Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-671/2022 16.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Lənkəran rayonunun Port iliç kəndində anadan olmuşdur. Uzun müddət Rusiya Federasiyasında yaşadığından, hal-hazırda Rusiya vətəndaşıdır. Azərbaycanda isə hal-hazırda Dövlət Miqrasiya xidmətindən keçərək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. İddiaçı Azərbaycan Respublikasının ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. O, Lənkəran rayonunun N () saylı Hərbi hissə komandirinin 06 mart N-cü il tarixli, 54 saylı əmri ilə doldurucu vəzifəsinə təyin olunmuşdur. N () saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 105 saylı əmri ilə Ağcabədi rayonu döyüş zonasına ezam olunmuş və döyüşlərdə vuruşmuşdur. Müharibədən sonra evinə qayıtmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 04 may 2020-ci il tarixli 9/2-6617 nömrəli arayışına əsasən hərbi hissə komandirinin əmrlərində İddiaçı “ata” adı onun (ata) adı ilə ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən komissiya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edərək, N () nömrəli hərbi hissə komandirinin əmrlərində “İddiaçı Həmid” oğlu adının İddiaçı aid olması barədə hüquqi faktın müəyyən edilməsinə dair mülki məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Lakin, iddiaçı hüquqi faktın müəyyən edilməsinə dair mülki məhkəməyə müraciət etmək əvəzinə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının nümayəndəsi və vəkili müraciət edərək, iddiaçının öldüyünü bildirmişdir. Ərizəyə əlavə edilmiş, 29 sentyabr 2021-ci il tarixli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı 01 sentyabr 2021-ci il tarixində vəfat etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında” tələbinə dair iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” haqqında” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3cıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-671/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-671/2022
16.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver