Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6703/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı maddi, mənəvi və fiziki zərərə görə ona kompensasiya məbləğinin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı polis əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi, mənəvi və fiziki zərərə görə Maliyyə Nazirliyi şəxsində Azərbaycan Respublikası tərəfindən ona kompensasiya kimi 70000 manatın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2024-cü il tarixdə, saat 14:30 radələrində o, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində rəisin qəbulunu gözlədiyi zaman iki polis əməkdaşı ona yaxınlaşaraq bildirmişlər ki, onu Nəsimi rayonu 20 saylı Polis İdarəsinin rəisi öz yanına çağırıb. O, bildirmişdir ki, İdarə rəisinin qəbulunu gözləyir və heç yana gedə bilmir. Lakin, onlar ona təzyiq eləmişlər ki, hal-hazırda bölmə rəisi təcili olaraq onu çağırmış və onlar polis avto maşını ilə onu bölməyə aparacaqlar və rəisin qəbulundan sonra onu eyni avtomaşınla qaytarıb gətirəcəklər polis idarəsinə. O, onlara inanaraq onarla birlikdə 20 saylı polis idarəsinə getmişdir. Orada bölmənin növbətçisi ona yaxınlaşaraq demişdir ki, cibində olan bütün əşyaları stolun üstünə qoysun. O, başa düşmədən soruşmuşdur ki, üstündə aparılan axtarışın səbəbi və mənası nədir, növbətçi ona bildirmişdir ki, buna ehtiyac var və onu bölmənin rəhbərliyi qəbul edəcək. Lakin, bölmənin Nail adlı əməkdaşı heç bir səbəb olmadan ona qarşı kobud şəkildə fiziki zorakılıq etmiş, bir neçə dəfə onu yumruqla üzündən və bədənindən vurmuşdur. Nailin yanında sahə inspektoru olan, adı ona məlum olmayan əməkdaş eynilə ona bir neçə dəfə yumruqla zərbə endirmişdir. O, onlara bildirmişdir ki, əvvəllər polis əməkdaşı olmuşdur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin müavini və istintiaq şöbənin rəisi vəzifəsində işləmişdir. Bundan başqa bildirir ki, Bakı Hərbi Məhkəməsinin hakimi işləmiş və 2007-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədr vəzifəsini əvəz edən hakim təyin olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının müharibə veteranıdır və İİ qrup əlildir. Bunlara heç birinə əhəmiyyət verməyərək polis əməkdaşı Nail onu nəlayiq söyüşlərlə təhqir etmiş boynunda olan boyunbağını qırmış və yerə atmış ona məxsus olan “Cartier” günəş eynəyini sındırmış, veteran vəsiqəsini yerə atmışdır. Onun əsas insan hüquq və azadlıqlarını, o cümlədən Konstitusion hüquqlarını kobud şəkildə pozaraq onu iki gün ərzində heç bir izahat vermədən bölməyə gətirilməsinin səbəbini izah etməyərək, saat 14:40-dan, gecə saat 00:45-ə qədər bölmədə saxlamışlar. İki dəfə halı çox pisləşmiş, təzyiqi həddən artıq yüksəlmiş və bu səbəbdən, onun üçün iki dəfə təcili yardım briqadası çağırılmışdır. Onlar ona müxtəlif dərman və iynə pereparatları vermişlər ki, halı düzəlsin. Gecə saat 00:45-də onu Semaşka xəstəxanasına aparmaq adı ilə, həqiqətən də, 1 saylı Psixiatriya Xəstəxanasına aparmışlar. Psixiatriya xəstəxanasında ona həkim bildirmişdir ki, Nəsimi rayonu 20 saylı Polis Bölməsinin rəisininin məktubu əsasında o psixiatriya xəstəxanasına yerləşdirilmişdir və həkim ona polis bölməsinin rəisinin yazdığı məktubu göstərmişdir. Məktubda həqiqəti əks etdirməyən arvadı İradə Aslanovanın şikayət ərizəsinə istinad edərək, heç bir qanuni əsas olmadan psixiatriya xəstəxanasına yerləşdirilməsi haqqında müraciət olunmuşdur. Psixiatriya xəstəxanasında onu qeyrikönüllü xx.xx.2024-cü il tarixə qədər orada saxlamışlar. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi xəstəxanada məhkəmə iclası keçirmiş və onu məhkəmə qətnaməsi əsasında psixiatriya xəstəxanasından buraxmışlar. Ona qarşı yol verilən qanunsuz hərəkətlərə görə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna müraicət etmiş və göndəriş əsasında tibbi müayinədən keçmişdir. Hazırda prokurorluqda araşdırma aparılır. Göründüyü kimi, AR DİN-nin struktur vahidi olan Nəsimi rayon Polis İdarəsi və 20ci polis bölməsində qanuni əsaslar olmadan, rəsmiləşdirilmədən 9 saat saxlanılmaqla, fiziki zorakılıq və təhqirlərə məruz qoyulmuş və nəhayət qanunsuz olaraq və fiziki güc tətbiq edilməklə Psixiatriya xəstəxanasına yerləşdirilməklə, orada səkkiz gün saxlanılmaqla o, hər cür fiziki zorakılıqlara, insan şərəf və ləyaqətini alçaldan təhqirlərə məruz qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsində göstərilir ki, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməməmək haqqında iltizamın qanunsuz tətbiqi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Onu da, bildirir ki, o, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkərək, 29 may 2008-ci il tarixdən İİ qrup əlil statusuna malikdir. O, qanunsuz və əsassız olaraq saxlanılmaqla olmazın məhrumiyyətlərə düçar edilmişdir. Nəticədə, sağlamlığına mühüm ziyan vurulmuşdur. Ona qarşı yol verilən bütün bu qanunsuz hərəkətlər nəticəsində azadlığı məhdudlaşdırılmış, həyat ritmi pozulmuşdur və hələ də, bərpa edə bilmir. Düçar olduğu bütün bu məhrumiyyətlərə görə, kompensasiya tələb etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə mümkünlük iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul emtək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin Qanunun 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs – inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsiredə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yuxarıda da, qeyd olunduğu kimi, adı çəkilən Qanunun 3-cü maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Bununla yanaşı, bu Qanunun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı göstərilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mübahisləndirdiyi məsələ cavabdehin cinayət prosessual və inzibati xətalara dair işlər üzrə fəaliyyəti ilə əlaqədar olub həmin fəaliyyətlərin qanuniliyinə qiymət verilməsi və həmin fəaliyyət nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı mübahisəyə baxılması qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatında mümkün deyildir. Bu səbəbdən iddiaçının tələbinə yuxarıda göstəriln maddi hüquq normalarının tələbləri baxımından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. Məhkəmə həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyat keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından – ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından – yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından – məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarada məhkəmənin hərəkətlərindən və ya qərarlarından – yuxarı məhkəməyə. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüquna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulmsı; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şöəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, “..Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətləini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarı qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqlarını prosessual qərar və ya hərəkətlər ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştiraçılarının izahatları, ərizə və təkliflər ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən qanunsuz olaraq azadlıqları məhdudlaşdırılmış şəxslər belə prosessual qərar və ya hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Odur ki, məhkəmə işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6703/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6703/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver