Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6704/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı “qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən xx.xx.2022-ci il tarixdə eyni tarixli **********6132 nömrəli gömrük bəyannaməsinə əsasən “X4” Co şirkəti tərəfindən istehsal edilmiş “ENGİNE OİL” və “PETRONOL” ticarət nişanlı mühərrik, hidravlikə və dişli çarxlar üçün yağlar Azərbaycan Respublikasına idxal edilmişdir. Sözügedən mallar idxal edildikdən sonra cavabdeh təşkilat onun barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş başlamış, zəruri sənəd və məlumatlar tələb olunmuş və işə baxılma tarixi xx.xx.2022-ci il təyin edilmişdir. İşə baxılmanın nəticələrinə əsasən barəsində “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Aşağıda qeyd olunan xüsusatlara əsasən cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Yuxarıda adıçəkilən yağların mənşə ölkəsi İran İslam Respublikası kimi qeyd olunmuş, məhsulların üzərində əks olunmuş yazılar ingilis dilində olmuş, ştrix kod isə Türkiyə Respublikasına məxsus olmuşdur. Cavabdeh təşkilat belə qənaətə gəlmişdir ki, idxal olunan məhsulların üzərində olan ştrix kod həmin məhsulun Türkiyə Respublikasına məxsus olması görüntüsü yaratmışdır. Bununla da “Haqsız rəqabət haqqında” Qanunun 9-cu maddəsinin 5-ci və 2-ci abzasının tələbləri pozulmuşdur. Məlum olduğu kimi o, xx.xx.2022-ci il tarixdə eyni tarixli **********6132 nömrəli gömrük bəyannaməsinə sadalanan malları “X4” Co şirkətindən əldə etmişdir. Həmin mallar sözügedən şirkət tərəfindən istehsal olunmuş və əmtəə nişanı və ştrix kod həmin şirkət tərəfindən vurulmuşdur. Onun tərəfindən istehlakçını çaşdırmaq və malların istehsal ölkəsi barədə yalan təsəvvür yaratmaq niyyəti ilə istehsalçıya malların üzərinə fərqli ştrix kod və əmtəə nişanının vurulması barədə hər hansı göstəriş verilməmişdir. Mallar istehsal edilən şirkətdən daşıma müqaviləsinə uyğun olaraq Azərbaycan Respublikasına göndərilmiş və o, malları yalnızca gömrük rəsmiləşməsi zamanı görmüşdür. Eyni zamanda həmin malların eyni əmtəə nişanları və ştrix kodla nişanlanmaqla digər ölkələrə də ixrac olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iddiaçının nemayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ərizəsini məhkəməyə göndərilməsi üçün xx.xx.2023-cü il tarixdə AZ 1121 №li poçta təqdim etmiş və qeyd olunan iddia ərizəsi xx.xx.2023-cü il tarxdə məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6704/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş inzibati aktdan şikayət verilməsi üçün müəyyən edilmiş müddətin bərpa olunması barədə ərizəsi təmin edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi qərara alınmışdır. İddia mümkündür.
İşin halları. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əsasən Xidmət tərəfindən təqdim olunmuş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının Xidmətə ünvanlanmış: 2000-001/002/000750 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqlara rast gəlinmişdir. xx.xx.2022-ci il tarixli 2000-012/0xx-xx/00973 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən bir sıra malların gömrük rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqlara rast gəlinmişdir. Belə ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) tərəfindən İran İslam Respublikasında fəaliyyət göstərən “X5”CO şirkətindən idxal olunmuş mallara dair **********6132 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan malların mənşə ölkəsinin İran İslam Respublikası olduğu qeyd olunmuşdur. Lakin, qeyd olunan gömrük bəyannaməsi üzrə bəyan olunmuş və 47D87510/47D87610 nömrəli nəqliyyat vasitəsi ilə göndərilən mallara gömrük baxışı keçirilərkən “ENGİNE OİL” ticarət nişanlı mühərrik, hidravlikə və dişli çarxlar olan yağların qutularının və fərdi qablaşdırmalarının üzərində İran İslam Respublikasına dair hər hansı məlumatın olmadığı aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, “İstehlakçıların hüquqlarının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 18.5 və 19.2,12-ci maddələrinə əsasən, gömrük bəyannaməsində qeyd olunan malların ölkənin daxili bazarında satışı zamanı yuxarıda qeyd olunan fiziki şəxsin idxal etdiyi mallara müvafiq nəzarətin təşkil edilməsi məqsədilə aidiyyəti tədbirlərin görülməsi xahiş olunmuşdur. “Fiziki şəxs İddiaçı (VÖEN **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə “Xidməti məruzə”də qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqların aşkar edilməsi barədə Xidmətə daxil olmuş xx.xx.2022-ci il tarixli 2000- 023/0xx-xx/000943 nömrəli (daxilolma qeydiyyatı: 5/3274, xx.xx.2022-ci il) və xx.xx.2022ci il tarixli 2000-012/0xx-xx/000973 nömrəli (daxilolma qeydiyyatı: 5/3351, xx.xx.2022-ci il) müraciətlərinə, eləcə-də bununla bağlı surətləri təqdim edilmiş araşdırma materiallarına aidiyyəti üzrə baxılır. Təqdim olunmuş sənəd və məlumatlara əsasən fiziki şəxs İddiaçı (VÖEN-**********) tərəfindən “PETRONOL” və “Engine OİL” adlı mühərrik, hidravlikə və dişli çarxlar üçün olan yağların idxalı zamanı bəyan edilmiş xx.xx.2022-ci il tarixli **********6132 nömrəli gömrük bəyannaməsində istehsalçının “X5” CO şirkəti, mənşə ölkəsinin İran İslam Respublikası kimi qeyd edilməsinə baxmayaraq, həmin malların qablaşdırmalarının üzərində İran İslam Respublikasına dair heç bir məlumatın olmadığı, “PETRONOL” adlı məhsulların fotogörüntülərinə əsasən bütün yazıların xarici dildə (ingilis dili) verildiyi və Türkiyə Respublikasına məxsus ştrix kodun (869 ilə başlayan) yerləşdirildiyi müəyyən edilmişdir. “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci abzasına əsasən əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi, habelə həmin maddənin beşinci abzasına əsasən əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətləridir və bu hərəkətlərə yol verilmir. Təqdim edilmiş məlumatlara əsasən fiziki şəxs İddiaçı VÖEN-İ **********, qeydiyyat ünvanı AZ1129, ünvan 1 nəzərə alaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 18-ci maddələrinə, “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nın 1.1 və 2.1-ci bəndlərinə əsasən qeydiyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması məqsədəuyğun hesab edilmişdir. Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli qərarla Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) haqqında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmışdır. Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işə baxılması üzrə Komissiyanın yaradılması haqqında” FA-62 №-li xx.xx.2022-ci il tarixli əmri ilə Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) barəsində antiinhisar qanunvericiliyinin pozulması haqqında işə baxılması üzrə Komissiya yaradılması barədə əmr edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli FA-62 nömrəli əmri ilə yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyasının “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qeydiyyat ünvanı AZ 1129, Bakı şəhər, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN:**********) haqqında qaldırılmış xx.xx.2022-ci il tarixli FA-62 nömrəli işə baxaraq işə baxılmasının xx.xx.2022-ci il tarixli iclasının P0071 №-li protokolu ilə qərara alınmışdır: Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə, yəni əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsinə, habelə əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsinə yol verməməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) idxal etdiyi sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş və satışı həyata keçirilməmiş 796 ədəd “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların dövriyyəyə (satışa) çıxarılmadan öncə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəb ola bilən hərəkətlərin aradan qaldırılması üçün həmin məhsulların qablaşdırılmasının üzərində əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə düzgün məlumat verilməsinin təmin edilməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən "PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların satışından əldə edilmiş 50217,0 manat (əlli min iki yüz on yeddi manat) gəlirin 10 faizi miqdarında, yəni 5021,70 manat (beş min iyirmi bir manat, yetmiş qəpik) maliyyə sanksiyası tətbiq edilsin. Xidmətin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri üzrə qediyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN 2********) haqqında qaldırılmış xx.xx.2022-ci il tarixli FA-62 nömrəli işə baxılaraq aşağıda qeyd olunanlar qərara alınmışdır: Qeydiyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə, yəni əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsinə, habelə əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsinə yol verməməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) idxal etdiyi sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş və satışı həyata keçirilməmiş 796 ədəd “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların dövriyyəyə (satışa) çıxarılmadan öncə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəb ola bilən hərəkətlərin aradan qaldırılması üçün həmin məhsulların qablaşdırılmasının üzərində əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə düzgün məlumat verilməsinin təmin edilməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş verilsin. Qeydiyyat ünvanı AZ1129, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 73, mənzil 152 olan fiziki şəxs İddiaçı (VÖEN: **********) sorğu nömrəsi **********6132 olan xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə idxalı rəsmiləşdirilmiş mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərini pozduğuna görə, həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasına əsasən “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların satışından əldə edilmiş 50217,0 manat (əlli min iki yüz on yeddi manat) gəlirin 10 faizi miqdarında, yəni 5021,70 manat (beş min iyirmi bir manat, yetmiş qəpik) maliyyə sanksiyası tətbiq edilsin. İddiaçı tərəfindən Xidmətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli göstərişinin icrası ilə əlaqədar FA- 62 tarixli bəyannamə ilə idxal olunmuş və satışı həyata keçirilməmiş “Petronol” mühərrik yağları qablaşdırmaları üzərində onun istehsalçısı və idxalçısı mənşəyi barədə məlumatların qeyd olunması tərəflərindən təmin edilmişdir və bildirirlər ki, həmin məhsullar satışa buraxıldığı zaman qeyd olunan məlumatlar qopmayan yapışkanla yəni stiker formasında qablaşdırmanın üzərinə vurularaq satışı həyata keçiriləcək. Gələcək fəaliyyətlərində belə pozuntulara yol verilməyəcəklərinə dair öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 3-33/2-014452/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş İran İslam Respublikasında fəaliyyət göstərən xarici tərəfdaş “X5 /Co” şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində göndərilən yağlar haqqında məlumatdan müəyyən olunur ki, İddiaçı İran İslam Respublikasından xx.xx.2022-ci il tarixdə 20440,00 kq,, 26500,00 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 3290,00 kq, 4173,18 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 17490,00 kq, 25190,38 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 20410,00 kq, 29390,40 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 850,00 kq, 1158 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 1480,00 kq, 1864,80 ABŞ dolları dəyərində, xx.xx.2022-ci il tarixdə 20750,00 kq, 36540 ABŞ dolları dəyərində mühərrik yağları göndərilmişdir.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiiyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (Bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) qanununa və Azərbaycan RespublikasıDövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə görə Antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən bazar subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının ictimai təşkilatların və digər qeyri-kommersiya təşkilatlarının habelə, publik hüquqi şəxslərin müraciətləri, müvafiq dövlət orqanlarının materialları, dövri mətbuatın məlumatları əsasında baxır. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə, Antiinhisar orqanının təşəbbüsü ilə də baxıla bilər. - 2.1-ci bəndinə görə Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. - 2.2-ci bəndinə görə Komissiya antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxarkən Antiinhisar orqanının adından çıxış edir. - 2.3-cü bəndinə görə Komissiya əmr verildiyi vaxtdan beş gün müddətində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması barədə qərar qəbul edir. Qərar Komissiyanın sədri tərəfindən imzalanır və iş üzrə tərəflərə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud tərəflərin səlahiyyətli nümayəndələrinə imza alınmaqla təqdim olunur. Bu halda qərarın alınmasını təsdiq edən poçt və digər sənədlər işin materiallarına əlavə edilir. 2.4-cü bəndinə görə Komissiya tərəfindən işə baxılmasına hazırlıq zamanı Antiinhisar orqanının tərəfindən iş qaldırılmasına səbəb olmuş fakt üzrə sənədləri tanış olmaq üçün tələb etmək, o cümlədən onların rəhbərlərindən (vəzifəli şəxslərindən) izahat almaq, işdə iştirak etmək üçün digər şəxsləri cəlb etmək hüququ vardır. 2.10-cu bəndinə əsasən Komissiyanın iclasında tərəflər, həmçinin Antiinhisar orqanının qərarı ilə işdə iştirak edən şəxslər dinlənilir. 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. 2.16-cı bəndinə əsasən Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on günün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “Təbii inhisarlar haqqında”, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun: - 3-cü maddəsinə görə inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. - 16.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati-idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun: - 9-cu maddəsinə əsasən bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir: əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi. - 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər. - 12-ci maddəsinin 1-ci bəndinə görə bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə bu Qanunun 4-cü maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə — iki misli həcmində; bu Qanunun 5, 6, 7, 8, 9-cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə - haqsız rəqabətə yol verilməklə, satılmış mallardan (göstərilmiş iş və xidmətlərdən) əldə edilmiş gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək; Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 10 faizinədək maliyyə sanksiyaları tətbiq edilir. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bütün fəaliyyət növləri üzrə son üç ayda əldə edilmiş ümumi gəlirin (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) 5 faizinə qədər maliyyə sanksiyaları.
Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Mübahisələndirilən qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Xidmətə ünvanlanmış yazılı müraciəti (bir sıra malların rəsmiləşdirilməsi zamanı bəzi uyğunsuzluqlara rast gəlinməsinə dair) əsasında aparılmış araşdırma zamanı fiziki şəxs İddiaçı tərəfindən “PETRONOL” və “Engine OİL” adlı mühərrik, hidravlikə və dişli çarxlar üçün olan yağların idxalı zamanı bəyan edilmiş xx.xx.2022-ci il tarixli **********6132 nömrəli gömrük bəyannaməsində istehsalçının “X5” CO şirkəti, mənşə ölkəsinin İran İslam Respublikası kimi qeyd edilməsinə baxmayaraq, həmin malların qablaşdırmalarının üzərində İran İslam Respublikasına dair heç bir məlumatın olmadığı, “PETRONOL” adlı məhsulların fotogörüntülərinə əsasən bütün yazıların xarici dildə (ingilis dili) verildiyi və Türkiyə Respublikasına məxsus ştrix kodun (869 ilə başlayan) yerləşdirildiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqan tərəfindən “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılması qərara alınmış və İddiaçı (VÖEN: **********) mühərrik və dişli çarxlar üçün yağların idxalı və satışı zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzasları ilə qadağan edilmiş haqsız rəqabət hərəkətlərinə, yəni əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsinə, habelə əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsinə yol verməməsi və onun tərəfindən idxalı rəsmiləşdirilmiş və satışı həyata keçirilməmiş 796 ədəd “PETRONOL” adlı mühərrik və dişli çarxlar üçün yağların dövriyyəyə (satışa) çıxarılmadan öncə istehlakçıları çaşdırmaqla haqsız rəqabətə səbəb ola bilən hərəkətlərin aradan qaldırılması üçün həmin məhsulların qablaşdırılmasının üzərində əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə düzgün məlumat verilməsinin təmin edilməsi və nəticəsi barədə Xidmətə məlumat verilməsi haqqında göstəriş verilmiş və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması əsası ilə ona müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməsi kimi hərəkətlərinə yol verilmir. Həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya antiinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərdə tutulmuş müvafiq nəticələrə səbəb olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi hər iki qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərarlar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev