Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6706/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “X1 Rövşən Vəzir oğluna Səbail rayonu, Salyan Şossesi 32 ünvanında alqı-satqı yolu ilə 1200 kv.m torpaq sahəsi sənədləşdirilməsinə dair xx.xx.2006cı il tarixli 421 saylı qərarının etibarsız hesab edilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “X1 Rövşən Vəzir oğluna Səbail rayonu, Salyan Şossesi 32 ünvanında alqı-satqı yolu ilə 1200 kv.m torpaq sahəsi sənədləşdirilməsinə dair xx.xx.2006cı il tarixli 421 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında “torpaq qanunvericiliyinin tələblərinin pozulması” hallarının qarşısının alınması, eləcə də müvafiq tədbirlərin görülməsi barədə vətəndaş Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında Xidmətin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırılan zaman dövlət mülkiyyətinə aid 0,12 ha torpaq sahəsinin Səbail bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 421 saylı qərarı ilə Cavabdeh adına sənədləşdirilməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinə ünvanladığı 16 noyabr 2023-cü il tarixli 3-21-3/2-F- 0138-8/2023 saylı məktubla “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlətin qanunla qorunan maraqlarına bələdiyyə tərəfindən zərər vurulduğu əsası üzrə inzibati nəzarət icraatına başlanılaraq müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 23 noyabr 2023-cü il tarixli, 3-16-9/2-52143-262-6/23 saylı məktubu ilə vətəndaş Cavabdeh ayrılmış torpaq sahəsinə dair sənədlər tələb olunmuşdur. Səbail bələdiyyəsinin 12 dekabr 2023-cü il tarixli, 06-1516/2023 saylı məktubu ilə həmin sənədlərin Səbail bələdiyyəsinin arxivində aşkar edilmədiyinə dair cavab məktubu verilmişdir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 18 dekabr 2023cü il tarixli, 3-16-9/2-52143-262-6/23 saylı məktubu nun təklif hissəsinin 2-ci bəndində Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 28 saylı Qərarın etibarsız hesab edilməsi üçün qanunamüvafiq tədbir görülməsi tövsiyyə edilmişdir. Məktubdan göründüyü kimi həmin dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin təlbələri pozulmaqla Cavabdeh xx.xx.2006-cı il tarixli 421 saylı qərarla torpaq sahəsi ayrılmışdır. Səbail bələdiyyəsinin 18 dekabr 2023cü il tarixli 34 saylı iclas protokoluna əsasən Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin 18 dekabr 2023-cü il tarixli, 3-16-9/2-52143-5-262/2023 saylı tövsiyyə məktubu əsas götürülərək xx.xx.2006-cı il tarixli 421 saylı Qərarın etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilməsi qərara alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Bakı şəhəri Səbail bələdiyyəsinin 421 nömrəli, 23 dekabr 2006-cı il tarixli “Səbail rayonu ərazisində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş Cavabdeh adına sənədləşdirilməsi barədə” Qərara əsasən, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh torpaq sahəsi almaq barədə müraciət etmiş, bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 1200 kv.m ha torpaq sahəsinin satılması barədə 2006-cı il 29 dekabr tarixli, 421 saylı qərar qəbul edilmişdir. Qeyd edilən akt Səbail rayon bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Mədaxil qəbzi və tədiyyə bildirişindən müəyyən olunur ki, cavabdeh tərəfindən müəyyən dövrlərdə torpaq vergisi ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə uyğun olaraq, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Həmin Məcəllənin 36.1.-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2.-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcələnin 36.3-cü maddəsinə uyğub olaraq, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4.-cü maddəsinə görə, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 48. 4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
50. bələdiyyənin ərazisində yaşayan vətəndaşlar, bələdiyyələr, bələdiyyə orqanları və bələdiyyə orqanlarının vəzifəli şəxsləri dövlət hakimiyyəti orqanlarının və dövlətin vəzifəli şəxslərinin, bələdiyyələrin, bələdiyyə orqanlarının və bələdiyyə orqanlarının vəzifəli şəxslərinin, bələdiyyənin yaratdığı hüquqi şəxslərin, habelə ictimai birliklərin yerli özünüidarənin hüquqlarını pozan aktlarının etibarsız sayılması barədə məhkəməyə iddia verə bilərlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 65.1. aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunvericilik hazırda iddiaçıya müvafiq inzibati aktın etibarsız sayılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ verir, lakin həmin iddianın mahiyyəti üzrə məhkəmə tərəfindən baxılması üçün qanunvericilik iddiaçının üzərinə bir sıra vəzifələr həvalə etmişdir. Hansı ki, iddiaçı hazırda etibarsız sayılmasını arzuladığı inzibati aktın etibarsız olduğunu təsdiq edən halları məhkəməyə təqdim etməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı etibarsız sayılmasını tələb etdiyi inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi və faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt olduğu üçün hazırki tələb ilə məhkəməyə müraciət etmiş, lakin göstərilən halları təsdiq edən sənədlərin mövcudluğu barədə məlumat məhkəməyə təqdim etməmişdir. Belə ki, 24 aprel 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında bildirmişdir ki, bələdiyyə tərəfindən hazırda etibarsızlığının tanınmasını isdədiyi inzibati akt əsasında 2006-cı ildə ona torpaq sahəsi ayrılmış, həmin vaxtdan da torpaq sahəsi ona təhvil verilmiş və hal-hazırdada torpaq sahəsi onun istifadəsindədir. Bu hal onu təsdiq edir ki, hazırki inzibati akt icrası mümkün olmayan inzibati akt deyil, icrası başa çatdırılmış inzibati aktdır. Müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyi əsasına gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisəsi davam edən torpaq sahəsinin bələdiyyə torpağı deyildə, dövlət torpağı olması və ya Səbail bələdiyyəsinin ərazisi olmadığı və digər səbəblərdən Səbail bələdiyyəsinin həmin torpaq üzərində səlahiyyətli olmaması iş materialları ilə sübuta yetirilmir. İddiaçı iddia qaldıran zaman bu halları təsdiq edən halları məhkəmənin nəzərinə çatdırmamışdır. İnzibati icraat haqqında qanunun 65.3-cü maddəsində göstərilən tələblərin iddiaçı tərəfindən yerinə yetirilməsi üçün xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə məhkəmə iclasları təyin edilsə də, iddiaçı səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakınə təmin etməmiş, bunun səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Bu hal onu təsdiq edir ki, İnzibati icraat haqqında qanunun 65.1-ci maddəsində göstərilən hallar hazırki mübahisə üzrə mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: - 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; - 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; - 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; - 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. -9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bundan əlavə məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının iddiası “İnzibati icraat haqqında” Qanunda göstərilən etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, fiziki və ya hüquqi şəxslərin inzibati orqana olan etimadı həmin şəxslərin bu orqanların fəaliyyətinə, qərarlarına və xidmətlərinə olan inamını ifadə edir. Bu etimad şəffaflıq, ədalət və effektivlik kimi faktorlardan asılıdır. Hazırda 2006-cı ildə qəbul edilmiş inzibati aktın 18 il sonra inzibati orqan tərəfindən etibarsızlığın sayılmasını arzu etməsi, hazırda iddiaçının inzibati orqana olan etimad hüququnun qorunması prinsipini aşağı həddə gətirməsi ilə nəticələnir. Bundan əlavə cavabdeh tərəfindən qaldırdığı hazırkı ”müəyyənetmə və tanınma” haqqında iddia müstəqil tələb kimi irəli sürülə bilməz, belə ki qanunverici bu iddianı “digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıdığı”nı qeyd etmiş, cavabdeh onun əsas iddia tələbinin (hüquqi maragının mövcud olması)nədən ibarət olması barədə məhkəməyə bildirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “X1 Rövşən Vəzir oğluna Səbail rayonu, Salyan Şossesi 32 ünvanında alqı-satqı yolu ilə 1200 kv.m torpaq sahəsi sənədləşdirilməsinə dair xx.xx.2006-cı il tarixli 421 saylı qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hacıbəyova