaq onun, 314-cü otaq isə İbrahimin istifadəsində qalmışdır. X1 son zamanlar onun 315-ci otaqda yaşamağına müxtəlif maneələr yaratmağa çalışaraq otağı boşaltmasını tələb etmişdir. Bununla əlaqədar olaraq o, Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi, ev 42 ünvanında yerləşən yataqxanananın 315-ci otağına köçürülməyi barədə qətnamə çıxarılması məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həminməhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli 2(011)- 7148/2019 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən yataqxanananın 315-ci otağına köçürülməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi ev 42 ünvanında yerləşən yataqxananın Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən sökülməsi prosesi başladılsa da, yerli icra hakimiyyəti orqanı tərəfindən ona ayrıca kompensasiya verilməsi təmin edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, onun Bakı şəhəri Xətai rayonu General Şıxlinski küçəsi ev 42 ünvanında yerləşən yataqxanananın 315-ci otağına istifadə və sahiblik hüququ vardır. Bundan başqa, X6 ilə onun ailə münasibətləri illər öncə pozulnuş, 2012-ci ildə isə məhkəmə qaydasında rəsmi boşanmışlar. Onun mənzilə köçürülməyi barədə məhkəmə qərarı mövcuddur. Belə olan halda Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin ona ayrı mənzil verməkdən imtina etməsi qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 314 otağın sökülməsinin qarşılığında X4 mənzil versə də, 315 otağın sökülməsinin qarşılığında ona mənzil verməkdən imtina edir. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün nümayəndəsi vasitəsilə aidiyyəti dövlət orqanlarına müraciət etsə də, heç bir müsbət nəticə əldə edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı, cavabdeh və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırkı tələblə bağlı cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada müraciət edilməmişdir. İddia ərizəsinə iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət edilməsi barədə ərizə əlavə edilsə də, həmin ərizənin rəsmi qaydada cavabdehə çatdırılması və ya cavabdehin həmin ərizəyə cavab verib-verməməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməmişdən əvvəl cavabdehə müraciət etmədiyindən hazırki iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Odur ki, aşağıda qeyd olunanlara əsasən işin bu cür halında iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla kompensassiya ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6697/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6697/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver