Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-67/2023 12.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2003-cü il tarixdən, 57 yaşdan pensiyanın “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqına əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1946-cı il tarixdə Sabirabad rayonunun, Poladtoğay kəndində doğulmuş, lakin hal-hazırda Şirvan şəhər sakini olmaqla yaşayır. xx.xx.1963-xx.xx.1970-ci ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1970-xx.xx.1974-cü ilə kimi “Azneft İB”-nin “Şirvanneft NQÇİ”də “qazmaçı-köməkçisi”, xx.xx.1984-xx.xx.1990-cı ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı 29 saylı Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1990-xx.xx.1994-cü ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı 78 saylı Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1994-xx.xx.2001 -ci ilə kimi “Şirvanneft NQÇİ”-də “yeraltı təmir üzrə operator” və həmin idarədə xx.xx.2001 xx.xx.2009-cu ilə kimi “qazmaçı-köməkçisi” vəzifəsində işləmişdir. Ona görə də xx.xx.2003-cü il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda təqaüdçüdür. xx.xx.1963- xx.xx.1970-ci ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1970- xx.xx.1974-cü ilə kimi “Azneft İB”nin “Şirvanneft NQÇİ”-də “qazmaçı-köməkçisi”, xx.xx.1984- xx.xx.1990-cı ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı 29 saylı Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1990-xx.xx.1994-cü ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı 78 saylı Tikinti-Təmir İdarəsi”-də “dülgər”, xx.xx.1994xx.xx.2001-ci ilə kimi “Şirvanneft NQÇİ”-də “yeraltı təmir üzrə operator” və həmin idarədə xx.xx.2001-xx.xx.2009-cu ilə kimi “qazmaçı-köməkçisi” vəzifəsində işləmişdir. Ona görə də mənə xx.xx.2003-cü il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki, cavabdeh təşkilat xx.xx.2003-cü il tarixdən, yəni 57 yaşında pensiya təyin edən zaman “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə əsasən həmin tarixdə aldığım əmək haqqına əsasən pensiya təyin etməli idi. Çünki «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun (23 sentyabr 1992, № 305) 13-cü maddəsinin «b» bəndinə əsasən xx.xx.1997-ci ilə kimi 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olduğuna görə xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ olduğundan, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən işlədiyi peşə xx.xx.2006-cı tarixinə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»-nm Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şıstın emalı: 2. Neft-qaz və qaz kondensatının hasilatı; “quyularm əsaslı təmirinin qazmaçıları (2130200a—11292)”, “quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870)” və XXVİİ. Bina, qurğu və digər obyektlərin ınşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmin: “dülgərlər (22901 OOa—16671)” vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajım və 25 ildən çox ümumi əmək stajı toplamışdır. Belə olan halda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8 bəndinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən tam əmək stajına malik olduğumdan mən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşdan, yəni xx.xx.2003-cü il tarixdə aldığı əmək haqqına əsasən təyin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə əmək pensiyasının hüququnun yarandığı tarixdən, əmək haqqına əsasən təyin olunmalı olduğunu bildirməklə müraciət etsə də, xahiş və tələbləri nəzərə alınmamışdır. Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən «əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 17.5-ci bəndinə, aldığım əmək haqqına əsasən əmək pensiyası təyin edilməsindən imtina etməsinin səbəbi kimi əmək haqqına uyğun hesablanmanın xx.xx.2010-cu il tarixdən ləğv edildiyini və bu səbəbdən də əmək haqqıya əsasən pensiya təyin edilməsinin mümkünsüz olduğunu bildirmişlər. X6- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının baxılması qaydaları xx.xx.2019-cu il tarixdən Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edildiyindən onun tərəfindən iddia ərizəsi geri götürülərək qeyri-mümkün edilməsi qərara alındığından, yenidən xx.xx.2019cu il tarixli ərizəyə sənədlər əlavə edilməklə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Belə ki, cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı Şirvan şəhər şöbəsinə göndərildiyini bildirmişlər. Lakin Şirvan şəhər şöbəsi yenidən sənədləri cavabdeh təşkilata göndərərək yenidən hesablanmanın onların səlahiyyətlərində olmadığını bildirərək onun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə getməyini tövsiyə etmişlər. Cavabdeh təşkilata getsə də, məktubla cavab verəcəklərini bildirmişlər və xx.xx.2019-cu il tarixli məktubla xx.xx.2019-cu il tarixli ərizəsinə Şirvan şəhər şöbəsi tərəfindən məlumat verildiyindən nəzərə almaqlarını xahiş etmişlər. Həmin tarixdən bu günə kimi cavabdeh təşkilatdan cavab gözlədiyindən məhkəməyə müraciət etməmiş, lakin cavabdeh təşkilatın cavab vermədiklərini görüb artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin bu yanaşması düzgün deyil və “Əmək pensiyaları haqqında” Qanununun 9.8ci maddəsinin şərtlərinin tətbiqi baxımından səhv şərh etməsidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinin tələbləri ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə hüquqi yaranmış şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilərkən, bu Qanun qüvvəyə minənədək əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Cavabdehin isə qeyd etdiyi halların mövcud qanunvericiliyin tələblərinə (27.1) əsasən tətbiq edilməsinə aidiyyəti yoxdur. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 saylı Siyahısına əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajı xx.xx.1997-ci il tarixə kimi toplamışlarsa, kişilər 55 yaşdan, lakin həmin maddəyə «xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanun»un İ hissəsinin 1 -ci bəndi ilə edilmiş deyişikliyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cu maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2006-ci il yanvarın 1-dək hər il 6 ay artırıldığından, toplamayan şəxslər 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. Göründüyü kimi, həmin Qanuna əsasən vətəndaşın tələb olunan ümumi və xüsusi iş stajı və yaşı olmalıdır. Ona görə də doğru olaraq “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsi bu Qanun qüvvəyə minədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndi ilə hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmağın yalnız yaşa və staja görə təyin edilməsinin mümkünlüyünü qeyd edir. Çünki xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün yaşı (kişilər 1 -ci siyahıya əsasən 50, 52, qadınlar isə 45, 47 yaşdan və 2 siyahıya əsasən kişilər 55, 57, qadınlar isə 50, 52 yaşdan müəyyən edilir) və stajı (kişilər 1-ci siyahıya əsasən 20 il ümumi, 10 il xüsusi iş stajı və qadınlar 15 il ümumi, 7 il xüsusi iş stajı və 2-ci siyahıya əsasən kişilər 25 il ümumi, 12 il 06 ay xüsusi və qadınlar isə 20 il ümumi, 10 il xüsusi iş stajı müəyyən edilir) olmalıdır. Məhz həmin Qanunun tətbiq edildiyindən “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş 27.1-ci maddəsi də belə tətbiq edilməsi, məhz Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən tətbiq edilmiş Siyahıda qeyd edilən peşə və vəzifələrin və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya yaşı çatmış şəxslərə şamil edilir. Belə ki, həmin dövrdə tətbiq edilən qanunvericiliyə əsasən mümkündür və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün əmək haqqına məhdudiyyət tətbiq edilmir. Möhtərəm məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə qısa şərh verdikdə görürük ki, həmin maddədə bir mənalı olaraq qeyd edilir ki, bu Qanun, yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi gündən, yəni xx.xx.2006-cı il tarixdən, bu Qanunun, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsində göstərilən işlərdə, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstərilən işlərdə çalışan şəxslərə güzəştli şərtlərə pensiyalar yaşa və staja görə, yəni xx.xx.2006-cı il tarixə kimi həmin şəxslər ki, kişilər ümumi 25 il, xüsusi 12 il 06 ay və qadınlar ümumi 20 il və xüsusi 10 iş stajı toplamalı və hüquq verən yaşı çatmalı, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, yəni xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə, yəni həmin Qanunun tələbləri ki, 17-ci maddənin 5-ci abzasına əsasən, həmin Qanunun 13-cü maddənin “b” bəndinə əsasən Nazirlər Kabinetinin 2 nömrəli Siyahısı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərin orta aylıq əmək haqqının 90 %-dən az olmayaraq və 100 %-dən çox olmayaraq, həmin maddənin “b” bəndinə əsasən Nazirlər Kabinetinin 2 nömrəli Siyahısı əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərin orta aylıq əmək haqqının 85 %-dən az olmayaraq və 90 %-dən çox olmayaraq tətbiq edilməlidir. Belə ki, xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun əhatə dairəsinə düşən şəxslərin hamısı birmənalı olaraq həmin Qanununun 17.5-ci bəndinə, yəni həmin tarixdə əmək haqqıya əsasən pensiya təyin edilməklə ödənilməlidir. Çünki hal-hazırda qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən ümumi və xüsusi iş stajını topladığına görə cavabdehin istinad etdiyi xx.xx.2010-cu il tarixdən sonra müraciəti qazanılmış pensiya hüququnu əldə etdiyi mübahisə doğurmur. Bu hüquq, həmçinin pensiyanın hüququn özünün qazanıldığı vaxt qüvvədə olan qanunvericiliyə uyğun hesablanmasını tələb edir. Əks halda, hüququn qazanılmış vəziyyətdə təmin edilməsi mümkün olmaz. Belə ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış pensiya hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya mübahisələndirilə bilməz. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni sonradan yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl pensiya hüququ əldə etmiş şəxslərin hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa cavabdeh təşkilat onun hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən və “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında Qanun xx.xx.2006-cı ilədək qüvvədə olduğuna görə xx.xx.2010-cu il tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanunun da dəyişikliyə əsasən ona əmək haqqına əsasən pensiya təyin edilməsi mövcud qanunvericiliyə ziddir. Lakin belə olan halda xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı toplamış şəxslər xx.xx.2010-cu il tarixdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranırsa, onlara staja əsasən, lakin eyni ilə 01.01.20C6-cı il tarixə kimi 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı toplamış şəxslər xx.xx.2010-cu il tarixə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranırsa, onlara əmək haqqıya əsasən təyin edilməlidir. Bu sosial ədalət prinsipinin pozulmasına gətirib çıxarır, çünki xx.xx.2006-cı ilə kimi 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı toplamış şəxslərin hər ikisi zərərli və ağır işdə işləmişlərsə, lakin birinə xx.xx.2010-cu ilə kimi Qanun, digərinə isə xx.xx.2010-cu il tarixdən sonra Qanun tətbiq edilməlidir. Belə olan halda Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndi kimə tətbiq edilməlidir? Bu barədə həmin bənddə ayrıca norma qeyd edilməyib. Və ən əsası, həmin şəxslərə pensiya təyin edilərkən digərilərinə də pensiya bərabər hüquqlu olaraq ayrı-seçkiləyə yol verilməsi və eyni hüquqi vəziyyətdə olan şəxslərə təyin edilməməsi ilə münasibət də problemlərə gətirib çıxara bilər. Bundan başqa cavabdeh təşkilat “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin, həmin Qanunun 9.8-ci maddəsinə münasibətdə tətbiq edilməsinin qanunvericiliyə zidd olduğunu bildirsədə, lakin həmin Qanunun 27.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məhz staja əsasən təyin edən müddəa belə yoxdur və belə olan halda cavabdeh təşkilat izah etsin ki, “Əmək pensiyaları haqqında” Qanunun (xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş) 26, 27 və 28-ci maddəsinin tələbləri nədən ibarətdir. Halbuki, həmin Qanunun tələblərinə əsasən, bu Qanun, yəni “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək, “qüvvədə olmuş qanunvericilik üzrə” təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı, yəni DSMF-nin rayon və şəhər şöbələri tərəfindən müəyyən edilir. Qanunun şərhindən də bir mənalı görünür ki, “qüvvədə olmuş qanunvericilik üzrə” sözü indiki “Əmək pensiyaları haqqında” Qanunu ehtiva edir. Belə olan halda “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi ilə həmin Qanunun 28-ci maddəsi özlüyündə ziddiyyət təşkil edir. Cavabdeh isə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsini əsas götürdüyü halda, lakin həmin Qanunun 9.8-ci və 28-ci maddələrini kölgə altında qoyur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş-qanunvericilik üzrə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə edilmiş əlavəyə, 22.2-2-ci maddəyə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması qaydaları, həmin Qanunun 9-cu maddəsinə şamil edilmir. Bu o, deməkdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsində edilmiş dəyişiklik, həmin Qanunun 9-cu maddəsinə, yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ olan şəxslərin pensiya təyin edilərkən yenidən hesablanmasını məhdudlaşdırmır. Çünki həmin şəxslərin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi ilə hüququ yarandığından, bu Qanun qüvvəyə minədək əvvəllər qüvvədə olmuş qanunvericiliyin, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müəyyən etdiyi tələblərə əsasən təyin edilir. Cavabdeh həmçinin kassasiya şikayətini apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqindən səhvə yol verməsini sübutların əldə edilməsinə səy göstərmədiyini qeyd edir. Bunu onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunarkən mövcud qanunvericiliyin 9.8 və 27.1-ci maddələrinin tələblərini düzgün tətbiq edilib-edilməməsi ilə əlaqədar və həmçinin xx.xx.2010-cu il tarixdən sonra yaşa görə o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış şəxslərin pensiya məbləğinin müəyyən olunması zamanı xx.xx.2006-cı il tarixdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin tətbiqinin mümkünlüyü barədə heç bir anlatma göstərməmişdir. Cavabdeh qeyd etdiyi şərtlərin mahiyyət baxımından nəyə əsaslandırdığını bilmir. Çünki qeyd etdiyi halların açıqlanmasını vermək üçün qanunvericiliklə tənzimləndiyindən, sırf hüquqi məsələdir. Cavabdehin isə qeyd etdiyi hallar qanunvericiliklə tənzimləndiyindən əsaslandırması yalnız Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİci maddəsini rəhbər tutmaqla normativ-hüquqi aktlara əsasən şərh vermək mümkündür. Bütün bu göstərilən hallar bir daha təsdiq edir ki, cavabdeh tərəf bir mənalı olaraq onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı halda, lakin bilərəkdən qanunsuz olaraq qəbul etməyərək bu cür prinsipial və qərəzli mövqe tutması ondan xəbər verir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri ilə işdə olan faktiki hallar uyğun gəlmədiyindən, cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər tamamilə əsassızdır. Məhz bu barədə istər “Vətəndaşların pensiya təminatı haqqında”, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun hazırlanmasında və şərh verilməsində əmək pensiyalarının hesablanması qaydalarına şərh verilərkən də, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinin Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndi ilə tənzimlənməli olduğu qeyd edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşdan tamam olduğu, lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq əmək haqqına əsasən müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamansda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Möhtərəm məhkəmə hesab edirəm ki, qanunun qeyd edilən müddəası pensiya təyin edən orqana düzgün pensiya təyinatının aparılmaması nəticəsində ödənilməli olan məbləği hissə-hissə ödəmək hüququ vermir. Belə ki, həmin məbləğ ona ödənilməli olan, lakin pensiya təyin edən orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla onun mülkiyyətini təşkil edir. Artıq əldə edilmiş hüquq kimi özünün mülkiyyəti olan həmin vəsaitin ona birdəfəlik ödənilməsini tələb etmək hüququna malikdir. Əks yanaşma, onun mülkiyyət hüquqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində sözügedən ödənişlərin məhz hissə-hissə aparılacağını müəyyən edən hər hansı norma da mövcud deyildir. Onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci maddələri) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dəfələrlə onun tərəfindən məhkəməyə teleqram vuraraq üzrlü səbəblərdən səhhəti ilə əlaqədar, yəni insult keçirdiyi üçün məhkəmə baxışında iştirak edə bilməyəcəyini və ona görə də onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini və iddi ərizəsinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hətta teleqramların birində də səhhəti ilə yanaşı maddi çətinliyinin də olduğundan gələ bilmədiyini diqqətə çatdırmışdır. Çünki aldığı pensiya onun yalnız dərman ləvazimatlarının alınmasını və sosial təminatını təmin etməyə güclə çatır. Bu səbəbdən də dəfələrlə məhkəməyə qarşı hörmətsizlik olmasın deyə teleqram vuraraq gələ bilmədiyindən onun iştirakı olmadan baxılaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hətta gəlsə belə, onun hərəkətində və danışığında məhdudiyyətlər var. Bu isə onun tərəfindən məhkəmə prosesində hər hansı bir izahat verməyinə köməklik etməyəcək. Belə ki, iddia ərizəsində açıq-aşkar bütün halları qeyd etməklə qanunvericiliyə əsasən əsaslandırmışdır. Əgər məhkəmə tərəfindən iddia ərizəsində qeyd edilənlərə əsasən hər hansı bir ziddiyətli halların aydınlaşdırılmasına zərurət vardırsa, bunun üçün məhkəmənin təşəbbüsü əsasında mütəxəssis dəvət olunmaqla ona hesablanmış pensiyanın əmək haqqının 85% həcmində hesablanıb-hesablanmadığını müəyyən etməklə konkret hallara nail olmaq olar. Bu inzibati prosessual qanunvericiliyin tələbləri baxımından da mümkün olduğundan, ona əsas verir. Bununla bağlı bir dəfə iddia ərizəsinin geri götürülməsi barədə qərardad çıxarılmışdır. Baxmayaraq ki, onun tərəfindən iştirakı olmadan baxılması xahiş edilmişdir. Apellyasiya şikayəti verilmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qərardad ləğv edilərək icraatın davam etdirilməsi barədə qərardad çıxarılmışdır. Lakin dəfələrlə teleqram vurmağına baxmayaraq, məhkəmə tərəfindən məhkəmə prosesləri təxirə salınmışdır. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə iştirak etmədiyi barədə iddia ərizəsinin geri götürüləcəyi xəbərdarlığı barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə baxışında üzrlü səbəblərdən səhhəti ilə əlaqədar iştirak edə bilmədiyindən, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla müraciət edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” (bundan sonra - ƏPQ) Qanun 01 yanvar 2006-cı ildə qüvvəyə minmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun”) 13-cü maddəsinin "b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qanunun 98-ci maddəsinə əsasən yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim - əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir. ƏPQ-nin 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. ƏPQ-nin 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.1ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddiaçı NZ seriyalı ******* saylı xx.xx.1965-ci il tarixli hərbi biletindən görünür ki, xx.xx.1965-ci il tarixdən xx.xx.1968-ci il tarixədək sovet ordusunda xidmət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı üzrə) çalışan kişilər 57 yaşa çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar. Eyni zamanda, Fondun Şirvan şəhər şöbəsi tərəfindən müraciətdə qeyd edilən məsələ ilə bağlı 04 mart 2019-cu il tarixli **********7 nömrəli məktubla məlumat verilmişdir. İddiaçı xx.xx.1963-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1963-cü il tarixdə 56/k xx.xx.1963-cü il tarixli əmrə əsasən “Azərbaycan dəniz neft tikinti” trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsinə 1-ci dərəcəli dülgər kimi qəbul olunmuşdur. 121/k xx.xx.1963-cü il tarixli əmrə əsasən 2-ci dərəcəli dülgər kimi keçirilmişdir. 70/k saylı xx.xx.1965-ci il tarixli əmrə əsasən xx.xx.1965-ci il tarixdə işdən azad edilmişdir. 3k saylı xx.xx.1965-ci il tarixli əmrə əsasən xx.xx.1965-ci il tarixdə 3-cü dərəcəli dülgər ştat üzrə vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1965-ci il tarixdə 70k saylı xx.xx.1965-ci il tarixli əmrə əsasən sovet ordusunun sıralarına getməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. H3 saylı ******* saylı hərbi biletə əsasən xx.xx.1965-xx.xx.1968-ci il tarixədək sovet ordusunda xidmət etmişdir. xx.xx.1969-cu il tarixdə 2-ci dərəcəli dülgər ştat üzrə vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1969-cu il tarixdə 64/k saylı xx.xx.1969-cu il tarixli əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. 51/k saylı xx.xx.1969-cu il tarixli əmrə əsasən xx.xx.1969-cu il tarixdə X7 “Şirvan neft qazma” Qüllə-Tikinti Kontoruna ştat üzrə 3-cü dərəcəli dülgər qismində qəbul olunmuşdur. 40/k saylı xx.xx.1970-ci il tarixli əmrə əsasən xx.xx.1970-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 59/k saylı xx.xx.1970-ci il tarixli əmrə əsasən xx.xx.1970-ci il tarixdə Neft Sənayesi İdarəsi “Şirvanneft” Quyuların əsaslı təmiri sexinə buruq briqadasına ştat üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. “Azneft” birliyinin 222 saylı xx.xx.1971-ci il tarixli əmrə əsasən Quyuların əsaslı təmiri sexi ləğv edilmişdir. “Azneft” Neftçıxarma İdarəsinin 228 saylı xx.xx.1971-ci il tarixli əmrinə əsasən xx.xx.1971-ci il tarixdə yeni sistemə keçməsi ilə əlaqədar istehsalat idarəsi tərəfindən neft və qaz çıxarma üzrə istehsalat xidmət bazasının quyuların yeraltı və əsaslı təmir sexinə quyuların əsaslı təmiri sexinin buruq briqadasına 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmişdir. 167/k saylı xx.xx.1974-cü il tarixli əmrə əsasən xx.xx.1974-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1974-cü il tarixdə 162 saylı xx.xx.1974-cü il tarixdə “Azərbaycan baş meliorasiya və su tikinti idarəsi”nin 16 saylı Tikinti-Quraşdırma İdarəsinə 4-cü dərəcəli traktorçu işinə qəbul olunmuşdur. xx.xx.1975-ci il tarixdə 57 saylı xx.xx.1975-ci il tarixdə “Muğan meliorasiya və su tikinti tresti”nin 32 saylı səyyar mexanikləşdirilmiş dəstəsinə keçirilməsi yolu ilə işdən azad edilmişdir. 9 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən xx.xx.1975-ci il tarixdə “Muğan meliorasiya və su tikinti tresti”nin 32 saylı səyyar mexanikləşdirilmiş dəstəsinə 4-cü dərəcəli traktorçu işinə qəbul olunmuşdur. xx.xx.1975-ci il tarixdə 131 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən 4-cü dərəcəli buldozerçi işinə keçirilmişdir.158 saylı xx.xx.1976-cı il tarixli əmrə əsasən xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir. 21 saylı xx.xx.1976-cı il tarixli əmrə əsasən xx.xx.1976-cı il tarixdə 32 saylı səyyar mexanikləşdirilmiş dəstəsindən keçirilməsi yolu ilə 4-cü dərəcəli buldozerçi işinə qəbul olunmuşdur. xx.xx.1976-cı il tarixdə 176 saylı əmrə əsasən 5-ci dərəcəli buldozerçi işinə keçirilmişdir. 4/k saylı əmrə əsasən xx.xx.1978-ci il tarixdə 5-ci dərəcəli çilingər işinə keçirilmişdir. 92/k saylı əmrə əsasən xx.xx.1978-ci il tarixdə 5-ci dərəcəli traktorçu işinə keçirilmişdir. 136k saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən xx.xx.1978-ci il tarixdə həbs olunması ilə əlaqədar işdən azad edilmişdir. 113k saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən xx.xx.1980-ci il tarixdə Az.SSR DİN Mexanizasiya və Nəqliyyat Tikinti İdarəsinə mexanizasiya sahəsinə ştat üzrə 4-cü dərəcəli buldozerçi işinə qəbul olunmuşdur. 174 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən xx.xx.1980-ci il tarixdə buldozerçi işi üzrə beşinci dərəcə verilmişdir. 02/k saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən xx.xx.1982-ci il tarixdə buldozerçi işi üzrə 6-cı dərəcə verilmişdir. 24k saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar işdən azad edilmişdir. 341 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli dülgər qismində Tikinti İdarəsi – 29 Trest 2-yə qəbul olunmuşdur. 100k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən xx.xx.1986-cı il tarixdə Tikinti İdarəsi – 29 Trest 2-nin adı dəyişdirilərək Tikinti İdarəsi – 75 Trest 7 adlandırılmışdır. 74k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən xx.xx.1987-ci il tarixdə dülgər işi üzrə 4-cü dərəcə verilmişdir. 229k saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdə dülgər işi üzrə 5-ci dərəcə verilmişdir. 01k saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən Tikinti İdarəsi – 78 keçirilməsi ilə bağlı xx.xx.1990-cı il tarixdə işdən azad edilmişdir. 7/k saylı xx.xx.1990cı il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdə Tikinti İdarəsi – 75 keçirilməsi qaydası ilə ştat üzrə 5-ci dərəcəli dülgər işinə qəbul edilmişdir. 57/k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdə Tikinti İdarəsi – 78 Trest 7-nin adı Tikinti İdarəsi – 75 Trest “Sənaye İnşaatı” adlandırılmışdır. xx.xx.1994-cü il tarixdə 51/k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 129k saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdə “Şirvanneft” Neftçıxarma İdarəsinin quyuların yeraltı təmir sexinin 1 saylı sahəsinə 4-cü dərəcəli operator kimi qəbul olunmuşdur. K/Ş saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən xx.xx.1997-ci il tarixdə Azərbacan Respublikası Dövlət Neft Şirkətinin 158 saylı xx.xx.1997-ci il tarixli əmri ilə “Şirvanneft” Neftçıxarma İdarəsi xx.xx.1997-ci il tarixdə ləğv olunmuş və onun bazasında "xxxx" Birgə MMC yaradılmışdır. 96 k – a saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən xx.xx.2001-ci il tarixdə quyuların yeraltı təmir sexinin 1 saylı sahəsinə 4-cü dərəcəli yataqların operatoru kimi keçirilmişdir. 131/k – a saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən xx.xx.2001-ci il tarixdə Quyuların əsaslı təmiri sexinə 4-cü dərəcəli qazmaçı köməkçisi olaraq keçirilmişdir. 112k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdə 1 saylı NQÇS-yə dördüncü dərəcəli qazmaçı köməkçisi kimi keçiirlmişdir. 159/k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən xx.xx.2002-ci il tarixdə 1 saylı NQÇS-yə 4-cü dərəcəli YAT operatoru kimi keçirilmişdir. 203/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən xx.xx.2005-ci il tarixli əmrə əsasən xx.xx.2005-ci il tarixdə QƏYTS-nin yaradılması ilə əlaqədar 1-ci sahə üzrə 4-cü dərəcə YAT operatoru kimi keçirilmişdir. xx.xx.2009-cu il tarixli əmrə əsasən xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə uyğun olaraq əmək müqaviləsinə ("xxxx" BMMM) xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında **********2 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı pensiya məbləği 526,49 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Şirvan şəhər şöbəsinə edilmiş müraciətdə bildirilmişdir ki, xx.xx.1963-xx.xx.2009-cu ilə kimi işləməklə ümumilikdə 46 il stajı vardır. Həmin stajının xx.xx.1963-xx.xx.1970-ci ilə kimi “Azneft İB”nin “Əli Bayramlı Təmir İdarəsi”ndə “dülgər”, xx.xx.1970-xx.xx.1974-cü ilə kimi “Azneft İB”nin “Şirvanneft NQÇ “qazmaçı-köməkçisi”, xx.xx.1984-xx.xx.1990-cı ilə kimi “Azneft İB”nin “Əli Bayramlı 29 saylı Til Təmir ldarəsi”-də “dülgər”, xx.xx.1990-xx.xx.1994-cü ilə kimi “Azneft İB”-nin “Əli Bayramlı 78 Tikinti-Təmir ldarəsi”-də “dülgər”, xx.xx.1994-xx.xx.2001-ci ilə kimi “Şirvanneft NQÇl”-də “yeraltı 1 üzrə operator” və həmin idarədə xx.xx.2001xx.xx.2009-cu ilə kimi “qazmaçı-köməkçisi” vəzifəsində işləmişdir. Ona görə də ona xx.xx.2003-cü il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun xx.xx.2006-cı ilə kimi 12 il, 06 ay güzəştli iş stajı və 25 il əmək stajı olduğuna görə, DSMF-nin Şirvan şəhər şöbəsi tərəfindən ona pensiyaya çıxdığı xx.xx.2003-cü il tarixdən, 57 yaşdan sonra əmək fəaliyyətini davam etdirdiyindən, yaşa görə pensiyası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, 2004-2005-ci üzrə əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilməli və yenidən hesablanaraq yaranmış ödənilməli idi. Qeyd edilənlərə əsasən xx.xx.2006-cı il tarixdən pensiya “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin 5-ci bəndinə, 2004-2005-ci il əmək haqqına əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəlik ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Şirvan şəhər şöbəsi tərəfindən İddiaçı ünvanlanmış **********7 saylı xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondu Şirvan şəhər şöbəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün müraciətə cavab olaraq, təqdim edilən sənədlərə baxılmışdır. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, sənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, gəlirlərin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmişdir. Ona əmək pensiyası hüququ yarandığı xx.xx.2003-cü il tarixdən müraciət etdiyi dövrdə mövcud olan qanunvericiliyə uyğun olaraq, yəni «Vətəndaşların pensiya təmiinatı» haqqında Qanunun 17-ci maddəsinə əsasən 57 yaşdan, əmək haqqı əsasında hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda, 451,54 manat əmək pensiyası alır. Vətəndaşların əmək pensiyasının əmək haqqına hesablanması xx.xx.2010ci il tarixdən qanunla ləğv edilmişdir. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqına yenidən hesablanması mümkün deyil. xx.xx.2009-cu il tarixli pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamdan görünür ki, İddiaçı 289,95 manat pensiya verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin sığortaedənlərlə iş üzrə departamenti tərəfindən təqdim edilmiş xx/xx-6606 saylı iyun 2009-cu il tarixli arayışa əsasən "xxxx" BMMM-də işləmiş İddiaçı yanvar 2006-cı il tarixdən aprel 2009-cu il tarixədək olan dövr ərzində qazanılmış 16355,51 manat məbləğində əmək haqqından (gəlirindən) 490,66 manat məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə ödənilmişdir. Bu arayış departamentin böyük məsləhətçisi X1, sığortaedənin rəhbəri İ.Q.Azayev və baş mühasibi Ə.M.Cəfərova imzaları ilə müvafiq qaydada təsdiq olunmuş aktın əsasında verilmişdir. xx.xx.2009-cu il tarixli akta əsasən qarşılıqlı yoxlama zamanı 3932,16 manat, 5300,79 manat və 7437,80 manat iş fondu hesablandığı müəyyən olunmuşdur. "xxxx" BMMM tərəfindən İddiaçı təqdim edilmiş 86 saylı xx.xx.2009-cu il tarixli arayışa əsasən onun cəmi əmək haqqının məbləği 2005-ci il üzrə 2322,31 manat, 2006-cı il üzrə 3631,49 manat, 2007-ci il üzrə 4542,24 manat, 2008-ci il üzrə 538,51 manat və 2009-cu il üzrə 3181,35 manat müəyyən edilmişdir. İddiaçı barədə pensiya alt sistemindən çıxarışa əsasən ona 385 saylı xx.xx.2004-cü il tarixli qərar ilə pensiya təyin edilmişdir. Güzəştli iş stajı 16 il 0 ay 0 gün müəyyən edilmişdir. 385 saylı xx.xx.2004-cü il tarixli qərara əsasən İddiaçı yaşa görə xx.xx.2003-cü il tarixdən 229500 manat pensiya təyin edilmiş, 114750 manat pensiya payı ayrılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 3-17-1/2-132855/23 saylı xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş İddiaçı pensiyasının hesablanmasına dair mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən İddiaçı 29 dekabr 2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən onun ümumi iş stajı 29 dekabr 2003-cü il tarixinədək 38 il 1 ay 17 gün təşkil edir. Həmin şəxsə əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 25 ildən artıq iş stajı 13 il olduğundan onun pensiyası 13 ilə görə hər il üçün 2% olmaqla orta aylıq əmək haqqının 90 faizi (25 il üçün 65 faiz + 25 ildən artıq 13 il üçün 26 (13x2) faiz=91 faiz, lakin 90 faizdən çox olmamaqla) miqdarında hesablanıb. Belə ki, adıçəkilən şəxsin əmək pensiyası 29 dekabr 2003-cü il tarixinə orta aylıq əmək haqqına uyğun hesablanaraq 23454198 AZM müəyyənləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Belə ki, adıçəkilən şəxsin əmək pensiyası orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə minimum əmək haqqının üç misli-51,00 manat məbləğində azaldılaraq orta aylıq əmək haqqının 90 faizi miqdarında (2001-2003-ci illər üzrə (24 ay) olan əmək haqqına əsasən), 127,81 manat müəyyən edilərək, üzərinə sığorta və baza hissə əlavə edilərək, ümumilikdə 214.22 manat məbləğində (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinə 261,30 manat) hesablanaraq ödənilmişdir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən Zülfi Əliyevin əmək pensiyası həmin tarixdən etibarən 623,11 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 714,71 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-609/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2710/2020 nömrəli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək üzrlü səbəbdən səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X4 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1946-cı il təvəllüdlüdür. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra "Qanun”) 13-cü maddəsinin "b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qanunun 98-ci maddəsinə əsasən yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim - əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən təyin edilir. Digər hallarda pensiyalar müraciət edildiyi gündən təyin edilir. «Vətəndaşların pensiya təmiinatı» haqqında Qanunun 17-ci maddəsinə əsasən 57 yaşdan, əmək haqqı əsasında hesablanmaqla xx.xx.2004-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci abzasına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. İddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunanlara əsasən onun ümumi iş stajı 29 dekabr 2003-cü il tarixinədək 38 il 1 ay 17 gün təşkil etmişdir, əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, tələb olunan 25 ildən artıq iş stajı 13 il olduğundan onun pensiyası 13 ilə görə hər il üçün 2% olmaqla orta aylıq əmək haqqının 90 faizi (25 il üçün 65 faiz + 25 ildən artıq 13 il üçün 26 (13x2) faiz=91 faiz, lakin 90 faizdən çox olmamaqla) miqdarında hesablanıb. Belə ki, iddiaçının əmək pensiyası 29 dekabr 2003-cü il tarixinə orta aylıq əmək haqqına uyğun hesablanaraq 23454198 AZM müəyyənləşdirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuş redaksiyasının 26.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən həmin Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmçinin Qanunun 26.2-ci maddəsinə əsasən qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində 25500,00 AZM-manata çevrilməklə 51,00 manat) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Sözügedən maddəyə əlavə edilmiş qeydə əsasən 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Belə ki, adıçəkilən şəxsin əmək pensiyası orta aylıq əmək haqqına uyğun 1 yanvar 2008-ci il tarixinə minimum əmək haqqının üç misli-51,00 manat məbləğində azaldılaraq orta aylıq əmək haqqının 90 faizi miqdarında (2001-2003-ci illər üzrə (24 ay) olan əmək haqqına əsasən), 127,81 manat müəyyən edilərək, üzərinə sığorta və baza hissə əlavə edilərək, ümumilikdə 214.22 manat məbləğində (indeksləşdirilərək xx.xx.2009-cu il tarixinə 261,30 manat) hesablanaraq ödənilmişdir. Məhkəmə hesab edir ki, sözügedən qərar qəbul edilərkən qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən Zülfi Əliyevin əmək pensiyası həmin tarixdən etibarən 623,11 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-cü il tarixindən hesablanmaqla 714,71 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Beləliklə, məhkəmə müəyyən edir ki, xx.xx.2003-cü il tarixdən, 57 yaşdan pensiyanın “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17.5-ci bəndinə, əmək haqqına əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinə “qanuni gözləntisi” yoxdur və iddia tələbi təmin edilməməlidir. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-67/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-67/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver