Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6710/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Üçüncü şəxs X5 və üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının X2 (üçüncü şəxs X7) qarşı “qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 "ASİYA ŞİRİ" adlı məhsula dair verilmiş AZ22010822/İD-Q-220001 nömrəli, xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatının ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası X4nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2012-ci ildə dövlət qeydiyyatında alınmışdır. Cəmiyyət minerallardan hazırlanmış qida əlavələri, reklam, biznes sahəsində menecment, malların qablaşdırılması və anbarda saxlanılması sinifləri üzrə "AFRİKA ŞİRİ" adlı məhsula 2015 0582 nömrəli əmtəə nişanını əldə etmiş, xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. “ELAS-A" MMC fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyət istiqaməti qida əlavələrinin satışı ilə məşğul olmaqdan ibarətdir. "xxxx" MMC 2015 0582 nömrəli əmtəə nişanından istifadə hüquqlarını xx.xx.2015-ci il tarixli əmtəə nişanından istifadə barədə müqaviləsinə əsasən “ARES“ MMC-yə ötürmüşdür. "xxxx" MMC sözügedən əmtəə nişanına dair hüquqlardan istifadə etməklə "AFRİKA ŞİRİ" adlı məhsulun ölkəyə idxalı və satışı ilə məşğul olmuşdur. Lakin əldə edilmiş məlumata görə, Azərbaycan Respublikası X4 tərəfindən X6 "ASİYA ŞİRİ" adlı məhsula AZ22010822/İD-Q-220001 nömrəli xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatı verilmişdir. İddiaçı hsab edilir ki, "AFRİKA ŞİRİ" məhsuluna oxşar adla "ASİYA ŞİRİ" adlı məhsula dair sözügedən sertifikat verilməklə qanunvericiliyin tələbləri kobud formada pozulmuşdur. Belə ki, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası qanununa əsasən uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Qeyd edilmişdir ki, "ASİYA ŞİRİ" adlı məhsul oxşar əlamətlərə malikdirlər. "ARES“ MMC isə uzun illərdir ki., "AFRİKA ŞİRİ" adlı məhsulun satışı və ölkəyə idxalı ilə məşğuldur. Bu məhsul uzun müddətdir bazarda reklam olunur, satış göstəricilərinin artırılması üçün müvafiq işlər aparılır. Lakin "ASİYA ŞİRİ" məhsuluna dair qida təlükəsizliyi sertifikatı almış X7 onlara məxsus məhsulun bazarda olan tələbatına və satış göstəricilərinə uyğun oxşar addan istifadə etməklə sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin yaranması səbəb olmuşdur. "AFRİKA ŞİRİ” adı ticarət fəaliyyəti sahəsində öz markasını yaratmış məhsul olaraq, qeyd olunan malların satışında xüsusi çəkiyə malikdir. Əldə olunmuş məlumata görə X7 "ASİYA ŞİRİ" adlı məhsula dair əmtəə nişanı almaq istəsə də onun müraciətinə imtina cavabı verilmişdir. Bu onunla əsaslandırılmışdır ki, artıq qeyd olunan məhsul növünə dair "AFRİKA ŞİRİ" adlı məhsul artıq mövcuddur və əmtəə nişanı qeydə alınmışdır. Bu məhsulların adları demək olar ki. oxşardır və mahiyyət etibarilə eynidir. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanununa əsasən, sahibkarlıq subyektlərinin əsas vəzifələrindən biri də müəlliflik hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş tələblərinə əməl etməkdir. Bundan əlavə sahibkarlıq subyektləri əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunvericili) in tələblərinə əməl etməlidirlər. Lakin bununla belə qənaətə gəlmək olar ki, X6 "ASİYA ŞİRİ" adlı məhsula AZ22010822/İD-Q-220001 nömrəli xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatı verilməklə sahibkarlıq fəaliyyətinə dair qanunvericiliyin tələblərini pozmuşdur. Sözügedən qanunun tələblərinə görə, mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası X4 oxşar ada malik "ASİYA ŞİRİ" məhsuluna dair qida təhlükəsizliyi sertifikatını verməklə "xxxx" MMC-nin qanunla qorunan mənafeyinə zərər xurmuş olur. Bununla da hesab edirik ki. sözügedən sertifikat ləğx edilməli və "xxxx" MMC-nin qanunla qorunan mənafeləri bərpa edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1-2 2232 2022 nömrəli 25.1 1.2022- ci il tarixli məktubla Azərbaycan Respublikası X2 müraciət edərək. X6 verilmiş. "ASİYA ŞİRİ" adlı məhsula dair AZ22010822/İD-Q-220001 nömrəli 16.1 1.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatının ləğv edilməsini xahiş etmişdir, lakin məktuba müsbət cavab verilməmişdir. Göstərilənləri nəzərə alaraq, X6 verilmiş "ASİYA ŞİRİ" adlı məhsula dair AZ22010822 İ D-Q-220001 nömrəli xx.xx.2022-ci il tarixli qida təhlükəsizlik sertifikatının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası X4nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6710/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası X4 (bundan sonra - Agentlik) tərəfindən idxal olunan məhsullara qida təhlükəsi diyi sertifikatı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 302 saylı qərarı ilə təsdiq edilmş Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın tələbləri nəzərə alınmaqla verilir. Qida təhlükəsizliyi sertifikatı yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstərici ərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəddir. “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.7-ci bəndinə əsasən idxal olunan məhsullara sertifikatın verilməsi ilə bağlı müraciətə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər və yeyinti məhsulunun mənşə ölkəsini təsdiq elən sertifikat, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal edilələcək yeyinti məhsuluna dair hesab-faktura (invoys), onun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənəd əlavə edilməlidir. Bundan başqa qeyd etmək lazımdır ki, qida əlavələrinə qida təhlükəsizliyi sertifikatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 287 saylı qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" na uyğun olaraq) ekspertiza rəyi əsasında Agentlik tərəfindən verilir. Göründüyü kimi, Agentlik tərəfindən sertifkat verilərkən məhsulun əmtəə nişanı ilə bağlı hər hansı sənəd tələb edilmir və sertifikat məhsulun minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 302 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın 2.21-ci bəncinə əsasən Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.21.1 “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 -ci maddəsi ilə müəyyən edilmiş hallarda; 2. 21 2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda; 2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda. Yuxarıda göstərilənlərə əsasən, tələbin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, biricinsi, mübahisənin prosessual əsaslarına, yəni hazırki iddia üzrə icraatının mümkünlük məsələsinə münasibət bildirilməli; ikincisi iddianın mahiyyəti üzrə maddi hüquqi əsaslarına münasibət bildirilməlidir. İddianın mümkünlük məsələsinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının qarşıya qoyduğu məqsədlə qaldırdığı iddia arasında məntiqi bağlılıq yoxdur. Yəni hazırki iddia ilə gerçəkləşdirilməsi arzu edilən nəticənin əldə edilməsi mümkün deyil. Ən əsası isə aparılmış inzibati icraat üzrə verilmiş sertifikatın ləğv edilməsi ilə bağlı iddiaçının belə bir tələb irəli sürməsi üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bunun ilkin əlaməti ondan ibarətdir ki, inzibati orqan tərəfindən qida əlavəsi kimi qeyd edilən məhsula sertifikat verilməsi sertifikatın verilməsini tənzimləyən normaların və inzibati icraat haqqında qanunun tələblərinə uyğun aparıldığından, ümumilikdə bu icraatın və verilmiş sertifikatın ləğv edilməsinin iddiaçının hüquqlarını pozub-pozmaması və maraqlarına toxunubtoxunmaması müəyyən edilməlidir. Bu ilkin əlamətin müəyyən edilməsi üçün xüsusi araşdırmaya ehtiyac yoxdur. Qida əlavəsinə sertifikatın verilməsi iddiaçının hər hansı formada maraqlarına toxunmur və hüquqlarına müdaxilə təşkil etmir. Belə olan təqdirdə iddiaçının həmin sertifikatın ləğv edilməsinə dair subyektiv hüququ yaranmır. İddiaçı hər hansı ümumi ictimati maraqlardan deyil, məhz sahibkarlıq maraqlarından belə bir iddianı irəli sürməkdə haqlı deyil, iddiaçının sahibkarlıq maraqlarının müdafiəsi məqsədilə də belə bir iddia verməkdə hüququ yoxdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol veriləniiyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, iddia tələbi üzrə mübahisələnidirilən serfikatın verilməsi iddiaçının hər hansı formada maraqlarına toxunmadığından onun ləğv edilməsi ilə bağlı tələb irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığından, iddianın məhkəmə icraat mümkün sayılmamalıdır. İddia mahiyyəti üzrə də əsassızdır. Belə ki, Türkiyənin "X8 Kozmetik Medikal Sanayi Dış Ticaret Ltd. Şti"nin istehsalı olan ticari adı “Asiya Şiri kapsul No.10’’ (seriya: ********) məhsulun dərman vasitəsi olub-olmaması barədə ekspertiza aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi PHŞ-dən xahiş edilmiş, həmçinin qida əlavəsinin keyfiyyətinin yoxlanılması məqsədilə X2 müraciət olunmuş və həmin Agentlik tərəfindən hazırki icraatda ləğvi tələb olunan sertifikat verilmişdir. Sertifikatın verilməsi X3 birbaşa səlahiyyətində olan məsələ olmaqla müvafiq maddi hüquq normalarına uyğun həyata keçirilir. Qeyd edilən məsələlər Nazirlər Kabinetinin “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları” haqqında 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə tənzimlənir. Mübahisə üzrə göstərilən qida əlavəsinə (məhsula) sertifikat məhz həmin qaydalara uyğun olaraq verilmişdir. Sertifikatın verilməsində həmin qaydaların və ümumilikdə inzibati icraatın aparılmasına dair normaların tələblərinə əməl edilmiş və bu normaların tələblərindən kənara çıxma olmamışdır. İddiaçının ərizəsində istinad etdiyi əmtəə nişanları və coğrafi göstəriciləri haqqında qanunun normalarının hazırki mübahisəyə heç bir aidiyyəti yoxdur. Qeyd edilən normalar sertifikatın ləğv edilməsinin hüquqi əsası kimi çıxış edə bilməz. Ümumiyyətlə qeyd edilən normaların tənzimləmə predmeti və sahəsi tamamilə başqadır. Bu baxımdan iddianın qanuni əsas kimi təqdim edilənlər də iddianın qanuni əsasını təşkil etmir. Dolayısı ilə qaldırılan iddianın qanuni əsası da mövcud deyil. Qanuni əsası olmayan iddianın müsbət həlli isə mümkün deyil. Beləliklə, baxılan iş üzrə idda mahiyyəti üzrə də əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və vəkili iddiaya etiraz edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin hallarından müəyyən olunur ki, "xxxx" MMC-nin adına ilkinlik tarixi xx.xx.2015-ci il, iddia sənədinin nömrəsi 2015 0582 olmaqla 05-ci sinif minerallardan hazırlanmış qida əlavələri, 35-ci sinfə aid reklam, biznes sahəsində menecment (malların satışı üzrə xidmətlər), 39-cu sinif -05-ci sinfə aid malların qablaşdırılması və anbarda saxlanılması üzrə “Afrika Şiri” adlı əmtəə nişanı xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Əmtəə nişanı xx.xx.2025-ci il tarixə qədər qüvvədədir. İddiaçı qida əlavələrinin satışı ilə məşğul olmaqla xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən “Afrika şiri” adlı əmtəə nişanından istifadə edir. İddiaçı üçüncü şəxsin ölkə ərazisində idxal etdiyi “Asiya şiri” adlı məhsula onun əmtəə nişanına oxşar adla X4 tərəfindən xx.xx.20222-ci il tarixdə qida təhlükəsizlik sertifikatının verildiyini, bu halın bazarda haqsız rəqabətə səbəb olduğunu əsas gətirərək həmin sertifikatın ləğvini mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin dördüncü hissəsinə əsasən hazırlanmışdır və yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının formasını və verilmə qaydalarını müəyyən edir. -1.2.2-ci bəndinə əsasən qida təhlükəsizliyi sertifikatı - yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəd; -2.1-ci bəndinə əsasən ölkəyə idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının X4 (bundan sonra-Agentlik) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır. -2.2-ci bəndinə görə forması bu Qaydaların əlavəsində göstərilən sertifikat “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentlik tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir. -2.5. Sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Agentliyə müraciət olunmalıdır. -2.7-ci bəndinə əsasən ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır: 2.7.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər; 2.7.2. idxal üçün yeyinti məhsulunun mənşə ölkəsini təsdiq edən sertifikat, alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal ediləcək yeyinti məhsuluna dair hesab-faktura (invoys), onun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənəd; 2.7.3. ixrac üçün alqı-satqı müqaviləsi, ixrac olunan yeyinti məhsulunun növündən asılı olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, yeyinti məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərini əks etdirən sənədlər. -2.21-ci bəndinə əsasən sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.21.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda;
2. 21.2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda; 2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda. Göründüyü kimi qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğuna dair yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilir. Başqa sözlə, qida təhlükəsizliyi sertifikatı bilavasitə yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə cavab verməsini təsdiq edən sənəddir. Adıçəkilən sertifikatın verilməsini həyata keçirən orqan qismində X4 müəyyən olunmuş, eyni zamanda həmin sertifikatın əldə edilməsi üçün Qaydaların yuxarıda adı çəkilən 2.7-ci bəndində konkret sənədlər sadalanmış və həmin sənədlər sırasında müraciət etmiş şəxsin məhsula dair hər hansı əmtəə nişanının olması və ya əmtəə nişanından istifadəyə dair müqavilənin təqdim edilməsi tələbi qoyulmamışdır. Sertifikatı verərkən səlahiyyətli inzibati orqanın vəzifəsi bilavasitə təqdim edilmiş məhsulun, hazırkı iş üzrə qida əlavəsinin məhz keyifiyyətinin yoxlanılmasından ibarətdir. Həmin məhsulun hansı əmtəə nişanı ilə təmin olunması və ya dövriyyəyə buraxılmasını cavabdeh orqan yoxlamaq səlahiyyətində deyildir. İddiaçı üçüncü şəxsin idxal etdiyi “Asiya şiri” adlı məhsulun ona aid olması və yaxud istehlakçı marağından çıxış edərək həmin məhsulun keyfiyyətini mübahisələndirmədiyi halda üçüncü şəxsin adına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğvini tələb etməkdə subyektiv hüquqa malik deyidir. Qaydaların yuxarıda adıçəkilən sertifikatın verilməsindən imtinaya əsas verən 2.21.2-ci bəndində qeyd edilən “müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda” ifadəsi isə müvafiq qida təhlükəsizliyi sertifikatı almaq istəyən fiziki və ya hüquqi şəxsin cavabdeh orqana təqdim etdiyi konkret partiya məhsulların daxilində müxtəlif məhsulların bir ad altında və yaxud eyni məhsulun bir neçə ad üzrə sertifikat almasını qadağan edir. Bu hal nə üçüncü tərəfin məhsulun adları ilə bağlı, nə də əmtəə nişanına istinad etməklə sertifikatın verilməsinə etiraz edilməsinə əsas qismində çıxış etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsində göstərilmişdir ki, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən inzibati icraat qanunvericiliyindən çıxış etdikdə də müəyyən olunur ki, inzibati icraat bilavasitə hüquq sahibi olan subyektə münasibətdə həyata keçirilir. Bu subyekt ya hüquq və qanunla qorunan maraqlarının təmini üçün inzibati orqana müraciət edən şəxsdir və yaxud inzibati orqanın inzibati aktı və ya hərəkətləri (və ya hərəkətsizliyi) ilə bilavasitə hüquqlarına toxunulan şəxsdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddia üzrə iddiaçının üçüncü şəxsin idxal etdiyi məhsula dair verilmiş qida sertifikatının ləğvini tələb etməyə dair subyektiv hüququ, eləcə də cavabdeh orqanın qida sertifikatını verərəkən məhsulun əmtəəə nişanı ilə bağlı hər hansı sənədi tələb etmək vəzifəsi olmadığından sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmamışdır. Bu əsasdan cavabdehə qarşı iddia tələbi mümkün hesab edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi sahibkarlıq mənafelərinin müdafiəsi üçün istifadə etdiyi “Afrika Şiri” adlı əmtəə nişanına oxşar hesab etdiyi “Asiya şiri” nişanından istifadənin qadağan edilməsi və bununla da bazarda ona haqsız rəqabətə gətirib çıxaracaq mənfi nəticələrdən qorunmasıdır. Bu məqsədlə də iddia tələbinin hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası qanunun 5, 6, 7 və 26-cı maddələrinə istinad etmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); -3-cü maddəsinə görə Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. “Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanunu haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Həmin Qanunun 1-ci maddəsinə əsasən haqsız rəqabət — bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətləridir. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər, qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər, habelə qeyd olunan Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə, tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. Beləliklə, iddiaçının hüquqi marağı iddia etdiyi oxşar əmtəə nişanından istifadənin qadağan edilməsi, haqsız rəqabətə yol verilməməsi ilə bağlı olub, həmin maraq hazırkı cavabdeh qismində qoyulmuş inzibati orqana qarşı hazırkı iddia tələbi ilə əhatə və müdafilə olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 52, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının X1rşı “qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
Hakim Aygün Əhədova